Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edilib

Qatar3

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) artan sərnişin tələbatını təmin etmək məqsədilə 18 oktyabrda Bakı-Ağstafa, 19 oktyabrda isə Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edib. ADY-dən Qerbxeber.com-a  verilən məlumata görə, eyni zamanda, sərnişinlər 29 sentyabrdan fəaliyyətdə olan həftəiçi Bakı–Ağstafa–Bakı əlavə reysləri və gündəlik Bakı–Qazax–Bakı marşrutu ilə səfər edə bilər. Biletləri dəmiryol kassalarından, ADY-nin rəsmi saytından və … Read more

ATƏT sədri Gürcüstana gəlib

Atət sədri

ATƏT-in fəaliyyətdə olan sədri, Finlandiyanın xarici işlər naziri Elina Valtonen Ermənistandan sonra Gürcüstana səfər edib. Qerbxeber.com APA-ya istinadən xəbər verir ki, o, hazırda Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili ilə görüş keçirir. ATƏT sədrinin səfər çərçivəsində bir sıra yüksək səviyyəli və vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşləri nəzərdə tutulub. Görüşlərdə Gürcüstandakı daxili və xarici çağırışlar müzakirə … Read more

Saakaşvili: Müxalifət İvanaşvili üzərində qələbəyə yaxındır

Saakaşvili

Gürcüstan müxalifəti Bidzina İvanişvili və komandası üzərində qələbəyə yaxındır”. Qerbxeber.com xəbər verir ki, bunu Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvili deyib. “İndi dayanmağa çağıranlar, şübhəsiz ki, İvanişvilinin işini görürlər, şübhəsiz ki, bunu xeyirxah niyyətlə etmirlər. Görünür, gürcülərin genetik kodunu dəyişdirməyə cəhd var. İndi, qələbə bu qədər yaxın ikən, dayanmaq yolverilməzdir. Biz mübarizə aparırıq və qalib gələcəyik. Dünən … Read more

Şahin Mustafayev: Araz dəhlizi Azərbaycan üçün yeni geostrateji və iqtisadi imkanlar yaradacaq

şahin

Araz dəhlizi ilə əlaqədar görülən işlər açıqlanıb və dəhlizin əhəmiyyəti diqqətə çatdırılıb. Bu barədə mediaya  Baş nazirin müavini Şahin Mustafayev məlumat verib. “Azərbaycanın möhtəşəm qələbəsindən sonra torpaqlarımız işğaldan azad olundu. Bununla regionda yeni geosiyasi vəziyyət yarandı. Eyni zamanda bu, nəqliyyat-logistika sahəsində yeni, geniş imkanlar yaratdı. Azərbaycan bu imkanlardan istifadə edilməsi üçün dərhal işlərə başladı. İran … Read more

Ərdoğan: Qəzzada atəşkəs pozularsa, bunun ağır nəticələri olacaq

ərdoğan

Qəzzada atəşkəs qorunmalıdır. Qerbxeber.com APA-ya istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Misirdən qayıdarkən təyyarədə yerli medianın suallarını cavablandırarkən bildirib. O qeyd edib ki, Qəzzadakı atəşkəsin davamlı olması və pozuntuların baş verməməsi ən vacib məsələdir. “İsrailin keçmişdə atəşkəsi pozmaq təcrübəsi ehtiyatlı və diqqətli olmağı tələb edir. Türkiyə, ABŞ və digər ölkələr … Read more

Lukaşenko: “Tomahawk” Ukraynada vəziyyəti nüvə həddinə çatdıracaq

Lukasenko1 900x507

Heç bir “Tomahawk” raketi Ukraynadakı münaqişəni həll etməyəcək, əksinə vəziyyəti nüvə müharibəsi həddinə çatdıracaq. Qerbxeber.com APA-ya istinadən xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko bildirib. O qeyd edib ki, rusiyalılar və onların rəhbərliyi Ukraynada sülhün bərqərar olmasında maraqlıdır.

Ararat Mirzoyan:”Tramp yolu” ilə bağlı Ermənistan-Amerika birgə müəsisəsi yaradılacaq

Mirzoyan

Bir daha deyirəm, razılaşma belədir: Ermənistan və Azərbaycan bir-birləri üçün nəqliyyat infrastrukturunu, bütün infrastrukturu açırlar. Bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan İrəvanda ATƏT-in fəaliyyətdə olan sədri, Finlandiyanın xarici işlər naziri Elina Valtonenlə birgə mətbuat konfransında bildirib. Onun sözlərinə görə, Ermənistanın cənubundan keçən dəmir yolu hissəsinə “TRIPP” adı veriləcək. Nazir diqqətə çatdırıb ki, “TRIPP” … Read more

Misir Prezidenti: Bəşəriyyət tarixində ağrılı bir səhifə bağlanır

Sisi

Şarm əş-Şeyx Sülh Sammiti həlledici tarixi andır. Misir ABŞ Prezidenti Donald Trampın müdrik siyasətini yüksək qiymətləndirir. Qerbxeber.com xəbər verir ki, bunu Misir Prezidenti Əbdülfəttah əs-Sisi Şarm-əş-Şeyx şəhərində Yaxın Şərq Sülh Sammitində çıxışında bildirib. Sisi vurğulayıb ki, Qəzza üzrə sülh razılığı bəşəriyyət tarixində ağrılı səhifəni bağlayacaq. Qeyd edək ki, Misirdə Qəzza zolağında atəşkəslə bağlı yekun saziş … Read more

HAMAS: Əsirlərin mübadilə prosesi Fələstinin azadlığı yolunda mühüm addımdır

Həmas

HAMAS hərəkatı oktyabrın 13-də İsrail həbsxanalarından azad olunan fələstinliləri təbrik edib və işğalın tamamilə aradan qaldırılmasına qədər mübarizənin davam etdirilməsinin vacibliyini vurğulayıb. Qerbxeber.com xəbər verir ki, bu barədə hərəkatın “X” hesabında yaydığı bəyanatda qeyd olunur. “Həbsdə olanların mübadiləsi əməliyyatı tarixi nailiyyətdir”, – deyə bəyanatda vurğulanır.

Tramp: Bu gün dünya üçün inanılmaz bir gündür

Tramp yeni1

Bu gün təkcə Yaxın Şərq deyil, dünya üçün inanılmaz bir gündür. Qerbxeber.com  Teleqraf.az-a istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Misirdə Yaxın Şərq Sülh Sammitində deyib. O bildirib ki, bugünkü uğur sammitdə iştirak edən dünya liderlərinin Qəzzada vəziyyəti düzəltmək istəyi ilə bir araya gəldiyi üçün baş verib. “Bu, illərdən bəri əldə oluna bilməyən … Read more

Ukrayna – Azərbaycan: Heyətlər

Affa

Azərbaycan milli komandası DÇ-2026-nın seçmə mərhələsinin 4-cü turu çərçivəsində Polşada Ukrayna yığması ilə üz-üzə gələcək. Qerbxeber.com xəbər verir ki, komandalar Bakı vaxtı ilə saat 22:45-də start götürəcək matça aşağıdakı heyətlə çıxacaq: Ukrayna: 12. Anatolo Trubin, 2. Yuxim Konoplya, 13. İlya Zabarnıy, 22. Mikolo Matviyenko (k), 16. Vitali Mikolenko, 8. Ruslan Malinovski, 18. Yeqor Yarmolyuk, 15. Oleq … Read more

Tramp: Yaxın Şərqdəki böhran üçüncü dünya müharibəsinə səbəb ola bilərdi

68ed38d36af8b68ed38d36af8c176037704368ed38d36af8968ed38d36af8a

Yaxın Şərqdə gərginliyin artması üçüncü dünya müharibəsinə gətirib çıxara bilərdi. Qerbxeber.com xəbər verir ki, bu fikri ABŞ Prezidenti Donald Tramp Şarm əl-Şeyxdə Qəzza zolağında atəşkəslə bağlı yekun sazişin imzalanmasından sonra səsləndirib. “Bu, ən böyük və ən mürəkkəb razılaşmadır. Üstəlik, bu bölgə böyük problemlərə, o cümlədən üçüncü dünya müharibəsinə səbəb ola biləcək yer idi. Daim deyirdilər … Read more

Tramp İlham Əliyevə təşəkkür edib

Urqcbjvs3c166lqttdcipchxmpddw5twyu31hpts 825

“Biz daha bir müharibəni həll etdik – Ermənistanla Azərbaycan arasında”. Qerbxeber.com xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Yaxın Şərq Sülh Sammitində bəyanatla çıxış edərkən deyib. Ermənistanla Azərbaycan arasında münaqişənin həllindən danışan Tramp Ağ Evdə Azərbaycan və Ermənistan liderləri ilə avqustun 8-də keçirilmiş görüşünü xatırlayıb: “Mən onlarla Oval Ofisdə görüşəndə bir-birinə əks tərəfdə oturmuşdular. … Read more

İdmandan Hərəkətə — Bədənin Dəyişiminin Ən Təbii Forması-Elnur Nemətovun tövsiyyəsi

Elnur123

Arıqlamaq deyəndə ağlımıza ilk gələn şeylərdən biri də idman zalı, trenajorlar, ağır məşqlər və yorğun bədən olur. Bu düşüncə bizi hələ başlamadan qorxudur. “Görəsən bacararam?” — sualı da əslində bədənin deyil, beynin yorulma qorxusundan doğur. İdmanla heç vaxt məşğul olmayan birisi üçün bu, sanki kabus kimidir. Ona görə unutmamalıyıq: bədən məcburiyyəti deyil, hərəkəti sevir. Çox … Read more

ABŞ və Ukrayna arasında böyük silah sövdələşməsi-Kamran Cəfərovun yazısı

Zelensky trump zelenski tramp (1)

ABŞ və Ukrayna arasında böyük silah razılaşması hazırlanır, amma… Siyasətin incəlikləri 11 və 12 oktyabrda Tramp və Zelenski 2 dəfə telefonla danışıblar. Liderlər Rusiya dərinliklərinə zərbələrdən tutmuş, böyük silah razılaşmaya qədər müzakirə ediblər, amma burada çox maraqlı bir məqam var. Trampın Zelenskilə dünənki telefon danışığından sonra Tramp belə bir status paylaşıb: “Ukrayna impiçmenti ilə bağlı … Read more

Azərbaycan Qəzzanın bərpasında iştirak edə bilər-Asif Nərimanlının yazısı

Asif nerimanlı

Qəzza sammitinin əsas hədəfi Trampın sülh planının ikinci mərhələsinə start verilməsidir. Sammitin keçirilməsi fonunda birinci mərhələ – girovların azad edilməsi icra edilir. İkinci mərhələnin ABŞ prezidenti tərəfindən məhz sammitdə elan ediləcəyi gözənilir. – HƏMAS-ın tərkisilah edilməsi və Qəzzanın idarəçiliyindən çıxması; – Qəzzanın beynəlxalq birliyin təminatında olan müvəqqəti komitə tərəfindən idarə edilməsi (gələcəkdə bölgənin Fələstin administrasiyasının … Read more

KİV: Ərdoğan Netanyahunun Qəzza sammitinə qatılmasına imkan vermədi

ərdoğannnnnn

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsrailin Baş naziri Benyamin Netanyahunun Qəzzadə atəşkəsi möhkəmləndirməyə həsr olunmuş Misir sammitində iştirakının qarşısını almaq üçün diplomatik addımlar atıb. Qerbxeber.com Teleqraf-a istinadən xəbər verir ki, bu barədə adının açıqlanmasını istəməyən Türkiyə hökumət rəsmisi “Associated Press” agentliyinə açıqlamasında deyib. Rəsmiyə görə, Türkiyənin təşəbbüsü bir neçə ölkənin dəstəyini qazandıqdan sonra Netanyahu tədbirə … Read more

Tramp: İranla razilaşma əldə olunsa, sanksiyalar ləğv olunacaq

Tramp yeni 3

İran razılaşma əldə etmək məqsədilə danışıqlara qayıtsa, bu ölkəyə qarşı sanksiyaları ləğv etməkdən məmnun olardıq. Qerbxeber.com Teleqraf-a istinadən  xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp Misir Prezidenti Abdelfəttah əs-Sisi ilə görüşdə deyib. Tramp hesab edir ki, İran hakimiyyəti tezliklə razılığa gələcək, çünki ölkənin vəziyyətinin ağırdır və köməyə ehtiyacları var. O, daha ciddi sanksiyaların … Read more

Tramp:Yeni dostluq və əlaqələr Azərbaycan və Ermənistanı bir-biri ilə yaxınlaşdıracaq

Trump Reigan

Biz irsimizə layiq gələcək yaradacağıq, biz bu regionun bütün xalqlarının fəxr edə biləcəyi bir miras yaradacağıq”. “Fox News”  xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp İsrail parlamentində çıxışı zamanı bildirib. “Yeni dostluq, əməkdaşlıq və ticarət əlaqələri Təl-Əvivi Dubayla, Hayfanı Beyrutla, İsraili Misirlə, Səudiyyə Ərəbistanını Qətərlə, Hindistanı Pakistanla, İndoneziyanı İraqla, Suriyanı Bəhreynlə, Türkiyəni İordaniya ilə, … Read more

“QHT işi” üzrə daha bir məhkəmə başlayıb

Məhkəme

QHT işi” üzrə təqsirləndirilən şəxslərdən biri Nərgiz Muxtarovanın məhkəməsi başlayıb. Qerbxeber.com APA-ya istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə anket məlumatları dəqiqləşdirilib. Təqsirləndirlən şəxsin vəkili Xaliq Hüseynov məhkəməyə etiraz edib. Bildirib ki, tərkibin iki üzvü – Rasim Sadıxov və Novruz Kərimov təqaüd yaşındadır, səlahiyyət müddətləri bitir. Vəkil həmçinin bütün tərkibə … Read more