Niderland Ukraynaya yeni yardım paketi ayıracaq

Indir 2025 06 05t094512.426

Niderland hökuməti Ukraynanın dəniz təhlükəsizliyinin gücləndirilməsi məqsədilə 400 milyon avro dəyərində növbəti yardım paketini ayırmaq qərarına gəlib. Qerbxeber.com xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Ruben Brekelmans məlumat yayıb. Yardım paketi çərçivəsində Ukraynaya 100-dən çox müxtəlif tipli gəmilər təqdim ediləcək. Nazir əlavə edib ki, paketə həmçinin 50-dən artıq pilotsuz dəniz aparatı, sensorlar və ehtiyat … Read more

İlham Əliyev və Məsud Pezeşkian arasında telefon danışığı olub

Indir 2025 06 05t094149.595

İyunun 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian arasında telefon danışığı olub. Qerbxeber.com xəbər verir ki, bu barədə Azərbaycan liderinin Mətbuat Xidməti məlumat yayıb. İran Prezidenti dövlətimizin başçısını, qardaş və dost Azərbaycan xalqını qarşıdan gələn müqəddəs Qurban bayramı münasibətilə təbrik edib, xalqımıza rifah və tərəqqi arzulayıb. Prezident İlham Əliyev … Read more

Kreml iki ölkə başcılarının telefon danışığının detallarını açıqlayıb

Kreml

Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Tramp arasında dördüncü telefon danışığı 1 saat 10 dəqiqə davam edib. Qerbxeber.com  xəbər verir ki, bu barədə Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov bildirib. Onun sözlərinə görə, Putin və Tramp telefon danışığına Ukrayna ətrafındakı vəziyyəti müzakirə etməklə başlayıblar. “Putin İstanbulda keçirilən danışıqların nəticələrindən ətraflı danışaraq, onları faydalı adlandırıb, … Read more

Putin Papa XIV Leo ilə telefon danışığı aparıb

Indir 2025 06 05t091601.751

Rusiya Prezidenti Vladimir Putin Papa XIV Leo ilə telefon danışığı aparıb. Qerbxeber.com xarici KİV-ə istinadən verdiyi xəbərə görə, Putin pontifik seçilməsi münasibətilə Papa XIV Leonu bir daha təbrik edib və ona bu yüksək missiyanı yerinə yetirməkdə uğurlar arzulayıb. Ukraynadakı vəziyyətlə bağlı fikir mübadiləsi zamanı Vladimir Putin siyasi və diplomatik vasitələrlə sülhə nail olunmasında maraqlı olduğunu … Read more

Tramp və Putin arasında telefon danışığı baş tutub

68407b554040368407b5540404174905634168407b554040168407b5540402

ABŞ Prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinlə arasında telefon danışığı baş tutub. Qerbxeber.com xəbər verir ki, bu barədə Ağ Ev rəhbəri “Truth Social” hesabında yazıb. Onun sözlərinə görə, telefon danışığı bir saatdan çox davam edib. Söhbət zamanı Ukraynanın Rusiyadakı aerodromlara hücumları müzakirə olunub. Tərəflər arasında telefon danışığının baş tutduğunu Kremlin mətbuat katibi Dmitri Peskov … Read more

“Bakcell” tariflərində dəyişiklik edib

6840533908e956840533908e9617490460736840533908e936840533908e94

“Bakcell” şirkəti tərəfindən göstərilən xidmətlərin istifadə imkanlarını genişləndirmək məqsədilə öncədən ödənişli tariflər üzrə bir sıra yeniliklər tətbiq olunacaq. Qerbxeber.com xəbər verir ki, bu barədə şirkət məlumat yayıb. Yeni qaydalara əsasən, 04.07.2025-ci il tarixindən etibarən abunəçilər nömrənin açıq qalma müddətini yalnız balans artırmaqla deyil, həm də tarifin abunə haqqını ödəməklə uzada biləcəklər. Bu o deməkdir ki, … Read more

Medinski: Rusiya yaxın günlərdə Ukrayna ilə əsir mübadiləsinə başlamağa hazırdır

Indir 2025 06 05t085553.722

Rusiya iyunun 7-dən 9-dək Ukrayna tərəfi ilə hərbi əsir mübadiləsinə başlamağa hazırdır. Qerbxeber.com xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidentinin köməkçisi, Ukrayna ilə danışıqlar aparan nümayəndə heyətinin rəhbəri Vladimir Medinski bildirib. “Güman edirik ki, hər tərəfdən 1200 nəfər olacaq və bu, yenə də hərbi əsirlərin ən böyük mübadiləsi olacaq. Biz öz tərəfimizdən … Read more

Zelenski: “Pautina” əməliyyatında Rusiyanın 41 təyyarəsi ziyan görüb

Indir 2025 06 05t085052.332

“Ukrayna heç zaman müharibə istəməyib. Bununla belə, BMT nizamnaməsi, beynəlxalq hüquq və sağlam insani təfəkkürə uyğun olaraq ölkəmizin bütün vasitələrdən istifadə etməklə öz müstəqilliyini və xalqını qorumaq hüququ var. Ukraynaya hücumlarda İran və Şimali Koreya silahları istifadə olunur”. Qerbxeber.com xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib. O eyni zamanda, Rusiya tərəfinin indiyədək ölkəsinə … Read more

Naxçıvanda “Komando başlanğıc kursu”nun növbəti buraxılışı olub

684048ca4150d684048ca4150e1749043402684048ca4150b684048ca4150c

Əlahiddə Ümumqoşun Orduda (ƏÜO) “Komando başlanğıc kursu”nun növbəti buraxılış mərasimi keçirilib. Qerbxeber.com xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib. Qeyd edilib ki, əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Çıxış edənlər kursu müvəffəqiyyətlə bitirən məzunları təbrik edib, … Read more

Qazaxda ağır yol-nəqiliyat hadisəsi baş verib,ölənlər var

Images 2025 06 05t083433.875

Qazax rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Qerbxeber.com-un məlumatına görə, qəza rayonun Abbasbəyli kəndi ərazisində qeydə alınıb. Hərəkətdə olan “BMW” markalı minik avtomobili idarəetməni itirərək yol kənarındakı divara çırpılıb. Nəticədə avtomobildə olan 4 nəfər hadisə yerindəcə həyatını itirib. Həlak olanlar rayonun Fərəhli kənd sakinləri – 1997-ci il təvəllüdlü Ramal Vəliyev, 2000-ci il təvəllüdlü Zaur Əhmədov, … Read more

Azərbaycan hərbçiləri NATO-nun komanda-qərargah təlimində iştirak edib

Fh 900x600

Azərbaycan Ordusunun nümayəndələri NATO-nun “Qətiyyətli Güc-2025” (Resolute Force-2025) çoxmillətli komanda-qərargah təlimində iştirak edib. Müdafiə Nazirliyindən Qerbxeber.com-a verilən məlumata görə, Bolqarıstan Respublikasının G.S.Rakovski adına Hərbi Akademiyasında təşkil olunan təlimdə ölkəmizi Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən Hərbi İdarəetmə İnstitutunun bir qrup zabit heyəti təmsil edib. Bolqarıstan, Gürcüstan, Rumıniya, Şimali Makedoniya, Yunanıstan ordularının təmsilçilərinin də iştirak etdikləri təlimdə … Read more

Rezidenturaya qəbulun 2-ci cəhdinə qeydiyyat başlayıb

270a4ce6 fd6f 4d12 b280 ebde57aaf2de 850 (7)

Əsas (baza ali) tibb təhsili əsasında rezidenturaya qəbul imtahanının 1-ci mərhələsinin (baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanının) 2-ci cəhdində iştirak etmək üçün namizədlərin qeydiyyatı iyunun 12-dək internet vasitəsilə aparılacaq. Qerbxeber.com xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzindən məlumat verilib. May imtahanında iştirak etmiş namizədlər üçün Qeyd edilib ki, bu il mayın 4-də keçirilmiş rezidenturaya … Read more

Silahlı Qüvvələr günüylə əlaqədar 4 gün iş olmayacaq

8884ea53 7e04 336e bb4b 28dedb792abd 850

Nazirlər Kabineti iş və istirahət günlərinin ardıcıllığını təmin etmək üçün 27 iyun iş günü ilə 21 iyun istirahət günlərinin yerlərinin dəyişdirilməsi barədə qərar verib. Qerbxeber.com-un xəbərinə görə, 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələri günü iş günü hesab edilmir, 21 iyun isə şənbə gününə təsadüf edir. Bu il 28 iyun şənbə günü, 29 iyun bazar günüdür. Beləliklə, … Read more

MN: Qrip infeksiyasına yoluxma halları ilə bağlı əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyulub

Mn

Havaların qeyri-sabit keçməsi səbəbindən respirator xəstəliklərə, o cümlədən hazırda ölkə ərazisində yayılmış mövsümi qrip infeksiyasına yoluxma hallarında artım müşahidə olunur. Qerbxeber.com xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin məlumatında deyilir. Gənc əsgərlərlə görüşə məhdudiyyət Qeyd olunub ki, bununla əlaqədar şəxsi heyətin sağlamlığının qorunması məqsədilə hərbi hissələrdə xüsusilə adaptasiya dövründə olan gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət … Read more

Tovuzda iki minik maşını toqquşub

Indir 2025 06 04t150343.849

Tovuzda yol-nəqliyyat hadisəsi baş verib. Qerbxeber.com-un məlumatına görə, hadisə rayonun İbrahimhacılı kəndinin yaxınlığında qeydə alınıb. Hərəkətdə olan “VAZ 2106” və “VAZ 2107” markalı minik maşınları toqquşub. Qəza zamanı 4 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

11 metrlik zərbədə buna icazə veriləcək

Indir 2025 06 04t131844.442

Beynəlxalq Futbol Assosiasiyaları Şurası 11 metrlik cərimə zərbəsi ilə bağlı futbol qaydalarına dəyişiklik edib. Qerbxeber.com xəbər verir ki, yeni mövsümdən etibarən hakimlər futbolçulara zərbə vurarkən topa ikiqat toxunma zamanı cərimə zərbəsini təkrar yerinə yetirməyə icazə verəcək. Əvvəllər analoji qayda pozuntusu halında hakimlər qolu saymırdılar. Bu qaydaya yenidən baxılması ilə bağlı müzakirələr 2025-ci ilin martında, “Atletiko Madrid”in … Read more

Benzia “Qarabağ”-dan ayrıldı

Indir 2025 06 04t131139.997

Yay transfer pəncərəsində “Qarabağ”ı tərk edəcək ilk futbolçunun adına aydınlıq gəlib. Qerbxeber.com xəbər verir ki, “Qarabağ” Yassin Benzia ilə razılığa gələ bilməyib. Benzia ötən gün İnstaqram hesabında vidaya bənzər paylaşım edib. Həmin paylaşıma isə komandanın qapıçısı Şahruddin Məhəmmədəliyev şərh yazıb. O, paylaşımda “hər şey üçün təşəkkürlər” sözlərini qeyd edib. Benzia da bu sözlərə görə Şahruddinə təşəkkürünü … Read more

Rusiyanın müharibədə itkiləri

Cerniqov rus kolon1

Ukrayna müharibənin 1197-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Qerbxeber.com xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 991 820 hərbçi, 10 884 ədəd tank, 22 678 ədəd zirehli döyüş maşını, 28 711 ədəd artilleriya sistemi, 1 402 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 1 176 hava … Read more

Aşağı Quşçu kəndində avtomobil idarəetməni itirib,xəsarət alan var

Indir 2025 06 04t124449.906

Tovuzda yol-nəqliyat hadisəsi baş verib. Qerbxeber.com-un məlumatına görə, hadisə rayonun Aşağı Quşçu kəndində qeydə alınıb. Hərəkətdə olan minik maşını idarəetmədən çıxaraq yol kənarında olan avtomobil təmiri sexinə çırpılıb. Qəza zamanı 1991-ci il təvəllüdlü O.Abbasov xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.