“Gürcü Arzusu”nun heç bir üzvü Trampın inauqurasiya mərasiminə dəvət edilməyib

Gurcu arzusu

Bu ilin 20 yanvar tarixində ABŞ-ın yeni seçilmiş Prezident Donald Trampın inauqurasiya mərasiminə qatılmaq üçün “Gürcü Arzusu” hökumətinin heç bir üzvü dəvət almayıb. Qerbxeber.com  Aktual.ge -yə istinadən xəbər verir ki, bu barədə “Azadlıq Radiosu”nun sorğusuna Hökumət Administrasiyasının mətbuat xidmətindən bildirilib. Eyni zamanda Prezident Mixeil Kavelaşvili də dəvət almayıb. Qeyd edək ki, Donald Trampın inauqurasiya mərasimində … Read more

Entoni Blinkendən Gürcüstan AÇIQLAMASI

Antoni Blinken

“Seçkilərdə bir çox sual doğuran hadisələri gördükdən sonra, hökumətin repressiv addımlarını müşahidə etdikdən sonra, biz və tərəfdaşlarımız tədbirlər gördük”. Qerbxeber.com Aktual.ge-yə istinadən xəbər verir ki, bu sözləri ABŞ-ın Dövlət katibi Entoni Blinken Parisdə Fransanın Xarici işlər naziri Jan-Noel Baro ilə birgə keçirdiyi mətbuat konfransında deyib. Onun sözlərinə görə, ABŞ, Fransa və digər bir çox ölkə … Read more

Çinin XİN-yi naməlum virusun yayılmasına münasibət bildirib

Çin virusu

Çin Xarici İşlər Nazirliyinin sözçüsü ölkədə naməlum virusun yayılması ilə bağlı məlumatları təkzib edib. Qerbxeber.com bildirir ki, bu barədə APA.az “XİNHUA” agentliyinə istinadən xəbər yayıb. Bildirilir ki Nazirliyin sözcüsü, gündəlik mətbuat brifinqində bu barədə danışıb. Onun sözlərinə görə, Çində tənəffüs yoluxucu xəstəliklərin ümumi miqyası və intensivliyi keçən ilə nisbətən daha aşağıdır. Xarici İşlər Nazirliyinin sözçüsü Guo … Read more

Buraxılış imtahanlarının vaxtı açıqlandı

Imtahanmuellim

Tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı iki zona olmaqla 2 və 9 mart tarixlərində keçiriləcək. APA.az DİM-ə istinadən xəbər verib ki, ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı isə üç zona üzrə 13, 20 və 27 aprel tarixlərində təşkil olunacaq. İmtahandan 1 ay öncə zonalara aid olan şəhər və rayonlar … Read more

Ali məktəblərə qəbul imtahanlarının vaxtı məlum olub

Imtahan qebul

I, II, III və IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanının ikinci mərhələsinə uyğun sınaq imtahanına qeydiyyat 6 – 26 fevral tarixlərində aparılacaq. Sınaq imtahanı isə martın 16-da təşkil olunacaq. Qerbxeber.com DİM-ə istinadən xəbər verir ki, ali təhsil müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün bütün abituriyentlərin qeydiyyatı (ərizə qəbulunun I mərhələsi) 20 fevral – … Read more

Samir Şərifov Maliyyə naziri vəzifəsindən azad edildi

Trend samir sharifov 281222

Samir Rauf oğlu Şərifov Azərbaycan Respublikasının maliyyə naziri vəzifəsindən azad edilib. Qerbxeber.com President.az-a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq sərəncam imzalayıb. Dövlət başçısının digər sərəncamı ilə S.Şərifov Azərbaycan Respublikası Baş nazirinin müavini təyin olunub.

Ağstafada qətl törətməkdə şübhəli bilinən qadın saxlanıldı

Qetl

Ağstafada qətl törətməkdə şübhəli bilinən qadın saxlanılıb. Qerbxeber.com Oxu.Az-ın məlumatına istinadən xəbər verir ki, yanvarın 9-da gecə saatlarında Ağstafa rayonu Dağkəsəmən kəndində yaşadığı evdə 61 yaşlı Fatma Musayeva kəsici alətlə qətlə yetirilib. Cinayəti törətməkdə şübhəli bilinən, onun qohumu 49 yaşlı Zülfiyə Musayevanı polis əməkdaşları saxlayaraq istintaqa təhvil veriblər. Faktla bağlı araşdırma aparılır.

İlyas İsmayılov reanimasiyaya yerləşdirilib

İlyas İsmayılov

Ədalət Partiyasının sədri İlyas İsmayılov Mərkəzi Klinikaya yerləşdirilib, vəziyyəti ağırdır. Qerbxeber.com xəbər verir ki, bu barədə Teleqraf.com-a sabiq baş prokuror, İlyas İsmayılovun yaxın qohumu deyib. “İlyas bəy hazırda Mərkəzi Klinikada reanimasiya şöbəsində müalicə olunur. Artıq bir aya yaxındır ki, xəstəxanadadır. İnsult keçirmişdi, indi nisbətən yaxşılaşır”, – deyə o əlavə edib. Mərkəzi Klinikanın baş həkimi Kamran … Read more

Böyük Britaniya Ukraynaya 30 min PUA verəcək

Pua yeni

“Böyük Britaniya Ukraynaya 30 min ədəd pilotsuz uçuş aparatı (PUA) göndərəcək”. Qerbxeber.com xəbər verir ki, bu barədə APA.az  Birləşmiş krallıq hökumətinin rəsmi internet saytına istinadən məlumat verib. Bildirilib ki, Böyük Britaniya və Latviya birgə müəssisəsinin istehsal etdiyi PUA-larla bağlı müqavilənin həcmi 45 milyon funt-sterlinq təşkil edir. Layihənin maliyyələşdirilməsini Birləşmiş Krallıqla yanaşı, Danimarka, Niderland, Latviya və … Read more

Paşınyanın Azərbaycana təkliflərində nələr var?

Pashinyan xerite

Ermənistan Baş naziri Nikol Paşinyan son müzakirələrlə bağlı sosial şəbəkə hesabında paylaşım edib. Qerbxeber.com Axar.az-a istinadən sözügedən paylaşımını təqdim edir: 1. Qərbi Azərbaycan Qazax, Tovuz, Ağstafa, Gədəbəy, Daşkəsən, Kəlbəcər, Laçın, Qubadlı, Zəngilandır, bunlardan kənarda Qərbi Azərbaycan yoxdur və ola bilməz, əgər onlar doğrudan da başqa yerə baxmaq istəyirlərsə, Naxçıvanı da Qərbi Azərbaycan saya bilərik; 2. … Read more

Kanada Ukraynaya 440 milyon dollar yardım ayırdı

Kanada

Kanada Kiyevə 440 milyon Kanada dolları (305,7 milyon dollar) dəyərində hərbi yardım göndərmək niyyətindədir. Qerbxeber.com Axar.az-a istinadən xəbər verir ki, bu barədə Kanada müdafiə naziri Uilyam Bleyerin bəyanatında deyilir. Bu vəsaitin 200 milyon Kanada dolları (təxminən 139 milyon dollar) Ukrayna ordusuna mərmi almaq üçün Çexiya təşəbbüsünə gedəcək. 50 milyon Kanada dolları (34,7 milyon dollar) isə … Read more

Prezident Əliyev və Ərdoğan arasında telefon danışı baş tutub

677eade2dac78677eade2dac791736355298677eade2dac76677eade2dac77

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan yanvarın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Qerbxeber.com xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb. Telefon söhbəti zamanı Azərbaycan ilə Türkiyə arasında ikitərəfli münasibətlər, regional və qlobal məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Rəcəb Tayyib Ərdoğan ölkələrimiz arasında əməkdaşlığın bütün sahələrdə “Bir millət, iki … Read more

Qazaxda yaşayış evi yandı-VİDEO

2025 01 08 11 37 41Lag1R33LtgEpoUA7EzRX file

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Qazax şəhəri, Səməd Vurğun küçəsində yanğın baş verməsi barədə məlumat daxil olub. Qerbxeber.com xəbər verir ki, bu barədə FHN-in Mətbuat xidmətinin məlumatında deyilir. Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Qazax rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri əraziyə cəlb olunub. Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində ümumi sahəsi 60 m² … Read more

Azərbaycanın 3 gəmisi heyəti ilə birgə Afrikada həbs edilib

Gəmi

Azərbaycana məxsus 3 gəmi heyəti ilə birlikdə Afrikada yerləşən Eritreya dövlətinə aid sularda həbs edilib Qerbxeber.com Bakupost.az-a istinadən xəbər verir ki, bu barədə uzaqsəfərlər kapitanı Səyyar Quliyev məlumat verib. O iddia edir ki, heyət 2 aya yaxındır ac-susuz girov saxlanılır. Gəmilərin Bakıdan Ərəbistana yola çıxdığı, havanın küləkli olması səbəbindən Afrikaya – Eritreyaya istiqamətinə yönəldiyi, guya … Read more

ABŞ Prezidenti Ukraynaya yeni yardım elan edəcək

1716627767 1716626301 co bayden

Bir neçə həftəyə səlahiyyət müddəti başa çatacaq ABŞ-ın hazırkı prezidenti Co Bayden administrasiyası Ukraynaya böyük yekun yardım paketi elan etmək niyyətindədir. Qerbxeber.com xəbər verir ki, bu barədə Pentaqonun iki yüksək vəzifəli rəsmisinə istinadən “Assoşeyted Press” agentliyi məlumat yayıb. Yeni silah paketinin elanı ABŞ-ın müdafiə naziri Lloyd Ostinin yanvarın 9-da Almaniyaya səfəri çərçivəsində baş tutmalıdır və burada … Read more

Çində dəhşətli zəlzələ-ölənlərin sayı 126-ya çatdı

Images

Çinin cənub-qərbindəki Tibet muxtar rayonunda 7,1 bal gücündə zəlzələ olub. Qerbxeber.com xəbər verir ki, bu barədə ABŞ-ın Geoloji Xidməti məlumat yayıb. Məlumata görə, yeraltı təkanların episentri Şiqadze şəhərindən 163 km məsafədə yerləşib. Təbiət hadisəsinin ocağı 10 km dərinlikdə olub. Tibetdə zəlzələ nəticəsində ölənlərin sayı 126-ya, yaralıların sayı isə 188-ə çatıb. Bu barədə “Xinhua” agentliyinin məlumatında deyilir. … Read more

Zəngəzurda nə baş verir?

Laçın yol qarabağ zəngəzur

Ötən gün İran XİN sözçüsü İsmayıl Bəqainin Zəngəzur dəhlizi haqda açıqlamasının Azərbaycan mediasında dərhal tirajlanması Ermənistanda xüsusi panika ilə müşayiət olundu. Qərbxəbər.com xəbər verir ki, məlumat yayılandan dərhal sonra İsmayıl Bəqai təkzib yaydı və ümumiyyətlə Zəngəzur barədə danışmadığını bildirdi. Bəs, anlaşılmazlıq haradan qaynaqlanırdı? İranın rəsmi xəbər agentlikləri Türkiyə ilə sərhəddə yığılıb qalan İrana məxsus 1000 … Read more

Metroda gediş haqqı artırılır?

Metro esas

Bakı metrosunda gediş haqqının 55 qəpik olacağına dair məlumatlar yayılıb. Qərbxəbər.com xəbər verir ki, Bakı Metropoliteni QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Publika.az-a açıqlamasında məlumatı təkzib və ya təsdiq etməyib. O, yaxın zamanda məsələ ilə bağlı rəsmi açıqlama veriləciyini bildirib.

40-cı gün:Tbilisidə aksiya iştirakçıları yenidən magistral yolu bağlayıblar (FOTO)

Tbilisi 40 ci gün

Hökumətin qərarına etiraz edən vətəndaşlar artıq 40-cı gündür ki, paytaxt Tbilisidə etiraz aksiyası keçirirlər. Qerbxeber.com Gürcüstan mediasına istinadən xəbər verir ki, Tbilisidə gün ərzində müxtəlif yerlərdə keçirilən etiraz yürüşləri Rustaveli prospektində birləşib. Hazırda yüzlərlə insanın iştirak etdiyi Rustaveli prospekti avtomobillərin hərəkəti üçün bağlanıb. Nümayişçilərin əsas tələbləri dəyişməz olaraq qalır – onlar aksiyalar zamanı həbs olunan … Read more

Tənqidlər və çağırışlardan sonra ATƏT Parlament Assambleyasının prezidenti Tbilisiyə səfərini təxirə salı

Pia Kauma

ATƏT Parlament Assambleyasının prezidenti Pia Kauma Gürcüstana planlaşdırılmış səfərini ləğv edib və qeyri-müəyyən müddətə təxirə salıb. Qerbxeber.com Aktual.ge-yə istinadən xəbər verir ki, o, bununla bağlı sosial şəbəkə hesabında məlumat verib. “Müzakirələrdən və vəziyyətin diqqətlə təhlilindən sonra Gürcüstana səfərimi elə bir vaxta qədər təxirə salmaq qərarına gəldim ki, ATƏT Parlament Assambleyasının iştirakı daha təsirli olsun. Biz … Read more