YENİLƏNİR Müharibə başladı-İran vuruldu

İsrael kartz 2

İsrail dövləti İsrailə qarşı təhdidləri aradan qaldırmaq üçün İrana qarşı qabaqlayıcı zərbələr endirib. Qerbxeber.com Axar.az-a istinadən xəbər verir ki, bunu İsrailin müdafiə naziri İsrail Katz deyib. “Nəticədə, yaxın vaxtlarda İsrail və onun mülki əhalisinə qarşı raket və PUA hücumu gözlənilir”, – o bildirib. O, İsrailin bütün ərazisində cəbhədə xüsusi fövqəladə vəziyyət elan edən xüsusi sərəncam imzalayıb.

Tramp: “ABŞ İranla əlavə danışıqlar aparacaq “

Tramp yeni 3

ABŞ İranın nüvə proqramı ilə bağlı əlavə danışıqların keçirilməsini gözləyir. Qerbxeber.com-un TASS-a istinadən verdiyi məlumata görə, bu barədə ABŞ Prezidenti Donald Tramp jurnalistlərlə söhbəti zamanı bildirib. D.Tramp qeyd edib ki, Vaşinqton İran tərəfinin ABŞ-nin irəli sürdüyü tələblərlə razılaşmamasından narazıdır: “Bu gün əlavə danışıqlar keçiriləcək”, – deyə o vurğulayıb. Xatırladaq ki, yanvarda ABŞ Tehran danışıqlardan yayınacağı … Read more

Mart ayında 13 gün iş günü olacaq

Teqvim (1)

Mart ayında qeyri-iş günlərinin sayı məlum olub. Qerbxeber.com xəbər verir ki, gələn ay Azərbaycanda üç bayram qeyd olunacaq. Belə ki, martın 8-i Beynəlxalq Qadınlar Günü, martın 20-21-də isə Ramazan və Novruz bayramları qeyd olunacaq. Bu bayramlarla və şənbə-bazar günləri ilə bağlı martda 17 gün iş olmayacaq. Belə ki, martın 7-si şənbə günüdür. Martın 8-i bazar … Read more

Qazaxıstan vətəndaşlarına İrana getməməyi tövsiyə edib

Qazaxıstan

İran ətrafında davam edən gərginliklə əlaqədar olaraq, Qazaxıstan Xarici İşlər Nazirliyi ölkə vətəndaşlarına vəziyyət sabitləşənə qədər İrana səyahət etməkdən çəkinməyi tövsiyə edir. Qerbxeber.com xəbər verir ki, bu barədə Qazaxıstanın Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb. “Hazırda İranda olan Qazaxıstan vətəndaşlarına ölkəni mümkün qədər tez tərk etməyi, həmçinin maksimum təhlükəsizlik tədbirlərinə əməl etməyi, sayıq və ehtiyatlı … Read more

Zelenski : Mən İranda xalqa qarşı deyil, rejimə qarşı yönəlmiş əməliyyatı dəstəklərdim

Zelenski (1)

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-nin İran rəhbərliyinə qarşı mümkün hərbi əməliyyatını dəstəkləyib. Qerbxeber.com Teleqraf.az-a istinadən xəbər verir ki, o, bunu “Sky News”a müsahibəsində bildirib. “Düşünürəm ki, İranda insanlar açıq şəkildə digər ölkələrə hücum etmək istəyən rejimi dəyişdirmək üçün kömək axtarırlar. Mən xalqa qarşı deyil, rejimə qarşı yönəlmiş əməliyyatı dəstəkləyərdim”, – deyə Zelenski bildirib. Ukrayna lideri … Read more

Böyük Britaniya diplomatlarını İrandan təxliyə etdi

Britaniya (1)

Böyük Britaniya regionda münaqişə təhlükəsi səbəbindən İrandakı diplomatlarını təxliyə edib. Qerbxeber.com  Teleqraf.az-a istinadən xəbər verir ki, bu barədə Britaniya hökumətinin veb saytında yerləşdirilmiş açıqlamada qeyd olunub. “Britaniyalı işçilər müvəqqəti olaraq İrandan geri çağırılıb. Səfirliyimiz uzaqdan fəaliyyətini davam etdirir”, – deyə məlumatda bildirilir. Qeyd edək ki, ABŞ yanvar ayında Tehranı nüvə silahlarından tamamilə imtina etməyəcəyi təqdirdə, … Read more

Cenevrədə ABŞ-İran danışıqları tamamlandı: Tərəflər razılığa gəldilər?

ABŞ İran

İran və ABŞ nümayəndələri Cenevrədə növbəti danışıqlar raundunu başa vurublar və öz ölkələrinin rəhbərliyi ilə məsləhətləşmələrdən sonra dialoqu bərpa etmək barədə razılığa gəliblər. Qerbxeber.com Oxu.az-a istinadən xəbər verir ki, bu barədə tərəflər arasında vasitəçi qismində çıxış edən Omanın xarici işlər naziri Bədr əl-Busaidi “X” sosial şəbəkə hesabında paylaşım edib. “Danışıqları müvafiq paytaxtlarda aparılacaq məsləhətləşmələrdən qısa müddət … Read more

Kəlbəcərdə yeni turizm bölgəsi yaradılacaq

Azada Huseynova

İşğaldan azad olunmuş ərazilərdə xüsusi turizm zonalarının yaradılması, xüsusilə Kəlbəcərdə turizm zonasının yaradılması ilə bağlı sənədlər Prezident Administrasiyasına təqdim olunub. Qerbxeber.com Teleqraf -a istinadən xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin sədr müavini Azadə Hüseynova Milli Məclisin Əmək və sosial siyasət komitəsində “Azərbaycanda turizmin mövcud vəziyyəti və inkişaf perspektivləri” mövzusunda keçirilən ictimai dinləmədə deyib. Sədr … Read more

Keçmiş baş nazir Zelenskinin müşaviri oldu

Sunak Zelenski

Böyük Britaniyanın keçmiş baş naziri Rişi Sunak Ukrayna hökumətinə iqtisadi dirçəlişlə bağlı məsləhət verəcək. Qerbxeber.com xəbər verir ki, bu barədə “The Independent” qəzeti məlumat verib. Qəzet yazır ki, keçmiş baş nazir Ukrayna Prezidenti Volodimir Zelenskinin Beynəlxalq Məşvərət Şurasında iqtisadi məsələlər üzrə ödənişsiz məsləhətçisi olmağa razılığını verib. Məşvərət Şurasında Rişi Sunakla yanaşı Kanadanın keçmiş baş nazirinin … Read more

Bəzi dövlət qurumlarının fəaliyyəti təkmilləşdirilir-FƏRMAN

İlham Aliyev ferman

Bir sıra dövlət qurumlarının fəaliyyəti təkmilləşdirilir. Qerbxeber.com xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb. Fərmana əsasən, aşağıdakı büdcə təşkilatları yaradılır: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində “Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi” və “Geoloji Kəşfiyyat Agentliyi” publik hüquqi şəxslərin, habelə Dövlət Geoloji İnformasiya Fondunun əsasında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər … Read more

Azərbaycan əhalisinin sayı 10 milyonu keçdi

Ehali

2025-ci ildə ölkə üzrə əhalinin sayı 37462 nəfər və ya 0,4 faiz artaraq 2026-cı il yanvar ayının 1-i vəziyyətinə 10 262 351 nəfərə çatıb. Qerbxeber.com xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Bildirilib ki, ölkə əhalisinin 54,3 faizini şəhər, 45,7 faizini kənd sakinləri, 49,8 faizini kişilər, 50,2 faizini isə qadınlar təşkil edir. Ölkə … Read more

Kral Çarlzın qardaşı sərbəst buraxıldı

Kralin qardashi

Böyük Britaniya kralı Çarlzın kiçik qardaşı Endryu Mauntbatten-Vindzor dövlət vəzifəsindən sui-istifadə şübhəsi ilə saxlanıldıqdan sonra polis nəzarətindən buraxılıb. Bu barədə “Reuters” agentliyi məlumat yayıb. Məlumata görə, fevralın 19-da 66 yaşı tamam olan Mauntbatten-Vindzor Temza Vadisi polisinin əməkdaşları tərəfindən gün ərzində dindirilib. Polis onun Britaniyanın ticarət üzrə xüsusi nümayəndəsi olduğu dövrdə məxfi hökumət sənədlərini mərhum maliyyəçi … Read more

Rusiya Türkiyə elçisini dəyişdi-Yeni təyinat

Rusya ank sefiri

Rusiya Türkiyəyə yeni səfir təyin edib. Qerbxeber.com Teleqraf-a istinadən xəbər verir ki, Rusiya Federasiyası Prezidentinin müvafiq fərmanları rəsmi hüquqi informasiya portalında dərc olunub. Sergey Verşinin xarici işlər nazirinin müavini vəzifəsindən azad olunub və Rusiyanın Türkiyədəki yeni səfiri təyin edilib. S. Verşinin MDBMİ məzunudur. O, 1976-cı ildən Xarici İşlər Nazirliyi sistemində, o cümlədən Tunisdəki Rusiya səfirliyində … Read more

Azərbaycan və Latviya arasında ilk dəfə konsulluq məsləhətləşmələri keçirilib

Latviya ve azrb gorush

Riqada Azərbaycan və Latviya Xarici İşlər nazirlikləri arasında ilk konsulluq məsləhətləşmələri keçirilib. Qerbxeber.com xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, məsləhətləşmələrdə Azərbaycan nümayəndə heyətinə Azərbaycan Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsinin rəisi Emil Səfərov, Latviya nümayəndə heyətinə isə Latviya Xarici İşlər Nazirliyinin Konsulluq və Diplomatik Məsələlər Direktoratlığının baş direktoru xanım Agnese … Read more

Tramp dünya müsəlmanlarını Ramazan ayının başlaması münasibətilə təbrik edib

Tramp

ABŞ Prezidenti Donald Tramp dünya müsəlmanlarını Ramazan ayının başlaması münasibətilə təbrik edib. Qerbxeber.com -un məlumatına görə, təbrik mətnində deyilir: “Bu gün Ramazan ayının başlanmasını qeyd edən hər kəsi səmimi qəlbdən salamlayır və ən xoş, ən ülvi arzularımı çatdırıram. Ramazan ayı mənəvi yenilənmənin, dərin təfəkkürün və Uca Tanrının saysız-hesabsız nemətlərinə şükür etməyin müqəddəs zamanıdır. Bu ay … Read more

Qədim Türk inancı Tenqrizmdə oruc-Orxan ATABƏYin yazısı

Orxan atabəy

Bu gündən Dünyada və Azərbaycanda Ramazan ayı başlayır. Oruc, demək olar ki, bütün böyük dinlərdə mövcud olan bir ibadət formasıdır. İslam, Buddizm, Pravoslavlıq və Yəhudilikdə qaydalar daha sərtdir, müəyyən bir dövr ərzində qida qəbul edilmir. Digər inanclarda isə bu, daha çox müəyyən pəhrizlər şəklindədir. Qədim türk inancı olan Tengrizmdə də oruc mövcud olub. Tarixi mənbələrə … Read more

Ölkənin Səhiyyə siyasətini yalnız Səhiyyə nazirliyi həyata keçirməlidir-tanınmış həkim Məzahir Şəmkirli

Məzahir şəmkirli

Tibb institutunda təhsil aldığım illər də daxil olmaqla 49 ildi ki,səhiyyə sahəsində çalışan biri kimi səhiyyəmizin haqqında fikirlərimi bölüşmək istəyirəm…. Sovet dövründə 1977-1991…14 ildəki tələbə-həkimlik illəri yadıma salıram….özünün eybəcərlikləri ilə yanaşı humanistlik payı məncə daha üstün idi….indikinə nisbətən insanların güvən hissi daha çox idi…necə deyərlər humanizm can vermirdi…yaşayırdı…doğrudur o vaxtlar bu qədər informasiya almaq imkanlarımız … Read more

Sağlam qidalanırıq, amma yenə kökəlirik. Səhvi Harda Axtaraq ?-Elnur Nemətovun yazısı

Elnur mematov 1

Bir çox insan düşünür ki, problem iradədədir. Guya kimsə güclüdür, kimsə zəif. Amma reallıq bir az fərqlidir. Məsələ çox vaxt xarakterdə yox, sistemdə olur. Aclıq səviyyəsi yüksələn kimi beyin rejimi dəyişir , rasional hissəsi fasiləyə çıxır, qərar verən “tez ol!” deyən instinkt olur. Göz isə nəyi seçirsə, əl ora gedir. Yəni qərarımız sürətli olur, menyu … Read more

Prezident İlham Əliyev Vaşinqtonda “Sülh Şurası”nın iclasında iştirak edir

Sülh surası

Fevralın 19-da Amerika Birləşmiş Ştatlarının paytaxtı Vaşinqton şəhərində “Sülh Şurası”nın ilk iclası keçirilib. Qerbxeber.com xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın dəvəti ilə iclasda iştirak edib. İclasda əvvəlcə birgə foto çəkilib. Daha sonra ABŞ Prezidenti Donald Tramp tədbirdə çıxış edib.Prezident Tramp çıxışında Azərbaycan-Ermənistan münaqişəsi barədə, əldə olunan sülh razılaşması … Read more

Kral Çarlz qardaşının həbs xəbərinini narahatlıqla qarşılayıb

Kral Çarlz

Böyük Britaniya Kralı III Çarlz qardaşı, sabiq şahzadə Endryu Mountbatten-Vindsorun saxlanılmasına münasibət bildirib. Qerbxeber.com bildirir ki bu barədə ,APA “The Guardian“a istinadən xəbər verir ki, III Çarlz hadisə ilə bağlı rəsmi bəyanat yayıb. O, sabiq şahzadənin həbsi ilə bağlı xəbərləri narahatlıqla qarşıladığını, iş üzrə ədalətli araşdırmanın aparılacağına ümid etdiyini bildirib. Kral qeyd edib ki, müvafiq qurumların bu məsələni tam, ədalətli və düzgün araşdırması vacibdir. Bu məsələdə hüquq mühafizə orqanları … Read more