Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib

Putinə dedim ki, bunu etmə – Tramp

Putin tramp

ABŞ-ın prezidenti Co Bayden olmasaydı, Rusiya Ukraynanı işğal etməzdi. Qərbxəbər.com bildirir ki, bunu ABŞ prezidentliyinə namizəd Donald Tramp milyarder İlon Maska müsahibəsində deyib. “Putinlə çox yaxşı anlaşırdım və o, mənə hörmət edirdi. Biz Ukraynadan danışdıq. Mən ona dedim ki, bunu etmə. Vladimir, sən bunu edə bilməzsən. O da cavab verdi ki, heç vaxt”, – Tramp … Read more

Sabahın hava proqnozu açıqlandı

Yagmursuz hava

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Günün birinci yarısında yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 20-25 isti, gündüz 30-35° isti olacaq. Atmosfer təzyiqi 757 mm sütunu təşkil edəcək. … Read more

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi sürücülərə müraciət edib

Baki qazax yolu

Sabah saat 06:00-dan etibarən Bakının 8 Noyabr prospektində (Zığ şosesi istiqamətində) aparılacaq təmir işləri ilə əlaqədar Xaqani Rüstəmov küçəsindən Mərkəzi Bulvar küçəsinə qədər olan hissədə avtonəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq. Qərbxəbər.com bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir. “Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, qeyd olunan müddət ərzində hərəkət istiqamətlərinə uyğun alternativ yollardan … Read more

“Fitch” İpoteka və Kredit Zəmanət Fondunun reytinqini yüksəldib

F0686c9f 630d 4905 a315 4417ea550f90

“Fitch” beynəlxalq reytinq agentliyi İpoteka və Kredit Zəmanət Fondunun xarici və yerli valyutada uzunmüddətli reytinqini “BB+” səviyyəsindən “BBB-” səviyyəsinə yüksəldib. Qərbxəbər.com Fonda istinadən xəbər verir ki, Bu, Azərbaycanın suveren reytinqinin yüksəlməsindən sonra baş verib Reytinq üzrə proqnoz “Sabit”dir. “Fitch”in mövqeyi Fondla dövlət arasında möhkəm əlaqənin olması, onun əlverişli mənzil təminatı, kiçik və orta sahibkarlığın maliyyələşdirilməsini … Read more

Güləşçimiz Olimpiya Oyunlarında medal qazandı

Gulesh

Paris-2024 Yay Olimpiya Oyunlarında güləş yarışları yekunlaşmaq üzrədir. Qərbxəbər.com xəbər verir ki, bu gün 97 kq çəki dərəcəsində mübarizə aparan güləşçimiz Maqomedxan Maqomedov bürünc medal uğrunda görüşə çıxacaq. Onun rəqibi Ukrayna təmsilçisi Murazi Mçedlidze olacaq. Mçedlidze bundan əvvəl CAR-lı Nikolaas De Lanjı məğlub edib – 5:3. Azərbaycanın sərbəst güləşçisi Maqomedxan Maqomedov Fransanın paytaxtı Parisdə təşkil … Read more

Gənclərin xaricdə təhsilinə dair Dövlət Proqramının müddəti uzadılıb, say artırılıb

Ilhammmiiu

Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair Dövlət Proqramının müddəti uzadılıb. Qərbxəbər.com xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 28 fevral tarixli 3163 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə … Read more

Gedişat Ukraynanın xeyrinə dəyişdi – “İlk dəfədir irəliləyirik”

Ukrainian troops liberate villages

Ukrayna ordusunun Rusiyanın Kursk vilayətindəki əməliyyatı ukraynalıların döyüş əhval-ruhiyyəsini yüksəldib. Amma ruslar Ukrayna cəbhəsindəki bölmələrini Ukrayna komandanlığının gözlədiyi qədər tez çıxarmırlar. Qerbxeber.com xəbər verir ki, bu barədə “The Economist” yazır. “Minimum məqsəd Rusiya qoşunlarının cəbhənin əsas bölgələrindən – Xarkov və Donbasdan çıxarılmasıdır. Hələlik Rusiya Xarkov istiqamətindən qoşun köçürür, amma indiyədək Donbasdan xeyli az çıxarıb”, – nəşr … Read more

Geomaqnit qasırğası davam edir

66b9a8ed45d6e66b9a8ed45d6f172344343766b9a8ed45d6c66b9a8ed45d6d

Hazırda geomaqnit qasırğası davam edir. Bu barədə Qerbxeber.com  Nəsirəddin Tusi adın Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib. Bildirilib ki, geomaqnit sahəsinin 14 avqustda sakit səviyyəyə dönəcəyi gözlənilir. Sonrakı günlərdə geomaqnit qasırğası proqnozlaşdırılmır.

DİN əməliyyat keçirib, 61 kq narkotik dövriyyədən çıxarılıb

Indir (6)

DİN BNMİ-nin sonuncu əməliyyatı zamanı 61 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb. Qerbxeber.com xəbər verir ki, bu barədə DİN-dən bildirilib. DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının keçirdikləri sonuncu əməliyyat zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan mütəşəkkil dəstənin daha bir üzvü – əvvəllər məhkum olunmuş Kamran Abdullayev Lənkəran şəhərində saxlanılıb. Ondan 61 kiloqram tərkibi psixotrop maddələrlə … Read more

İcbari tibbi sığorta xərçəngə çevrilmə riski yüksək olan şişönü xəstəliklərin erkən diaqnostikasını təmin edəcək

Icbari tibbi sigorta uzre dovlet agentliyi esas

İcbari tibbi sığorta orqanizmdə xərçəngə çevrilmə riski yüksək olan atipik hüceyrə dəyişiklikləri nəticəsində yaranan şişönü xəstəliklərin erkən diaqnostikasını təmin edir. Qerbxeber.com xəbər verir ki, bu hüceyrələr adətən normal hüceyrələrin yerini alaraq onları zədələyir, sürətlə çoxalır və orqanizmin digər hissələrinə yayılır. Şişönü xəstəliklər müxtəlif orqan və toxumalarda meydana gələ bilər. Bu xəstəliklərin erkən mərhələdə aşkarlanması və … Read more

“Tasnim”: ABŞ 2025-ci ilin sentyabrında qoşunlarını İraqdan çıxarmağa başlayacaq

66b917473456e66b917473456f172340615166b917473456a66b917473456c

İraqın xarici işlər naziri Fuad Hüseyn və ABŞ dövlət katibi Entoni Blinken sentyabrda beynəlxalq hərbi koalisiyanın İraqdakı missiyasının başa çatması ilə bağlı bəyanatla çıxış etməyi planlaşdırır. Qerbxeber.com xəbər verir ki, bu barədə İranın “Tasnim” agentliyi avqustun 11-də öz mənbələrinə istinadən məlumat yayıb. Qeyd olunur ki, İraq Xarici İşlər Nazirliyinin rəhbəri gələn ay amerikalı həmkarı ilə … Read more

Tovuzda 57 yaşll kişi kartof yığarkən ölüb

66b99b492925066b99b4929251172343994577f6fbc8c0c5d14903a795ef189f13ec

Tovuzda 57 yaşlı kişi ölüb. Qerbxeber.com xəbər verir ki, hadisə rayonun Qaraxanlı kəndində qeydə alınıb. 1967-ci il təvəllüdlü Şahbaz Haqverdiyev kənd ərazisindəki əkin sahəsində kartof yığan zaman ürəyi tutaraq ölüb. Faktla bağlı araşdırma aparılır.

Neçə nəfərin deputatlığa namizədliyi qeydə alınıb?

Secki 1

Sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərində 1052 nəfərin deputatlığa namizədliyi qeydə alınıb. Qerbxeber.com xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov qurumun avqustun 10-da keçirilən iclasında deyib. Onun sözlərinə görə, ümumilikdə 1508 nəfər namizədlik üçün müraciət edib.

Son 24 saat ərzində Kursk vilayətini 8 mindən çox insan tərk edib

66b8bc1da913d66b8bc1da913e172338281366b8bc1da913b66b8bc1da913c

Son 24 saat ərzində 8 mindən çox insan Kursk vilayətinin sərhəd rayonlarını tərk edib. Qerbxeber.com xəbər verir ki, bu barədə bazar günü Rusiya Fövqəladə Hallar Nazirliyinin Telegram kanalında məlumat verilib. Məlumata görə, müvəqqəti yerləşdirmə mərkəzlərində 6 minə yaxın insan var. Onlarla Rusiya Fövqəladə Hallar Nazirliyinin Təcili Psixoloji Yardım Mərkəzinin və agentliyin regional şöbəsinin mütəxəssisləri işləyir. … Read more

Azərbaycan Olimpiadanı 30-cu pillədə başa vurub

66b8ce4d1de2c66b8ce4d1de2d172338746966b8ce4d1de2a66b8ce4d1de2b

Azərbaycanın Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında tutduğu pillə məlum olub. Qerbxeber.com xəbər verir ki, aktivində 2 qızıl, 2 gümüş, 3 bürünc medal olan Azərbaycan sıralamada Xorvatiya ilə birgə 30-cu pilləni bölüşüb. Ümumilikdə 7 medal qazanan komandamız medal sayında Tokio Olimpiadası ilə bərabər nəticə göstərib. Qeyd edək ki, qızıl medalları cüdoçular Hidayət Heydərov (73 … Read more

Məhəmməd Cavad Zərif istefa verib

66b908645025966b908645025a172340234066b908645025766b9086450258 (1)

İran İslam Respublikasının strateji məsələlər üzrə vitse-prezidenti təyin edilən İranın keçmiş xarici işlər naziri Məhəmməd Cavad Zərif istefa verib. Qerbxeber.com xəbər verir ki, o bu barədə “X” hesabında paylaşım edib. Qeyd edək ki, İran Prezidenti Məsud Pezeşkian Cavad Zərifi avqustun 1-də strateji məsələlər üzrə vitse-prezident təyin etmişdi. Cavad Zərif Prezident Məsud Pezeşkianın nazir seçimlərindən narazılığına … Read more

ABŞ Yaxın Şərqə nüvə sualtı qayığını göndərəcək

66b981284c1c866b981284c1c9172343325666b981284c1c666b981284c1c7

ABŞ-ın müdafiə naziri Lloyd Ostin “USS Georgia” nüvə sualtı qayığının Yaxın Şərqə göndərilməsi, həmçinin “Abraham Linkoln” aviadaşıyıcısının yerləşdirilməsinin sürətləndirilməsi barədə göstəriş verib. Qerbxeber.com xəbər verir ki, bu barədə bazar günü Pentaqonun mətbuat xidmətinin yaydığı bəyanatda deyilir. Sənəddə bildirilir ki, Ostin İsrailin müdafiə naziri Yoav Qalantla telefon danışığında ABŞ-ın İsraili qorumaq üçün bütün tədbirləri görməyə hazır … Read more

KİV: İsrail hərbçilərindən Azərbaycan və Gürcüstanı dərhal tərk etməyi tələb edib

66b97fe35cb7b66b97fe35cb7c172343293166b97fe35cb7966b97fe35cb7a

İsrail ordusu İrandan gələn hücum təhlükəsi fonunda öz hərbçilərinə Azərbaycan və Gürcüstanda qalmağı qadağan edib. Qerbxeber.com xəbər verir ki, bu barədə “Kan” dövlət televiziya və radio şirkəti məlumat yayıb. Məlumata görə, ordu rəhbərliyinin əmrinə əsasən, hazırda hərbi xidmətdə olan və hər hansı səbəbdən Cənubi Qafqazın bu iki ölkəsinə səfər etmiş İsrail vətəndaşlarına dərhal İsrailə qayıtmaq … Read more

Qərb bölgəsindən kimlər deputat olmaq istəyir- SİYAHI

Qutu1

2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçki ilə əlaqədar qeydə alınmış namizədlərin seçki dairələri üzrə siyahıları dərc edilib. Qerbxeber.com xəbər verir ki, deputatlığa namizədlərin siyahısı Mərkəzi Seçki Komissiyasının saytında yerləşdirilib. Azərbaycan Respublikası Seçki Məcəlləsinin 26.2.5, 148.5-ci maddələrinə əsasən, MSK qeydə alınmış namizədlərin seçki dairələri üzrə siyahısının dərc olunmasını səsvermə gününə azı … Read more