Dünya

FİFA ilin ən yaxşılarını açıqladı

18 dekabr / 08:14 1 dəq
6761ecca5970c6761ecca5970d17344708586761ecca5970a6761ecca5970b
18 dekabr / 08:14
Burada sizin reklamınız ola bilər

FIFA ilin ən yaxşılarını açıqlayıb.

Qerbxeber.com xəbər verir ki, “Puşkaş” mükafatına İngiltərənin “Mançester Yunayted” komandasının futbolçusu Alexandro Qarnaço layiq görülüb.

Ən yaxşı futbolçuya təqdim olunan “The Best” mükafatına isə “Real Madrid”in hücumçusu Vinisius Junior layiq görülüb.

Madrid klubunun baş məşqçisi Karlo Ançelotti isə ən yaxşı baş məşqçi seçilib.

Argentina millisinin və İngiltərənin “Aston Villa” komandasının qapıçısı Emiliano Martines də ən yaxşılar siyahısında yer alıb.

İlin rəmzi yığması

Qapıçı: Emiliano Martines (“Aston Villa”, Argentina);

Müdafiəçilər: Dani Karvahal (“Real Madrid”, İspaniya), Ruben Diaş (“Mançester Siti”, Portuqaliya), Vilyam Saliba (“Arsenal”, Fransa), Antonio Rudiger (“Real Madrid”, Almaniya);

Yarımmüdafiəçilər: Rodri (“Mançester Siti”, İspaniya), Toni Kroos ( karyerasını bitirib, Almaniya), Cud Bellinqem (“Real Madrid”, İngiltərə);

Hücumçular: Lamin Yamal (“Barselona”, İspaniya), Erlinq Haland (“Mançester Siti”, Norveç), Vinisius Junior (“Real Madrid”, Braziliya).

Paylaş
Burada sizin reklamınız ola bilər