AVRO-2024: 1/8 finalın bütün cütləri müəyyənləşib

667c87e5ecf00667c87e5ecf011719437285667c87e5ecefc667c87e5ecefe

Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında 1/8 final mərhələsinin cütləri müəyyənləşib. Qerbxeber.com xəbər verir ki, F qrupunda III turun oyunlarından sonra pley-offda üz-üzə gələcək komandalar dəqiqləşib. Avropa çempionatı 1/8 final cütləri Almaniya – Danimarka Fransa – Belçika İsveçrə – İtaliya İspaniya – Gürcüstan Portuqaliya – Sloveniya Rumıniya – Niderland Avstriya – Türkiyə İngiltərə – … Read more

Daşkəsənə dolu yağıb

Indir 2024 06 27T082635.023

Gəncə və ətraf rayonlarında hökm sürən qeyri-sabit hava şəraiti nəticəsində Daşkəsən rayonuna dolu yağıb. Qerbxeber.com məlumatına görə, bu gün günorta saatlarında leysan yağışdan sonra təxminən 10-15 dəqiqə rayonun Xoşbulaq kəndinə dolu düşüb. Dolu yağması nəticəsində rayonda hər hansı problem qeydə alınmayıb. Hazırda qərb bölgəsində yağışlı hava şəraiti davam edir.

ABŞ dövlət katibinin köməkçisi Ceyms O’Brayn Azərbaycana gəlir

667c1cd6b434e667c1cd6b434f1719409878667c1cd6b434c667c1cd6b434d

ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O’Brayn Azərbaycana səfər edəcək. Qerbxeber.com  xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, O’Brayn iyunun 27-29-da Bakıda və Xorvatiyanın Dubrovnik şəhərinə səfərdə olacaq. “ABŞ dövlət katibinin köməkçisi O’Brayn Bakıda Azərbaycan Prezidenti İlham Əliyev və xarici işlər naziri Ceyhun Bayramov … Read more

Qazaxda 36 yaşlı velosipedçini maşın vuraraq öldürüb

Indir 2024 06 27T081753.835

Qazaxda ölümlə nəticələn ağır qəza hadisəsi baş verib. Qerbxeber.com məlumatına görə, hadisə rayonun Xanlıqlar kəndində qeydə alınıb. Hərəkətdə olan avtomobil velosipedçini vurub. Ağır xəsarət alan velosipedçi-1988-ci il təvəllüdlü Rəşad Ələsgər oğlu Əmrahov xəstəxanaya yerləşdilib. Həkimlərin tibbi müdaxiləsinə baxmayaraq velosipedçi xəstəxanada dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.

Türkiyə Avropa çempionatının 1/8 finalına vəsiqə qazanıb

Indir 2024 06 27T081153.403

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının F qrupunda III turun oyunlarına yekun vurulub. Qerbxeber.com xəbər verir ki, Hamburqdakı “Folksparkştadion”da baş tutan Çexiya – Türkiyə qarşılşaması ikincilərin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Türkiyə millisindən Hakan Çalhanoğlu (51) və Cenk Tosun (90+4), Çexiyadan isə Tomaş Suçek (66) fərqlənib. Bu oyunda Çexiya komandasının iki üzvü – Antonin Barak … Read more

Qazax Regional İnkişaf Resursları İctimai Birliyi Qərb bölgəsində təlimlər keçirir

Photo 5467762520979790759 y

Qazax Regional İnkişaf Resursları İctimai Birliyi, Azərbaycan Respublikasının Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi  ilə həyata keçirdiyi, “Qazax, Ağstafa və Tovuz rayonlarında ictimai içtirakçılığın artırılmasına dəstək “ layihəsi çərçivəsində Qazax rayonunun Hüseynbəyli və Canalı kəndinin icma üzvləri arasında təlim keçirdib. Qazax Regional İnkişaf Resursları İctimai birliyindən  Qerbxeber.com-a verilən məlumata görə,təlimdə əsasən, “İcmaların yaradılması və … Read more

Paşinyan yeni konstitusiya lahiyəsinin hazırlanmasına göstəriş verib

Pasinyan (2)

Ermənistanın Baş naziri Nikol Paşinyanın 2026-cı ilin sonuna kimi yeni Konstitusiya layihəsinin hazırlanması barədə tapşırıq verdiyi bildirilir. Qerbxeber.com “Azadlıq radiosuna” istinadən xəbər verir Qeyd olunur ki, Paşinyan Azərbaycanın Ermənistan Konstitusiyasının dəyişdirilməsi ilə bağlı davam edən tələbi fonunda bu qərarı verib: “Qərardan əvvəl 2022-ci ildə yaradılan Konstitusiya İslahatları Şurası konstitusiya dəyişiklikləri layihəsi hazırlayırdı. Konsepsiyanın ilkin variantı … Read more

Parlament büdcəni dəyişdi

Ermenistan parlamenti 660x403

İyunun 25-də Milli Məclisin növbədənkənar sessiyasının plenar iclasında “2024-cü il dövlət büdcəsi haqqında” Qanuna dəyişiklik layihəsi üçüncü oxunuşda qəbul olunub. Dəyişikliklərə əsasən, 2024-cü ilin dövlət büdcəsinin xərcləri 39 milyard 707 milyon manat, gəlirləri isə 36 milyard 353 milyon manat proqnozlaşdırılır. 2024-cü ilin dövlət büdcəsinin kəsiri 764 milyon manat artaraq 3 milyard 354 milyon manata çatdırılır. … Read more

Şoyqu və Gerasimov da həbs oluna bilər

Putin şoyqu

Haaqadakı Beynəlxalq Cinayət Məhkəməsi iyunun 25-də Rusiyanın keçmiş müdafiə naziri Sergey Şoyqu və hazırkı baş qərargah rəisi Valeri Gerasimovun həbsinə order verib. Onlar Ukraynaya Rusiyanın hücumu zamanı törədilən cinayətlərdə ittiham olunublar. “Reuters” yazır ki, məhkəmə hər iki generalı Ukraynanın mülki obyektləri və dinc sakinlərinə hücumda, eləcə də hərbi cinayətlərdə şübhəli bilib. Hakimlər həmçinin generalların Ukraynanın … Read more

İƏT beynəlxalq ictimaiyyəti İsrailin hücumlarını dayandırmaq üçün təcili tədbirlər görməyə çağırıb

667b98de46b8d667b98de46b8e1719376094667b98de46b8b667b98de46b8c

İslam Əməkdaşlıq Təşkilatı (İƏT) beynəlxalq ictimaiyyəti İsrailin Qəzza zolağına aylardır davam edən hücumlarını dayandırmaq üçün təcili tədbirlər görməyə çağırıb. Qerbxeber.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, “Mərakeş Bəyannaməsi” Türkiyənin də iştirak etdiyi İƏT Ombudsmanlar Birliyinin Qəzza üzrə Mərakeşdə keçirilən 11-ci İdarə Heyətinin toplantısından sonra dərc edilib. Bəyanatda İsrail qüvvələrinin Qəzza zolağında Fələstin xalqına qarşı törətdiyi … Read more

Şarl Mişel: Ukrayna və Moldovanın Aİ-yə üzvlük yolunda səyləri təqdirəlayiqdir

Mischel

“Biz bu gün tarixi bir məqamın şahidi oluruq. Avropa İttifaqı Şurasının 2023-cü ilin dekabrında Ukrayna və Moldova Respublikası ilə üzvlük danışıqlarına başlamaq qərarından sonra, iki ölkə Aİ-nin tam üzvlüyünə əsl transformasiyaya başlayır – hər iki xalq üçün qürurverici bir məqam və Aİ üçün strateji addımdır”. Qerbxeber.com xəbər verir ki, bunu Avropa İttifaqı Şurasının Prezidenti Şarl … Read more

Rusiya Aİ-nin 81 KİV-nə qarşı məhdudiyyətlər tətbiq edəcək

66791b79d39cc66791b79d39cd171921292166791b79d39ca66791b79d39cb

Rusiya Avropa İttifaqının üç Rusiya KİV-nin yayımını qadağan etmək qərarına cavab olaraq Rusiyada Avropa İttifaqının 81 KİV-nin yayımını və internet saytlarına girişi məhdudlaşdıracağını açıqlayıb. Qerbxeber.com xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi açıqlama yayıb. İyunun 25-də günortadan sonra XİN-in saytında dərc olunmuş məlumatda deyilir ki, məhdudiyyətlər “Aİ-yə üzv ölkələrin bir sıra KİV-nin və … Read more

Müəllimlərin sertifikasiya imtahanlarında zəif nəticə göstərən bölgələr açıqlanıb

Imtahan 700x403

Lənkəran-Astara, Qarabağ və Mərkəzi Aran Regional Təhsil İdarələrindəki müəllimlər sertifikasiya imtahanlarında zəif nəticə göstəriblər. Qerbxeber.com xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Ümumi təhsilin təşkili şöbəsinin müdir müavini Nurlan İsmayılbəyli jurnalistlər üçün brifinq zamanı deyib.

Rusiya və Ukrayna arasında hərbi əsirlər dəyişdirilib

667b0f6749208667b0f67492091719340903667b0f6749206667b0f6749207

Rusiya danışıqlar nəticəsində bu gün Ukrayna əsirliyində olan 90 rus əsgərini geri qaytarıb. Qerbxeber.com xəbər verir ki, Rusiyanın Müdafiə Nazirliyinin yaydığı məlumata görə bunun müqabilində 90 ukraynalı hərbi əsir Ukraynaya təhvil verilib. Nazirlik həmçinin rus hərbçilərinin əsirlikdən qayıtması zamanı Birləşmiş Ərəb Əmirliklərinin humanitar xarakterli vasitəçilik etdiyini açıqlayıb.

Azərbaycan Silahlı Qüvvələrinin yaranmasından 106 il ötür

667a989ac9f99667a989ac9f9a1719310490667a989ac9f97667a989ac9f98

Bu gün Azərbaycan Silahlı Qüvvələrinin yaranma günüdür. Qerbxeber.com məlumatına görə, Azərbaycan Silahlı Qüvvələri Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin 26 iyun 1918-ci il tarixli qərarı ilə Gəncədə yaradılıb. 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti süqut etdikdən sonra ordu buraxılıb və 1991-ci il oktyabrın 9-da Ali Sovetin qərarı ilə Silahlı Qüvvələr yenidən yaradılıb. Hazırda Azərbaycan həm döyüş qabiliyyətinə, həm … Read more

Natiq Qasımova “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib

B6e186ad 6fe1 31a1 b8fb 715cbac7b4c7

Prezident İlham Əliyev Natiq Qasımova “Azərbaycanın Milli Qəhrəmanı” adının verilməsi haqqında Sərəncam imzalayıb. Qerbxeber.com xəbər verir ki, Sərəncama əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə və döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi şəxsi igidliyə görə Natiq Səlim oğlu Qasımova “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib (ölümündən sonra).

Əmək pensiyalarının ödənilməsi xərcləri artırılır

66795e020c06e66795e020c06f17192299549917aeec86f9e5e158909e06dffe0f56

Əmək pensiyalarının ödənilməsi xərcləri 25 milyon manat artırılır. Qerbxeber.com xəbərinə görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Dövlət sosial müdafiə fondunun 2024-cü il büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanun layihəsində əksini tapıb. Layihəyə əsasən əhaliyə ödənişlər üzrə xərclər 6 681 580 000,0 manatdan 6 706 580 000,0 manata qaldırılır. … Read more

“Turan Tovuz”a yeni baş məşqçi təyin edilib

667a6ca548010667a6ca5480111719299237667a6ca54800e667a6ca54800f

Türkmənistanlı mütəxəssis Kurban Berdıyev “Turan Tovuz”un baş məşqçisi təyin olunub. Qerbxeber.com xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Onunla “2+1” illik müqavilə bağlanıb. Daha çox Rusiya təmsilçisi “Rubin”dəki uğurları ilə tanınan Kurban Berdıyev Qazaxıstanda “Kayrat”, “Taraz”, Türkiyədə “Gənclərbirliyi”, Türkmənistanda “Nisa” və əsas milli komanda, İranda “Traktor”, Rusiyada “Rostov”, “Soçi”, “Dinamo” (Mahaçqala) komandalarına … Read more

“Humanitar Tədqiqatlar” İctimai Birliyi yeni layihə həyata keçirir

31655c26 0737 4588 b958 0477f4b3b4ae

       “Humanitar Tədqiqatlar” İctimai Birliyi yeni layihənin icrasına başlayıb. “Humanitar Tədqiqatlar” İctimai Birliyinin rəhbəri Mehriban Məmmədovanın verdiyi məlumata görə, layihə çərçivəsində regionlarda məişət zorakılığından müdafiə mexanizmləri ilə bağlı hüquqi maarifləndirmə işi aparılacaq, məişət zorakılığına məruz qalan və risk qrupundan olan şəxslərə hüquqi konsultasiya xidməti göstəriləcək: “Layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin … Read more