Ukraynanın bərpasına nə qədər pul lazım olacaq?-Məbləğ açıqlandı

Ukrayna

Ukraynanın bərpası üçün lazım olan məbləğ açıqlanıb. Qerbxeber.com xəbər verir ki, bu barədə Dünya Bankı məlumat yayıb. Məlumata əsasən, yenidənqurma və bərpa xərcləri 486 milyard dollara yüksəlib. Qeyd edilir ki, bu məbləğ Ukraynanın 2021-ci ildə olan iqtisadiyyatının həcmindən iki dəfəyə yaxın çoxdur.

Ural çayı Orenburqu su altında qoydu

Orenburq dashqin

Rusiyanın Orenburq şəhərində Ural çayının səviyyəsi 1120 sm-ə çatıb. Qerbxeber.com xəbər verir ki, bu barədə Orenburq şəhərinin merinin birinci müavini Aleksey Kudinov jurnalistlərə bildirib. “Suyun səviyyəsi qalxır və indi biz 1120 sm səviyyəni görürük. Faktiki olaraq, bir gecədə daha 900 təsərrüfat sahəsi və 361 ev su altında qalıb”, – deyə o qeyd edib. *** Orenburqda … Read more

Ağdamda mina partlayib.Xəsarət alanlar var…

Mina

İşğaldan azad edilən Ağdam rayonunun Əliağalı kəndi ərazisində minaya düşərək xəsarət alan 1973-cü il təvəllüdlü Xəqani Allahverdi oğlu Teymurov əməliyyata alınıb. Qerbxeber.com “Report”-a istinadən xəbər verir ki, X.Teymurov Yevlax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Xəstə yaxınlarının verdiyi məlumata görə, ona sol baldırın aşağı üçdəbir hissəsinin amputasiyası diaqnozu qoyulub və əməliyyata götürülüb. Qeyd edək ki, bu gün Ağdam rayonunun … Read more

İyun Ukraynanın Avropa Birliyi ilə danışıq aparması üçün doğru vaxtdır-ZELENSKİ

Zelenski

İyun Ukraynanın Avropa Birliyinə daxil olması ilə bağlı danışıqlara başlamaq üçün doğru vaxtdır. Qerbxeber.com xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib. “Avropanın bənzər siqnala ehtiyacı var ki, Rusiya Prezidenti Vladimir Putin Qərbin zəiflik nümayiş etdirdiyini düşünməyə tələsməsin”, – Zelenski qeyd edib.

Ceyhun Bayramov Belarusa səfər edib

Ceyhunnn

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Belarus Respublikasına işgüzar səfərə yola düşüb. Azərbyacan Xarici İşlər Nazirliyinin məlumatına görə, səfər çərçivəsində nazir Bayramovun aprelin 12-də Minsk şəhərində baş tutacaq MDB Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak və çıxışı, habelə bir sıra ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulur. MDB-nin Baş katibi Sergey Lebedev bildirib ki, birlik ölkələrinin xarici … Read more

Ukrayna müttəfiqləri “uzun müzakirələr” əvəzinə, yardımla bağlı hərəkətə keçməyə çağırır

Ukrayna muharibəsi

Ukrayna ordusunun məlumatına görə, Rusiyanın gecə boyu 42 raket və 40 dronla həyata keçirdiyi hava hücumlarından sonra, Ukrayna Prezidenti Volodimir Zelenski cümə axşamı ölkəsini hərbi yardımla, o cümlədən hava hücumundan müdafiə sistemləri ilə təmin etmək üçün hərəkətə keçməyə çağırıb. “Əgər Rusiya raketləri və ‘Şahed’ dronları təkcə Ukraynaya deyil, həm də müttəfiqlərimizin qətiyyətinə zərbə vurmağa davam … Read more

Gürcüstan və Çin arasında vizasız gediş-gəliş haqqında saziş imzalanıb

Cin ve gurcustan xin

Gürcüstan və Çin hökumətləri arasında adi pasportlara malik olan şəxslərin viza tələblərindən qarşılıqlı azad edilməsi haqqında saziş imzalanıb. Qerbxeber.com 24News.ge -yə istinadən xəbər verir ki, bununla bağlı  Gürcüstan Xarici İşlər Nazirliyi məlumat yayıb. Məlumata əsasən, sözügedən sənədi Gürcüstanın xarici işlər naziri İliya Darçiaşvili və Çin Xalq Respublikasının Gürcüstandakı səfiri Çou Tsien imzalayıblar. XİN rəhbərinin sözlərinə … Read more

Qazaxın 4 kəndini qaytarmaq..-Paşınyan

Pashinyan paşinyan

Ermənistan Qazaxın 4 kəndinin Azərbaycana qaytarılmasına qarşı deyil. Qerbxeber.com xəbər verir ki, bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan parlamentin iclasında çıxışı zamanı deyib. O bildirib ki, Ermənistan delimitasiya prosesinə Tavuş vilayətindən və 4 kənddən başlamağa hazırdır: “Delimitasiya və demarkasiya təhlükəsizliyi təmin etməyəcək. Lakin bu proses olmasa, təhlükəsizlik təhdidləri getdikcə artacaq”.

Qazaxda Avtobaza yanıb

Yanginsonduren

Qazax şəhərində ümumi sahəsi 1500 m² olan “Avtobaza” kimi tanınan, 25 boksdan ibarət avtomobil təmiri sexi yanıb. Yanar konstruksiyaları 1200 m² sahədə, içərisindəki avtomobil ehtiyat hissələri 1200 m² sahədə və təmirə dayanan 3 ədəd avtomobil yanıb. Qerbxeber.com xəbər verir ki, obyektin qalan hissəsi, ərazidə dayanan avtomobillər və yaxınlıqdakı tikililər FHN-nin YMİ tərəfindən  yanğından mühafizə olunub … Read more

Biz bunları etsək, Ukrayna qalib gələr-Kameron

D kemeron

Əgər Qərb müttəfiqləri Kiyevə layiq olduğu dəstəyi versələr, ukraynalılar müharibədə qalib gələ və ədalətli sülhə nail ola bilərlər. Qerbxeber.com xəbər verir ki, bunu Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeron bildirib. O qeyd edib ki, beynəlxalq münasibətlərdə belə təhlükəli bir zamanda yaxın ittifaqlar önəmlidir. Eyni zamanda, siyasətçi xatırladıb ki, Ukrayna Silahlı Qüvvələri Rusiya Qara Dəniz Donanmasının … Read more

Azərbaycanda Ramazan tətili başlayıb

1489318822 baku panorama

Azərbaycanda Ramazan tətili başlayıb. Qerbxeber.com xəbərinə görə, Nazirlər Kabinetinin “İş və istirahət günlərinin yerlərinin dəyişdirilməsi haqqında” qərarına əsasən, iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2024-cü il 12 aprel iş günü ilə 6 aprel istirahət gününün yerləri dəyişdirilib.   Qeyd edək ki, bu il aprelin 10, 11-i Ramazan bayramıdır. 13 və 14 aprel şənbə … Read more

İsrail İrana xəbərdarlıq etdi

Israil XİN rehberi

İsrail xarici işlər naziri İsrael Katz İranın onun ölkəsinə hücum edəcəyi təqdirdə buna cavab veriləcəyini bildirib. Qerbxeber.com xəbər verir ki, İsrail XİN rəhbəri bu barədə “X” hesabında paylaşım edib. “İran öz ərazisindən hücum edərsə, İsrail buna reaksiya verəcək və İrana hücum edəcək”, – paylaşımda bildirilib. İsrail xarici işlər naziri paylaşımına İranın Ali Rəhbəri Seyid Əli Xameneinin … Read more

ABŞ Dövlət Departamenti: Azərbaycan-Ermənistan münasibətlərinin tənzimlənməsi dialoqdan keçir

Metyu miller

Ermənistanla Azərbaycan arasında münasibətlərin tənzimlənməsi dialoqdan keçir. Qerbxeber.com xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat katibi Metyu Miller ənənəvi brifinqdə bildirib. “Biz hər iki tərəfin diqqətinə dialoqun vacibliyi ilə bağlı mövqeyimizi çatdırmışıq. Rəsmi Vaşinqton hər zaman Azərbaycan və Ermənistan arasında müzakirə mühitinin mövcudluğunu dəstəkləyir. Bunu dövlət katibi Antoni Blinken liderlərlə ayrı-ayrılıqda müzakirələr zamanı da … Read more

Prezident Əliyev Hacıqabul rayonunda olub

Prezident haciqabul

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 9-da Hacıqabul rayonunda olub. Qerbxeber.com  APA-ya istinadən xəbər verir ki, dövlət başçısı Hacıqabul rayonu Muğan-Birinci Paşalı-İkinci Paşalı-Şorbaçı-Birinci Udullu-Tağılı-İkinci Udullu-Qubalı avtomobil yolunun açılışında iştirak edib və “Agro Dairy” MMC-yə məxsus 4200 hektar torpaq sahəsinə Kür çayından nasos stansiyası vasitəsilə suvarma suyunun çatdırılması üzrə suvarma qurğuları kompleksi ilə tanış olub.

Erməni keşiş Əksiparada sərsəmlədi

Ermeni keşiş

Əskipara sadəcə kənd, coğrafi nöqtə olmaqdan çıxıb. O, mübarizə və qələbə rəmzinə çevrildi”. Qerbxeber.com xəbər verir ki, bu barədə  Erməni Apostol Kilsəsinin Tavuş yeparxiyasının baş məmuru, yepiskop Baqrat Qdaalstanyan Əksiparada çıxışı zamanı deyib.Yepiskop, Müqəddəs Məryəmin anım günü – ibadət zamanı sərhəd kəndinin sakinlərinə müraciətində belə revanşist iddialar irəli sürərək Qazaxın işğal altındakı kəndlərinin qaytarılmasına qarşı … Read more

Magistraturaya qəbul üçün qeydiyyat bu gün başa çatır

Dim

Magistraturaya qəbul imtahanının ikinci cəhdində iştirak etmək üçün qeydiyyat bu gün başa çatır. Dövlət İmtahan Mərkəzindən Qerbxeber.com verilən xəbərə görə, imtahanda iştirak etmək üçün bakalavrların ərizələrinin qəbulu internet vasitəsilə aparılır. 8 aprel saat 10:00-a olan məlumata əsasən, 16682 bakalavr (Azərbaycan bölməsi – 15565; rus bölməsi – 1117) ərizəsini təsdiq edib. Ərizələrini doldurmuş, lakin hələ təsdiq … Read more

Tovuzda kollec direktoru işdən çıxarılıb

Indir 2024 04 08T100003.613

Tovuz Dövlət Sosial-İqtisadi Kollecinin direktoru Rizvan Qənbərov işdən azad edilib. Bu barədə Qerbxeber.com Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən bildirilib. Qeyd edilib ki, martın 29-da Agentliyin nümayəndələri Tovuz Dövlət Sosial-İqtisadi Kollecində monitorinq keçiriblər. Monitorinq zamanı tədris sənədlərinə baxış keçirilərək müvafiq təhlillər aparılıb. Nəticədə 4 aprel 2024-cü il tarixli əmrlə Kollecin direktoru ilə bağlanmış əmək müqaviləsinə … Read more

Lavrov Çində rəsmi səfərdədir

Lavrov2

Rusiya xarici işlər naziri Sergey Lavrov Çində səfərdədir. Qerbxeber.com xəbər verir ki, bu barədə Rusiya XİN-in “X” hesabında məlumat verilib. Bildirilib ki, Sergey Lavrov Pekin rəsmi səfərə gedib. Səfərin detalları barədə məlumat verilməyib.

Qırğızıstanın 5 mütəşəkkil cinayətkar qrupun üzvünü Azərbaycana təhvil verib

66137078be8a766137078be8a8171255000866137078be8a566137078be8a6

Qırğızıstanın Milli Təhlükəsizlik Nazirliyi 5 mütəşəkkil cinayətkar qrupun üzvünü Azərbaycana təhvil verib. Qerbxeber.com xəbər verir ki, bu barədə Qırğızıstan mediası məlumat yayıb. Bildirilib ki, onlar Manas Beynəlxalq Hava Limanında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin rəsmi nümayəndələrinə təhvil verilib. Xatırladaq ki, martın 20-də Azərbaycanın beş vətəndaşı sifarişli cinayət törətmək məqsədi ilə Qırğızıstana gedib. Azərbaycan Daxili İşlər … Read more

Britaniya və Fransa XİN: Ukraynanın Rusiyaya məğlubiyyəti Qərbin adına yazılacaq

66133f61dab8066133f61dab81171253744166133f61dab7e66133f61dab7f

Ukraynanın Rusiya ilə müharibəki məğlubiyyəti Qərbin adına yazılacaq. Qerbxeber.com xəbər verir ki, bu barədə Böyük Britaniyanın və Fransanın xarici işlər nazirləri Devid Kemeronla Stefan Sejournenin “Telegraphy” qəzetinə yazdığı məqalədə bildirilib. “İkimiz də çox açıq deyirik: Ukrayna bu müharibədə qalib gəlməlidir. Əgər Ukrayna uduzarsa, hamımız uduzacağıq”, – iki ölkənin xarici işlər nazirləri bildirib. Kameronla Sejourne həmçinin … Read more