Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib

Azərbaycanda Prezident seçkiləri təyin edildi

Images

Azərbaycanda növbədənkənar Prezident seçkiləri təyin edilib. “Qərb Xəbər“bildirir ki, bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb. Sərəncamda Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin 2024-cü il fevralın 7-nə təyin olunmasını və Azərbaycan Respublikasının Seçki Məcəlləsində müəyyən edilmiş qaydada keçirilməsini təmin edilməsi tapşırılıb.

Ceyms O`Brayn: Bakıda müsbət və konstruktiv görüşlər keçirdim

f3957fa3170006898299103774910559900

“Bakıda müsbət və konstruktiv görüşlər keçirdim”. “Qərb Xəbər “məlumat verir ki, bunu Azərbaycanda səfərdə etmiş ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O`Brayn “X” platformasında paylaşımında deyib. “Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdə də dediyim kimi, Mərkəzi Bankın sədrinin və energetika nazirinin səfərlərini ABŞ alqışlayır və dövlət katibi Blinken sülh danışıqları üçün tezliklə … Read more

Prezident İlham Əliyev dekabrın 6-da ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O’Braynı qəbul edib

C5dbe94cc3581c192533951387a2f0aa

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 6-da ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O’Braynı qəbul edib. Bu barədə “QƏRB XƏBƏR ” Prezidentin Mətbuat Xidmətinə istinadən xəbər verir: Görüşdə ABŞ Dövlət katibinin köməkçisi Ceyms O’Braynın ölkəmizə səfərinin ikitərəfli əlaqələrin müxtəlif aspektlərinin müzakirəsi və regional məsələlər ətrafında fikir mübadiləsinin aparılması baxımından əhəmiyyəti qeyd … Read more

Qazax RPŞ-ə yeni rəis müavini təyin olunub

Qazax polis sobesi

Daxili işlər orqanlarında kadr dəyişikliyi olub. Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun imzaladığı müvafiq əmrə əsasən, polis mayoru Hüseynov Musa Yusif oğlu Qazax rayon Polis Şöbəsinin (RPŞ) xidmət üzrə rəis müavini vəzifəsinə təyin edilib. M.Huseynov bu təyinata qədər Qazax RPŞ-nin İctimai Təhlükəsizlik Bölməsinin rəisi vəzifəsində çalışıb.

Bakıda zəlzələ oldu

Zəlzələ

Altıağac stansiyasından 51 km şimal-şərqdə, Xəzər dənizində zəlzələ qeydə alınıb. Bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb. Zəlzələnin maqnitudası 5,5, dərinliyi 70 km olub. Zəlzələ Altıağac, Siyəzən, Quba, Qusar, Xaçmaz, Şabran, Qobustan, Abşeron yarımadasında 5-3 bala qədər hiss olunub.  

Rusiya yeni ilhaq planını işə saldı

1658991313 photo 2022 07 28 10 38

Rusiya qanunvericiləri 20 il əvvəl qəbul edilmiş sazişə uyğun olaraq ərazisi Ukrayna və Rusiya arasında bölüşdürülmüş Azov dənizini ilhaq etməyi planlaşdırır. Bu barədə “Newsweek” məlumat yayıb. Rusiya Dövlət Duması Azov dənizinin “Rusiyanın daxili su hövzəsi” kimi tanınması haqda qanun layihəsini ilin sonunadək təsdiqləməyi planlaşdırır. ABŞ-ın Müharibə Araşdırmaları İnstitutunun analitiklərinin fikrincə, belə bir addım çox güman … Read more

Səhiyyə Nazirliyi qızılca ilə bağlı çağırış etdi

Qizilca

Səhiyyə Nazirliyi 10 yaşa qədər uşaqların qızılcaya qarşı vaksinasiyası ilə bağlı valideynlərə çağırış edib. Nazirlikdən bildirilib ki,2023-cü ilin əvvəllərindən Avropa regionunda, həmçinin qonşu ölkələr olan Türkiyə, Rusiya, İran, Qazaxıstan və Gürcüstanda qızılca xəstəliyinin alovlanması müşahidə olunur. Qeyd olunub ki, bununla yanaşı, son aylarda digər ölkələrdən gətirilmə hadisələrlə əlaqəli yoluxma halları Azərbaycanın müxtəlif regionlarında infeksiyanın yerli … Read more

Ruminyada qızılca epidemiyası elan edildi

Qizilcaaaaa

Rumıniyanın Səhiyyə Nazirliyi ölkədə qızılca epidemiyası elan edib. Ölkə boyunca qızılcaya yoluxma hallarının təşviş yaradacaq səviyyədə yayıldığı bildirilir. “Nazirlik 9-11 aylıq uşaqların, eləcə də indiyədək peyvənd olunmayan uşaqların vaksinasiyasını asanlaşdırmaq üçün ölkə səviyyəsində epidemiya elan edir”, – nazirlik dekabrın 5-də bildirib. Nazirlik Rumıniyanın 41 vilayətindən 29-da ümumilikdə 2 minə yaxın yeni yoluxmanın aşkarlandığını açıqlayıb. Rumıniyada … Read more

300 dollarlıq limitin aşağı salınması düzgün deyil

Vüqar Bayramov

Deputat Vüqar Bayramov gömrük limiti haqqında danışıb. Onun sözlərinə görə, sonuncu dəfə 2020-ci ilin avqustunda gömrük limitinin məbləği 1000 dollardan 300 dollara endirilib: “Qərb Xəbər “bildirir ki, bu barədə “Yeniçağ”a danışan Bayramov vətəndaşların internet vasitəsilə aldıqları mallara görə gömrük limitinin aşağı salınması çağırışlarını düzgün hesab etmədiyini bildirib: “Bu limitin dəyişdirilməsi ilə bağlı bir sıra sahibkarlıq … Read more

Hava dəyişəcək

Istockphoto 1257951336 612x612

Havanın dəyişəcəyi ilə  bağlı xəbərdarlıq edilib. Milli Hidrometeorologiya Xidmətindən “Qərb Xəbər”-ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında Dekabrın 7-də arabir yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində intensiv olacağı ehtimalı var. Azərbaycanın rayonlarında Dekabrın 7-si axşamadək qeyri-sabit hava şəraitinin davam edəcəyi, bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dağlıq rayonlarda … Read more

Azərbaycanda dollara təlabat kəskin artıb-Nə baş verir?

Stack of one hundred dollars notes on dollars background

Azərbaycan Mərkəzi Bankı (AMB) noyabr ayının sonundan etibarən valyuta hərraclarında bankların dollara tələbinin kəskin artmasının səbəbini açıqlayıb. “Qərb Xəbər “bildirir ki, bu barədə AMB-dən “APA-Economics”in sorğusuna cavab olaraq bildirilib ki, hər təqvim ilinin sonlarında valyuta hərraclarında tələb adətən əvvəlki aylarla müqayisədə yüksək olur: “Nümunə olaraq, 2017-2022-ci illərdə dekabr ayında keçirilmiş valyuta hərraclarının 69%-də tələb təklifi … Read more

Qranadaya bu səbəbdən getmədim

Prezident Aliyev

Fransa Prezidenti (Emmanuel Makron – red), Şarl Mişel və Ermənistanın baş naziri ilə Praqa görüşünün keçirilməsi təklifi irəli sürüldü. Praqada keçirilən görüşü müsbət qiymətləndirirəm. Çünki o vaxt baş nazir Paşinyan Qarabağı Azərbaycanın hissəsi kimi tanıdı. Düzdür, o, sonra başqa bəyanatla çıxış etdi, öz fikrindən çəkindi. Həmin vaxt o, “Dağlıq Qarabağ”a təbrik məktubu göndərdi. Amma yenə … Read more

Almaniya Ukraynanı sonsuza qədər dəstəkləyə bilməyəcək

Portrait minister of defence

Almaniya Ukraynanı sonsuza qədər dəstəkləyə bilməyəcək. ” Qərb Xəbər “APA-ya istinadən xəbər verir ki, bunu Almaniyanın müdafiə naziri Boris Pistorius yerli “Zweites Deutsches Fernsehen” (ZDF) telekanalına müsahibəsində bildirib. Pistorius qeyd edib ki, ölkəsi ilə Ukrayna NATO Alyansı çərçivəsində müttəfiq deyil və bu səbəbdən Almaniyanın Ukraynadakı münaqişəyə müdaxilə etmək kimi bir öhdəliyi yoxdur. Buna baxmayaraq, Almaniya … Read more

Ermənistanda hər hansı bir revanşizm cəhdlərinin olmayacağı ilə bağlı Azərbaycana qəti şəkildə qarantiya lazımdır

Prezident Əliyev

Ermənistanda hər hansı bir revanşizm cəhdlərinin olmayacağı ilə bağlı Azərbaycana qəti şəkildə qarantiya lazımdır. Çünki biz bilirik Ermənistanda nə baş verir. Həmçinin bilirik ki, Ermənistanın bəzi Avropa paytaxtlarında çox “müşavirləri” var. “Qərb Xəbər” APA-ya istinadən xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev dekabrın 6-da ADA Universitetində keçirilən “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər … Read more

Prezident : Ermənistan 5 prinsipi qəbul etməyə yaxındır

Prezident Aliyev

Bizim tərəfimizdən antiterror tədbirləri planlaşdırılmamışdı. Ən azı 2020-ci ilin noyabrında belə bir şey yox idi, mən bunu çox aydın şəkildə deyə bilərəm. “Qərb Xəbər” APA-ya istinadən xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev dekabrın 6-da ADA Universitetində keçirilən “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” Forumunda ifadə edib. İki ölkə arasında imzalanacaq … Read more

Milli Məslis 2024-cü ilin dövlət büdcəsini qəbul etdi

Budce

Milli Məclis Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 5-ci bəndinə əsasən, “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” qanun layihəsini üçüncü oxunuşda qəbul edib. “Qerb Xəbər ” AZƏRTAC-a istinadən  xəbər verir ki, qanun layihəsi Milli Məclisin dekabrın 5-də keçirilən plenar iclasında müzakirəyə çıxarılıb. Qeyd edək ki, Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin gəlirləri 34 … Read more

Ağstafada yeniyetmə qızı cərəyan vurub

656f4a91dce3d656f4a91dce3e1701792401656f4a91dce3b656f4a91dce3c

Ağstafada bədbəxt hadisə baş verib. “Qərb Xəbər“APA-a istinadən məlumat verir ki, hadisə rayonun Pirli kəndində qeydə alınıb. Yeniyetmə qızı vanna otağında elektrik cərəyanı vurub. O dərhal xəstəxanaya yerləşdirilib, vəziyyətinin ağır olduğu bildirilir.

Lavrov Xəzər Şurasının yaradılmasını təklif edib

Indir 2023 12 05T200734.437

Xəzərdə əməkdaşlıq yüksək səviyyəyə çatıb və Xəzər Şurasının yaradılması onu daha da inkişaf etdirə bilər. “Qərb Xəbər” məlumat verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Xəzəryanı dövlətlərin – Azərbaycan, İran, Qazaxıstan və Türkmənistanın Xarici İşlər nazirlər ilə görüşündə deyib. “Bu gün biz əminliklə deyə bilərik ki, Xəzər dənizində əməkdaşlıq yüksək səviyyəyə çatıb, lakin … Read more

Azərbaycanda hərbçilərin pensiya yaşı artırılır

Images 2023 12 05T200318.874

Hərbi qulluqçuların formalaşmış təcrübəsindən daha uzun müddət istifadə etmək məqsədilə hərbi qulluqçu kimi pensiyaya çıxmaq üçün minimum xidmətkeçmə tələbi artırılır. “Qərb Xəbər”məlumat verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Hərbi qulluqçuların statusu haqqında”, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə”nin təsdiq edilməsi barədə”, “Əmək pensiyaları haqqında” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan … Read more

Hərbçilərə qulluq stajına görə əmək pensiyasına əlavələrin verilmə qaydası dəyişir

656dc57788367656dc577883681701692791656dc57788365656dc57788366

Hərbçilərə qulluq stajına görə əmək pensiyasına əlavələrin verilmə qaydası dəyişir Hərbçilərə qulluq stajına görə əmək pensiyasına əlavələrin verilmə qaydası dəyişir. “Qərb Xəbər”in məlumatına görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Əmək pensiyaları haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb. Qeyd edək ki, qüvvədə olan qanuna əsasən, hazırda pensiya hərbi xidmətdən buraxılanadək 20 … Read more