Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Sosial

Çernobıl əlillərinin mənzil təminatı üçün layihə hazırlanır – Eksklüziv

15 iyun / 16:11 3 dəq
420749764
15 iyun / 16:11
Burada sizin reklamınız ola bilər

Azərbaycanda Çernobıl əlillərinin mənzil təminatı üçün yeni sərəncam layihəsi hazırlanır.

Bu barədə Azərbaycan Çernobıl Əliləri Cəmiyyətinin sədri Mirhəsən Həsənov məlumat verib. M. Həsənov bildirib ki, uzun illər idi ki, Çernobil əlillərinin mənzillə təmin olunmasında fasilə yaranmışdı. Yeni sərəncam layihəsindən sonra Qarabağ müharibəsi əlilləri, şəhid ailələri ilə yanaşı, Çernobıl əlilləri də mənzillə təmin olunacaqlar:

“Azərbaycanda “Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında” qanun qəbul olunub. Bu qanunun 6-cı maddəsinin müvafiq bəndində göstərilib ki, Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olarsa, ərizə verdiyi gündən bir il müddətində növbədənkənar mənzil sahəsi ilə təmin olunmaq hüququ var. Bu, Çernobıl əlillərinin qanunvericiliklə təsbit olunmuş hüququdur. Qanunda həmin şəxslərin mənzil növbəsinə dayandığı gündən bir il müddətinədək evlə təmin olunması əks olunsa da, həmin vətəndaşlar 26 ildir ki, mənzil növbəsində dayanıblar. Halbuki, illər öncə Qarabağ müharibəsi əlilləri, şəhid ailələri mənzillə təmin olunduqca Çernobıl əlillərinə də mənzil verilirdi. Səlim Müslümov əmək və əhalinin sosial müdafiəsi naziri təyin olunduqdan sonra bu proses dayandırıldı. Nazirliyə yeni təyinatdan sonra bu məsələyə yenidən baxıldı. Artıq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Çernobıl əlillərinin mənzil təminatı üçün yeni sərəncam layihəsi hazırlanır. Bundan sonra Qarabağ müharibəsi əlillərinə, şəhid ailələrinə mənzillər alınaraq dövlət vəsaiti hesabına verildikcə, Çernobil əlillərinin də mənzillə təminatı nəzərə alınacaq. Məndə olan məlumata görə, Çernobıl əlillərinin mənzil təminatı üçün yeni sərəncam layihəsi yaxın vaxtlarda Prezident Adminstrasiyasına təqdim olunacaq. Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların sosial müdafiəsinə göstərdiyi diqqət və qayğıya görə, cənab prezidentimiz İlham Əliyevə və əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevə minnətdarlığımızı bildiririk”.

M. Həsənov deyib ki, illər öncə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xətti ilə 200-dən artıq “Çernobılçı” mənzillə təmin olunub.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı