Tovuzda maşın aşıb

Indir 2025 04 17t155055.010

Tovuzda yol-nəqliyyat hadisəsi baş verib. Qerbxeber.com-un məlumatlna görə, hadisə rayonun Aşağı Quşçu kəndində qeydə alınıb. Hərəkətdə olan “VAZ” markal minik maşını idarəetmədən çıxaraq aşıb. Xəsarət alan olmadığı bildirilir. Fakt araşdırılır.

9 martda keçirilmiş buraxılış imtahanının nəticələri elan olunub

Dim

Tam (11 illik) orta təhsil səviyyəsi üzrə 9 mart 2025-ci il tarixində keçirilmiş buraxılış imtahanının nəticələri elan olunub. Qerbxeber.com xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb. Bildirilib ki, imtahanda iştirak edən 11-ci sinif şagirdləri verilmiş keçidə daxil olaraq iş nömrəsi (8 rəqəmli şagird kodu) və şəxsiyyəti təsdiq edən sənədin nömrəsindən (və ya FİN kodundan) … Read more

Çaylarda sululuq artıb

Images (40)

Avtomat hidroloji stansiyaların aprelin 17-si saat 10:00-a olan məlumatına əsasən çaylarda yüksək sululuq davam edir. Bu barədə Qerbxeber.com-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Belə ki, Böyük Qafqaz ərazisindən axan Qarasuçayda 156 sm, Əyriçayda 14 sm, Kiçik Qafqaz ərazisindən axan Zəyəmçayda 15 sm, Əsrikçayda 7 sm, Kürəkçayda 5 sm, Qarabağ və Şərqi Zəngəzur bölgəsindən axan Oxçuçayda … Read more

Abituriyentlərin 2-ci mərhələsinin qeydiyyatı elan edilib

Imta

Qeydiyyat tarixləri və qaydası Ali təhsil müəssisələrinə qəbul imtahanının 2-ci mərhələsinin 1-ci cəhdində iştirak etmək istəyən abituriyentlərin qeydiyyatı elan edilib. Bu barədə Qerbxeber.com-a DİM-dən məlumat verilib. Bildirilib ki, I, II, III və IV ixtisas qrupları üzrə qəbul imtahanının 2-ci mərhələsinin 1-ci cəhdində iştirak etmək istəyən abituriyentlər 2025-ci il aprelin 17-dən 1 may saat 23:59-dək şəxsi … Read more

TDT dövlət başçılarının qeyri-rəsmi Zirvə toplantısının keçirilmə vaxtı məlum olub

68009bf1e98a268009bf1e98a3174487038568009bf1e98a068009bf1e98a1

Türk Dövlətləri Təşkilatının (TDT) dövlət başçılarının qeyri-rəsmi Zirvə toplantısının tarixi məlum olub. Qerbxeber.com xəbər verir ki, bu barədə TDT-nin saytında məlumat verilib. TDT dövlət başçılarının qeyri-rəsmi Zirvə toplantısı 20-22 may tarixlərində Macarıstanın paytaxtı Budapeşt şəhərində keçiriləcək. Qeyd edək ki, TDT dövlət başçılarının 12-ci Zirvə toplantısı isə bu il Azərbaycanda keçiriləcək

Bu gün vətəndaşların bank kartlarından 15 min manatdan çox pul oğurlanıb

Indir 2025 04 14t102746.104

Vətəndaşların bank kartlarından aprelin 16-da 15 min 40 manat pul oğurlanıb. Bu barədə Qerbxeber.com Daxili İşlər Nazirliyindən məlumat verilib. Nazirlikdən vətəndaşlara müraciət edilərək bildirilib ki, kartın üzərindəki CVV/CVC kodu, SMS vasitəsilə göndərilən OTP kodu, digər sizə məxsus sistemlərə giriş üçün lazım olan loqin və şifrələr, kartın PİN kodu məxfi məlumatlardır: “Bu məlumatları naməlum şəxslərə verdiyiniz halda … Read more

Sahibə Qafarova Rusiyaya səfər edib

Indir 2025 04 17t100558.317

Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti MDB Parlamentlərarası Assambleyasının (MDB PA) Şura, 58-ci plenar və 1941–1945-ci illərdə faşizm üzərində Qələbənin 80 illiyinə həsr olunmuş təntənəli iclaslarında iştirak etmək üçün Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinə işgüzar səfərə gəlib. Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Qerbxeber.com-a verilən xəbərə görə, “Pulkovo” hava limanında spiker Sahibə … Read more

UEFA Konfrans Liqası: Bu gün yarımfialçılar məlum olacaq

UEFA

UEFA Konfrans Liqasında yarımfinalçılar müəyyənləşəcək. Qerbxeber.com xəbər verir ki, turnirin 1/4 final mərhələsinin cavab qarşılşamaları bu gün keçiriləcək. “Fiorentina” doğma meydanda “Sele”, “Çelsi” isə “Legiya” ilə üz-üzə gələcək. “Betis” Polşada “Yagelloniya”nın, “Yurqorden” isə “Rapid”in qonağı olacaq. UEFA Konfrans Liqası 1/4 final mərhələsi, cavab görüşləri 17 aprel 23:00. “Fiorentina” (İtaliya) – “Sele” (Sloveniya) İlk oyun – … Read more

UEFA Avropa Liqası: 1/4 final mərhələsinin cavab oyunları başlayır

Official uefa europa league logo 2F7FRTR

UEFA Avropa Liqasında 1/4 final mərhələsinə yekun vurulacaq. Qerbxeber.com xəbər verir ki, bu gün keçiriləcək oyunlardan sonra yarımfinala vəsiqə qazanan komandalar müəyyənləşəcək. “Mançester Yunayted” evdə “Lion”u qəbul edəcəksə, “Tottenhem” səfərdə “Ayntraxt”ın qonağı olacaq. “Latsio” evdə “Budyo Qlimt”lə, “Reyncers” isə İspaniyada “Atletik”lə görüşəcək. UEFA Avropa Liqası 1/4 final mərhələsi, cavab görüşləri 17 aprel 23:00. “Atletik” (İspaniya) … Read more

Tbilisidə üç ölkənin XİN müavinlərinin görüşü planlaşdırılır

Indir 2025 04 17t093534.461

Bu gün Gürcüstanın paytaxtı Tbilisidə Azərbaycan, Gürcüstan və Ermənistan xarici işlər nazirləri müavinlərinin üçtərəfli görüşünün keçirilməsi planlaşdırılır. Qerbxeber.com “Sputnik-Armenia”ya istinadən xəbər verir ki, bu barədə məlumatı Ermənistanın Xarici İşlər Nazirliyi yayıb. Bildirilib ki, görüşdə regional əməkdaşlığın perspektivləri müzakirə ediləcək.

Qəzzada ölənlərin sayı 51 mini keçib

Indir 2025 04 17t093011.561

İsrail ordusunun 7 oktyabr 2023-cü il tarixindən etibarən Qəzza zolağında həyata keçirdiyi hücumlarda həlak olanların sayı 51025 nəfərə çatıb. Qerbxeber.com xəbər verir ki, Səhiyyə Nazirliyi tərəfindən verilən açıqlamada İsrailin Qəzzada davam edən hücumları nəticəsində ölən və yaralananlarla bağlı son məlumat paylaşılıb. Məlumatda bildirilib ki, son 24 saat ərzində Qəzzada 25 nəfər ölüb, 89 nəfər isə … Read more

ÇL: “Real” və “Bavariya” mübarizəni dayandırıb

Dd012107 01d1 3e3b 9a2a 1345970f0dbc 850 (1)

UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinə bu gün yekun vurulub. Qerbxeber.com xəbər verir ki, ikinci oyun günündə son yarımfinalçılar müəyyənləşib. “Real” doğma meydanda “Arsenal”la üz-üzə gəlib. “Bavariya” klubu isə İtaliyada “İnter”in qonağı olub. UEFA Çempionlar Liqası 1/4 final, cavab oyunları 16 aprel Real” (İspaniya) – “Arsenal” (İngiltərə) 1:2 İlk oyun – 0:3. “İnter” (İtaliya) – … Read more

FES rəhbəri: Rüsumların artması iqtisadi artıma mənfi təsir göstərəcək

Indir 2025 04 17t091305.744

“ABŞ administrasiyasının rüsumları sərtləşdirmə siyasəti, çox güman ki, ABŞ-da inflyasiyanın sürətinin artmasına gətirib çıxaracaq və iqtisadi artıma mənfi təsir göstərəcək.” Qerbxeber.com xəbər verir ki, bunu Federal Ehtiyatlar Sisteminin (FES) rəhbəri Jerom Pauel deyib. “Rüsumların inflyasiyanın ən azı müvəqqəti artmasına səbəb olacağı ehtimalı var”, – o bildirib. Pauel həmçinin etiraf edib ki, iqtisadi artımın yavaşlaması ilə … Read more

Gəncədə iki avtomobil toqquşub

Indir 2025 04 17t090826.217

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib. Qerbxeber.com məlumatına görə hadisə şəhər ərazisində qeydə alınıb. Belə ki, hərəkətdə olan “Prius” və “LADA Priora” markalı iki minik avtomobili toqquşub. Qəza nəticəsində 1990-cı il təvəllüdlü X. İsmayılov, 1992-ci il təvəllüdlü E. Ələsgərov və 1995-ci il təvəllüdlü A. Quliyeva xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır

Tovuzun Əsrik kəndini sel basdı

Indir 2025 04 17t085528.888

Tovuzda sel ciddi fəsadlar törədib. Qerbxeber.com məlumatına görə güclü yağışdan sonra rayonun Əsrik kəndinə sel gəlib. Nəticədə kənd sakini M.Abulova məxsus evin hasarı uçub və ev sahibinə məxsus VAZ 2107 markalı minik avtomobili hasarın altında qalıb. Bundan başqa sel suları kəndin yoluna ciddi ziyan vurub və nəticədə yol keçilməz hala düşüb. Bundan başqa kənddə bir … Read more

Mixeil Kavelaşvilinin Azərbaycana səfəri başa çatıb

Indir 2025 04 17t085146.425

Gürcüstan Prezidenti Mixeil Kavelaşvilinin Azərbaycan Respublikasına rəsmi səfəri aprelin 16-da başa çatıb. Qerbxeber.com xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Gürcüstan Prezidenti Mixeil Kavelaşvilini hava limanında Azərbaycan Respublikasının Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Yalçın Rəfiyev və digər … Read more

ABŞ İrana qarşı sanksiyaları gücləndirir

Indir 2025 04 17t084117.988

ABŞ İranla əlaqəli neft tankerlərinə qarşı yeni sanksiyalar tətbiq edib. Qerbxeber.com xəbər verir ki, bu barədə məlumat ABŞ Maliyyə Nazirliyinin saytında dərc edilib. Nazirlik 7 müəssisə və 5 tankeri İslam Respublikasının neft ixracı ilə əlaqəsi olduğuna görə sanksiya siyahısına daxil edib. Sanksiyaların bu raundunda hədəflənən şirkətlər müxtəlif ölkələrdə, o cümlədən Panama, Honq-Konq, Malayziya, Çin və Marşal adalarında … Read more

Azərbaycanla Çin arasında viza ləğv oluna bilər

Indir 2025 04 17t083556.470

Azərbaycan Prezidentinin Çinə səfəri çərçivəsində qarşılıqlı vizasız gediş-gəliş haqqında Sazişin imzalanması gözlənilir. Qerbxeber.com xəbər verir ki, bu barədə Azərbaycan-Çin Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyasının 10-cu iclasında bildirilib. Qeyd edilib ki, bu, ölkələrimiz arasında təmaslara ciddi təkan verəcək və qarşılıqlı səfərlərin sayını artırmağa xidmət edəcək.