Şəmkir rayonunda intihar hadisəsi qeydə alınıb.
Report xəbər verir ki, hadisə Əliyaqublu kəndində baş verib. Belə ki, 1990-cı il təvəllüdlü C.Əliyev vanna otağında özünü asıb. Onun özünü öldürməsinin səbəbi hələ məlum deyil.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.