Dörd ölkə hərəkətə keçdi, Suriyanı bölmək planı

Uzz sur

Suriyada Türkiyə və İsrailin qarşıdurması fonunda ölkənin parçalanması riskləri güclənir. Dürziləri dəstəkləyən İsrailin muxtariyyət istəklərindən sonra PKK-nın Suriya qanadı olan PYD/YPG də “dövlət qurmaq” istiqamətində işləyir. Əsədin devrilməsindən sonra bu qüvvələrin Suriyanın yeni hakimiyyəti ilə anlaşacağı gözlənilsə də, xarici oyunçuların dəstəyi ilə “muxtar dövlət” planları yenidən dövriyyəyə girib. Qerbxeber.com Publika.az istinadən xəbər verir ki, Suriyanın … Read more

“Göyəzən” və “Ağstafa Gəncləri” 1/4 finalın ilk oyununda qalib gəliblər

Indir (26)

AFFA-nın bayrağı altında təşkil edilən Region Liqasında 1/4 final mərhələsinin ilk oyunları keçirilib. Qerbxeber.com xəbər verir ki, bu raundun birinci matçında “Şirvan” evdə “Marafon”u (5:2), “Göyəzən” “Record Club”u (4:2), “Xankəndi” səfərdə “Çinar Zəngilan”ı (2:0), “Ağstafa Gəncləri” evdə “Naftalan”ı (1:0) məğlub edib.

Ağstafada Energetika naziri vətəndaşları qəbul edəcək

Indir 2025 05 05t132758.097

Energetika naziri Pərviz Şahbazov mayın 16-da Ağstafa, Qazax, Tovuz, Şəmkir və Gədəbəy rayonlarından olan vətəndaşları qəbul edəcək. Qerbxeber.com Energetika Nazirliyinə istinadən xəbər verir ki, qəbul saat 11:00-dan başlayaraq Ağstafa rayon Heydər Əliyev Mərkəzində (ünvan: AZ0500, Ağstafa şəhəri, Hüseyn Arif küçəsi/1) keçiriləcək. Qəbula gəlmək istəyən vətəndaşlar qeydiyyatdan keçmək üçün Energetika Nazirliyinin “974” Çağrı Mərkəzi, 598-16-55 “Qaynar … Read more

Abbas Araqçi yaxın günlərdə Hindistana gedəcək

Indir 2025 05 05t120955.755

İran xarici işlər naziri Abbas Araqçi mayın 8-də Hindistana səfər edəcək. Qerbxeber.com xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai bildirib. “Xarici işlər naziri bu gün Pakistana səfəri zamanı pakistanlı həmkarı, Pakistanın Baş naziri və Prezidenti ilə görüşəcək”, – o qeyd edib. Onun sözlərinə görə, İran XİN rəhbərinin Pakistana səfəri bu gün başa çatacaq. … Read more

Bakalavr və magistratura üzrə buraxılış vərəqələrini “mygov” üzərindən almaq mümkündür

681863bba969c681863bba969d1746428859681863bba9699681863bba969a

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) və Dövlət İmtahan Mərkəzinin (DİM) birgə əməkdaşlığı ilə vətəndaşlara aid “İmtahana buraxılış vərəqəm” məlumatları “mygov” platformasına inteqrasiya olunub. Bu barədə Qerbxeber.com-a İRİA-dan bildirilib. Bu yenilik sayəsində cari ildə bakalavr və magistratura səviyyələri üzrə imtahana qeydiyyatdan keçmiş şəxslər buraxılış vərəqəsini və yaddaş kitabçasını imtahana az müddət qalmış “mygov” vasitəsilə əldə edə … Read more

İşğaldan azad edilmiş ərazilərdə minatəmizləmə işləri davam edir

Images (66)

İşğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik məlumat (28.04.2025 – 04.05.2025) açıqlanıb. Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) Qerbxeber.com-a verilən məlumata görə, Tərtər, Ağdam, Ağdərə, Laçın, Füzuli, Şuşa, Xocalı, Xankəndi, Kəlbəcər, Xocavənd, Cəbrayıl, Qubadlı və Zəngilanda 32 piyada əleyhinə mina, 19 tank əleyhinə mina, 504 Partlamamış Hərbi Sursat … Read more

Türkiyədə illik inflyasiya…

Indir 2025 05 05t114945.012

Türkiyədə illik inflyasiya yenidən azalıb. Qerbxeber.com Türkiyə Statistika Təşkilatına (TÜİK) istinadən xəbər verir ki, cari ilin aprel ayında illik inflyasiya 37.86% təşkil edib. Mart ayında bu rəqəm 38.10% təşkil etmişdi. Aprel ayında ayında istehlak qiymətləri əvvəlki aya görə 3% artıb. Qeyd edək ki, son bir ildə ərzaq və alkoqolsuz içkilər üzrə 36,09%, nəqliyyatda 22.76%, mənzillərdə … Read more

Netanyahunun Bakı səfərinin təxirə salmasında Ankara-Təl-Əviv qarşıdurması

Images (65)

Netanyahunun Azərbaycana səfərinin təxirə salması “Qəzza zolağında və Suriyada baş verən hadisələr, eləcə də siyasi proseslərin gərgin qrafiki və təhlükəsizlik tədbirləri” göstərilsə də, İsrail mediası “Türkiyənin hava məkanını bağlaması” üzərində dayanır və qeyd olunur: “Netanyahu Bakıya planlaşdırılan səfərini ofisinin dediyi kimi regional hadisələr və “sıx siyasi və təhlükəsizlik qrafiki” səbəbindən yox, Türkiyənin “Wing of Sion” … Read more

“Skype” fəaliyyətini dayandırıb

Images (64)

Bu gündən “Microsoft” şirkəti “Skype” platformasının fəaliyyətini rəsmi olaraq dayandırıb. Qerbxeber.com xəbər verir ki, şirkətin texniki dəstək səhifəsində istifadəçi hesablarının avtomatik olaraq “Microsoft Teams” xidmətinə köçürüləcəyi qeyd olunub. Qeyd edək ki, “Skype” platforması ilk dəfə 2003-cü ildə istifadəyə verilib və 2011-ci ildə “Microsoft” tərəfindən satın alınıb.

Ankarada FETÖ-ya qarşı əməliyyat

Indir 2025 05 05t101415.483

Ankara Cümhuriyyət Baş Prokurorluğunun Terror Cinayətləri İstintaq Bürosu tərəfindən aparılan istintaq çərçivəsində FETÖ/PDY silahlı terror təşkilatına qarşı genişmiqyaslı əməliyyat keçirilib. Qerbxeber.com “TRT Haber”ə istinadla xəbər verir ki, əməliyyat çərçivədə, təşkilat tərəfindən “məsul şəxs” kimi təyin edilmiş və həmin şəxslərdən 20-si hələ də müxtəlif dövlət qurumlarında aktiv çalışan 38 şübhəli şəxs həbs edilib. Digər şübhəlilərin tutulması … Read more

06.05.2025-ci ildən Azərbaycan bölməsi üzrə məktəb və müəllim seçimi başlayır

Tn

Sabahdan Azərbaycan bölməsi üzrə məktəb və müəllim seçimi başlayır. Qerbxeber.com xəbər verir ki, 2025-2026-cı tədris ili üzrə birinci sinfə şagirdlərin elektron qeydiyyatı prosesi çərçivəsində https://məktəbəqəbul.edu.az portalında texniki sabitliyin və fasiləsizliyin təmin olunması məqsədilə Azərbaycan bölməsi üzrə məktəb və müəllim seçimi prosesinin vaxtı dəyişdirilib. Belə ki, Azərbaycan bölməsi üzrə məktəb və müəllim seçimi mayın 6-sı saat 15:00-da, rus … Read more

Baş naziri Aleksandr Turçinin Azərbaycana gəlir

Indir 2025 05 05t100253.912

Belarus Respublikasının Baş naziri Aleksandr Turçinin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana rəsmi səfərə yola düşüb. Qerbxeber.com xəbər verir ki, Belarus Baş naziri Prezident İlham Əliyev tərəfindən qəbul ediləcək, ikitərəfli münasibətlər müzakirə olunacaq. Eyni zamanda o, azərbaycanlı həmkarı Baş nazir Əli Əsədovla məhdud və geniş tərkibli görüşlər keçirəcək. Səfər çərçivəsində bir sıra müqavilələrin imzalanması gözlənilir. Eyni … Read more

Pakistan BMT TŞ-nin iclasının çağırır

Indir 2025 05 05t093633.877

Pakistan Hindistanla gərginlik səbəbilə BMT Təhlükəsizlik Şurasının iclasının çağırılmasını tələb edib. Qerbxeber.com xəbər verir ki, bu barədə TASS təşkilatdakı diplomatik mənbələrə istinadən məlumat verib. Mənlumata görə iclasın tarixi hələ müəyyən edilməyib.

Tramp Rusiyaya qarşı sanksiyaları dəstəkləyəcək

Sanksiya

Rusiya Vaşinqtonun Ukrayna münaqişəsinin həlli ilə bağlı təklifini rədd edəcəyi təqdirdə prezident Donald Tramp ABŞ Konqresində Rusiyaya qarşı sanksiyaların tətbiqi ilə bağlı qanun layihəsini dəstəkləyəcək. Qerbxeber.com xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp “NBC News”a açıqlamasında deyib. “Bu, Rusiyanın sülhə nail olmağa yönəlmiş davranış nümayiş etdirib-etdirməməsindən asılıdır”, – o deyib.

Ağstafada qəzada xəsarət alanlar var

Indir 2025 05 05t092905.328

Ağstafada yol-nəqliyyat hadisəsi baş verib. Qerbxeber.com məlumatına görə, hadisə rayon ərazisində qeydə alınıb. Belə ki, hərəkətdə olan iki “VAZ” markalı minik avtomobili toqquşub. Qəza zamanı 1977-ci il təvəllüdlü V. Abbasov, 1970-ci il təvəllüdlü G. Məmmədova, 1997-ci il təvəllüdlü R. Əfəndiyev, 1998-ci il təvəllüdlü M. Əlizadə və 1989-cu il təvəllüdlü N. Məmmədova xəsarət alaraq xəstəxanaya yerləşdirilib. … Read more

İranda yanğınlar olub

Indir 2025 05 05t092435.859

İranda növbəti dəfə yanğın baş verib. Qerbxeber.com xəbər verir ki, yanğın ölkənin şimal-şərqində, Məşhəd şəhərindəki motosiklet zavodunda baş verib. Qum şəhərinin sənaye zonasında da yanğın baş verdiyi bildirilir. Hadisə şahidləri yanğınlardan əvvəl partlayış olduğunu deyiblər. Yerli mətbuat bunun təxribatçıların işi ola biləcəyini yazıb.

ABŞ Çinə qarşı gömrük rüsumlarını yumşaltmaq isdəyir

67f7e60e7fae467f7e60e7fae5174429953467f7e60e7fae267f7e60e7fae3

“ABŞ nə vaxtsa Çinə qarşı tətbiq olunan idxal rüsumlarını azaldacaq, çünki bu addım olmadan Vaşinqton və Pekin bir-biri ilə iş görə bilməyəcək.” Qerbxeber.com xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp deyib. “Nə vaxtsa mən onları azaldacağam, çünki əks halda biz onlarla iş görə bilməyəcəyik”, – o, deyib. Trampın sözlərinə görə, Çin ABŞ-la iş görməyə … Read more

İranda limandakı partlayışa görə saxlanılanlar var

Indir 2025 05 05t090135.566

İranın Bəndər Abbas şəhərində Şəhid Rəcai limanında baş verən partlayışla bağlı iki nəfər saxlanılıb. Qerbxeber.com xəbər verir ki, bu barədə SNN agentliyi məlumat yayıb. “İstintaq zamanı bir neçə şübhəli şəxs müəyyən edilib. Nəticədə dövlət qulluqçusu kimi tanınan bir rəhbər və özəl şirkətdən bir menecer saxlanılıb”, – məlumatda deyilir. Qeyd edək ki, aprelin 26-da Fars körfəzi … Read more

Gəncədə qadın özünə qəsd etmək isdəyib

Indir 2025 05 02t093910.018

Gəncədə gənc qadın özünə xəsarət yetirib. Qerbxeber.com-un məlumatına görə, hadisə şəhərin Muxtar Hacıyev küçəsində baş verib. Belə ki, 1996-cı il təvəllüdlü Ş.Şükürova qolunun kəsilmiş yarası ilə xəstəxanaya yerləşdirilib, onun vəziyyətinin orta ağır olduğu bildirilir. Məlumata görə Ş.Şükürova qonşusuna əsəbiləşərək özünə kəsici alətlə xəsarət yetirib. Faktla bağlı araşdırma aparılır.