Azərbaycan Kuboku: İkinci yarımfinal görüşü heç-heçə yekunlaşıb
Futbol üzrə Azərbaycan Kubokunda yarımfinal mərhələsinin daha bir ilk oyunu keçirilib. “Kapital Bank Arena”da “Sumqayıt” və “Zirə” komandaları üz-üzə gəlib. Baş hakim Səbuhi Bayramovun idarə etdiyi görüş qolsuz bərabərliklə yekunlaşıb. Daha əvvəl “Qəbələ” evdə “Qarabağ”ı məğlub edib – 1:0. Qeyd edək ki, cavab görüşləri mayın 1-də keçiriləcək.