Prezidentə yeni səlahiyyət verilsin-Milli Məclisdə təklif

Ilham əliyevvv

Milli Məclisdə Prezidentə yalnız məhkumları deyil, həm də istintaq altında olan şəxsləri əfv etməklə bağlı səlahiyyət verilməsi təklif olunub. Qerbxeber.com xəbər verir ki, bununla bağlı Milli Məclisin deputatı Qüdrət Həsənquliyev parlamentin dekabrın 20-də keçirilən plenar iclasında çıxışı zamanı danışıb. O qeyd edib ki, bununla əlaqədar qanun layihəsi qəbul oluna bilər: “Prezidentə yalnız məhkumları deyil, həm də … Read more

Britaniya Gürcüstan Daxili İşlər Nazirinə sanksiya tətbiq etdi

676423b4a985d676423b4a985e1734615988676423b4a985b676423b4a985c

Böyük Britaniya Gürcüstanın daxili işlər naziri Vaxtanq Qomelauriyə sanksiya tətbiq edib. Qerbxeber.com  Gürcüstan mediasına istinadla xəbər verir ki, məlumat Britaniya hökumətinin saytında dərc edilib. Bildirilib ki, buna səbəb Aİ-yə üzvlük danışıqlarının dayandırılmasının bəyan edilməsindən sonra keçirilən etirazlar zamanı Gürcüstan Daxili İşlər Nazirliyinin polis qüvvələrinin etirazçılara qarşı qeyri-proporsional güc tətbiq etməsidir. Sanksiya siyahısına Qomelaurinin müavini Aleksandre … Read more

Tovuz rayonu Aşağı Quşçu 1saylı tam orta məktəbdə kütləvi zəhərlənmə hadisəsi baş verib

News

Tovuz rayonu Aşağı Quşçu kənd 1 saylı tam orta məktəbdə zəhərlənmə hadisəsi baş verib. Qerbxeber.com xəbər verir ki, hadisəyə məktəbin 2 sinfində pelet sobasının tıxanması ilə tüstüləmə səbəb olub. Bu barədə Qazax-Tovuz Regional Təhsil İdarəsinin yaydığı məlumatda deyilir. Bildirilib ki, məktəbdə əvvəlcədən yanğın təhlükəsizliyi ilə bağlı görülmüş tədbirlər sayəsində hadisənin yayılmasının qarşısı alınıb, şagirdlər və … Read more

Tbilisidə aksiyanın 21-ci günü

Tiflis 21.gün

Dünən Gürcüstanın Paytaxtı Tbilisinin Rustaveli prospektində, günün ikinci yarısından başlayaraq gecə saatlarına qədər etiraz aksiyaları 21-ci günündə davam edib. Qerbxeber.com Aktual.ge-ə istinadla xəbər verir ki, bu gün vətəndaşlar paytaxtın müxtəlif yerlərindən yürüşlər təşkil edib və saat 20:00-da bütün yürüşlər Rustaveli prospektində birləşib. Belə ki, Avropa fondlarının keçmiş təqaüdçüləri Təhsil Nazirliyindən Parlamentə qədər yürüş təşkil edib. … Read more

İvanişvili və AŞ-nın baş katibi arasında kritik görüş – Detallar hələ də açıqlanmır

Ivanashvili Asbaş katibi

Avropa Şurasının Baş katibi Allen Berse “Gürcü Arzusu”nun təsisçisi və fəxri sədri Bidzina İvanişvili ilə görüşüb. Qerbxeber.com  Gürcüstan mediasına istinadən xəbər verir ki, günün ikinci yarısında baş tutan görüşün təfərrüatları məlum deyil. Xatırladaq ki, bundan əvvəl Alen Berse Baş nazir İrakli Kobaxidze və Parlamentin sədri Şalva Papuaşvili ilə görüşüb. Həmçinin, ictimai müdafiəçi Levan İoseliani ilə … Read more

ABŞ-dan açıq mesaj: Gürcüstan hökumətinə qarşı sanksiyalar hazırlayırıq

Abs dovlet departamenti

“Biz gürcü xalqını və onun Avro-Atlantik istəklərini dəstəkləyirik – əlavə tədbirlər, o cümlədən sanksiyalar hazırlayırıq”. Qerbxeber.com Aktual.ge-ə istinadən xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözcüsünün müavini Vedant Patel bildirib. O keçirilən brifinqdə jurnalistin Gürcüstanla bağlı sualına belə cavab verib: “4-5 həftə uzun bir müddətdir, bu dövrdə çox şey baş verə bilər. Bu administrasiyanın hələ … Read more

Azərbaycanda Türkiyə hərbi bazası olacaq?-Əliyevin cavabı

Ilham əliyev

Azərbaycan Prezidenti İlham Əliyev “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru Dmitri Kiselyova müsahibəsində “Azərbaycanda Türkiyənin hərbi bazasına ehtiyac varmı” sualını cavablandırıb. Dövlət başçısı buna ehtiyac olmadığını deyib. “Xeyr, qısa desək, lazım deyil. Vaxtaşırı müəyyən mediada belə məlumatların yayımlandığını nəzərə alaraq əgər cavabımı azca genişləndirsəm, deməliyəm ki, buna ehtiyac yoxdur”, – deyə Azərbaycan lideri vurğulayıb. … Read more

Bilinkendən İranla bağlı sensasiyalı bəyanat

Secretary blinken 1140x684

ABŞ-nin dövlət katibi Antoni Blinken sensasiyalı bəyanat verərək, Vaşinqtonun son 20 il ərzində İranda hakimiyyəti dəyişdirmək üçün uğursuz cəhdlərindən danışıb. Qerbxeber.com-un məlumatına görə, bu barədə “RIA Novosti” xəbər verib. Onun sözlərinə görə, ABŞ İran əhalisini dəstəkləmək üçün əhəmiyyətli vəsait sərf edib və bununla ölkənin daxili siyasi vəziyyətinə təsir göstərməyə ümid edib. Lakin ölkədən kənarda olmaq … Read more

Zelenski koreyalı əsgərlərlə bağlı dəhşətli görüntü yaydı-VİDEO

Zelenski unufirmda

Rusiya hərbçiləri Ukraynada döyüşdə öldürülən koreyalı əsgərlərin üzünü yandırır. Qerbxeber.com xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Vladimir Zelenski X səhifəsində yazıb. O bildirib ki, Rusiya tərəfi bununla koreyalı əsgərlərin varlığını gizlətməyə çalışır: “Rusiya təkcə Şimali Koreya qoşunlarını Ukraynanın mövqelərinə hücum etmək üçün göndərmir, həm də bu insanların itkilərini gizlətməyə çalışır. Məşq zamanı onların üzlərini göstərmək … Read more

Üç ölkənin XİN-i Kobaxidzenin sözlərini təkzib etdi

Kobaxidze

Rumıniya, İtaliya və İspaniyanın xarici işlər nazirlikləri Gürcüstanın baş naziri İrakli Kobaxidzenin ötəngünkü açıqlaması ilə bağlı bəyanat yayıblar. Qerbxeber.com  Teleqraf.com-a istinadla xəbər verir ki, hər üç bəyanatda hökumət başçısının Avropa İttifaqının (Aİ) Xarici İşlər Nazirləri Şurasının toplantısı barədə sözləri təkzib edilib. Bildirilib ki, toplantıda hər üç ölkə Gürcüstanla bağlı sanksiya qərarına dəstək ifadə edib. Bununla … Read more

FİFA ilin ən yaxşılarını açıqladı

6761ecca5970c6761ecca5970d17344708586761ecca5970a6761ecca5970b

FIFA ilin ən yaxşılarını açıqlayıb. Qerbxeber.com xəbər verir ki, “Puşkaş” mükafatına İngiltərənin “Mançester Yunayted” komandasının futbolçusu Alexandro Qarnaço layiq görülüb. Ən yaxşı futbolçuya təqdim olunan “The Best” mükafatına isə “Real Madrid”in hücumçusu Vinisius Junior layiq görülüb. Madrid klubunun baş məşqçisi Karlo Ançelotti isə ən yaxşı baş məşqçi seçilib. Argentina millisinin və İngiltərənin “Aston Villa” komandasının qapıçısı … Read more

“Avropa İttifaqı ilk dəfə olaraq sanksiyalar tətbiq etdi,bu irəliyə doğru bir addımdır”-Saakaşvili

Saakashvili mehkeme

Gürcüstanın üçüncü prezidenti Mixail Saakaşvili, Mixeil Kavelaşvilinin “prezidentliyi” fonunda gənclərə oxumağın vacibliyini vurğulayıb. Qerbxeber.com  Gürcüstan mediasına istinadla xəbər verir ki, bu sözləri o, məhkəmə prosesinə “Viva Med” klinikasından videobağlantı ilə qatılarkən söyləyib. “Hazırda tələbələr küçələrdə yürüş edir. Mən də bir vaxtlar tələbə idim və bu tələbələr özləri üçün mübarizə aparır, qaranlıq və ümidsizliyin hökm sürməsinin … Read more

Salome Zurabişvili Avropa Parlamentinə dəvət olundu

Avropa

“Avropa Parlamentinə Prezident Salome Zurabişvilini dəvət etdik”. Qerbxeber.com Aktual.ge-ə istinadən xəbər verir ki, bu barədə Avropa Parlamentinin sədri Roberta Metsola plenar iclasın açılışı zamanı deyib. O, Avropa Parlamentinin adından Gürcüstan xalqına həmrəylik ifadə edib və bildirib ki, Gürcüstan müxalifətinə, dinc etirazçılara və mətbuata qarşı repressiyaları qətiyyətlə pisləyirlər. “Avropa Parlamenti, artıq iki həftədir Tbilisidə və ölkənin … Read more

“Topu yuvarlamaq vaxtı deyil, indi həlledici inqilabi hərəkətlərin zamanıdır. Ümumxalq inqilabı..”-SAAKAŞVİLİ

Misa saakashvili

“”İndi dayanmaq, yavaşımaq, topu yuvarlamaq vaxtı deyil, indi həlledici inqilabi hərəkətlərin zamanıdır”. Qerbxeber.com Aktual.ge-ə istinadən xəbər verir ki, Gürcüstanın üçüncü prezidenti Mixeil Saakaşvili bu fikirləri müalicə aldığı “Vivamed” klinikasından Tbilisi Şəhər Məhkəməsində “Sərhədi qanunsuz keçmək” ittihamı ilə bağlı iclasa onlayn qoşularkən səsləndirib. Onun sözlərinə görə, əgər indi gürcü xalqı məğlub olsa, ölkə və gələcək olmayacaq. … Read more

Qazaxda Elm və Təhsil Nazirliyinin dəstəyi ilə layihə həyata keçirilir-FOTO

WhatsApp Image 2024 12 17 at 19.41.47

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Təhsildə İnkişaf və İnnovasiyalar üzrə VIII qrant müsabiqəsi çərçivəsində layihələrin icrası bütün ölkə boyu davam edir.Qrant müsabiqəsinin qaliblərindən biri də, Qazax rayon Ş.Cəbiyev adına Daş Salahlı kənd 2 saylı tam orta məktəbinin müəllimi Nuranə Şərifovadır. Qerbxeber.com-a bu barədə məlumat verən Nüranə Şərifova,rəhbəri olduğu “Sağlam gələcək-bizimlə gələcək” Yaşıl dünyanın təşviqi … Read more

Rusiyalı general Kirillov Moskvada öldürüldü

Iqor kirillov

Moskvanın Ryazansk prospektindəki yaşayış binasında partlayış baş verib. Qerbxeber.com xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb. Məlumata görə, binanın birinci mərtəbəsində baş verən partlayış nəticəsində iki nəfər ölüb. Rusiya Teleqram kanalları ölənlərdən birinin Rusiya Silahlı Qüvvələrinin radiasiya, kimyəvi və bioloji müdafiə qoşunlarının komandanı, general-leytenant İqor Kirillov olduğunu yazıb. Generalla birlikdə onu işə aparmağa gələn … Read more

Rusiyanın itkiləri yenilənib

Russian ukraine flags rusya ukrayna bayrakları

Ukrayna müharibənin 1028-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Qərbxəbər.com xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 765 110 hərbçi, 9 567 ədəd tank, 19 751 ədəd zirehli döyüş maşını, 21 159 ədəd artilleriya sistemi, 1 256 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 1025 hava … Read more

Ərdoğan: Suriyanı terror yuvası olmaqdan xilas etmək lazımdır

ərdoğanq

Beynəlxalq ictimaiyyət Suriya xalqına 13 il ərzində lazımi dəstəyi göstərməyib. Qərbxəbər.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Avropa İttifaqı (Aİ) Komissiyasının sədri Ursula fon der Lyayenlə görüşündən sonra mətbuata açıqlamasında deyib. Ərdoğan Dəməşqdəki Türkiyə səfirliyinin bərpası məsələsinə də toxunub: “Biz artıq səfirliyimizi bərpa etmişik. Türkiyə bundan sonra da Suriyanın yanında olmağa davam … Read more

Yeni il bayramı günlərində Bakı-Qəbələ qatarı hər gün işləyəcək

ady

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) 30 dekabr – 5 yanvar bayram günlərində 1 yanvar istisna olmaqla hər gün Bakı-Qəbələ-Bakı marşrutu üzrə qatar reysləri təşkil edəcək. Qərbxəbər.com bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir. Məlumata görə, bu, bayram günlərində sərnişin tələbatını təmin etmək məqsədilə həyata keçirilir. “Qatarların hərəkət cədvəli və biletlər haqqında əlavə məlumatları dəmiryol vağzallarının … Read more

Azərbaycan QHT-ləri UNESCO-nu Ermənistana faktaraşdırıcı missiya göndərməyə çağırıb

46236a82 5ed3 3c07 819f 2b5733ecda97

Azərbaycanın vətəndaş cəmiyyəti təmsilçiləri UNESCO-nun Baş direktoru Odri Azuleyə açıq məktub ünvanlayıb. Qərbxəbər.com xəbər verir ki, məktubda deyilir: “Biz sizə Ermənistanın Azərbaycan xalqına məxsus mədəni və tarixi irsi məqsədli şəkildə məhv etməsindən dərin narahatlığımızı ifadə etmək və bununla bağlı əməli addımların atılmasına çağırış etmək məqsədilə müraciət edirik. Ermənistanın həyata keçirdiyi siyasət nəticəsində Qərbi Zəngəzur, Qafan, … Read more