Tovuzda yol-nəqliyyat hadisəsi baş verib.
Qerbxeber.com-un məlumatına görə, hadisə rayonun İbrahimhacılı kəndinin yaxınlığında qeydə alınıb. Hərəkətdə olan “VAZ 2106” və “VAZ 2107” markalı minik maşınları toqquşub. Qəza zamanı 4 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.