Danimarka Ukraynaya yardım paketi ayırıb

Indir 2025 05 19t094334.486

Danimarkanın Müdafiə Nazirliyi Ukraynaya yeni artilleriya mərmiləri və sursatların daxil olduğu 26-cı hərbi yardım paketinin verildiyini açıqlayıb. Qerbxeber.com xəbər verir ki, bununla bağlı məlumat nazirliyin rəsmi internet saytında dərc olunub. Məlumatda bildirilib ki, təxminən 4,2 milyard Danimarka kronu (təxminən 563 milyon avro) dəyərində paket Ukraynaya Dəstək Fondu və Avropa Sülh Fondundan kompensasiya gəlirləri hesabına maliyyələşdirilir. … Read more

Nikuşor Dan Rumıniyada keçirilən prezident seçkilərinində qalib gəlib

Exit poll rumniyada prezident sekilrinin ikinci turunda nikuor dan qalib glib

Rumıniyada keçirilən prezident seçkilərinin ikinci turunda müstəqil avropayönümlü namizəd, paytaxt Buxarestin meri Nikuşor Dan səslərin 54,17 faizini toplayaraq qələbə çalıb. Qerbxeber.com xəbər verir ki, onun rəqibi, Rumınların Birləşməsi Alyansının lideri George Simion isə 45,83 faiz səs toplayıb. Bu nəticələr bülletenlərin 98,56%-i hesablandıqdan sonra Daimi Seçki Administrasiyasının saytında dərc edilib. Beləliklə Rumıniya mediası Danı seçkinin qalibi … Read more

Von der Leyen: Növbəti həftə Ukrayna münaqişəsinin həlli baxımından həlledici olacaq

Indir 2025 05 19t093110.862

Gələn həftə Ukrayna münaqişəsinin həlli üzrə danışıqlarda həlledici rol oynayacaq. Qerbxeber.com xəbər verir ki, bunu Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen bildirib. “İndi əlbəttə ki, vəziyyəti irəli aparmağımız vacibdir və düşünürəm ki, gələn həftə bu baxımdan həlledici olacaq”, – o deyib..

Rəsmi Vaşinqton Rusiyaya qarşı kəskin sanksiyaların olacağını deyir

Indir 2025 05 19t092157.018

Vladimir Putin sülh danışıqlarını öz razılığı ilə aparmasa Amerika Birləşmiş Ştatları Avropa ilə birlikdə tərəddüd etmədən Rusiyaya qarşı sanksiyaları gücləndirəcək. Qerbxeber.com xəbər verir ki, ABŞ-ın maliyyə naziri Skott Bessent prezident Donald Trampın bunu açıq şəkildə ifadə etdiyini deyib. “Sizə deyə bilərəm ki, Co Bayden administrasiyası dövründə sanksiyalar çox təsirsiz idi. Onlar sanksiyaları aşağı səviyyədə saxladılar. … Read more

Avstraliya Ukraynaya “Abrams” tankları verib

Indir 2025 05 19t090547.682

Romada Ukrayna prezidenti Volodimir Zelenski Avstraliyanın baş naziri Entoni Albenzi ilə görüşüb. Qerbxeber.com UNİAN-a istinadən xəbər verir ki, tərəflər görüş çərçivəsində əsasən Ukraynaya müdafiə dəstəyi, əməkdaşlıq və Rusiyaya təzyiqin artırılmasını müzakirə edib. İclasda müdafiəyə dəstək ayrıca müzakirə olunub. Avstraliyanın baş naziri “Abrams” tanklarının artıq Ukraynaya yola salındığını və yardımın ümumi məbləğinin 1,5 milyard dollar olduğunu … Read more

“Qarabağ” futbol klubu Azərbaycan çempionu oldu

Images 2025 05 19t085631.733

Futbol üzrə Misli Premyer Liqasının qalibi olan “Qarabağ” klubu mükafatlandırılıb. Qerbxeber.com-un məlumatına görə, tədbir XXXV turda “Kəpəz” ilə oyundan (3:0) sonra “Azərsun Arena”da gerçəkləşib. İlk olaraq oyunçulara medallar təqdim edilib. Ardınca komandaya kubok verilib. Mükafatları Peşəkar Futbol Liqasının texniki-idman direktoru Elgiz Abbasov, AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev, baş katib Cahangir Fərəcullayev və “Qarabağ”ın prezidenti Tahir … Read more

“Qalatasaray” 25-ci dəfə Türkiyə çempionu olub

Indir 2025 05 19t084925.908

Türkiyə Super Liqasında XXXVI tura yekun vurulub. Qerbxeber.com xəbər verir ki, bu gün keçirilən bütün matçlar eyni saatda baş tutub. Lider “Qalatasaray” öz meydanında “Kayserispor”u qəbul edib. Ev sahibləri rəqibini Viktor Osimhen, Barış Alper Yılmaz və Fernando Musleranın penaltidən vurduğu qollarla məğlub etməyi bacarıb. Bu nəticə ilə xallarının sayını 89-a çatdıran “sarı-qırmızılılar” sona 2 tur … Read more

Roma Papasının taxtaçıxma mərasimində Azərbaycanı Sahibə Qafarova təmsil edib

Indir 2025 05 19t084537.229

Mayın 18-də Vatikanda Müqəddəs Pyotr meydanında Roma Papası XIV Leonun taxtaçıxma mərasimi keçirilib. Qerbxeber.com xəbər verir ki, dövlət, hökumət başçılarının, parlament sədrlərinin, ruhanilərin və görkəmli ictimaiyyət nümayəndələrinin iştirak etdiyi mərasimdə ölkəmizi Milli Məclisin sədri Sahibə Qafarova təmsil edib. Milli Məclisin sədri mərasim çərçivəsində keçirilmiş görüşdə Papa XIV Leoya Roma papası seçilməsi münasibəti ilə Azərbaycan Respublikasının Prezidenti … Read more

Ukrayna Prezidenti Roma Papası XIV Leo ilə görüşüb

6829f4f4d7ee56829f4f4d7ee617475801486829f4f4d7ee36829f4f4d7ee4

18 may tarixində keçirilən inaqurasiya messasından sonra Roma Papası XIV Leo Ukrayna Prezidenti Volodimir Zelenski və xanımı Yelena Zelenska ilə görüş keçirib. Qerbxeber.com xəbər verir ki, bu barədə Ukrayna lideri özünün rəsmi Telegram kanalında məlumat verib. “İnaqurasiya messasından sonra Roma Papası XIV Leo ilə görüşdük. Onun Müqəddəsliyinə bu qəbul üçün təşəkkür edirik,” – deyə Zelenski qeyd … Read more

Mahir Emreli het-trik edib

Ff5b9d50 1bd0 4fa0 a7d8 aa3c560fb4d3

Azərbaycan millisinin futbolçusu Mahir Emreli çıxış etdiyi Almaniyanın “Nürnberq” komandasında het-trik edib. Məlumata görə, 28 yaşlı hücumçu  II Bundesliqanın XXXIV turunda qarşılaşdıqları  “Ayntaxt Braunşveyq” kollektivinin qapısından özünün üçüncü qolunu keçirib. O, 10, 20 və 45+1-ci dəqiqələrdə fərqlənib. Futbolçu ikinci qoldan sonra sarı vərəqə ilə cəzalanıb. Hazırda davam edən görüşdə Emrelinin komandası 4:0 hesabı ilə öndədir.

Hikmət Hacıyev: Cənubi Qafqazda de-fakto sülh var

1695990176 hikmethaciyev2 620x403

Cənubi Qafqaz regionunda de-fakto sülh var. Qerbxeber.com xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Tasnim”ə müsahibəsində söyləyib. “Ermənistanla münasibətlərin normallaşdırılması xüsusunda sülh müqaviləsinin əsasını təşkil edən beş prinsiplər və hətta bu sənədin mətni də Bakı tərəfindən, Azərbaycan tərəfindən tərtib olunaraq Ermənistan tərəfinə təqdim edilib. Bu, … Read more

Azərbaycanda “Araz – 2025” birgə təlimi başladı – VİDEO

5935a4ba beb3 3dc9 90d3 f94cdd459ea5 850

Azərbaycanda keçirilən “Araz-2025” birgə təliminə İran İslam Respublikasından cəlb olunan heyətin rəhbəri və digər iştirakçılar ölkəmizə səfər edib. Bu barədə Qerbxeber.com– a Müdafiə Nazirliyindən bildirilib. Hər iki ölkənin təlim rəhbərləri və digər yüksək səviyyəli üzvləri arasında görüş keçirilib. Görüşdə təlimin məqsədi, ssenarisi və keçiriləcəyi ərazi, hazırlıq prosesi, təhlükəsizlik qaydaları, həmçinin müxtəlif mərhələlər üzrə icra olunacaq … Read more

Polşada prezident seçkilərinə səs vermə başlayıb

Indir 2025 05 18t112843.025

Polşada növbəti prezident seçkilərinin keçirildiyi seçki məntəqələri açılıb. Qerbxeber.com xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb. Məlumata görə, vətəndaşlar 13 namizəd arasından seçim edəcəklər. Sorğulara görə, seçkilərin nəticəsinin birinci turda həll olunacağı şansı azdır – böyük ehtimalla, ölkə prezidentinin adı iyunun 1-də keçiriləcək səsvermənin ikinci turunun nəticələrinə görə müəyyənləşəcək. Polşa prezidenti postu uğrunda … Read more

Rumıniyada prezident seçkilərinin ikinci turunda səsvermə başlayıb

68296a211f5d868296a211f5d9174754460968296a211f5d668296a211f5d7

Rumıniyada prezident seçkilərinin ikinci turu üçün bütün məntəqələrdə seçki məntəqələri açılıb, bazar günü ölkə sakinləri növbəti beş il üçün dövlət başçısını seçəcəklər. Qerbxeber.com xəbər verir ki, bu baədə yerli seçki komissiyası məlumat yayıb. Məlumata götə, birinci tur mayın 4-də baş tutub və səslərin əksəriyyətini “Rumınların Birləşməsi Uğrunda Alyans” (AUR) millətçi partiyasının lideri Corc Simion 41 … Read more

ABŞ Konqresi Rusiyaya qarşı sanksiyaları gücləndirə bilər

ABŞ

ABŞ Konqresi Ukraynada sülh danışıqlarında irəliləyiş əldə olunmazsa, yaxın vaxtlarda Rusiyaya qarşı sanksiyaları daha da sərtləşdirə bilər. Qerbxeber.com xəbər verir ki, bu açıqlama ilə ABŞ dövlət katibi Marko Rubio “CBS News” telekanalına verdiyi müsahibədə çıxış edib. “Biz demək olar ki, iki ay ərzində Rusiyanı dəfələrlə xəbərdar etmişik ki, əgər Ukraynadakı münaqişənin sülh yolu ilə həlli … Read more

“Avroviziya-2025” mahnı müsabiqəsinin qalibi Avstriya olub

6828dd4b5552e6828dd4b5552f17475085556828dd4b5552c6828dd4b5552d

Avstriya 69-cu “Avroviziya-2025” mahnı müsabiqəsinin qalibi olub. Qerbxeber.com xəbər verir ki, İsveçrədəki “Arena Plus” mərkəzində keçirilən yarışda ölkə təmsilçisi “Wasted Love” mahnısını səsləndirib. Avstriya təmsilçisi 436 xal toplayıb. Yarışmada İsrail 357 xalla 2-ci, Estoniya isə 356 xalla üçüncü yerdə qərarlaşıb. Xatırladaq ki, mahnı müsabiqəsinin birinci yarımfinalı mayın 13-də, ikinci yarımfinalı isə 15-də keçirilib.

Gəncədə bıçaqlanma olub

Indir 2025 05 18t111539.975

Gəncədə bıçaqlanma hadisəsi baş verib. Qerbxeber.com-un məlumatına görə, hadisə şəhər ərazisində qeydə alınıb. 1985-ci il təvəllüdlü V.Bayramov döş qəfəsinin bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Dərhal xəstəyə yardım edilib, vəziyyətinin kafi olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.

Gəncədə zəncirvari qəza olub

Indir 2025 05 18t111139.666

Gəncə şəhərində zəncirvari yol-nəqliyyat hadisəsi baş verib. Qerbxeber.com-un məlumatına görə, qəza şəhər ərazisində qeydə alınıb. Belə ki, hərəkətdə olan “Land Rover”, “Khazar”, “KIA” və “VAZ 2106” markalı minik avtomobilləri toqquşub. Hadisə nəticəsində xəsarət alan olmasa da, avtomobillərə ciddi maddi ziyan dəyib. Faktla bağlı araşdırma aparılır.

İtaliya Ukraynaya 3 milyard avroluq silah göndərib

Indir 2025 05 18t110806.668

İtaliya 2022-ci ildən bəri Ukraynaya silah və sursat tədarükünə təxminən 3 milyard avro xərcləyib. Qerbxeber.com“Il Fatto Quotidiano” nəşrinə istinadən xəbər verir ki, bu barədə İtaliyanın müdafiə naziri Quido Krozetto bildirib. “2022-ci ilin noyabrından bəri İtaliya Kiyevə silah və sursat üçün 3 milyard avro xərcləyib”, – məlumatda qeyd olunur.