Tramp :”Qorxmuş ” İran nüvə sazişi bağlamağa hazırdır

Photo 5287253704182985627 Y

ABŞ prezidenti Donald Tramp İranın nüvə proqramı ilə bağlı Tehranla razılaşmanın əldə olunacağına inandığını deyib. Prezident Tramp hesab edir ki, Tehran danışıqlar aparmağa və hərbi variantın gündəmə gələ biləcəyi gərginliyin qarşısını almağa istəklidir. Fevralın 10-da “Fox News”a müsahibə verən ABŞ lideri deyib ki, İran rəsmiləri razılaşma əldə olunmazsa, mümkün nəticələrdən “narahat və qorxmuş” durumdadırlar. “Hamı … Read more

UEFA Çempionlar Liqası: Pley-off mərhələsində daha 4 oyun keçiriləcək

B491ff54 4d1b 3ec3 8503 Fca4c851d454 850

UEFA Çempionlar Liqasının pley-off mərhələsində bu gün daha 4 oyun keçiriləcək. Qerbxeber.com məlumatına görə, “Atalanta” səfərdə “Brügge” ilə qarşılaşacaq. “Feyenoord” Niderlandda “Milan”ı qəbul edəcəksə, “Seltik” evdə “Bavariya” ilə üz-üzə gələcək. “Benfika” isə səfərdə “Monako” ilə görüşəcək. UEFA Çempionlar Liqası Pley-off mərhələsi, ilk oyunlar 12 fevral 21:45. “Brügge” (Belçika) – “Atalanta” (İtaliya) 00:00. “Feyenoord” (Niderland) – … Read more

Kiyevə kütləvi raket hücumu: dağıntılar var

03b4dba8 88a9 32df 9711 0ee1ee33be7c 850

Yanvarın 12-i səhər saatlarında Ukraynanın paytaxtı Kiyev şəhəri yenidən növbəti kütləvi raket hücumuna məruz qalıb. Qerbxeber.com xəbər verir ki, paytaxtın Obolon, Solomensk, Qolosevskiy rayonlarında dağıntılar var. İlkin məlumata görə, raket zərbələri nəticəsində bir nəfər yerli sakin həlak olub. Hazırda Ukrayna Fövqəladə Hallar Xidməti xilasetmə işləri ilə məşğuldur.

ABŞ-la Rusiya arasında müharibə başlasa, Qərbi fəlakət gözləyir – İngiltərə açıqladı

Abs Rusiya (1)

ABŞ və Rusiya arasında genişmiqyaslı iqtisadi müharibə başlayarsa, Qərb ölkələri ağır böhrana düçar olacaqlar. Qerbxeber.com xəbər verir ki, bunu ingiltərəli hərbi analitik Aleksandr Merkuris bildirib. Onun fikrincə, bu, Qərb ölkələri üçün tam bir fəlakət olardı. “Belə bir ssenaridə bütün dünya cəmiyyətin İkinci Dünya Müharibəsinin sonundan bəri görmədiyi miqyasda iqtisadi böhran yaşayacaq”, – deyə Merkuris qeyd edib. … Read more

Paşinyanın Araikə məxfi zəngi üzə çıxdı: Nələr deyib?

նիկոլ փաշինյան արայիկ հարությունյան 1

Qarabağdakı keçmiş qondarma rejimin Ermənistana qaçan separatçılarından Aramayis Ağabekyanın son iddiaları müzakirələrə səbəb olub. Qerbxeber.com xəbər verir ki, Ağabekyan Azərbaycana qarşı cinayətlərdə ittiham olunan və hazırda Bakıda məhkəməsi davam edən Araik Arutyunyanla Ermənistanın Baş naziri Nikol Paşinyanda arasında antiterror əməliyyatlarından öncə tez-tez telefon danışığının olduğunu bildirib: “Hələ 2023-cü ilin sentyabr ayı idi. O zaman Araik Arutyunyan … Read more

Zelenskinin ərazi mübadiləsi təklifinə Rusiyadan reaksiya

Zelenski Yeni1

Vladimir Zelenskinin Ukrayna münaqişəsinin həlli üçün mümkün ərazi mübadiləsi ilə bağlı istəyi əhəmiyyət kəsb etmir, çünki Zelenski qeyri-legitim prezidentdir. Qerbxeber.com xəbər verir ki, bu barədə Xarkov vilayətinin “hərbi-mülki administrasiyasının rəhbəri” Vitali Qançev məlumat yayıb. “Bunlar şərt irəli sürmək üçün heç bir hüquqi əsası olmayan, qeyri-legitim prezidentin xəyallarıdır”, – Qançev vurğulayıb. Qeyd edək ki, Zelenski daha öncə danışıqlar … Read more

Çempionlar Liqasının 1/8 mərhələsinə vəsiqə uğrunda pley-off görüşlərinin ilk oyunları keçirilib

67abd4cc674aa67abd4cc674ab173931438067abd4cc674a867abd4cc674a9

Bu gün Çempionlar Liqasının 1/8 mərhələsinə vəsiqə uğrunda pley-off görüşlərinin ilk oyunları start götürüb. Qerbxeber.com xəbər verir ki, günün ilk qarşılaşmasında “Brest” evində PSJ-ni qonaq edib. Görüş qonaqların inamlı qələbəsi ilə nəticələnib – 3:0. Turun digər matçlarında “Mançester Siti” yerli azarkeşləri önündə “Real”ı qəbul edib. Qonaqlar 2:1 hesabı ilə geri düşsələr də, görüşün sonlarına yaxın … Read more

Misir: İƏT Qəzza ilə bağlı fövqəladə toplantı keçirəcək

67abaf45ea96367abaf45ea964173930477367abaf45ea96167abaf45ea962

Misir ABŞ-nin Qəzzada fələstinliləri zorla köçürmə planına qarşı çıxmaq üçün İslam Əməkdaşlıq Təşkilatının (İƏT) fövqəladə iclasının keçirilməsi ilə bağlı prinsipial razılıq əldə etdiyini açıqlayıb. Qerbxeber.com xəbər verir ki, Misirin xarici işlər naziri Bədr Əbdüləti son günlər İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv olan Səudiyyə Ərəbistanı, Pakistan, İran və İordaniya kimi ölkələrin xarici işlər nazirləri ilə bir … Read more

HƏMAS girovları qaytarmasa, İsrail Qəzzada əməliyyatları bərpa edəcək

D2873c9255b4aba86bb1a84b36d34b79netanyu jpg

HƏMAS hərəkatı fevralın 15-i günortaya qədər israilli girovları azad etməsə, İsrail ordusu Qəzza zolağında intensiv hərbi əməliyyatları bərpa edəcək. Qerbxeber.com xəbər verir ki, bunu İsrailin baş naziri Benyamin Netanyahu hərbi-siyasi kabinetin 4 saatlıq iclasının yekunu ilə bağlı açıqlamasında deyib. “Bu qəbul etdiyim və Nazirlər Kabinetinin yekdilliklə təsdiqlədiyi qərardır. Əgər Həmas şənbə günü günortaya qədər girovlarımızı … Read more

Pentaqon rəhbəri: ABŞ öz qoşunlarını Ukraynaya göndərməyəcək

Pentaqon

Pentaqonun rəhbəri Pit Heqset Almaniyadakı Afrika Komandanlığının qərargahında jurnalistlərə açıqlamasında ABŞ-nin öz qoşunlarını Ukraynaya göndərməyəcəyini deyib. Qerbxeber.com xəbər verir ki, o, həmçinin ABŞ prezidenti Donald Trampın Ukrayna üzrə sülh sazişinin tezliklə əldə olunacağını gözlədiyini deyib. “Biz İsrailin təhlükəsizliyini, Ukraynadakı münaqişənin sülh yolu ilə həllini təmin etməliyik. Amma bu, bizim necə hərəkət edəcəyimizi müəyyən etməməlidir. Ümid edirəm … Read more

Zelenski Rusiya ilə ərazi mübadiləsini istisna etməyib

Vladimir zelenski

Ukrayna Prezidenti Vladimir Zelenski müharibənin başa çatması üçün Rusiya ilə ərazi mübadiləsini istisna etməyib. Qerbxeber.com xəbər verir ki, bu barədə o, “The Guardian“a müsahibəsində danışıb. V. Zelenski deyib ki, D. Tramp tərəfləri danışıqlar masasına gətirməyə nail olsa, ölkəsi Kurskun Ukrayna ordusunun nəzarətindəki ərazilərinin mübadiləsini təklif edə bilər: “Biz bir ərazini digəri ilə dəyişə bilərik. Hələ ki, … Read more

Rusiyada qanunsuz miqrantların reyestrinə indiyədək düşən əcnəbilərin sayı açıqlanıb

67ab62cdc60e267ab62cdc60e3173928519767ab62cdc60e067ab62cdc60e1

Rusiyada qanunsuz miqrantların reyestrinə indiyədək düşən xarici vətəndaşların sayı açıqlanıb. Qerbxeber.com xəbər verir ki, Rusiya Daxili İşlər Nazirliyinin rəsmi nümayəndəsi İrina Volk nəzarət olunan şəxslərin reyestrinin tətbiqinə başlanılandan indiyədək əcnəbilər üzərində 688 mindən çox yoxlama aparıldığını söyləyib. DİN rəsmisi nəticədə 95 min 608 qanun pozucusunun müəyyən edildiyini bildirib. Qeyd edək ki, fevralın 5-də Rusiyada ötən … Read more

Sosial şəbəkədə onlayn qumar təşkil edən dəstə tutulub

67ab586303ebf67ab586303ec0173928253167ab586303ebd67ab586303ebe

Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi sosial şəbəkələrdə onlayn qumar oyunları təşkil edən daha bir mütəşəkkil dəstənin üzvlərinin ifşası məqsədi ilə xüsusi əməliyyat keçirib. Qerbxeber.com DİN-ə istinadən xəbər verir ki, müxtəlif adlar altında açılmış səhifələrdə vətəndaşların onlayn qumar oyunlarına cəlb edilməsi halları barədə Baş İdarədə hazırlanan xüsusi əməliyyat-texniki tədbirlərlə dəstəyə başçılıq edən 1980-ci il … Read more

Hüquq müdafiəçiləri Şahnaz Bəylərqızı ilə bağlı DİN-də qəbul edildilər

676

Azərbaycanın hüquq-müdafiə təşkilatlarının monitorinq qrupunun üzvləri – Novella Cəfəroğlu, Səidə Qocamanlı və Səadət Bənənyarlı ötən həftə həbs edilən jurnalist Şahnaz Bəylərqızının işi ilə bağlı ölkə rəhbərliyinə ünvanladıqları müraciətlər çərçivəsində Daxili İşlər Nazirliyində qəbul olunublar. Qerbxeber.com “Qafqazinfo” ya istinadən xəbər verir ki, hüquq müdafiəçiləri nazirlikdə dinlənilib və müraciətin baxılmasının nəticələri barədə onlara məlumat veriləcəyi bildirilib. Şahnaz Bəylərqızının apellyasiya … Read more

Aİ-nin sərhəd avantürası – “missiya” bu dəfə Qazax və Qubadlı istiqamətinə gəlib

Ef713d1c 4a6e 394b A05c Dbce2fdd6227 850

Avropa İttifaqının (Aİ) Ermənistandakı “müşahidə missiyası”nın Azərbaycanla şərti sərhəddə avantürist addımları davam edir. Qerbxeber.com “Report” a istinadən xəbər verir ki, bu dəfə daha bir qrup Qazax və Qubadlı rayonu istiqamətinə gəlib. Görüntülərdən aydın olur ki, Ermənistanla Azərbaycan arasındakı şərti sərhədə yerləşdirilən Aİ missiyasının üzvləri durbinlə Azərbaycan ərazilərini müşahidə ediblər. Qeyd edək ki, Azərbaycan tərəfi missiyanın … Read more

Karlos Kazemiro Brazilyaya gedə bilər

0 Manchester United V Crystal Palace Premier League

İngiltərənin “Mançester Yunayted” klubunun braziliyalı yarımmüdafəçisi Kazemiro karyerasını ölkəsində davam etdirə bilər. Qerbxeber.com xəbər verir ki, bu barədə italiyalı insayder Nikolo Skira məlumat yayıb. Braziliyalı yarımmüdafiəçinin transferində “Flamenqo” maraqlıdır. İngiltərə təmsilçisi futbolçusunu icarəyə göndərməyə və onun maaşının bir hissəsini ödəməyə hazırdır. Qeyd edək ki, 32 yaşlı yarımmüdafiəçi bu mövsüm Mançester klubunun heyətində 24 oyun keçirib … Read more

Prezident sərəncam imzaladı

1658472565 ilham eliyev

Azərbaycanda 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi ilə bağlı tədbirlər planı təsdiqlənib. Qerbxeber.com xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Tədbirlər Planında nəzərdə tutulan tədbirlərin əlaqələndirilməsini və icrasına nəzarəti Prezident Administrasiyası həyata keçirəcək. Nazirlər Kabineti Sərəncamdan irəli gələn məsələləri həll edəcək.

“Ukraynada müharibə bitən kimi Rusiya Gürcüstan və Ermənistanı işğal edəcək” – Saakaşvili

1668862550 saakasvili

“Ukraynada atəşkəs elan olunan kimi, Gürcüstanın tam hərbi işğalı və Gürcüstan vasitəsilə Ermənistanın işğalı baş verə bilər”. Qerbxeber.com xəbər verir ki, bu sözləri Gürcüstanın üçüncü prezidenti Mixail Saakaşvili onlayn qoşulduğu məhkəmə prosesində danışarkən deyib. Onun sözlərinə görə, “oliqarxın siyasəti ucbatından biz Rusiyaya təqdim edilməyə hazır vəziyyətdə dayanmışıq.” “Bugünkü Gürcüstanın qarşısında dayanan acı həqiqəti sizə demək istəyirəm. … Read more

Zelenski ilə Kliçko arasında münaqişə böyüyür

Zelenski Klicko

Kiyev meri Vitali Kliçko ilə Ukrayna prezidentinin administrasiyası arasında qarşıdurma yeni mərhələyə keçib. Qerbxeber.com xəbər verir ki, bu barədə Ukraynanın “Strana.ua” nəşri öz “Telegram” kanalında məlumat yayıb. Nəşrin qeyd etdiyi kimi, qarşıdurmanın güclənməsinə iki amil təsir edib. Birincisi, Zelenskinin Kiyev Hərbi Dövlət Administrasiyasına Timur Tkaçenkonu rəhbər təyin etməsidir. Yeni rəis dərhal merlə münaqişəyə girib. İkincisi, … Read more

MN: Hərbi hissələrdə görüşə müvəqqəti məhdudiyyət qoyulub

Mn1

Ölkəmizdə mövsümü xarakter daşıyan respirator virus infeksiyalarına yoluxma halları nəzərə alınaraq adaptasiya dövründə olan gənc əsgərlərin sağlamlığının qorunması məqsədilə hərbi hissələrdə görüşə müvəqqəti məhdudiyyət qoyulub. Qerbxeber.com xəbər verir ki, bu barədə MN-dən bildirilib. İctimaiyyətdən hərbi qulluqçularımızın sağlamlığına həssaslıqla yanaşmağı, qeyd olunan məhdudiyyəti anlayışla qarşılamağı, xüsusilə andiçmə mərasimləri zamanı hərbi hissələrə gəlməməyi xahiş edirik.