Ərdoğanla Tramp telefonla danışıb

68dfe6946e91268dfe6946e913175950402068dfe6946e91068dfe6946e911

Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan ABŞ Prezidenti Donald Trampla telefonla danışıb. Qerbxeber.com xəbər verir ki, görüşdə iki ölkə arasındakı münasibətlər və Qəzzadakı vəziyyət müzakirə olunub. Ərdoğan Vaşinqton səfərinin əlaqələri gücləndirdiyini, xüsusilə müdafiə sənayesində əməkdaşlığın artırılmasının vacibliyini bildirib. O, Türkiyənin Qəzzada və bölgədə sülhün bərpası üçün fəal diplomatik səylər göstərdiyini, İsrailin hücumları dayandırmasının sülh təşəbbüslərinin uğurlu … Read more

Tramp HƏMAS-a verdiyi vaxtı uzatdı

Tramp yeni 3

ABŞ Prezidenti Donald Tramp 20 maddəlik Qəzza planını qəbul etmələri üçün HƏMAS-a verdiyi müddəti 5 oktyabra kimi uzadıb. Qerbxeber.com xəbər verir ki, Ağ Ev rəhbəri HƏMAS-a son şans verdiyini bildirib. “Əks halda, heç kimin görmədiyi cəhənnəm yaşanacaq”, – deyə Tramp qeyd edib. Qeyd edək ki, bundan öncə HƏMAS-ın yaydığı açıqlamada planın araşdırılması üçün daha çox vaxta … Read more

Saakaşvili: Gürcüstanda inqilab qaçılmazdır

Misa saakashvili

Gürcüstanda inqilab qaçılmazdır, amma 2003-cü ildən fərqli olaraq bu, partiya inqilabı olmayacaq”. Qerbxeber.com xəbər verir ki, bunu Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili sosial şəbəkədə yazıb. “Partiya cəbhəsində baş verənlər mənə aydındır. İki partiya oliqarxın (Bidzina İvanişvilinin) “müxalifətinə” sadiq qalmağa və İvanişvilini devirmək üçün mübarizə aparan siyasi partiyaları kənara qoymağa çalışır. Bu loyal partiyalardan birinin maliyyə rıçaqları … Read more

“Türk Hava Yolları” Ermənistana uçüşlara başlayacaq

Turkish airlines, tc joe, airbus a330 303 (39244511204) (cropped)

“Türk Hava Yolları” yaxın vaxtlarda Ermənistana uçuşlara başlayacaq. Qerbxeber.com Modern.az-a istinadla xəbər verir ki, bu barədə Ermənistan parlamentinin xarici əlaqələr daimi komissiyasının rəhbəri Sarqis Xandanyan bildirib. “”Türk Hava Yolları”nın Ermənistan bazarına daxil olması artıq onilliklərdir ki, müzakirə olunur. Amma siyasi səbəblərə görə aviaşirkət həmişə Ermənistandan uzaqlaşıb. Xüsusi nümayəndələrin son iclasından sonra verilən bəyanatda hava sektorunda … Read more

Qarşıdakı üç gündə hava necə olacaq?-Açıqlama

Hava gultac

Yaxın üç gün ərzində Azərbaycan ərazisində havanın temperaturunun yüksəlməsi müşahidə olunacaq.  Qerbxeber.com xəbər verir ki, bu barədə Azərtac-a Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib. Onun sözlərinə görə, oktyabrın 4-də, 5-də və 6-da ölkə ərazisində əsasən yağmursuz hava şəraiti müşahidə ediləcək: “Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu, əsasən yağmursuz olacaq. … Read more

Rusiya Poltavaya kütləvi hücuma keçib

Rus ordusu

Rusiya ordusu oktyabrın 3-nə keçən gecə Ukraynanın Poltava vilayətinə raket və pilotsuz uçuş aparatları (PUA) ilə genişmiqyaslı hücum edib. Qerbxeber.com xəbər verir ki, bu barədə Poltava Hərbi Administrasiyasının rəhbəri Vladimir Koqut “Facebook”da məlumat yayıb. Onun sözlərinə görə, nəticədə enerji infrastrukturuna zərər dəyib və bir neçə əraziyə raket və dron qalıqları düşüb.

Ararat Mirzoyan: Kominikasiyaları blokdan çıxarmağa razılığa gəlinib

Mirzoyan

İdeya bundan daha genişdir. Ermənistan və Azərbaycan bir-birləri arasında nəqliyyat kommunikasiyalarını blokdan çıxarmaq barədə razılığa gəliblər və burada söhbət bütün infrastrukturdan gedir. Məsələn, Ermənistan Azərbaycanın dəmir yolu sisteminə, Azərbaycan Ermənistanın dəmir yolu sisteminə, daha sonra isə avtomobil yollarına və digər infrastrukturlara çıxış əldə edir”. Qerbxeber.com Teleqraf-a istinadən xəbər verir ki, bunu Ermənistan xarici işlər naziri … Read more

Britaniya kəşfiyyatına ilk dəfə qadın rəhbər təyin olunub

Bleyz

Britaniya kəşfiyyatının zabiti olan Bleyz Metreveli Mİ-6-nın rəhbəri vəzifəsinə təyinat alıb və o bu vəzifəni tutan ilk qadın olub. Qerbxeber.com xəbər verir ki, “The Times” qəzetinin məlumatına görə, o, oktyabrın 1-də məxfi xidmətə beş il rəhbərlik etmiş Riçard Murdan sonra vəzifəsinin icrasına başlayıb. 48 yaşında Metreveli 1909-cu ilə qədər uzanan Mİ6-nın tarixində ən gənc rəhbərdir. O, … Read more

Müharibənin 1318-ci günü Rusiya nələr itirib-Ukrayna açıqladı

Rus ordusu

Ukrayna müharibənin 1318-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Qerbxeber.com xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 1 113 430 hərbçi, 11 225 ədəd tank, 23 297 ədəd zirehli döyüş maşını, 33 413 ədəd artilleriya sistemi, 1 514 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 1 … Read more

ABŞ raketləri Rusiyanın dərinliklərində “işləyir”

Uzaqmənzilli raket

Tramp Pentaqona və kəşfiyyat agentliklərinə Ukraynaya Rusiyanın dərinliklərinə zərbələrdə kömək etməyə icazə verən sərəncam imzalayıb. Tramp administrasiyası ilk dəfə Ukraynaya uzaqmənzilli zərbələrdə kömək edəcək. Təbii ki, “dərinliklər” deyərkən, söhbət neft emalı zavodlarından, neft/qaz kəmərlərindən, elektrik stansiyalardan və hərbi obyektlərdən gedir. Qerbxeber.com xəbər verir ki, bu sözləri politoloq Kamran Cəfərov sosial media hesabında qeyd edib. O xatırladıb … Read more

Tramp: ABŞ rüsumlardan hər il 1 trilyon dollar gəlir götürəcək

Tramp yeni1

ABŞ prezidenti Donald Tramp bəyan edib ki, onun tətbiq etdiyi idxal rüsumları ABŞ-a hər il 1 trilyon dollardan çox gəlir gətirəcək. Bu haqda o “One America News”a müsahibəsində danışıb. “Rüsumlar yenicə bəhrəsini verməyə başlayır. Nəticədə onlar hər il 1 trilyon dollardan çox olacaq”, Tramp deyib. Sentyabrın 23-də BMT Baş Assambleyasının 80-ci Sessiyasının Ümumi Müzakirələrində çıxış … Read more

Almanya kansleri Aİ sammitində Viktor Orbanı Ukraynaya qarşı mövqeyinə görə tənqid edib

Mertz

Almaniya kansleri Fridrix Merz və Macarıstanın baş naziri Viktor Orban Ukraynaya dəstək və təhlükəsizlik məsələlərində fikir ayrılığı yaşayıb. Qerbxeber.com xəbər verir ki, bu barədə APA “Bloomberg“ agentliyinin mənbələrə istinadən məlumatına əsasən xəbər yayıb. Qeyd olunur ki, insident Kopenhagendə keçirilən Avropa Siyasi Birliyi sammiti zamanı Avropanın Rusiya təhdidlərindən daha yaxşı qorunması və Ukraynaya dəstək yollarının müzakirəsi … Read more

Mette Frederiksen: Avropa ölkələri artıq Rusiyadan gələn təhlükəni qəbul etməlidir

Danimarka baş nazir

Danimarkanın Baş naziri Mette Frederiksen Avropa ölkələrini Rusiyanın imperialist ambisiyalarından irəli gələn real təhlükəni qəbul etməyə və buna uyğun hərəkət etməyə çağırıb. Qerbxeber.com xəbər verir ki, hökumət başçısı bunu Kopenhagendə keçirilən Avropa Siyasi Birliyi sammitində çıxışı zamanı səsləndirib. “Bilirəm ki, bəziləriniz üçün Rusiyanın yaratdığı təhlükə çox aydındır, digərlərinə isə uzaq görünə bilər. Amma biz artıq … Read more

Tramp: Ukrayna münaqişəsi bir şəkildə həllini tapacaq

Tramp

ABŞ Prezidenti Donald Tramp Ukraynada davam edən münaqişənin nizamlanacağına inandığını bildirib. Qerbxeber.com xəbər verir ki, o, bu fikirləri “One America News” telekanalına müsahibəsində səsləndirib. “Biz Qəzzada sülhə nail olacağıq, bu, möhtəşəm bir uğur olar. Daha sonra Rusiya və Ukrayna ilə bağlı vəziyyəti həll edəcəyik – hansısa şəkildə buna nail olacağıq”, – Tramp qeyd edib.

Putin Trampın”kağız pələng” bənzətməsinə sərt cavab verdi

Putin yeni

Rusiya prezidenti Vladimir Putin ABŞ prezidenti Donald Trampın Rusiyanı “Kağız pələng” adlandırmasına münasibət bildirib. Qerbxeber.com APA-ya istinadən xəbər verir ki, Valday Diskussiya Klubunun plenar iclasında çıxış edən Putin Rusiyanın Ukrayna ordusu ilə deyil, faktiki olaraq bütün NATO ölkələri ilə döyüşdüyünü söyləyib. “Kağız pələng? Onda gedin bacarın da onunla (Rusiya ilə-red). Bütün bu illər ərzində Rusiya … Read more

Üçüncü dünya müharibəsinin anonsu verildi

Victor orban

Böyük dövlətlərdən biri səhv edərsə, Üçüncü Dünya müharibəsi istənilən vaxt başlaya bilər”. Qerbxeber.com Teleqraf -a istinadən xəbər verir ki, bunu Macarıstan Baş naziri Viktor Orban deyib. “İndi vəziyyət elədir ki, bir səhvə görə dünya müharibəsi başlaya bilər”, – baş nazir qeyd edib. Viktor Orban bunu dünyada ciddi gərginliyin olması ilə izah edib: “Ciddi oyunçuların hər … Read more

Aİ lideri Azərbaycanı mühüm tərəfdaş adlandırdı

Kosta

Azərbaycan Avropa İttifaqı üçün mühüm tərəfdaşdır”. Qerbxeber.com xəbər verir ki, bunu Avropa İttifaqı Şurasının prezidenti Antonio Koşta Kopenhagendə Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdən sonra sosial media hesabında yazıb. Qurum rəhbəri Azərbaycan lideri ilə çox konstruktiv söhbətin baş tutduğunu bildirib: “Azərbaycanı ABŞ Prezidenti Donald Trampın dəstəyi ilə Vaşinqtonda Ermənistanla münasibətlərdə əldə edilmiş son tarixi irəliləyiş münasibətilə təbrik … Read more

ABŞ NATO ölkələrinə Ukraynaya görə silah satmağa davam edəcək

AbŞ hokumeti

ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun Ukraynaya tədarük üçün NATO üzv dövlətlərinə silah satmağa davam edəcəyini açıqlayıb. Bu barədə Ağ Evin mətbuat katibi Kerolin Levitt “Fox News” telekanalına müsahibəsində bildirib. “Prezident açıq şəkildə bildirdi ki, biz NATO-ya silah satmağa davam edəcəyik ki, NATO Ukraynaya həmin silahları tədarük etməyə davam edəcək”, o deyib. Sentyabrın 28-də ABŞ-ın vitse-prezidenti … Read more

Putin:Hər bir hadisəyə hazır olmalıyıq.Risk böyükdür

Putin yeni

Hər şeyin çox tez və kardinal şəkildə dəyişdiyi hazırkı qlobal vəziyyət bizdən hər şeyə hazır olmağı tələb edir. Eyni zamanda, hər bir insanın məsuliyyəti xüsusilə böyükdür. Qerbxeber.com Axar.az -a istinadən xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin “Valday” Konfransının plenar iclasındakı çıxışında deyib. “Biz dəfələrlə qeyd etmişik ki, biz hər şeyin dəyişdiyi, çox sürətlə dəyişdiyi … Read more

Ermənistan parlamenti “soyqırım” layihəsini qəbul etmədi

Ermeni parlament

Ermənistan parlamenti “Ermənistan” müxalifət blokunun parlament fraksiyasının “erməni soyqırımı”nın inkarına görə cinayət məsuliyyəti nəzərdə tutan qanun layihəsini rədd edib. Qerbxeber.com xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb. “58 deputat qanun layihəsinin əleyhinə, 26 deputat lehinə səs verib. 2 deputat isə bitərəf qalıb”, – məlumatda deyilib.