Ceyhun Bayramov NATO Zirvə Görüşündə iştirak üçün ABŞ-a gedib

Ceyhunnn

İyulun 9-da xarici işlər naziri Ceyhun Bayramov Amerika Birləşmiş Ştatlarına işgüzar səfərə yola düşüb. XİN-dən Qerbxeber.com verilən xəbərə görə, səfər çərçivəsində, nazir Ceyhun Bayramovun ABŞ-nin paytaxtı Vaşinqton şəhərində keçirilən NATO Zirvə Görüşündə iştirakı, habelə bir sıra yüksək səviyyəli ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulub.

NATO ABŞ sammitində Ukraynaya yeni maliyyə vədlərini açıqlayacaq

668c8bf03b87f668c8bf03b8801720486896668c8bf03b87d668c8bf03b87e

İyulun 9-11-də ABŞ-də keçiriləcək sammitdə NATO dövlətləri Kiyevə yeni maliyyə vədlərini açıqlayacaqlar. Qerbxeber.com xəbər verir ki, bu barədə ABŞ-nin NATO-dakı daimi nümayəndəsi Culian Smit bildirib. “Diqqətimizi Ukrayna üzərində cəmləmişik və bu kursu davam etdirəcəyik. Beləliklə, maliyyə vədlərini gözləyin”, – Smit vurğulayıb.

ABŞ Rusiya ilə silahlara nəzarət sahəsində əməkdaşlığın vacibliyini bəyan edib

668c89bb61e11668c89bb61e121720486331668c89bb61e0f668c89bb61e10

Amerika hökuməti Ukrayna münaqişəsinə baxmayaraq, Rusiya ilə silahlara nəzarət sahəsində əməkdaşlığın vacibliyini dərk edir. Qerbxeber.com xəbər verir ki, müvafiq bəyanatla dövlət katibinin silahlara nəzarət və beynəlxalq təhlükəsizlik üzrə müavini Bonni Cenkins təhlükəsizlik konfransında çıxış edib. “Rusiya hələ də Ukraynadadır. Lakin silahlara nəzarət sahəsində əməkdaşlığın əhəmiyyəti dəyişməz olaraq qalır”, – Cenkins qeyd edib.

Bayden ABŞ-də keçiriləcək NATO sammitində Zelenski və Starmerlə görüşəcək

668c434949237668c4349492381720468297668c434949235668c434949236

ABŞ Prezidenti Co Bayden ABŞ-də NATO sammiti çərçivəsində Ukrayna Prezidenti Volodimir Zelenski və Böyük Britaniyanın yeni Baş naziri Key Starmerlə görüşlər keçirəcək. Qerbxeber.com xəbər verir ki, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi brifinqdə məlumat yayıb. Kirbi qeyd edib ki, bu, Baydenin Starmerlə ilk görüşü olacaq.

USAID-in rəhbəri Ermənistana səfər edib

668be4c6a7d6d668be4c6a7d6e1720444102668be4c6a7d6b668be4c6a7d6c

Bu gün ABŞ-nin Beynəlxalq İnkişaf Agentliyinin (USAID) rəhbəri Samanta Pauer Ermənistana səfər edib. Qerbxeber.com Ermənistan mətbuatına istinadən xəbərinə görə, bu barədə qurumun Ermənistandakı missiyasından məlumat verilib. Bildirilib ki, iyulun 11-dək davam edəcək səfər çərçivəsində sözügedən qurumun bu ölkəyə humanitar, psixo-sosial, eləcə də islahatların təşviqinə dəstəyi müzakirə olunacaq.

Ağ Ev: NATO Hind-Sakit okean regionuna genişlənmir

668c24d8979a2668c24d8979a31720460504668c24d8979a0668c24d8979a1

NATO Hind-Sakit okean regionuna genişlənmir. Qerbxeber.com xəbər verir ki, bu barədə ABŞ Milli Təhlükəsizlik Şurasının Avropa məsələləri üzrə direktoru Maykl Karpenter jurnalistlər üçün təşkil olunan brifinqdə bildirib. “NATO Hind-Sakit okean regionuna genişlənmir, üzvlük prosesi yoxdur, NATO-nun bütün müdafiə və çəkindirici vasitələri NATO müttəfiqlərinin ərazisində Avro-Atlantik məkandadır”, – Maykl Karpenter qeyd edib.

Zelenski: Rusiya ilə Ukrayna arasında Macarıstan vasitəçilik edə bilməz

668be8121fc38668be8121fc391720444946668be8121fc36668be8121fc37

Macarıstan Ukrayna ilə Rusiya arasında vasitəçilik rolunu oynaya bilməz. Qerbxeber.com Ukrayna mətbuatına istinadən xəbərinə görə, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski bildirib. Onun sözlərinə görə, bu missiyanı üzərinə yalnız ABŞ, Çin və Avropa İttifaqı götürə bilər. Qeyd edək ki, Macarıstanın Baş naziri Viktor Orban iyulun 2-də Ukraynada səfərdə olub. Daha sonra Rusiyaya səfər edib.

Paşinyan Qazaxla sərhəddə gəldi

Pashinyan serhedde

Ermənistanın baş naziri Nikol Paşinyan  həftəsonu Azərbaycanın Qazax və Tovuz rayonlarıyla sərhəddə yerləşən Tavuş vilayətinə səfəri zamanı “Kirants” adlanan kənddə olub. O, Azərbaycanla Ermənistan arasındakı tikanlı məftilləri seyr edib. Qerbxeber.com Musavat.com-a istinadən xəbər verir ki, Paşinyan bu haqda özünün telegram-kanalında video paylaşıb və yazıb ki, Kirantsa çəkilən yeni yol tezliklə hazır olacaq. Məlumata görə, səfər … Read more

Ceyhun Bayramov Ermənistanla sülh müqaviləsinin əsas şərtini AÇIQLADI

Ceyhunnn

Qarşıda hədəflərimiz çoxdur. Ölkəmizin suverenliyinə qarşı təhdidlərin aradan qaldırılması əsas prioritetdir. Qerbxeber.com  xəbər verir ki, bu barədə xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında bildirib. Onun sözlərinə görə, həm ikitərəfli, həm də çoxtərəfli platformalarda Azərbaycanın milli maraqlarına cavab verən siyasət təmin edilir. XİN rəhbəri Ermənistanla münasibətlərin normallaşması prosesinin hazırkı vəziyyəti barədə də danışıb: “Mütəmadi olaraq … Read more

Məhərrəm ayı başladı, QMİ müraciət yaydı

F8f71dda538573e4348a602fd3c3fdb9

Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurasının Məhərrəm ayının başlanması ilə əlaqədar müraciət yayıb. Qerbxeber.com məlumatına görə, müraciətdə deyilir: “Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası və səlahiyyətli nümayəndələri müsəlman qardaş və bacılarımızın nəzərinə çatdırır ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının rəsmi hesablamalarına görə Hicri-qəməri təqvimi ilə 1445-cü il başa çatır, yeni … Read more

İranda Məsud Pezeşkianın prezidentliyi təsdiqləndi

Mesud pezeshkian1

İranda prezident seçkilərinin ikinci turunda bülletenlərin yoxlanılması başa çatıb. Səsverənlərdən şikayətçi olmayıb. Qerbxeber.com İRNA-a istinadən xəbər verir ki, İran İslam Respublikası Konstitusiyasının Keşikçilər Şurası seçkilərin nəticələrini təsdiqləyib. Nəticələr İran İslam Respublikasının rəhbəri Ayətullah Əli Xameneiyə təqdim olunacaq. Xatırladaq ki, iyulun 5-də keçirilən prezident seçkilərinin ikinci turunda Azərbaycan türkü, islahatçı Məsud Pezeşkian rəqibi Səid Cəliliyə qalib gələrək, … Read more

Si Cinpin Çində səfərdə olan Macarıstan baş nazirini qəbul edib

668b67082fdbe668b67082fdbf1720411912668b67082fdbc668b67082fdbd

Çin dövlət başçısı Si Cinpin Pekində Macarıstanın Baş naziri Viktor Orban ilə görüşüb. Qerbxeber.com xəbər verir ki, bu barədə Çinin Mərkəzi Televiziyası məlumat yayıb. Məlumatda Çinin dövlət başçısı Si Cinpinin iyulun 8-də səhər saatlarında Pekindəki Diaoyutai dövlət iqamətgahında Macarıstanın baş naziri Orban ilə görüşdüyü bildirilir. Qeyd edək ki, Orban Çində rəsmi səfərdədir. O iyulun 5-də, … Read more

ABŞ Nigerin paytaxtındakı bazadan qoşunlarının çıxarılmasını başa çatdırıb

668b56dddef93668b56dddef941720407773668b56dddef91668b56dddef92

ABŞ hökuməti Nigerin paytaxtı Niameydəki bazadan hərbi personalın çıxarılmasını başa çatdırıb. Qerbxeber.com xəbər verir ki, bu barədə “Frans Press“ agentliyi məlumat yayıb. Məlumatda ABŞ hərbi qüvvələrinin və texnikasının 101-ci Hərbi Hava Qüvvələrinin Bazasından çıxarılmasının başa çatdığı bildirilir. Bundan əlavə, sentyabrın ortalarına qədər Pentaqon öz əsgərlərini Nigerin şimalındakı Aqadez şəhərindən çıxarmalıdır. Nəşr qeyd edib ki, 766 … Read more

Putin Hindistanın baş naziri ilə görüşəcək

668b0927cae0d668b0927cae0e1720387879668b0927cae0b668b0927cae0c

Rusiya prezidenti Vladimir Putin Moskvada Rusiya Federasiyasına rəsmi səfərə gələn Hindistanın baş naziri Narendra Modi ilə görüşəcək. Qerbxeber.com TASS-a istinadən xəbər verir ki, Hindistanın baş nazirinin səfərinin iki gün; 8-9 iyul tarixində baş tutması planlaşdırılır. Kremldən verilən yazılı açıqlamada səfər əsnasında ​hər iki ölkə liderinin ölkələrinin gələcək inkişafını, ənənəvi dost Rusiya-Hindistan münasibətlərini müzakirə etməyi planlaşdırdıqları … Read more

HƏMAS minlərlə yeni döyüşçünün xidmətə başladığını açıqlayıb

668b072fc8702668b072fc87031720387375668b072fc8700668b072fc8701

HƏMAS-ın hərbi qolu olan “İzzəddin Əl-Qəssam Briqadaları” İsrailin oktyabrın 7-dən bəri hücumlarını davam etdirdiyi Qəzza zolağında təlim keçmiş minlərlə yeni döyüşçünün silahlandırılaraq xidmətə başladığını açıqlayıb. Qerbxeber.com xəbər verir ki, briqadaların sözçüsü Əbu Übeydə yayımlanan videomüraciətdə “Müharibənin davam etdiyi bu müddət ərzində pusqu qurma, bomba və raket istehsalı kimi müxtəlif təlimlər verərək minlərlə yeni döyüşçünün xidmətə … Read more

Fransa seçkilərində alyansların heç biri mütləq səs çoxluğu əldə edə bilməyib

668ae0adf0d85668ae0adf0d861720377517668ae0adf0d83668ae0adf0d84

Fransada keçirilən növbədənkənar parlament seçkilərinin ikinci turunun nəticələrinə görə, siyasi bloklardan heç biri 289 mandatın mütləq əksəriyyətini əldə edə bilmir. Qerbxeber.com xəbər verir ki, bununla bağlı BFMTV-nin təqdim etdiyi məlumatlarda bildirilir. Belə ki, “Yeni Xalq Cəbhəsi” solçu alyansı Fransada növbədənkənar parlament seçkilərinin ikinci turunda Milli Assambleyada (parlamentin aşağı palatası) 175-dən 205-ə qədər yer qazanaraq liderlik … Read more

Böyük Britaniya yenidən Ukraynaya silah-sursat tədarükü edəcək

Indir 2024 07 08T090010.459

Böyük Britaniyanın Müdafiə Nazirliyinin yeni rəhbəri “Brimstone” raketlərinin Ukraynaya tədarükü ilə bağlı məlumat verib. Qerbxeber.com TASS-a istinadən xəbər verir ki, Böyük Britaniya əlavə olaraq Ukraynaya 90 dəqiq idarə olunan “Brimstone” raketi, 10 AS-90 özüyeriyən artilleriya qurğusu və iki yüz əlli min də döyüş sursatı verəcək. Bunu Böyük Britaniyanın yeni müdafiə naziri Con Hili Odessaya səfəri … Read more

Ərdoğan ABŞ-a səfər edəcək

ərdoğan

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 9-11 iyul tarixlərində baş tutacaq NATO Liderlərinin Zirvə toplantısında iştirak etmək üçün ABŞ-a gedəcək. Qerbxeber.com Anadolu Agentliyinə istinadən xəbər verir ki, Ərdoğan toplantıda bir sıra dövlət və hökumət başçıları ilə görüşlər keçirəcək. Qeyd edək ki, Ərdoğan bundan əvvəl Şanxay Əməkdaşlıq Təşkilatının Dövlət və Hökumət Başçılarının Zirvə toplantısında iştirak etmək üçün Qazaxıstanın … Read more

Qəzzada həlak olan fələstinlilərin sayı 38 153 nəfərə çatıb

668a8c5e0b745668a8c5e0b7461720355934668a8c5e0b743668a8c5e0b744

Son sutka ərzində Qəzza zolağında 55 fələstinli ölüb, daha 123 nəfər yaralanıb. Qerbxeber.com xəbərinə görə, bu barədə Qəzzadakı səhiyyə qurumu məlumat yayıb. Beləliklə, İsrail Ordusunun 2023-cü ilin oktyabrından Qəzza zolağında həyata keçirdiyi əməliyyatlar nəticəsində ölənlərin sayı 38 153 nəfərə, yaralananların sayı 87 828 nəfərə çatıb.