“Azərbaycan Dəmir Yolları” QSC Bakı-Ağstafa-Bakı marşrutu üzrə artmaqda olan sərnişin tələbatı ilə əlaqədar olaraq 19 və 20 avqust tarixlərinə hər iki istiqamət üzrə əlavə qatar reysləri təyin edir.
“Qərb Xəbər” xəbər verir ki, saat 08:25-də qatar Bakıdan Ağstafa istiqamətinə, saat 17:10-da isə qatar Ağstafadan Bakı istiqamətinə yola düşəcək.
“Bundan əlavə Bakı-Ağstafa-Bakı marşrutu üzrə qatarlarımız ənənəvi qrafiklə hər gün Bakıdan saat 08:45-də, Ağstafadan isə 18:15-də yola düşür”, – məlumatda qeyd olunur.