Dünya

Mixeil Kavelaşvilinin Azərbaycana səfəri başa çatıb

17 aprel / 08:53 1 dəq
Indir 2025 04 17t085146.425
17 aprel / 08:53
Burada sizin reklamınız ola bilər

Gürcüstan Prezidenti Mixeil Kavelaşvilinin Azərbaycan Respublikasına rəsmi səfəri aprelin 16-da başa çatıb.

Qerbxeber.com xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Gürcüstan Prezidenti Mixeil Kavelaşvilini hava limanında Azərbaycan Respublikasının Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Yalçın Rəfiyev və digər rəsmi şəxslər yola salıblar.

Paylaş
Burada sizin reklamınız ola bilər