Elçibəyin həyat yoldaşı vəfat edib – Foto
Azərbaycanın eks-prezidenti Əbülfəz Elçibəyin həyat yoldaşı Həlimə xanım Əliyeva Türkiyədə vəfat edib. Məlumatı keçmiş baş nazir Pənah Hüseyn yayıb.
Nə axtarırsınız?
Azərbaycanın eks-prezidenti Əbülfəz Elçibəyin həyat yoldaşı Həlimə xanım Əliyeva Türkiyədə vəfat edib. Məlumatı keçmiş baş nazir Pənah Hüseyn yayıb.
Sabah ölkə ərazisində gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin yaydığı məlumata görə, Azərbaycanın rayonlarında sabah hava əsasən yağmursuz keçəcək. Lakin axşam saatlarında bəzi şimal və qərb rayonlarında yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə lokal leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın … Read more
Dövlət xətti ilə cari ildə Gəncə, Lənkəran və Sumqayıt Dövlət universitetlərinin yataqxana binalarının əsaslı təmiri ilə bağlı tədbirlər həyata keçirilir. Bunu Təhsil naziri Ceyhun Bayramov deyib. Onun sözlərinə görə, ölkə prezidentinin sərəncamlarına əsasən, əvvəlki illərdə bəzi ali təhsil müəssisələrinə publik hüquqi şəxs statusunun verilməsi həmin universitetlərdə hesabatlılığın və yeni idarəetmə prinsiplərinin tətbiqinə, akademik və maliyyə … Read more
Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünün vaxtı açıqlanıb. Azərbaycan Xarici İşlər Nazirliyi Mətbuat idarəsindən verilən məlumata görə, Elmar Məmmədyarov və Zöhrab Mnatsakanyan arasında görüş iyunun 20-də Vaşinqton şəhərində keçiriləcək. Görüş ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə keçirilir.
Azərbaycanın dünya bazarına çıxararaq satdığı “Azeri LT CIF” markalı xam neftin qiyməti 0,62 ABŞ dolları və yaxud 0,98% artıb. “Azeri Light” markalı neftin bir barelinin qiyməti 63,82 dollar təşkil edib. Xatırladaq ki, “Azeri LT CIF” neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.
Yeni müsabiqə mexanizmi əsasında 2018-2019-cu tədris ilində 300 məktəbə, son 5 ildə isə 900 məktəbə yeni direktor təyin edilib. Bu barədə Təhsil Nazirliyindən məlumat verilib. Məktəb rəhbərlərinin təyinatı sisteminin təkmilləşdirilməsi istiqamətində işlər hazırda davam etdirilir. Nazirlikdən bildirilib ki, ümumilikdə müddətsiz müqavilə əsasında 4053, müddətli müqavilə əsasında 4500 müəllim işə qəbul edilib. Bu da son illərdə … Read more
İyunun 24-də ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə elektron sənəd qəbuluna start veriləcək. Təhsil Nazirliyindən verilən məlumata görə, müsabiqədə orta ixtisas və ali təhsil müəssisələrini pedaqoji ixtisaslar üzrə bitirmiş, dövlət nümunəli təhsil sənədi (diplom) almış və ya xarici ölkədə aldığı ali təhsil haqqında sənədi tanınmış şəxslər iştirak edə bilərlər. Müəllimlərin işə qəbulu 4 mərhələdən … Read more
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi enerji içkiləri ilə bağlı qaydaları müəyyənləşdirib. Bu barədə agentlikdən məlumat verilib. Belə ki, enerji içkilərinin tərkibində kofein, taurin, qlükoronolakton, inozitol, amin turşular, B qrupu vitaminlər və s. digər stimullaşdırıcı komponentlər mövcuddur. Bu maddələr bədəndə qan dövranının sürətlənməsini, mərkəzi sinir sistemində hormonların və insulinin ifrazını stimullaşdırır. Belə ki, enerji içkiləri orqanizmdə əlavə … Read more
Azərbaycan Müdafiə Nazirliyi cəbhədəki vəziyyətlə bağlı yeni məlumat yayıb. Nazirlikdən bildirilib ki, Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan istifadə etməklə sutka ərzində atəşkəs rejimini 19 dəfə pozub. Ermənistan Respublikası Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Muncuqlu, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndində və adsız yüksəkliklərdə … Read more
İyunun 12-də səhər saatlarında cəbhənin Füzuli istiqamətində Azərbaycan Hərbi Hava Qüvvələrinin aviasiya vasitələrinin planlı təlim uçuşları həyata keçirilib. Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib. Bu zaman Ermənistan silahlı qüvvələri “OSA” zenit-raket kompleksini tətbiq etməklə aviasiya vasitələrimizi vurmağa uğursuz cəhd göstərib. Zenit-raket kompleksindən buraxılan 2 ədəd raket hədəfə dəyməyərək havada partlayıb. Müdafiə Nazirliyindən … Read more
Gələn həftə Azərbaycana yay fəsli daxil olacaq. Yay fəsli iyunun 21-də saat 19.54-də ölkəyə və şimal yarım kürəsinə daxil olacaq. 14 saat 43 dəqiqə davam edəcək təbiət hadisəsinə həm də yay Günəş tutuluşu deyilir. Yəni yerin fırlanma oxu Günəş istiqaməti ilə ən kiçik bucaq əmələ gətirir və ya Günəş həmin an üfüqdən maksimum hündürlükdə olur. … Read more
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 15 dəfə pozub. Müdafiə Nazirliyindən verilən məlumata görə, Ermənistan Respublikası Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub. Tərtər rayonunun işğal altında olan Göyarx, Çiləbürt, Ağdam rayonunun Baş Qərvənd, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun … Read more
Dövlət İmtahan Mərkəzi (DİM) mərkəzi icra hakimiyyəti və məhkəmə hakimiyyəti orqanları olmaqla inzibati dövlət qulluğu vəzifələrinin 5-7-ci təsnifatı üzrə B növünə aid olan ümumilikdə 8 dövlət orqanında 103 vakant vəzifənin tutulması üçün müsabiqənin müsahibə mərhələsini elan edib. Müsabiqəyə təqdim olunan vakant vəzifələr üzrə vəzifə təlimatları, müsahibə proqramları mərkəzin internet portalında yerləşdirilib. Namizədlər əldə etdikləri sertifikata … Read more
Dünən Sülh naminə Əməkdaşlıq Koalisiyasının təşəbbüsü ilə “DQ münaqişəsinin həlli: Maneələr və imkanlar” adlı dəyirmi masa keçirilib. “Bölgənin Səsi” saytının məlumatına görə, koalisiya üzvləri adından tədbir iştirakçılarını salamlayan Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfərova koalisiyanın sülhyaratma fəaliyyəti ilə bağlı məşğul olan təşkilatların birgə fəaliyyəti üçün ciddi addım olduğunu qeyd edib. Tədbirin … Read more
Kişi voleybolçulardan ibarət Azərbaycan millisi Gümüş Avropa Liqasında V turun oyununu keçirib. Fərid Cəlalovun baş məşqçilik etdiyi kollektiv evdə Gürcüstanla üz-üzə gəlib. Qarşılaşma Azərbaycan komandasının 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. İlk iki set yığmanın aşkar üstünlüyü ilə bitib. Üçüncü setdə rəqib müqavimət göstərməyə çalışsa da, istəyinə nail ola bilməyib. Bu nəticədən sonra Azərbaycan millisi ikinci … Read more
2018-ci ildə Azərbaycanda dövlət müəssisələrinin və təşkilatlarının keçirdiyi satınalmalarla bağlı iddiaçılardan 136şikayət daxil olub. İqtisadiyyat Nazirliyi xəbər verir ki, bu, 2017-ci illə müqayisədə 94,3% və yaxud, təxminən, 2 dəfə çoxdur. Şikayət halları “Dövlət sаtınаlmаlаrı hаqqındа” qanuna uyğun araşdırılıb, müsаbiqələrin оbyеktiv keçirilməsi, iddiaçılara ədalətli yanaşılması və ayrıseçkilik hallarında yol verilməməsi üçün satınalan təşkilatlara tövsiyələr verilib, eyni zamanda … Read more
Sabah – iyunun 13-də Milli Məclisin növbədənkənar sessiyasının ilk plenar iclası keçiriləcək. İclasın gündəliyinə 36 məsələ daxildir. Bunlar “Məhkəmələr və hakimlər haqqında”, “Dövlət rüsumu haqqında”, “Banklar haqqında”, “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında”, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında”, “Bələdiyyələrin statusu haqqında” və s. qanunlara, o cümlədən Mülki, Mülki Prosessual, İnzibati, İnzibati Prosessual, Cinayət Prosessual məcəllələrinə … Read more
Ekologiya və Təbii Sərvətlər Nazirliyi əhaliyə meşə yanğınları ilə bağlı xəbərdarlıq edib. Bu gün nazirlikdə keçirilən tədbirdə bu məsələyə toxunan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Departamentinin direktoru Ağaqardaş Qaraşov bildirib ki, havaların isti və quraq keçməsini, habelə taxıl biçini mövsümünün yaxınlaşması ilə əlaqədar meşələrdə və meşə fondu ilə həmsərhəd ərazilərdə yanğınların baş vermə … Read more
Mərkəzi Bank manatın iyunun 13-nə məzənnəsi açıqlayıb. Belə ki, milli valyutanın sabaha olan rəsmi məzənnəsi 1 ABŞ dollarına nisbətdə 1,7000 dıəyərində müəyyən edilib. Qeyd edək ki, bugünə olan USD/AZN rəsmi məzənnəsi də 1,7000 manat təşkil edib.
“Azərsu” ASC-nin sifarişi ilə icra olunan layihələr çərçivəsində Şamaxı, Qəbələ və Göyçay şəhərlərində tullantı sutəmizləyici qurğuların tikintisi yekunlaşıb. Qurumdan verilən məlumata görə, hazırda Ağdaş, Ağcabədi, Beyləqan, Qobustan, Xızı, Daşkəsən, Xaçmaz və Naftalan şəhərlərində belə qurğuların tikintisi davam etdirilir. Kurort şəhəri sayılan Naftalanda məhsuldarlığı sutkada 6 min kubmetr layihələndirilən bioloji tipli tullantı sutəmizləyici qurğu inşa edilir. … Read more