Sabah bölgələrdə yağış yağacaq

305cd7d62b11233

Sabah Bakıda və Abşeron yarımadasında havanın yağmursuz keçəcəyi, səhər bəzi yerlərdə zəif duman olacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin yaydığı məlumata görə, Azərbaycanın rayonlarında gözlənilən hava şəraiti əsasən yağmursuz olacaq. Lakin axşam bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. … Read more

Atəşkəs yenə pozulub

93b2c193 8d5f 4177 922a 58fd337be785

Ermənistan silahlı qüvvələri atəşkəsi 22 dəfə pozub. Müdafiə Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumata görə, Ermənistan Respublikası Berd rayonunun Ayqedzor kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Muncuqlu kəndində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub. Tərtər rayonunun işğal altında olan Göyarx, Çiləbürt, Ağdam rayonunun Acarlı, Füzuli … Read more

IX sinif şagirdləri imtahan verir

D7a3cc69 15fa 4d06 bef7 745dbae77aed

Dövlət İmtahan Mərkəzi (DİM) bu gün 29 şəhər və rayonda, o cümlədən müxtəlif təyinatlı məktəblərdə – internat məktəblərində, xüsusi axşam-qiyabi orta məktəblərdə, eşitmə pozulmaları və danışma əngəlli şagirdlər üçün xüsusi məktəblərdə, Çilov adasında yerləşən məktəbdə, cəzaçəkmə müəssisələrində yerləşən məktəblərdə təhsil alan 9-cu sinif şagirdləri üçün buraxılış imtahanlarının ikinci mərhələsini keçirir. DİM-in yaydığı məlumata görə, imtahanlarda … Read more

Çernobıl əlillərinin mənzil təminatı üçün layihə hazırlanır – Eksklüziv

420749764

Azərbaycanda Çernobıl əlillərinin mənzil təminatı üçün yeni sərəncam layihəsi hazırlanır. Bu barədə Azərbaycan Çernobıl Əliləri Cəmiyyətinin sədri Mirhəsən Həsənov məlumat verib. M. Həsənov bildirib ki, uzun illər idi ki, Çernobil əlillərinin mənzillə təmin olunmasında fasilə yaranmışdı. Yeni sərəncam layihəsindən sonra Qarabağ müharibəsi əlilləri, şəhid ailələri ilə yanaşı, Çernobıl əlilləri də mənzillə təmin olunacaqlar: “Azərbaycanda “Çernobıl qəzasının … Read more

Gün ərzində 23 cinayətin üstü açılıb

Trend polis ppx 191012

Respublikanın daxili işlər orqanları tərəfindən, gün ərzində törədilmiş 23 cinayətin üstü “isti izlər”lə açılıb. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 11 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 17 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 1 nəfər, borclu şəxs qismində axtarışda olan 4 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil … Read more

499 tondan çox yaş barama təhvil verilib

48d815d5 39f3 4ff5 a9cf 23e5781d6ce9

Bu günə qədər “Azəripək” MMC-yə 499,28 ton yaş barama təhvil verilib. Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata görə, bunun 47,66 tonu ötən gün qəbul edilib. Ən çox yaş barama təhvili isə iyunun 13-də qeydə alınıb. Qeyd olunan tarixdə kümçülər, ümumilikdə, 121,69 ton yaş barama təhvil veriblər. Barama tədarükünə görə Zərdab, Füzuli, Zaqatala, Balakən, Ağcabədi, Bərdə, Şəki, Kürdəmir, Qax və Ağdam rayonları öndədir. … Read more

Atəşkəs rejimi pozulub

E5eed5eb 5309 4a11 8022 920c6e7b10be

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 20 dəfə pozub. Müdafiə Nazirliyindən verilən məlumata görə, Ermənistan Respublikası Berd rayonunun Nerkin Karmirağbur kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Qaralar kəndində və adsız yüksəkliklərdə, Krasnoselsk rayonunun Cil kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndində və … Read more

“Azeri Light” bahalaşdı

9ceb8032 05c9 47d0 87b2 0eefaa014544

“Azeri LT CIF” markalı xam neftin qiyməti 0,61% artıb. “Azeri Light” markalı neftin bir barelinin qiyməti 64,21 dollar olub. Xatırladaq ki, “Azeri LT CIF” neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.

Elçibəyin həyat yoldaşı Kələkidə torpağa tapşırılıb

Ca80f9b1 52d4 476c 8750 c6b61cfe0c8c

Azərbaycanın sabiq prezidenti Əbülfəz Elçibəyin həyat yoldaşı Həlimə Əliyeva Kələkidə kənd qəbiristanlığında valideynlərinin yanında torpağa tapşırılıb. Cənazə Azərbaycan bayrağına bürünüb. Dəfn mərasimində mərhumun ailə üzvləri, sabiq deputat Arzu Səmədbəyli, MHP İğdır millət vəkili Yaşar Qaradağ, Ülkü Ocaqları rəhbərinin müavini Aybars Kösə, Türkiyə Ülkü Ocaqlarının baş katibi Ömər Çağrı Özdəmir və MHP-nin İstanbul və İğdır təşkilatlarının nümayəndə heyəti iştirak edib. Onlar mərasimdə MHP sədri Dövlət Bağçalının tapşırığı … Read more

Sabahın gözlənilən hava şəraiti

D9fb583a e0bd 4249 809d d28f9c8341c1

İyunun 16-da gözlənilən hava şəraiti haqqında məlumat açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava günəşli olacaq. Şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 20-23° isti, gündüz 30-35° isti, Bakıda gecə 21-23° isti, gündüz 33-35° isti təşkil edəcək. Atmosfer təzyiqi normadan aşağı 758 mm … Read more

Qərb bölgəsində ictimai iştirakçılıq haqda layihə start götürüb

IMG

Qazax Regional İnkişaf Resursları İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının təşkilatçılığı ilə “Azərabycan Republikasının “İctimai iştirakçılıq haqqında” qanunun təbliği istiqamətində maarifləndirici tədbirlərinin təşkili” adlı layihənin icrasına başlayıb. “Bölgənin səsi” saytının məlumatına görə, Qazax rayonundan start götürən layihənin əsas məqsədi qərb bölgəsində yaşayan insanlarda Azərabycan Republikasının “İctimai iştirakçılıq haqqında” qanunu barədə … Read more

Azərbaycanlıların əcnəbilərlə nikah bağlaması halları azalıb

Nikah esas

Azərbaycan vətəndaşlarının əcnəbilərlə bağladığı nikahların sayı azalıb. Dövlət Statistika Komitəsindən trend-in sorğusuna cavab olaraq bildiriblər ki, 2014-cü ildə Azərbaycan vətəndaşı olan qadınlarla xarici ölkə vətəndaşı olan kişilər arasında bağlanmış nikahların sayı 1635 olduğu halda, 2015-ci ildə bu say 1291, 2016-cı ildə 1148, 2017-ci ildə 1202, 2018-ci ildə 1133 olub. Bu ilin yanvar-fevral ayları ərzində 140 … Read more

Qəbələdə 8 subartezian quyusu qazılıb – Foto

2

Qədim tarixə və zəngin turizm imkanlarına malik Qəbələ şəhərində əhalinin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılması məqsədilə icra olunan layihə yekunlaşmaq üzrədir. “Azərsu” ASC-dən verilən məlumata görə, ASC tərəfindən icra olunan layihəyə uyğun olaraq Qəbələ şəhərində əhalini dayanıqlı və keyfiyyətli içməli su ilə təmin etmək məqsədilə Dəmiraparançayın yatağında 8 subartezian quyusu qazılıb. Su … Read more

XİN: Ermənistan bəyanatına uyğun davranmalıdır

Trend mid azerbaijan main

“Ermənistan Xarici İşlə Nazirliyinin sonuncu bəyanatında qeyd edilən “sülhə əlverişli mühitin yaradılması” üçün bu bəyanata uyğun davranmaq lazımdır”. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin trend-ə şərhində deyilir. XİN-in şərhində qeyd edilir: “Təəccüblüdür, Ermənistan müdafiə nazirinin Azərbaycanlı hərbi qulluqçuları məhv etmək əmri və snayperləri təltif etməsi sülh şəraitinin yaradılmasına nə dərəcədə uyğun gəlir?! … Read more

Bu il 165 min uşaq birinci sinfə gedib

15605078322467050455 1000x669

2018-2019-cu tədris ilində 165 mindən çox uşaq birinci sinfə gedib. Ümumi təhsil müəssisələrində dövlət büdcəsi hesabına məktəbəhazırlıq qruplarının təşkil olunması yolu ilə 5 yaşlı uşaqların təhsilə cəlb edilməsi səviyyəsi 2013-cü ildəki 24 faizdən 75 faizə çatdırılıb. Təhsil Nazirliyindən verilən məlumata görə, növbəti illərdə bu göstəricinin 90 faizə çatdırılması və gələcəkdə bütün 5 yaşlı uşaqları əhatə etməsi … Read more

Bu sahədə çalışanlar daha çox əməkhaqqı alır

Bankomat

2019-cu il mayın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 2,9 faiz artaraq 1583,3 min nəfər olub, onlardan 895,7 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 687,6 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, muzdla işləyənlərin 21,2 faizi təhsil, 18,5 faizi ticarət; nəqliyyat vasitələrinin … Read more

Əbülfəz Elçibəyin kürəkəni: “Şokdayıq”

27BE8C01 8336 4DDA 9AC4 AE4A7A37D6E0 cx0 cy2 cw0 w1023 r1 s

“Azərbaycanın eks-prezidenti Əbülfəz Elçibəyin həyat yoldaşı Həlimə Əliyevanın səhhəti dünən qəfildən pisləşdi”. Bu barədə mərhumun kürəkəni Aqil Səmədbəylideyib. O bildirib ki, H.Əliyeva dərhal İstanbulun Silivri rayonunda yerləşən xəstəxanaya aparılıb: “Bu gün isə reanimasiya şöbəsində dünyasını dəyişdi“. A.Səmədbəyli mərhumun cənazəsinin Bakıya gətiriləcəyi vaxtı hələ müəyənləşdirmədiklərini deyib: “Biz şokdayıq”.

Təqaüd yerlərinin sayı artırılıb

1560504553449734127 1000x669

Azərbaycan Prezidentinin Sərəncamına əsasən, dövlət hesabına maliyyələşən təqaüd yerlərinin sayı cari il martın 1-dən 16 min vahid artırılıb, təqaüd alan tələbələrin sayı 2019-2020-ci tədris ilində 45 faizə, 2020-2021-ci tədris ilindən başlayaraq isə 50 faizdən az olmayan səviyyəyə çatdırılması nəzərdə tutulub. Bu məlumat Təhsil Nazirliyinin 2018-2019-cu tədris ilinin yekunu ilə bağlı hesabatında əksini tapıb. Hesabatda bildirilir … Read more

Milli Meşə Proqramı təqdim olunub

56bde401 2df8 468c b927 46efdc131c38

Azərbaycanda meşələrin mühafizəsi və dayanıqlı inkişafına dair Milli Meşə Proqramının və onun Fəaliyyət Planının ilkin layihəsinin təqdimatı keçirilib.  Təqdimatda Ekologiya və Təbii Sərvətlər naziri, FAO-nun Azərbaycan nümayəndəliyinin rəhbəri, BMT-nin Avropa İqtisadi Komissiyasının və FAO-nun Meşə və Oduncaq bölməsinin müavini iştirak edib. Ekologiya və Təbii Sərvətlər, Kənd Təsərrüfatı nazirliklərinin, Qida Təhlükəsizliyi Agentliyinin və digər dövlət qurumlarının, … Read more