Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
İqtisadiyyat

Kəlbəcərdə yeni turizm bölgəsi yaradılacaq

27 fevral / 21:56 2 dəq
27 fevral / 21:56
Burada sizin reklamınız ola bilər

İşğaldan azad olunmuş ərazilərdə xüsusi turizm zonalarının yaradılması, xüsusilə Kəlbəcərdə turizm zonasının yaradılması ilə bağlı sənədlər Prezident Administrasiyasına təqdim olunub.

Qerbxeber.com Teleqraf -a istinadən xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin sədr müavini Azadə Hüseynova Milli Məclisin Əmək və sosial siyasət komitəsində “Azərbaycanda turizmin mövcud vəziyyəti və inkişaf perspektivləri” mövzusunda keçirilən ictimai dinləmədə deyib.

Sədr müavini vurğulayıb ki, həmçinin, Laçın və digər ərazilərdə də qiymətləndirmələr aparılır.

“Sanatoriyaların, eləcə də müalicə mərkəzlərinin sertifikatlaşdırılması ilə bağlı Səhiyyə Nazirliyinə də müraciət olunub. Sertifikatlaşdırma işlərinin ilkin mərhələdə aparılması üçün konsepsiya sənədləri hazırlanıb”, – deyə o əlavə edib.

O bildirib ki, Xocavəndin Tuğ kəndində qastroturizm inkişafı ilə bağlı layihələr hazırlanır:

“Orada kulinariya mərkəzinin yaradılması nəzərdə tutulur. Qastroturizm ilə bağlı əsas hədəflərimizdən biri də ölkənin mətbəxinin tanııdılmasıdır. Çünki Azərbaycanın regionda xüsusi edən elementlərdən biri də ölkəmizin zəngin mətbəxidir. Bunun üçün bir neçə istiqamətlərdə işlər görürük. Xüsusilə də qastronomiyanın ölkəmizdə ali təhsil səviyyəsinə çatması üçün qastronomiya ixtisasının açılması üçün Elm və Təhsil Nazirliyi ilə iş görülür”.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı