Ermənistan prezidenti Dağlıq Qarabağa gəlib

Aghdam

Ermənistan prezidenti Armen Sarkisyan Dağlıq Qarabağa gəlib. “Sputnik Armenia”nın verdiyi məlumata görə, bu barədə Ermənistan prezidentinin mətbuat katibi məlumat yayıb. Onun iki gün Dağlıq Qarabağda olacağı deyilir. Dağlıq Qarabağ münaqişəsinin müasir mərhələsi 1988-ci ildə Ermənistan SSR-in Azərbaycan SSR-ə qarşı ərazi iddiaları əsasında başlayıb. 1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisi uğrunda Ermənistanla Azərbaycan arasında şiddətli müharibə … Read more

Şəmkirdə 200-dək qəbir dağıdılıb

745ca1e93b12c24

Şəmkirdə dəhşətli hadisə yaşanıb. Hadisə rayonun Yuxarı Keçili kəndində qeydə alınıb. Kənd ərazisində yerləşən qəbiristanlıqda 200-dək məzarın qəbir daşları sındırılıb. Hadisənin kimlər tərəfindən törədildiyi hələlik məlum deyil. Olay yerinə polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

Türkiyədə bələdiyyə seçkiləri yekunlaşıb

KJOBF75xDmdkGT24iLU3YAwhEM4sxwBbtobLk4Ji

Türkiyədə bələdiyyə seçkiləri başa çatıb. Artıq seçki bülletenləri sayılır. Bu seçkilərdə 12 siyasi partiya və müstəqil namizədlər təmsil olunub. Hakim Ədalət və İnkişaf Partiyası (AKP) ilə müxalif Milliyyətçi Hərəkat Partiyası (MHP) “Cümhur ittifaqı”, Cümhuriyyət Xalq Partiyası (CHP) ilə İYİ Partiya isə “Milliyyət ittifaqı” blokunda mübarizə aparıb.

31 mart – Azərbaycanlıların Soyqırımı Günüdür

249ba47c a658 467c 980f a1d6051df7b2

Azərbaycanlıların Soyqırımı Günüdür. Soyqırım hadisəsinin törədildiyi gündən 101 il ötür. 1918-ci il 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və daşnak erməni silahlı dəstələri azərbaycanlılara qarşı soyqırımı törədiblər. Rəsmi mənbələrə əsasən, soyqırım … Read more

Sabahdan sosial müavinətlər artır

38621

Azərbaycan Prezidenti İlham Əliyevin “Əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında” 25 fevral 2019-cu il tarixli sərəncamına əsasən sabahdan sosial müavinətlər və Prezidentin aylıq təqaüdləri artır. Sərəncam ümumilikdə 576,8 min nəfərə  yönələn sosial müavinətlərin və Prezidentin aylıq təqaüdlərinin əhəmiyyətli dərəcədə artırılmasını, eləcə də həmin təqaüdlərin əhatə dairəsinin daha da genişləndirilməsini nəzərdə tutur. Sərəncama uyğun … Read more

Qərb zonasına qar yağıb

Azərbaycanın qərb bölgəsində hava şəraiti kəskin dəyişib. Temperatur 10-12° aşağı düşüb.  Qazax, Ağstafa və Tovuz rayonlarının dağlıq və dağətəyi kəndlərinə qar yağıb. Tovuzun dağ kəndlərində qarın hündürlüyü 22 sm-ə çatıb. Rayonunun Muncuqlu, Qoşa, Şıxheybət və Çatax kimi dağ kəndlərində avtomobillərin gediş-gəlişində müəyyən çətinlik yaranıb. Adı çəkilən kəndlərdə elektrik enerjisinin verilməsində də problemlər yaşanır. Ötən gecə … Read more

“Həmrəylik kuboku” uğrunda basketbol turniri keçirilib

Azərbaycan Respublikasının Gənclər Fondunun elan etdiyi XI qrant müsabiqəsində qaliblərdən biri olan Elmar Rzalının icra etdiyi “Həmrəylik kuboku” məktəblilər arasında basketbol turniri” layihəsi uğurla icra olunub. 12-14 fevral tarixlərində baş tutan turnirə rayon məktəbliləri qatılıb. Qazax Olimpiya İdman Kompleksində keçirilən turnirdə rayonun 8 orta ümumtəhsil məktəbinin VII-XI sinif şagirdlərindən təşkil olunmuş komandalar iştirak edib. Layihə … Read more

Aprel ayına olan hava proqnozu açıqlanıb

Aprel ayına olan hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, aprel ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi günlərdə isə normadan bir qədər yüksək olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, əsasən dağlıq və dağətəyi rayonlarda bir qədər çox olacağı ehtimal olunur. Bakıda və Abşeron … Read more

“Vətən Sərhəddən Başlayır” qısametrajlı film layihəsi – Foto + Video

DSC

Azərbaycan Respublikasının Gənclər Fondunun XI qrant müsabiqəsinin maliyyə yardımı ilə “Vətən Sərhəddən Başlayır” adlı qısametrajlı film layihəsi çərçivəsində eyniadlı filminin çəkilişləri başa çatıb. Filmin çəkilişlərinə 20 dekabr 2018-ci ildə başlanılıb. Layihənin birinci ayı hazırlıq dövrü, ikinci ayı filmin çəkiliş mərhələsi olub. Layihənin əsas məqsədi Quşçu Ayrım kənd sakinlərinin yaşayış tərzini, kənd əhalisinin bütün çətinliklərə, erməni … Read more

Şəhid Əlləzov dəfn olunub – Fotolar – Yenilənib

S5

Azərbaycan Silahlı Qüvvələrinin ermənilərin atəşkəsi pozması nəticəsində şəhid olmuş hərbi qulluqçusu Əlləzov Əlləz Ələddin oğlu bu gün torpağa tapşırılıb. Şəhid hərbçi anadan olduğu Qazax rayonunun Yuxarı Salahlı kənd qəbiristanlığında, nənə və babasının qəbrinin yanında dəfn olunub. 20 yaşlı şəhid əsgər Əlləz Ələddin oğlu Əlləzovun dəfn mərasimində rayon İcra Hakimiyyətinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə … Read more

Şəhid Əlləzovun nəşi Qazaxa gətirilib

C5

Ermənistan silahlı qüvvələrinin atəşkəsi pozması şəhid olmuş Əlləzov Əlləz Ələddin oğlunun nəşi bu gün səhər saatlarında doğulduğu Qazax rayonunun Yuxarı Salahlı kəndinə gətirilib. Qazax rayon Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılmış şəhid Əlləz Əlləzov martın 26-ı axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən Azərbaycan mövqelərinin atəşə tutulması nəticəsində cəbhənin Füzuli rayonu istiqamətində şəhid olub. O, … Read more

Ağacı hansı fəsildə və necə əkmək düzgündür?

Hght

Cücəni payızda saymaq məsləhət görüldüyü kimi, ağacı da ilin bu fəslində əkmək üstün tutulur. Xüsusən də söhbət meyvə ağaclarının tingindən gedirsə. Özünəməxsus qulluq tələb etdiyindən, əkilmə qaydasına da maksimum riayət etmək lazımdır ki, sonra meyvəsindən dada biləsən. Mütəxəssislər məhsulu olmasa da, gözəllik və kölgə verən dekorativ ağacların toxumunu da məhz payızda əkməyi məsləhət görür. Niyə? … Read more

“Qəbələ” yoxlama oyununda qalib gəldi

Milli komandaların oyunları ilə əlaqədar Topaz Premyer Liqasında yaranan fasilədə hazırlıqlarını davam etdirən “Qəbələ” yoxlama görüşü keçirib. Məşqlərini Bakıda gerçəkləşdirən “qırmızı-qaralar” “Sumqayıt”la görüşüb. Paytaxtda baş tutan qarşılaşma Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında reallaşıb. “Qəbələ”nin çalışdırıcısı Sənan Qurbanov yoxlama oyununda aşağıdakı “11-liy”ə şans verib: 22. Dmitri Bezotosnı 27. Bəhlul Mustafazadə 34. Urfan Abbasov 8. Qismət Alıyev … Read more

Elit-raundda son oyun

19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün Avropa çempionatının elit-raundunda sonuncu oyununa çıxacaq. I qrupda yer alan yığmamız son turda Rumıniya ilə üz-üzə gələcək.  Rusiyanın Krasnodar şəhərindəki “Kuban” stadionunda təşkil olunacaq görüş Bakı vaxtı ilə saat 18:00-da başlanacaq. Bu oyunla eyni vaxtda qrupun digər matçında Rusiya İrlandiya ilə qarşılaşacaq. 2 turdan sonra 6 … Read more

Cüdoçuların Göygöl toplanışı davam edir

Cüdo üzrə böyüklərdən və gənclərdən ibarət Azərbaycan yığması, eyni zamanda ölkəmizin paralimpiya millisi birgə təlim-məşq prosesini davam etdirir. Kimano ustaları Göygöl Olimpiya İdman Kompleksində hazırlaşırlar. Gələcək beynəlxalq yarışlara hazırlıqlarını davam etdirən cüdoçular martın 15-dən Göygöldə toplanış keçirlər. Kişilərdən ibarət əsas yığma baş məşqçisi Ruslan Maşurenkonun, gənclərdən ibarət komanda isə baş məşqçi Elçin İsmayılovun rəhbərliyi ilə … Read more

Məcburi köçkünlər üçün yeni qəsəbələr salınacaq

2ae7a24f08249f8fddfd63ac12ae4b7a

Azərbaycanda məcburi köçkünlər üçün yeni qəsəbələr salınacaq. Yeni mənzillərlə ilk növbədə qəzalı binalarda, yarımçıq tikililərdə, çətin şəraitdə yaşayan ailələr təmin ediləcək. 3700 məcburi köçkün ailəsinin həyat şəraitinin yaxşılaşdırılmasına hesablanan layihə Gəncə, Goranboy və Şəmkiri də əhatə edəcək. Belə ki, Gəncədə məcburi köçkünlər üçün salınan 1500 ailəlik qəsəbənin yaxınlığında 1500 ailənin yaşayacağı daha bir qəsəbə inşa … Read more

Gəncənin iki küçəsi təmir olunur

Gəncənin daha 2 küçəsi yaxın vaxtlarda öz simasını tamamilə dəyişəcək. Söhbət şəhərin Eminbəyli və Rəfibəyli küçələrindən gedir. Uzun müddətdir baxımsız vəziyyətdə olan hər iki küçə əsaslı təmir olunur. İllərdir şəhərdə aparılan infrastruktur layihələrin icrasından sonra daha da yararsız hala düşən adıçəkilən küçələrdən tezliklə həm piyadalar, həm də sürücülər çətinlik çəkmədən hərəkət edə biləcəklər. Ölkə Prezidentinin … Read more

Sabah hava necə olacaq?

101916a0 83f5 491d 8f01 9e3c6ff14ffe

Martın 27-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, mülayim cənub küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 4-6° isti, gündüz 10-13° isti, Bakıda gecə 4-6° isti, gündüz … Read more

7 rayonun məktəbliləri Qazaxda – Foto

1a

Azərbaycanın şəhər və rayonlarının IX-XI sinif şagirdləri üçün “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiya çərçivəsində Gəncə-Şəmkir-Göygöl-Tovuz-Ağstafa-Qazax marşrutu üzrə ekskursiyaya çıxan Füzuli, İmişli, İsmayıllı, Oğuz, Qəbələ, Şamaxı və Şəki məktəbliləri martın 25-də Qazax rayonu ilə tanış olub. Qərb bölgəsi üzrə təşkil olunan bu tur-aksiyada 7 şəhər və rayon üzrə 315 nəfər məktəbli iştirak edib. Tur–aksiya iştirakçılarını Heydər Əliyevin adını daşıyan parkda … Read more

“Bölgələrdən bölgələrə” yaradıcılıq festivalı Gəncədə

15535255531851360485 1000x669

Martın 28-dən etibarən Gəncə şəhərində “Bölgələrdən bölgələrə” yaradıcılıq festivalına start veriləcək. Mədəniyyət Nazirliyindən bildirilib ki, festival respublikanın 15 regional mədəniyyət idarəsini əhatə edən rayon və şəhərlərin iştirakı ilə keçiriləcək. Bütün regionların bir-birinin mədəni zənginliyi, sənətkarlıq irsi və incəsənəti ilə tanış olmağına imkan yaradacaq festival, eyni zamanda, bölgələr arasındakı mədəni mübadilənin gücləndirilməsinə və yeni təşəbbüslərə yeni … Read more