Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib

Mədət Quliyev Təhlükəsizlik Şurası katibinin müavini təyin edilib – SƏRƏNCAM

Indir 2023 11 18T104737.097

Mədət Qəzənfər oğlu Quliyev Azərbaycan Respublikası Təhlükəsizlik Şurası katibinin müavini təyin edilib. “Qərb Xəbər” bildirir ki, Prezident İlham Əliyev bununla bağlı müvafiq Sərəncam imzalayıb. Qeyd edək ki, M.Quliyev 2019-cu il iyunun 20-də müdafiə sənayesi naziri vəzifəsinə təyin olunmuşdu. O, dövlət başçısının bugünkü Sərəncamı ilə tutduğu vəzifədən azad edilib.

Zabux kəndinə növbəti köç karvanı yola salındı- FOTO

Indir 2023 11 18T103136.946

Laçın rayonunun Zabux kəndinə növbəti köç karvanı yola salınıb. “Qərb Xəbər”in məlumatına görə, Qaradağ rayonu, Lökbatan qəsəbəsində məcburi köçkünlər üçün inşa edilmiş “Qobu Park-3” yaşayış kompleksinin qarşısından 25 ailə (103 nəfər) Zabux kəndinə yola salınıb. Xatırladaq ki, bu günə qədər Zabux kəndinə 46 ailə (188 nəfər) köçürülüb.

İsrail Hizbullahın hərbi infrastrukturuna növbəti cavab zərbələri endirib

136f393b c362 3316 a1e8 21bb7048ada3

İsrail Müdafiə Qüvvələri Hizbullahın hərbi obyektlərinə qırıcı və helikopterlərlə növbəti cavab zərbələri endirib. “Qərb Xəbər” bildirir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb. “Zərbələr Hizbullah terrorçularının fəaliyyət göstərdiyi infrastruktura, obyektlərə, əməliyyat komandanlıq mərkəzlərinə və hərbi məntəqələrə endirilib”, – İsrail ordusunun teleqram kanalında deyilir. Ordunun məlumatına görə, ötən gün Hizbullah Livandan Har Dov dağı ərazisində … Read more

Bayden Qətər əmiri ilə Qəzzada girovların azad olunmasını müzakirə edib

Indir 2023 11 18T100907.859

ABŞ Prezidenti Cozef Bayden Qətər əmiri Şeyx Təmim bin Həməd Əl Tani ilə Yaxın Şərqdəki vəziyyəti və Qəzza zolağında girovların dərhal azad edilməsinin vacibliyini müzakirə edib. “Qərb Xəbər”in məlumatına görə, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb. “İki ölkə liderləri HƏMAS tərəfindən saxlanılan bütün girovların təcili azad edilməsinin zəruriliyini müzakirə ediblər”, – məlumatda bildirilir. … Read more

Tovuzda yanmış meyiti tapılan şəxsin qətlə yetirildiyi məlum olub

65584144b240965584144b240a170028269265584144b240565584144b2407

Noyabrın 18-i gecə saatların Tovuz rayonun Aşağı Öysüzlü kəndi ərazisində yerləşən fermaların birində yanğın hadisəsi olması ilə bağlı məlumat daxil olub. DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan bildirilir ki, polis əməkdaşları digər qurumların əməkdaşları ilə birlikdə hadisəsi yerinə gələrək müvafiq tədbirlər həyata keçirib.   Yanğının qarşısı alınaraq söndürülən zaman hadisə yerindən bir nəfər şəxsin yanmış cəsədi … Read more

Erməni deputat: “İlin sonuna kimi sülh sazişinin imzalanması üçün hər şeyi edəcəyik””

L 4ueuEx47zq

“Ermənistanla Azərbaycan arasında sülh sazişi bu ilin sonuna qədər imzalana bilər”. Ermənistan mediasının məlumatına görə, bunu parlamentdə brifinq zamanı hakim “Vətəndaş sazişi” fraksiyasının katibi Artur Ovannisyan bildirib. O, Ermənistan tərəfinin bunun üçün hər şeyi edəcəyini vurğulayıb. Onun fraksiyadan həmkarı deputat Gevorq Papoyan isə Azərbaycanla münasibətlərin normallaşdırılması prosesi çərçivəsində qarşıda çətin diplomatik iş dayandığını deyib.

Peskov gələcək prezident barədə danışdı

Peskov

“Rusiyanın növbəti prezidenti Putin kimi olmalıdır”. “Qərb xəbər “Bu sözləri Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov “MQİMO 360” (MQİMO – Moskva Dövlət Beynəlxalq Əlaqələr Universiteti – red.) tələbə xəbər kanalına müsahibəsində deyib. “Eynən onun kimi biri olmalıdır”, – deyə Dmitri Peskov növbəti prezidentin necə olması barədə suala cavab verərkən bildirib. Peskovun fikrincə, Putin prezident seçkisində … Read more

Dövlət Su Ehtiyatları Agentliyinin Əsasnaməsi və strukturu təsdiqlənib

6cfa4b76 74f1 39d8 a593 3838e9591392 850 (2)

Prezident İlham Əliyev Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında fərman imzalayıb. “Qərb Xəbər” məlumat verir ki, fərmana əsasən, qurum haqqında Əsasnamə, eləcə də Agentliyin strukturu təsdiq edilib. Agentliyin Aparatının işçilərinin say həddi 170 ştat vahidi, Agentlik yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidməti işçilərinin say həddi … Read more

Son 20 ildə 32 mindən çox şəxsin xarici təhsil sənədi tanınıb

6557442ba52e86557442ba52e917002178996557442ba52e66557442ba52e7

“2003-cü ildən bu günə kimi 32 mindən çox şəxsin xarici təhsil sənədi tanınıb. “Qərb Xəbər” məlumat verir ki, bunu Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri vəzifəsinin müvəqqəti icraçısı Kamran Rəsulov “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması: prosedurlar və diqqət yetirilməli məqamlar” mövzusunda keçirilən konfransda deyib. O bildirib ki, ötən il 3530 nəfərin xarici … Read more

Ermənistanla Gürcüstan hərbi sahədə əməkdaşlıqla bağlı sənəd imzalayıb

6557350c184476557350c1844817002140286557350c184456557350c18446

Gürcüstan Müdafiə Nazirliyi Cuanşer Burçuladze İrəvana səfəri çərçivəsində erməni həmkarı Suren Papikyanla görüşərək bölgədəki təhlükəsizlik mühitini nəzərdən keçirib. “Qərb Xəbər” məlumat verir ki, bu barədə Gürcüstan Müdafiə Nazirliyinin məlumatında bildirilib. Qeyd olunub ki, Cuanşer Burçuladze Gürcüstanın “Dinc Qonşuluq Təşəbbüsü” layihəsi çərçicəsində regionda sülh prosesinin təşviqini davam etdirməyə hazır olduğunu vurğulayıb. Məlumatda tərəflərin Ermənistan və Gürcüstan … Read more

Bu gün Azərbaycanda Milli Dirçəliş günüdür

212034

17 Noyabr-Milli Dirçəliş Günü-1988-ci ilin noyabr-dekabr aylarında Bakıda olan hadisələrlə bağlıdır. Sovet rəhbərliyinin Qarabağ  məsələsi ətrafında apardığı antiazərbaycan siyasəti nəticəsində XX əsrin 80-ci illərinin sonunda Azərbaycanda anti-sovet xalq hərəkatı təşəkkül tapdı. 17 noyabr 1988 ci il Bakının əsas meydanı sayılan  Azadlıq meydanında  (keçmiş Lenin meydanı) Azərbaycan xalqının uzunmüddətli mitinqləri (17 noyabr — 5 dekabr, 1988-ci … Read more

Müharibə veteranlarının təqaüdünün məbləği artırıla bilər

Bankomat

Müharibə veteranlarının təqaüdünün məbləği artırıla bilər. “Qərb Xəbər” məlumat verir ki, bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Dövlət sosial müdafiə fondunun 2024-cü il büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirilib. Deputat Vahid Əhmədov müharibə veteranlarına verilən 80 manat müavinətlə bağlı Maliyyə Nazirliyi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi arasında … Read more

Türkiyə MN: “Azərbaycanla birlikdə olmağa davam edəcəyik”

11fd26aa 2c7d 3c78 9c70 28ed81c9fdbf

“Azərbaycanla birlikdə olmağa davam edəcəyik”. “Qərb Xəbər” məlumat verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin 17 noyabr- Azərbaycanın Milli Dirçəliş Günü ilə bağlı “X” hesabındakı paylaşımında qeyd olunub. “35 il əvvəl milli diriliş ruhu ilə müstəqilliyə doğru gedən Azərbaycan türkü qardaşlarımız bu gün də eyni şüur və ruhla Qarabağı işğaldan azad etdi. Hər ötən … Read more

Zelenski: Rusiya Ukraynada sabitliyi pozmaq üçün “Maydan-3” adlı kampaniya planlaşdırır

65572f9313a7e65572f9313a7f170021262765572f9313a7c65572f9313a7d

Rusiya Ukraynada sabitliyi pozmaq üçün “Maydan-3” adlı kampaniya planlaşdırır. “Qərb Xəbər” məlumat verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski Prezident Ofisində jurnalistlərə müsahibəsində bildirib. Zelenskinin sözlərinə görə, Rusiya Ukraynada xaos yaratmaq və Prezidenti devirmək üçün yeni planlar hazırlayır. O, 2004 və 2014-cü illərdə Kiyevin mərkəzində baş verən hadisələri xatırladaraq əlavə edib ki, yerli kəşfiyyat … Read more

Uşaqlarını peyvənd etdirməyən valideynlər məsuliyyətə cəlb oluna bilər

6557145b6839d6557145b6839e17002056596557145b683986557145b6839a

Hələ də övladını müayinəyə aparmayan, peyvənddən yayındıran valideynlər var. “Qərb Xəbər” məlumat verir ki, bunu “Uşaq hüquqlarının tribunası” mövzusunda keçirilən tədbirdə Səhiyyə Nazirliyi Səhiyyə siyasəti şöbəsinin Ana və uşaqların sağlamlığının qorunması sektorunun müdiri Aynurə Zeynalova deyib. “Nəzərdə tutulub ki, uşaqlarını vaxtında müayinəyə, peyvəndə gətirməyən valideynlər məsuliyyətə cəlb olunsunlar, onlarla danışıqlar aparılsın. Bu istiqamətdə maarifləndirmə tədbirlərinə … Read more

KİV: Azərbaycan təhlükəsizlik qüvvələri İsrail səfirliyinə qarşı hücumun qarşısını alıb

65571a3b8e01a65571a3b8e01b170020716365571a3b8e01865571a3b8e019

Azərbaycan təhlükəsizlik qüvvələri İsrailin Bakıdakı səfirliyinə qarşı hücumun qarşısını alıb. “Qərb Xəbər” məlumat verir ki, bu barədə İsrailin “Ynet.co.il” saytı məlumat yayıb. “İran əsilli silahlı şəxs səfirliyə soxulmağa cəhd edib. Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları onu nəzarətə götürərək tərksilah edib. Şübhəli şəxs Bakıda məhkəməyə çıxarılıb və onun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib”, – … Read more

“Uşaq hüquqları haqqında” qanunda dəyişikliklər edilir

Mm bina

“Uşaq hüquqları haqqında” qanunun üzərində dəyişikliklər gedir. “Qərb Xəbər” məlumat verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova “Uşaq hüquqlarının tribunası” mövzusunda keçirilən tədbirdə deyib. O bildirib ki, “Uşaq hüquqları haqqında” qanunda müəyyən dəyişikliklər edilir və yaxın zamanda Milli Məclisə təqdim ediləcək.

Bakının görüşdən imtinasına ABŞ-dan reaksiya

Metyu miller

ABŞ Azərbaycan və Ermənistan arasında sülh danışıqlarını dəstəkləməyə davam edəcək. “Qərb Xəbər” məlumat verir ki, bu sözləri ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller Azərbaycan tərəfinin ABŞ-da 20 noyabrda keçirilməsi nəzərdə tutulan görüşdən imtina etməsi ilə bağlı sualı cavablandırarkən deyib. “Biz Ermənistan və Azərbaycan arasında problemlərin həlli üçün sülh danışıqlarını dəstəkləməyə davam edəcəyik. İstər burada, istərsə … Read more

ATƏT PA Prezidenti Pia Kauman Gürcüstana rəsmi səfərə gəlib

C3cd5507e11db89ba5c563c95744ec59 (1)

Tbilisidə səfərdə olan ATƏT Parlament Assambleyasının (PA) Prezidenti Pia Kaumanın rəhbərlik etdiyi nümayəndə heyəti Gürcüstan Prezidenti Salome Zurabaişvili ilə görüşüb. “Qərb Xəbər” məlumat verir ki, bu barədə Gürcüstan Prezidentinin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, Orbeliani sarayında baş tutan görüşdə Gürcüstana namizəd statusunun verilməsinin önəmi, bu məqsədlə ölkədə demokratik proseslərin gücləndirilməsinin vacibliyi qeyd olunub. Məlumata … Read more

Qəzzada ölənlərin sayı 11 470 nəfərə çatıb

Indir 2023 11 17T100322.864

Oktyabrın 7-dən bəri Qəzza zolağında ölən fələstinlilərin sayı 11 min 470 nəfərə çatıb. “Qərb Xəbər” məlumat verir ki, bu barədə “Əl-Cəzirə” telekanalı məlumat yayıb. Bildirilib ki, Fələstin anklavının səhiyyə sisteminin dağılması səbəbindən bir neçə gündür ki, bu barədə məlumat yenilənmirdi. İsrail tərəfi isə HƏMAS-ın hücumu nəticəsində ölən israillilərin sayının 1,2 min nəfərdən çox olduğunu bildirib.