Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib

Tramp: İran böyük bir ölkə ola bilər,lakin….

Trump Tramp

Biz hələ də İranın nüvə problemi ilə bağlı diplomatik həll yoluna sadiqik. Qerbxeber.com  Axar.az-a istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp sosial şəbəkə hesabında qeyd edib. “Administrasiyamın bütün üzvlərinə İranla danışıqlar aparmaq tapşırılıb. İran böyük bir ölkə ola bilər, lakin əvvəlcə nüvə silahı əldə etmək ümidlərindən tamamilə əl çəkməlidir. Bu məsələyə göstərdiyiniz diqqətə … Read more

İsrail baş naziri: Biz İranı vurduq,israillilər hər şeyə hazır olmalıdır

Netanyahu

Biz İranın yüksək səviyyəli nüvə komandirlərini və alimlərini vurduq. İsraillilər uzun müddət sığınacaqlarda qalmağa hazır olmalıdırlar. Qerbxeber.com xəbər verir ki, bunu İsrail Baş naziri Benyamin Netanyahu xalqa müraciətində deyib. “Mən İsrail xalqını komandanlığın göstərişlərinə əməl etməyə çağırıram. Uzun müddət sığınacaqlarda qalmalı olma ehtimalınız yüksəkdir. Əminəm ki, siz yemək, geyim və s. ehtiyat yığırsınız”, – baş nazir … Read more

İsrail İranı vurdu-Müharibə başladı

Tehran hucum

İsrail Hərbi Hava Qüvvələri İran ərazisinə zərbələr endirir. Qerbxeber.com xəbər verir ki, bu barədə “Axios” portalı mənbələrə istinadən məlumat yayıb. İsrailin nüvə obyektlərini,ordu rəhbərliyini,raket bazlarını hədəfə alıb. Təbriz aeroportu vurulub, həmçinin Tehranda partlayışlar olduğu bildirilir. “Fars” agentliyi yazıb ki, İran paytaxtında ən azı altı partlayış səsi eşidilib. Bu arada İsrailin müdafiə naziri İsrail Katz ölkə daxilində … Read more

Prezident sosial müavinətlərin artırılması barədə Fərman imzaladı

Prezident

Prezident İlham Əliyev sosial müavinətlərin, Azərbaycan Respublikası Prezidentinin təqaüdlərinin və fəxri adlara görə təqaüdlərin məbləğlərinin artırılması və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi haqqında Fərman imzalayıb. Qerbxeber.com bildirir ki, Fərmanda deyilir: “1. 2025-ci il iyulun 1-dən sosial müavinətlərin məbləğləri aşağıdakı kimi müəyyən edilsin: 1.1. orqanizmin funksiyalarının 81–100 faiz pozulmasına görə … Read more

Şəmkirdə bıçaqlanma hadisəsi baş verib

Bıçaqlanma

Şəmkirdə iki nəfər bıçaqlanıb. Qerbxeber.com  -un APA-a istinadən məlumatına görə, 2007-ci il təvəllüdlü Heydər Həsənov və 1984-cü il təvəllüdlü Cəfər Tağıyev bıçaq xəsarəti ilə xətəxanaya yerləşdirilib. Hadisənin baş vermə səbəbləri araşdırılır. TƏBİB-dən  verilən məlumata görə, iyunun 12-də saat 15:40 radələrində iki nəfər (kişi cinsli) Şəmkir Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub: “Hər birinə zəruri tibbi xidmətlər göstərilib. … Read more

“Səmimi ümid edirik ki, Gürcüstan bir gün Avropa İttifaqının üzvü olacaq” – Səfir Herçinski

Pavel hercinski sefir

“Səmimi ümid edirik ki, Gürcüstan bir gün Avropa İttifaqının üzvü olacaq” – Herçinski Avropa İttifaqının Gürcüstandakı səfiri Pavel Herçinski Gürcüstan Universitetinin təşkil etdiyi “Avropa nədir…? Yeni Avropaya uzun ömür!” adlı konfrans çərçivəsində jurnalistlərə açıqlama verib. Qerbxeber.com   Aktual.ge-ə istinadən xəbər verir ki, tədbirin təşkili üçün universitet rəhbərliyinə təşəkkürünü bildirib və Gürcüstanın Aİ-yə inteqrasiya perspektivləri barədə … Read more

“Avropa səfirlərini Gürcüstanda nifrəti qızışdırmaqdan çəkinməyə çağırırıq” – Baş nazir Kobaxidze

Kobaxidze

“Biz hər kəsi, o cümlədən Avropa səfirlərini Gürcüstanda nifrəti qızışdırmaqdan çəkinməyə çağırırıq, bu, gürcü cəmiyyətinə həqiqətən də lazım deyil”. Qerbxeber.com xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze jurnalistlərə açıqlamasında deyib. “Təəssüf ki, biz Avropa bürokratiyasından (nifrətə) cəsarətləndirici addımlar görürük, bu, çox pisdir, hətta səfirlər belə bunda iştirak edirlər. Gürcüstan cəmiyyətinə sülh lazımdır və nifrətə … Read more

Aİ Gürcüstanla vizasız rejimin dayandırılmasını müzakirə edir

Paweł herczyński

Aİ-yə üzv ölkələr arasında Gürcüstanla vizasız rejimin dayandırılmasına dair müzakirələr aparılır. Qerbxeber.com xəbər verir ki, bunu Aİ-nin Gürcüstandakı səfiri Pavel Herçinski jurnalistlərə açıqlamasında deyib. “Üzv ölkələr arasında nə edilə biləcəyinə dair müzakirələr davam edir və ideyalardan biri vizasız rejimin dayandırılmasıdır. Gürcüstan illərdir ki, Aİ ilə imtiyazlı münasibətlərə malikdir. Biz gürcülərlə Avropaya vizasız gediş-gəliş və azad … Read more

Azərbaycana qaytarılacaq ərazilər açıqlandı – Xəritə

Indir 2025 06 12t132011.669

“Hraparak” nəşrinin iddiasında bildirilirdi ki, Ermənistan tezliklə öz ərazisinin təxminən 180 kvadrat kilometrini Azərbaycana verəcək və bunun müqabilində cəmi 25 kvadrat kilometr ərazini alacaq. Qerbxeber.com Publika.az -a istinadən xəbər verir ki, nəşr bununla bağlı yeni iddialar yayıb və hansı ərazilərin veriləcəyi ilə bağlı xəritə dərc edib. Bildirilir ki, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla Azərbaycan Prezidentinin Xarici Əlaqələr üzrə köməkçisi Hikmət Hacıyev … Read more

Aİ Gürcüstanla vizasız rejimin dayandırılmasına dair müzakirələr aparılır

Indir 2025 06 12t130114.549

Aİ-yə üzv ölkələr arasında Gürcüstanla vizasız rejimin dayandırılmasına dair müzakirələr aparılır. Qerbxeber.com xəbər verir ki, bunu Aİ-nin Gürcüstandakı səfiri Pavel Herçinski jurnalistlərə açıqlamasında deyib. “Üzv ölkələr arasında nə edilə biləcəyinə dair müzakirələr davam edir və ideyalardan biri vizasız rejimin dayandırılmasıdır”, – Herçinski deyib. O, Gürcüstanla Aİ arasında münasibətlərin son bir ildə yaxşı istiqamətdə getmədiyini qeyd … Read more

İran türklərə də məxsusdur… – Pezeşkian

Mesud pezeshkian1

İran təkcə bir qrupa yox, həm də türklər, kürdlər, lorlar, bəluclar, ərəblər və burada yaşayan digər xalqlara məxsusdur. Qerbxeber.com Teleqraf-a istinadla xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian deyib. “İran daxilindəki birlik və həmrəyliyi qoruyub saxlayacağıq. Bu ölkə bir qrupa və ya qruplaşmaya yox hər kəsə məxsusdur. Türklər, kürdlər, lorlar, bəluclar, ərəblər və qeyri-ərəblər, məzanilər, … Read more

Gədəbəydə Baş prokuror Kamran Əliyev vətəndaşları qəbul edəcək

Indir 2025 06 12t125046.601

Baş prokuror Kamran Əliyev iyunun 20-də, saat 10:00-da Gədəbəy rayon prokurorluğunun inzibati binasında Gədəbəy, Daşkəsən, Şəmkir, Tovuz, Ağstafa və Qazax rayon sakinlərinin qəbulunu keçirəcək. Bu barədə Qerbxeber.com-a Baş Prokurorluqdan məlumat verilib. Bildirilib ki, vətəndaşların qəbulla bağlı qeydiyyatı və Gədəbəy rayonuna gəlmələrinin təşkili rayon prokurorları tərəfindən həyata keçiriləcək. Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon (şəhər) prokurorluqlarına yazılı … Read more

Tovuzda şirkət 20 min manat məbləğində cərimələnib

Indir 2025 06 12t124539.172

İşçinin əmək hüquqlarını pozan şirkət 20 min manat məbləğində cərimələnib. Baş Prokurorluqdan Qerbxeber.com-a verilən məlumata görə, “Billur Fimrası” MMC tərəfindən işçinin əmək hüquqlarının pozulması faktı ilə bağlı Tovuz rayon prokurorluğunda araşdırma aparılıb. Araşdırma zamanı qeyd olunan hüquqi şəxs tərəfindən əmək qanunvericiliyində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən (bağlanmadan) şəxsin Tovuz rayonu ərazisində yerləşən … Read more

Ermənistan Baş naziri II Qaregindən iqamətgahını tərk etməyini isdəyib

Indir 2025 06 10t100856.304

Ermənistan Baş naziri Nikol Paşinyan II Qaregindən iqamətgahını dərhal tərk etməyi tələb edib. Qerbxeber.com xəbər verir ki, bu barədə Paşinyan sosial şəbəkə hesabında bildirib. Ermənistanın Baş naziri katolikos II Qaregini və onu müdafiə edənləri kəskin şəkildə tənqid edib. Paşinyanın sözlərinə görə, onun II Qareginə ünvanlanmış tənqidlərini “Azərbaycan” və ya “Türkiyə izi” kimi təqdim etmək cəhdləri … Read more

ABŞ İranın səfirliklərinə göstəriş verib

Indir 2025 06 12t123409.816

ABŞ İranın zərbə endirə biləcəyi məsafədə yerləşən bütün səfirliklərinə fövqəladə hallar komitələrini çağırmağı tapşırıb. Qerbxeber.com xəbər verir ki, bu barədə “Washington Post“ məlumat yayıb. Məlumata əsasən, ABŞ sözügedən səfirliklərə risklərin azaldılması üçün görülən tədbirlər barədə Vaşinqtona hesabat göndərməyi də tələb edib. “ABŞ İranın zərbə endirə biləcəyi məsafədə olan bütün səfirliklərinə fövqəladə hallar komitələrini çağırmağı və … Read more

KİV: İran ordusu İsrailə əks-hücum planı hazırlayıb

Israel iran

İran İsrailin mümkün hücumuna dərhal cavab verəcəyini açıqlayıb. Qerbxeber.com xəbər verir ki, bu barədə “The New York Times“ mənbəyə istinadən məlumat yayıb. Mənbə bildirib ki, İran ordusu və hökumət rəsmiləri İsrailin hücumu halında cavab tədbirləri müzakirə ediblər.“İslam Respublikası yüzlərlə ballistik raketdən istifadə etməklə İsrailin ərazisinə dərhal əks hücumu nəzərdə tutan cavab planı hazırlayıb”, -qeyd edilib. Qeyd edək … Read more

Ukrayna SQ: Rusiyanın itgiləri 1 milyonu keçib

Indir 2025 06 12t121936.199

24 fevral 2022-ci ildən indiyə kimi Rusiya tərəfi Ukrayna müharibəsində 1 milyon nəfərdən çox itki verib. Qerbxeber.com UNİAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatında bildirilib. İtkilərə ölənlər və yaralananlar daxildir. Həmçinin çox sayda texnika məhv edilib: tank – 10 933 ədəd (son sutka ərzində +6), döyüş zirehli maşınları – … Read more

Azərbaycan nefti bahalaşdı

Neft (2)

Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti bahalaşmaqda davam edir. Qerbxeber.com APA-a istinadən  xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti ötən gün 0.32 ABŞ dolları və ya 0.45% artaraq 72.17 ABŞ dollarına bərabər olub. Azərbaycan neftinin əvvəlki qiyməti isə 71.85 ABŞ dolları təşkil edib. Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” … Read more

Aygün Əliyeva: QHT-lərin “Qərbi Azərbaycana qayıdış” istiqaməti üzrə hazırkı fəallığı heç vaxt olmayıb.

Aygun Əliyeva

QHT-lərin “Qərbi Azərbaycana qayıdış” istiqaməti üzrə indiki fəallığı heç vaxt olmayıb. Qerbxeber.com  “Report”-a istinadən xəbər verir ki, bunu QHT-lərə Dövlət Dəstəyi Agentliyinin İcraçı direktoru Aygün Əliyeva “Qərbi Azərbaycana qayıdış” istiqaməti üzrə icra edilən layihələrə dair brifinqdə deyib. Onun sözlərinə görə, artıq üç ildir “Qərbi Azərbaycana qayıdış” mövzusu Agentliyin qrant müsabiqələrinin prioritet istiqamətlərindən biridir: “Bu müddət … Read more