ABŞ Türkiyənin gəmiqayırma şirkətini sanksiyalardan azad etdi

Kuzeystartersanesi

ABŞ Rusiya ilə əməkdaşlıq edən Türkiyənin gəmiqayırma şirkəti “Kuzey Star”ı sanksiya siyahısından çıxarıb. Qerbxeber.com bildirir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin məlumatında deyilir . Xarici Aktivlərə Nəzarət İdarəsinin (OFAC) məlumatına görə, şirkət Rusiyaya qarşı məhdudlaşdırıcı tədbirlər çərçivəsində sanksiyalara məruz qalan qurumlar siyahısından çıxarılıb. Məhdudiyyətlərin aradan qaldırılmasının səbəbi açıqlanmır. 2025-ci ilin yanvarında Türkiyənin “Kuzey Star” gəmiqayırma … Read more

Tramp bazar günü İsrailə səfər edəcək

Tramp muraciet

ABŞ Prezidenti Donald Tramp gələn bazar günü İsrailə səfər edəcək. Qerbxeber.com xəbər verir ki, bu barədə “The Times of Israel” məlumatlı mənbələrə istinadən məlumat yayıb. Ağ Ev rəhbərinin bir neçə rəsmi mərasimdə, o cümlədən Qərb Divarında keçiriləcək tədbirlərdə iştirakı və Knessetdə çıxışı gözlənilir. . Amerika prezidentinin səfəri qısa – təxminən səkkiz saat davam edəcək. Bu gün … Read more

Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirləri görüşdü

3 müdafiə naziri

Oktyabrın 9-da Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirləri arasında 12-ci üçtərəfli görüş keçirilib. Qerbxeber.com xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin Mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, Türkiyənin Ankara şəhərində keçirilən görüşdə xalqlarımız arasında mehriban qonşuluq və dostluq münasibətlərinin, qarşılıqlı əlaqələrin dövlət və hökumət başçılarımızın rəhbərliyi ilə daim inkişaf etdiyi diqqətə çatdırılıb. Azərbaycan Respublikasının müdafiə naziri … Read more

İsrail dinc əhalinin məskunlaşdığı məktəbi vurdu

Qezza bina

İsrail ordusuna məxsus PUA Qəzzanın qərbində, köçkünlər üçün sığınacaq kimi xidmət edən “Yarmuk” məktəbinə zərbə endirib. Bir neçə fələstinli yaralanıb və yaxınlıqdakı Baptist Xəstəxanasına aparılıb. Qerbxeber.com Axar.az-a istinadən xəbər verir ki, bu barədə “Əl Mayadin” məlumat yayıb. Günorta saatlarında İsrailin artilleriya atəşinə məruz qalan Qəzzanın mərkəzində yerləşən Nuseyrat qaçqın düşərgəsində də itkilər qeydə alınıb. Bundan əlavə, … Read more

Metyu Uitaker: ABŞ-ın Ukraynaya verilməmiş hələ çox güclü silahları var

Metyu uitaker

Birləşmiş Ştatlar hələ Ukraynaya verilməmiş güclü silah sistemlərinə malikdir. Bu silahlar qarşı tərəfə ciddi ziyan vurmağa qadirdir. Qerbxeber.com nTeleqraf-a istinadən xəbər verir ki, bunu Latviyada keçirilən təhlükəsizlik konfransında çıxış edən ABŞ-nin NATO-dakı daimi nümayəndəsi Metyu Uitaker deyib. “Bir sıra güclü silahlar var ki, onları hələ Ukraynaya verməmişik, lakin lazım gələrsə, onları verəcəyik”, – diplomat bildirib. … Read more

Zelenski: Tramp “Tomahavk” raketi verərsə,Kiyev onu Nobel sülh mükafatıan namizəd göstərəcək

Zelenski (1)

Ukrayna ABŞ-dan “Tomahavk” raketləri alarsa, Prezidenti Donald Trampı Nobel Sülh Mükafatına namizəd göstərəcək . Bu barədə “Politico” saytı Ukrayna lideri Volodimir Zelenskiyə istinadən məlumat yayıb. Zelenski həmçinin bildirib ki, atəşkəs üçün fürsət yaratsa, Ukrayna Trampı Nobel Sülh Mükafatına namizəd göstərəcək. Oktyabrın 9-da İspaniyanın “Pais” qəzeti Trampın 2025-ci il Nobel Sülh Mükafatına namizədlər siyahısına daxil edildiyini yazıb … Read more

İlham Əliyev və Vladimir Putin arasında təkbətək görüş keçirildi

əliyev putin

Oktyabrın 9-da Düşənbədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ilə təkbətək görüşü olub.   Qerbxeber.com Teleqraf-a istinadən xəbər verir ki, görüşdə çıxış edən Prezident Vladimir Putin dedi: -Hörmətli İlham Heydər oğlu. Bu yaxınlarda biz – doğrudur, Pekində hər halda qısa da olsa görüşdük. Buna qədər bir neçə dəfə telefonla danışmışıq. Görüşümüzə … Read more

Prezident İlham Əliyev Düşənbəyə səfərə gedib

Tacikistan prezident

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmonun dəvəti ilə MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün oktyabrın 9-da Düşənbəyə səfər edib. Qerbxeber.com xəbər verir ki, Düşənbə Beynəlxalq Aeroportunda dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Azərbaycan Prezidentini Tacikistan Respublikası Ali Məclisi Milli Məclisinin sədri Rüstəm Emoməli və digər rəsmi şəxslər qarşıladılar.

Bədəni Dəyişmək Qələbədir, Amma Düşüncəni Dəyişmək — Əsl Zəfərdir! -Elnur Nemətovun yazısı

Elnur123

Bəzən başlayırıq… sonra yoruluruq və yolun yarısında təslim oluruq. Çünki əvvəlcə hər şey alınır kimi olur, sonra bir anda hər şey dağılır. Bəs niyə belə olur? İllərdir idman sahəsində müəllim və mütəxəssis kimi yüzlərlə insanla çalışmışam və bir həqiqəti görmüşəm: “Heç kim tənbəl deyil” Sadəcə, çoxları səhv motivasiya ilə başlayır. Cünki hər kəsin bədəni, məqsədi … Read more

Cəbhədə vəziyyət Ukraynanın xeyrinə dəyişir

Ukrayna ordu

ABŞ və Rusiya arasında aparılan danışıqlardan sonra sülh ümidləri doğrulmadı, lakin Ukraynanın “istehkamlı müharibə” strategiyası gözlənilməz nəticələr verir. Qarşı tərəfin davamlı itkiləri və Ukrayna Silahlı Qüvvələrinin uyğunlaşması uzunmüddətli qələbə üçün imkanlar açır. Qerbxeber.com xəbər verir ki, bu barədə Axar.az “Atlantik” nəşrinə istinadən məlumat verib. “Cəbhədə strateji vəziyyət Rusiya Ukraynanın şimal-şərqində sürətli irəliləyişə ümid edirdi, lakin … Read more

Kobaxidze ABŞ Dövlət Departamentinə müraciət etdi

Kobaxidze

Gürcüstan Baş naziri İrakli Kobaxidze ABŞ Dövlət Departamentini Vaşinqtonun Tbilisidə baş verən insidentlərdə heç bir payı olmadığını sübut etmək üçün 4 oktyabr çevriliş cəhdini pisləməyə çağırıb. Qerbxeber.com xəbər verir ki, o, bu barədə jurnalistlərə bildirib. “Mənim ABŞ Dövlət Departamentinə çağırışım hökuməti devirmək cəhdini açıq şəkildə pisləmək və bununla da gürcü xalqına Dövlət Departamentinin ölkəmizdə elə bir … Read more

Azərbaycan neftinin qiyməti 70 dolları keçdi

Neft (2)

Dünya bazarlarında ticarət əməliyyatlarının gedişində Azərbaycan neftinin qiyməti bahalaşıb. Qerbxeber.com xəbər verir ki, “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin dəyəri 70.08 ABŞ dollarına bərabər olub. Qeyd edək ki, cari ilin dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 70 ABŞ dolları səviyyəsində götürülüb.

Serbiya Prezidenti Türkiyəni ittiham etdi…

Vuçiç

İndi tamamilə aydındır ki, Türkiyə Osmanlı İmperiyasını bərpa etmək arzusundadır. Qerbxeber.com xəbər verir ki, bu iddia ilə Serbiya Prezidenti Aleksandr Vuçiç özünün X səhifəsində çıxış edib. O bildirib ki, Türkiyə minlərlə “Skydagger” kamikadze dronunu tanınmamış Kosovaya köçürməklə BMT nizamnaməsini pozur. Qeyd edək ki, oktyabrın 8-də Kosovanın Baş naziri Albin Kurti türk PUA-larının ölkəyə çatdırıldığını açıqlayıb. Onların … Read more

Zelenski: Rusiyaya cavabımız asimmetrik olacaq

Zelenski unufirmda

Ukrayna Prezidenti Volodimir Zelenski Ukrayna Təhlükəsizlik Xidməti (SBU) ilə Rusiyanın hücumlarına asimmetrik cavab planı barədə razılığa gəldiyini açıqlayıb. Qerbxeber.com xəbər verir ki, dövlət başçısı bu barədə özünün teleqram kanalında yayımladığı videomüraciətində məlumat verib. “Əməliyyatlarımıza gəlincə, mən Rusiya müharibəsinə asimmetrik cavablarımızla bağlı bəzi planlar barədə Xidmətlə razılaşdım. Sadəcə onu deyə bilərəm ki, cavabımız çox sərt olacaq”, … Read more

Ukrayna Rusiyada “Lukoyl”-a aid zavodu vurdu

Dron hücumu

Ötən gecə Ukrayna Silahlı Qüvvələrinə məxsus dronlar Rusiyanın Volqoqrad vilayətində “Lukoyl”a məxsus qaz emalı zavoduna hücum edib. Qerbxeber.com xəbər verir ki, bu barədə UNİAN məlumat yayıb. Nəticədə zavodda yanğın başlayıb. Qeyd edək ki, “Lukoyl”a məxsus qaz emalı zavodu Federal Cənub Dairəsinin ən böyük zavodu hesab edilir.

Gürcüstan parlamentinin sədri Aİ bayrağını “terror simvolu” adlandırdı

Avro bayraq

Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Avropa komissarı Marta Kosun “Gürcüstanın Rusiya dezinformasiyası metodlarından istifadə edir” ittihamına münasibət bildirib. Papuaşvilinin sözlərinə görə Brüssel Tbilisi haqqında qəsdən yalan narrativlər yayır. “Belə narrativlərə və dezinformasiyaya qarşı bizim silahımız həqiqəti söyləməkdir”,- deyə Papuaşvili vurğulayıb. O əlavə edib ki, Avropa bürokratları öz məsuliyyətsizlikləri ilə Gürcüstandakı radikal etiraz aksiyalarının iştirakçılarının əlində … Read more

Fon der Lyeyen: Moskvanın məqsədi Avropada ixtilaf toxumu səpməkdir

Ursula von der Leyen

Bu, bizim vətəndaşlarımızı qorxutmaq, iradəmizi sınağa çəkmək, ittifaqımızı parçalamaq və Ukraynaya dəstəyimizi zəiflətmək məqsədi daşıyan ardıcıl və getdikcə güclənən kampaniyadır. Artıq vaxtıdır ki, buna öz adı ilə müraciət edək – bu, hibrid müharibədir. Qerbxeber.com xəbər verir ki, bu açıqlama ilə Avropa Komissiyasının prezidenti Ursula fon der Lyeyen çıxış edib. Lyeyen bütün insidentlərə görə Rusiyanın məsuliyyət … Read more

Rusiya Xersona İsgəndər-M raketi atdı

Rusiya İsgender m

Rusiya ordusu Xerson yaxınlığındakı pilotsuz təyyarələrin istehsalı müəssisəsinə “İsgəndər-M” raketi ilə zərbə endirib. Qerbxeber.com xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Qeyd olunur ki, hədəf daha öncə Rusiya PUA-sı tərəfindən dəqiqləşdirilib, daha sonra vurulub.

Rusiya Trampa xəbərdarlıq etdi-RAKET QORXUSU

Tramp

“Əgər ABŞ Ukraynaya “Tomahawk” raketlərini vermək qərarını qəbul edərsə, bu, Rusiya–ABŞ münasibətlərinə bərpaolunmaz zərbə vuracaq”. Qerbxeber.com xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib. “Əgər ABŞ administrasiyası bu qərarı nəhayət qəbul edərsə, bu, yalnız qarşıdurma spiralını daha da gərginləşdirməklə qalmayacaq, həm də Rusiya–Amerika münasibətlərinə bərpaolunmaz zərər vuracaq. Halbuki bu münasibətlərdə yenicə … Read more