Prezident 10 000000-cu sakinə mənzil bağışlayıb

Prezident Ilham Əliyev Azərbaycanın 10 milyonuncu sakininin ailəsinə mənzil bağışlayıb. Bu gün keçirilən görüşdə Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva mənzilin sənədlərini körpənin atasına təqdim edib. Xəbəri körpənin atası Rauf Həsənov təsdiqləyib. “Mənzilin sənədlərini bu gün cənab prezident İlham Əliyev və xanımı bizə təqdim etdi. Bu diqqətə görə cənab prezidentə və xanımına təşçəkkür edirəm”.

Şəmkirdə ağacəkmə aksiyası keçirilib

Şəmkir Rayon İcra Hakimiyyəti və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Şəmkir Regional Meşə Təsərrüfatı Mərkəzinin birgə təşkilatçılığı ilə “Bu yaz özün bir təbiət yarat!” devizi altında yaz ağacəkmə aksiyası keçirilib. Ağacəkmə aksiyasında Şəmkir Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Qüdrət Əliyev də iştirak edib. Aksiyada 5 hektar ərazidə 3000 ədəd müxtəlif meyvə və meşəcinsli ağac … Read more

Kartof ixracına gömrük rüsumu

Təzə və ya soyudulmuş kartofun Azərbaycandan ixracına gömrük rüsumu tətbiq edilib. Nazirlər Kabineti bununla bağlı “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac  gömrük rüsumlarının dərəcələri”ndə dəyişikliklər edib. Qüvvədə olan qərara əsasən hər il mart, aprel, may, sentyabr, oktyabr və noyabr ayları üzrə təzə və ya soyudulmuş kartofun idxalı gömrük … Read more

10 milyonuncu azərbaycanlı

Aprelin 6-da saat 03:30-da Bakı şəhərində ölkənin 10 milyonuncu sakini doğulub. Səhiyyə Nazirliyindən verilən məlumata görə, Dövlət Statistika Komitəsinin hesablamalarına əsasən, aprelin 6-da saat 03:30-da Bakı şəhərində ölkənin 10 milyonuncu sakini doğulub. Azərbaycan Respublikasının vətəndaşları Rauf Həsənovun və Nigar Ocaqovanın ailəsində doğulan qız uşağının çəkisi 3,6 kiloqram, boyu 52 santimetrdir. Körpə tam sağlamdır və peşəkar … Read more

Gəncə-Moskva reysində həyəcan

Gəncə-Moskva reysi ilə uçmalı olan təyyarənin sərnişinlərdən biri təyyarəyə bomba qoyması barədə bələdçiyə məlumat verib. Təyyarəyə baxış keçirildikdən sonra məlumatın yalan olduğu üzə çıxıb. Məlumatı verən 48 yaşlı Firuz Abdullayev saxlanılıb. İçərisində 174 sərnişin olan Ural Hava Yollarına məxsus təyyarə isə təyinatı üzrə Moskvaya uçub. Qeyd edək ki, hadisə dünən Gəncə hava limanı ərazisində qeydə … Read more

Qazaxda 8 min patron tapılıb

Bu gün saat 11:07-də Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən və saat 11:35-də Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Qazax rayonu, Ağköynək kəndi ərazisində 11 ədəd patronun tapılması barədə ANAMA-ya məlumatlar daxil olub. Agentlikdən verilən məlumata görə, xüsusi mobil çevik əməliyyat qrupu və Daxili İşlər Nazirliyinin Qazax rayon Polis Şöbəsinin əməkdaşları dərhal həmin … Read more

Cəmiyyətin inkişafı vətəndaş təşəbbüslərindən keçir

Cəmiyyət və dövlət, hökumət  və xalq münasibətlərinin düzgün tənzimlənməsi, eyni zamanda tərəqqinin,  nisbi sosial ədalətin təmin edilməsi (yüz faizlik sosial ədalət olmur) ilk növbədə fərdlərin özünüdərkindən keçir. Belə ki, bütün qarşılıqlı münasibətlər tərəflərin öz  hüquqlarını dərketmə və bu hüquqların aliliyinin təmin olunmasındakı məsuliyyətini  düzgün başa düşməsi zəminində tənzimlənir. Bu da ilk növbədə fərdlərin qanunları bilməsi, … Read more

Prezident Ağstafa rayonuna yeni icra başçısı təyin edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu gün Azərbaycan Respublikası Konstitusiyasının 124-cü maddəsinin II hissəsini rəhbər tutaraq bir neçə rayonun icra başçılarının dəyişdirilməsi barədə sərəncam imzalayıb. Bu sərəncamlara əsasən, Məhərrəm Böyükağa oğlu Quliyev Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Onu bu postda Nizaməddin Məhəmməd oğlu Quliyev əvəz edib. Nizaməddin Məhəmməd oğlu Quliyev Goranboy Rayon İcra … Read more

Dünya çempionu məcburi köçkün olan məktəblilərlə şahmat oynadı

Maqnus Karlsen Şəmkirdə məcburi köçkün olan 5 məktəbli ilə “Sülh naminə” şahmat oynayıb Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının 5 məktəbli üzvü ilə dünya çempionu Maqnus Karlsen arasında Şəmkir rayonunda sülh naminə şahmat oyunu keçirilib. ONA-nın qərb bürosunun xəbərinə görə, yarışdan əvvəl icma nümayəndələri Şəmkirdə Heydər Əliyevin abidəsini ziyarət ediblər. Abidə önünə gül dəstələri qoyublar. … Read more

İstirahət günləri üçün hava proqnozu

İstirahət günlərində səyahətə çıxanlar üçün hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Böyük və Kiçik Qafqazda hava şəraiti yağışlı olacaq. Havanın temperaturu dağətəyi rayonlarda 10-15, dağlıq rayonlarda 3-6 dərəcə isti təşkil edəcək. Lənkəran-Astara bölgəsində yağışlı hava şəraiti müşahidə olunacaq. Şərq küləyi əsəcək. Havanın maksimal temperaturu 11-16 dərəcə isti … Read more

Qazax gəncləri #trashtag aksiyasına qoşuldu

Bu gün Qazax Gənclər Mərkəzinin bir qrup könüllüsü son zamanlar olduqca populyar olan  #trashtag aksiyasına qoşulub. Gənclər aksiya çərçivəsində Qazax rayonun Ağköynək kəndindəki böyük bir ərazini tullantılardan təmizləyib. Yığılan 20 kisəyə yaxın tullantı zibil poliqonuna təhvil verilib. Qeyd edək ki, IDEA İctimai Birliyi və Azərbaycan Respublikasının Gənclər Fondunun təbiətsevərlər üçün elan etdiyi bu yeni müsabiqənin … Read more

“Göydən gələn” 3 qız və…

26804671 10211037024982515 5353057374867821657 n

Bir neçə gün öncə “Amerikanın Səsi’ 9 yaşında Azərbaycandan köçən və bu il litseyi yüksək başarı ilə bitirib Harvard, Yel, Stanford, Prinston, Kolumbiya kimi dünyanın ən aparıcı universitetlərdə təhsil haqqı qazanan İbrahim Məmmədov haqqında reportaj yaydı. Təxminən 10 ildir ABŞ-da yaşamasına baxmayaraq ana dilində bülbül kimi ötən İbrahimi dinlədikcə qürurdan qəhərlənirdim. Ali təhsilini etnoqrafiya və … Read more

Qazaxda Aprel zəfəri qeyd olunub

3a

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Qazax Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Aprel zəfərinin üçüncü ildönümünə həsr olunmuş “Aprel döyüşləri bizim şanlı tarixi qələbəmizdir” devizi altında bayram keçirilib. Tədbir bu gün saat 14:00-da Qazax şəhərindəki Heydər Əliyev parkında baş tutub. Bayramsayağı mərasimdə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, rayon ictimaiyyətinin nümayəndələri, sakinlər iştirak edib. … Read more

Şəhid ailələrinin kreditləri ilə bağlı QƏRAR!

Manat

Azərbaycan Banklar Assosiasiyasının Rəyasət Heyətinin geniş tərkibdə iclası keçirilib. Assosiasiyadan verilən məlumata görə, iclasda yekdilliklə Qarabağ müharibəsi və 20 Yanvar şəhidlərinin bir nəfər ailə üzvünün banklara 360 gündən artıq gecikməsi olan 1000 (min) AZN qədər kreditlərinin (faiz borcu daxil olmaqla) bankların öz vəsaitləri hesabına ödənilməsi barədə qərar qəbul edilib. Bundan sonra da banklara bu istiqamətdə … Read more

Cüdo Federasiyasının vitse-prezidenti təltif olunub

9aae3ea9 704c 4f4c 95b8 87cab9bbbbae

Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Sadıq Sadıqov təltif olunub. 54 yaşlı idman funksionerinə Dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarının 100 illiyi (1919 – 2019) ilə bağlı Azərbaycan Respublukasının yubiley medalı verilib. Qeyd edək ki, Sadıq Sadıqov “Neftçi” İdman Klubu İctimai Birliyinin idarəetmə aparatının rəhbəri, Milli Olimpiya Komitəsi İcraiyyə Komitəsinin üzvüdür. O, 2008-ci ildə “Əməkdar bədən tərbiyəsi … Read more

Problemli kreditlərin həlli qaydası açıqlanıb

445fc7f0 0a22 400a 9a66 495fa8e0d374

Maliyyə Bazarlarına Nəzarət Palatası “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydası”nı açıqlayıb. Qayda ilə buradan tanış olmaq mümkündür.

Azərbaycanın ixracı 3 mlrd. dolları ötüb

B78afb66 8041 46d7 bf9b 5795cd1d149b

Bu ilin yanvar-fevral ayları ərzində Azərbaycan ixracı 3,2 mlrd. ABŞ dolları təşkil edib. Bu müddətdə qeyri-neft sektoru üzrə ixrac isə 282mln. ABŞ dolları olub.  Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2019-cu ilin mart buraxılışında qeyd olunub. Hesabata görə, 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 2019-cu ilin yanvar-fevral ayları ərzində qeyri-neft sektoru üzrə ixrac 40 mln. ABŞ dolları … Read more

Bayramda sərf edilən təbii qazın həcmi

99dbb1b9 c870 44f7 947b fe6a7a2dd50f

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi Novruz Bayramı günlərində ölkə üzrə sərf edilən təbii qazın həcmini açıqlayıb. “Azəriqaz”ın İctimaiyyətlə əlaqələr şöbəsinin rəisiİbrahim Kərbəlayev bildirib ki, bu ilin 20-26 mart tarixlərində ölkə üzrə ümumi təbii qaz sərfiyatı 186,758 mln. kubmetr təşkil edib. Onun sözlərinə görə, Novruz bayramı günlərində Bakı şəhəri, Abşeron və Sumqayıt üzrə 108,761 mln. kubmetr təbii qaz … Read more

“Qəbələ” – “Qarabağ” matçının hakimi bəlli olub

1ec16ede 8bc0 4eb8 bcfa 0bbc7a02d054

Futbol üzrə Azərbaycan Premyer Liqasının XXIII turunun təyinatları açıqlanıb. Peşəkar Futbol Liqasının rəsmi saytı yazır ki, turun mərkəzi oyunu sayılan “Qəbələ” – “Qarabağ” dueli Səbuhi Bayramova həvalə olunub. 6 aprel (şənbə) 16:00. “Sumqayıt” – “Keşlə” Hakimlər: Orxan Məmmədov, Namiq Hüseynov, Qəzənfər Məmmədov, Rauf Cabarov Hakim-inspektor: Asim Xudiyev AFFA nümayəndəsi: Məmmədəli Məmmədov “Kapital Bank Arena”, 18:00. “Neftçi” … Read more