Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
İqtisadiyyat

Naftalanda tullantı sutəmizləyici qurğu inşa edilir

12 iyun / 15:14 2 dəq
578a8c31 e476 4211 ac68 99b27f3ac7cb
12 iyun / 15:14
Burada sizin reklamınız ola bilər

“Azərsu” ASC-nin sifarişi ilə icra olunan layihələr çərçivəsində Şamaxı, Qəbələ və Göyçay şəhərlərində tullantı sutəmizləyici qurğuların tikintisi yekunlaşıb.

Qurumdan verilən məlumata görə, hazırda Ağdaş, Ağcabədi, Beyləqan, Qobustan, Xızı, Daşkəsən, Xaçmaz və Naftalan şəhərlərində belə qurğuların tikintisi davam etdirilir.

Kurort şəhəri sayılan Naftalanda məhsuldarlığı sutkada 6 min kubmetr layihələndirilən bioloji tipli tullantı sutəmizləyici qurğu inşa edilir. Birinci mərhələdə qurğunun 3 min kubmetr emal gücü olan hissəsi istismara veriləcək. Hazırda qurğuda tikinti işləri yekunlaşmaq üzrədir və yaxın vaxtlarda avadanlıqların quraşdırılmasına başlanılacaq. Tullantı sutəmizləyici qurğunun inşası bu ilin sonunadək başa çatdırılacaq.

Qeyd edək ki, Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi ilə birgə həyata keçirilmiş layihə çərçivəsində Naftalan şəhərində 36,8 km içməli su şəbəkəsi yaradılıb və 10 min nəfər dayanıqlı içməli su ilə təmin olunub. Şəhərdə 39,4 km kanalizasiya şəbəkəsi və tullantı sularının təmizləyici qurğuya nəqli məqsədilə 1,8 km uzunluğunda kanalizasiya kollektoru inşa edilib. Layihə çərçivəsində 3200 nəfər əhalinin yaşadığı Qasımbəyli və Qaşaltı Qaraqoyunlu kəndlərinə də içməli suyun verilməsi təmin edilib. Eyni zamanda Naftalan Sukanal İdarəsi üçün müasir tipli yeni inzibati bina tikilib. Tullantı sutəmizləyici qurğu istismara verildikdən sonra Naftalan şəhərində su və kanalizasiya infrastrukturunun yenidən qurulması işləri tam yekunlaşacaq.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı