Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Dünya

Ceyhun Bayramov Belarusa səfər edib

11 aprel / 22:52 2 dəq
Ceyhunnn
11 aprel / 22:52
Burada sizin reklamınız ola bilər

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Belarus Respublikasına işgüzar səfərə yola düşüb.

Azərbyacan Xarici İşlər Nazirliyinin məlumatına görə, səfər çərçivəsində nazir Bayramovun aprelin 12-də Minsk şəhərində baş tutacaq MDB Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak və çıxışı, habelə bir sıra ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulur.

MDB-nin Baş katibi Sergey Lebedev bildirib ki, birlik ölkələrinin xarici işlər nazirlərinin aprelin 12-də Belarusun paytaxtında görüşü zamanı “Crocus City Hall”da baş vermiş terror aktı ilə bağlı bəyanat qəbul ediləcəyi gözlənilir.

“MDB-yə üzv dövlətlərin xarici işlər nazirlərinin BMT Baş Assambleyasında MDB-yə müşahidəçi statusunun verilməsinin 30-cu ildönümü ilə əlaqədar, habelə martın 22 -də Moskvada törədilmiş terror aktı ilə bağlı bəyanatların qəbul edilməsi planlaşdırılır”, Lebedev RİA agentliyinə bildirib.

Onun sözlərinə görə, doqquz ölkə iclasda iştirakını təsdiqləyib.

“Ukrayna və Moldova MDB Xarici İşlər Nazirləri Şurasının iclasında təmsil olunmayacaq. Bundan başqa, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın Minsk görüşündə iştirak etməyəcəyi məlum olub. Lakin Yerevanın ümumiyyətlə tədbirdə təmsil olunmayacağı barədə hələlik heç bir söhbət yoxdur”, o qeyd edib.

Belarusun paytaxtında yuxarıda qeyd olunan mövzularla yanaşı, MDB-nin “1941-1945-ci illər Böyük Vətən müharibəsində Qələbənin 80 illiyi” vahid yubiley medalının təsis edilməsi müzakirə olunacaq.

Lebedev deyib ki, hərbi təhlükəsizliyin təmin edilməsi problemlərinin tədqiqi sahəsində, universitet idmanı sahəsində və məhkəmə sistemləri üçün kadrların hazırlanması və ixtisasartırma sahəsində baza təşkilatlarının yaradılması da müzakirə mövzularıdır.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı