Qazaxda orta yaşlı kişi su kanalına düşərək boğulub-FOTO

Qazax rayonunda orta yaşlı kişi su kanalına düşərək boğulub. Hadisə rayonun Xanlıqlar kəndi ərazisində, Ağstafa su anbarının yaxınlığında baş verib. İlkin məlumata görə, II qrup Qarabağ əlili olan 48 yaşlı Nadir Bağırov ad-soyadlı şəxs ailəsi ilə bir yerdə olub. O, kanalda əlini yuyan zaman ehtiyatsızlıqdan suya yıxılıb və nəticədə boğulub. Meyit tapılaraq sudan çıxarılıb. Faktla bağlı araşdırma … Read more

M.Ə Rəsulzadənin parlamentdə son çıxışı

Məhəmmədəmin Rəsulzadə: “Əfəndilər! Mütəcasir bir ultimatum qarşısında bulunuruz. Burada təslimdən bəhs edirlər. Fəqət, əfəndilər, təslim nə demək?.. Kimə tərki-mövqe ediriz?.. Bizə deyirlər ki, hüdudumuzu keçən ordunun başında Nicati namında bir Türk komandanı durmuşdur. Rusiyadan gələn bu mütəcaviz ordu, təmin edirlər ki, həyat və məmat mücadiləsində bulunan Türkiyəni xilas üçün gedir. Əfəndilər! Türkiyə Azərbaycanın xilaskarıdır, amali-milliyyəmizin … Read more

Göygöldə yol qəzası olub, 1 nəfər ölüb

Göygöldə ölümlə nəticələnən avtomobil qəzası baş verib. Məlumatına görə, hadisə Bakı-Qazax avtomobil yolunun rayonun Balçılı kənd ərazisindən keçən hissəsində qeydə alınıb. Qəza nəticəsində 1 nəfər hadisə yerində ölüb. Faktla bağlı araşdırma aparılır. 22:51 Rayonun Balçılı kənd sakini, 1996-cı il təvəllüdlü Quliyev Şəhriyar Tağı oğlunun idarə etdiyi “Ford tranzit” yük maşını maneəyə çırpılıb. Nəticədə sürücü hadisə yerində ölüb. Faktla bağlı araşdırma … Read more

Tovuzda bıçaqlanan şəxs xəstəxanada ölüb

Tovuzda bıçaqlanan şəxs xəstəxanada ölüb. Məlumatına görə, aprelin 20-də rayon sakini, 70 yaşlı Cəlal Səməd oğlu Tağıyev bıçaq xəsarəti ilə Tovuz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Göstərilən tibbi yardımlara baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb və bu gün xəstəxanada ölüb. Hadisəni törədən, Yanıqlı kənd sakini, 1971-ci il təvəllüdlü Mikayıl Oktay oğlu Abdıyev polis əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı araşdırma aparılır.

Tovuzda su anbarında batan şəxsin meyiti tapılıb – FOTO

Tovuz rayonunda su anbarında batan şəxsin meyiti tapılıb. Rayonun Yuxarı Öysüzlü kənd sakini, 1950-ci il təvəllüdlü Vidadi Allahverdi oğlu Dilənovun meyiti Vahidli kəndi ərazisində olan Tovuzçay su anbarında tapılıb. Faktla bağlı araşdırma aparılır. 26 aprel, saat 21:24 Tovuz rayonunda itkin düşən kişinin göldə batmasına dair ehtimallar dəqiqləşib. 1950-ci il təvəllüdlü Dilənov Vidadi Allahverdi oğlunun rayonun Vahidli kəndi ərazisindəki süni göldə (Tovuz … Read more

Zibili qutusuna həsrət qalan Bərdə-FOTO

Bərdə şəhərində məişət tullantıları yollara və küçələrə atılır. Buna səbəb, küçə və yollarda zibil qutularının olmamasıdır.Məcbur qalan əhali zibili hara gəldi atır.Bu şəhərin görünüşünə xələl gətirməklə yanaşı, bir çox  xəstəliklərin yayılmasına da şərait yaradır. Üstəlik, həmin ərazilərdəki üfunət qoxusu da əhali arasında böyük narazılığa səbəb olur. Aidiyyatı qurumlar isə məsələnin həlli istiqamətində heç bir addım … Read more

Bərdənin Soğanverdilər kəndinin həllini tapmayan su problemi

Bərdənin Soğanverdilər kəndində əhali içməli su sarıdan əziyyət çəkir. Bərdə rayonunun Soğanverdilər kəndi uzun müddətdir ki, içməli  su problemi ilə üz-üzədir. 1800 nəfərə yaxın əhalisi olan kəndin böyük əksəriyyəti  içməli suya olan tələbatını rayon mərkəzindən  və qonşu kəndlərdən səhəng və maşınlarla su gətirərək həll etməyə çalışır. Məsələ dəfələrlə Rayon İcra Hakimiyyəti qarşısında qaldırılsa da, öz … Read more

Sabahın hava proqnozu açıqlanıb

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb.  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə aprelin 28-də Bakıda və Abşeron yarımadasında havanın az buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir. Cənub küləyi arabir güclənəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 11-14, gündüz 17-21, Bakıda gecə 12-14, gündüz 18-21 dərəcə isti təşkil edəcək. Atmosfer təzyiqi 765 mm … Read more

Avtomobil şüşələrinin tündləşdirilməsinə hansı hallarda icazə verilir?

“Yol Hərəkəti Haqqında” Qanununun 1 saylı əlavəsində sürücünün görünüş dairəsini məhdudlaşdıran, şüşənin şəfaflığını korlayan hər hansı formada və ölçüdə örtüklər (plyonka, pərdə) çəkilməsi nəqliyyat vasitəsinin istismarının qadağan edilməsinə əsas olan nasazlıqlar kimi müəyyən edilib. Qanunun tələblərinə əsasən işıq buraxma qabiliyyəti dövlət standartının tələblərinə uyğun olan, yalnız sənaye üsulu ilə hazırlanan rəngli şüşələrin tətbiqinə icazə verilir. … Read more

Atəşkəs pozulub

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 24 dəfə pozub. Müdafiə Nazirliyindən verilən məlumata görə,Ermənistan Respublikası Noyemberyan rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli və Qaymaqlı kəndlərində, Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Əsrik Cırdaxan kəndində yerləşən Azərbaycan mövqeləri atəşə tutulub. Ağdam … Read more

DİM abituriyentlərə xəbərdarlıq edib

Dövlət İmtahan Mərkəzi (DİM) aprelin 28-də keçiriləcək imtahanlarda iştirak edəcək şəxslərə xəbərdarlıq edib. DİM-dən verilən məlumata görə, hər bir imtahandan öncə iştirakçılar üçün imtahan haqqında məlumat, imtahan zalında görülən işlər, davranış qaydaları və digər məsələləri özündə əks etdirən “Yaddaş kitabçası” hazırlanır. “İmtahana buraxılış vərəqəsi”ndə də yaddaş kitabçasından çıxarış təqdim olunur. Abituriyentlər imtahandan öncə “Yaddaş kitabçası” … Read more

Azərbaycan neftinin qiyməti 77 dolları keçib

Azərbaycanın dünya bazarına çıxararaq satdığı “Azeri LT CIF” markalı xam neftin qiyməti 0,52 ABŞ dolları və yaxud 0,68% artıb. “Azeri Light” markalı neftin bir barelinin qiyməti 77,23 dollar təşkil edib. Xatırladaq ki, “Azeri LT CIF” neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.

Erməni futbolçu Bakıya gələcək

İngiltərənin “Arsenal” klubu Henrix Mxitaryanın Bakıda keçiriləcək Avropa Liqasının final matçında iştirakına imkan verən viza dəstəyini UEFA-dan alıb.  “The Times” nəşrinin xəbərinə görə, Avropa futbol qurumu Azərbaycan tərəfinin erməni futbolçunun Bakıya gəlişinin problem yaratmayacağı zəmanətini almaq və buna əmin olmaq istəyir. London təmsilçisi yarımfinal mərhələsində  İspaniya “Valensiya”sını üstələsə, finala yüksələcək. Həlledici qarşılaşma mayın 29-da Bakı Olimpiya … Read more

Bərdə bazarında ölüm-FOTO

Bərdə rayonunda yerləşən “Təzə bazar”da ölüm hadisəsi baş verib. Məlumatına görə, 1965-ci il təvəllüdlü Tahir Qasım oğlu Ağayev anidən yıxılıb və yerindəcə keçinib. Onun ürək çatışmazlığından öldüyü ehtimal edilir. T.Ağayev bazarda kababçı işləyirmiş. Faktla bağlı araşdırma aparılır.

Qazaxlı Almanyada ərəblərlə dalaşıb

Almaniyanın Bilefeld şəhərində azərbaycanlılar ilə ərəblər arasında dava baş verib. Hadisə şəhərin mərkəzi dəmir yol vağzalı qarşısındakı meydanda baş verib. Davaya səbəb əslən Azərbaycanın Qazax rayonundan olan Məmmədov Hilal adlı şəxsin Əsəd adlı ərəb ilə mübahisəsi olub. Daha sonra mübahisəyə görə yaxınlıqdakı digər ərəblər azərbaycanlıya hücum ediblər. H.Məmmədovun yanında olan digər azərbaycanlınında iştirakı ilə ərəblərlə dava baş verib. … Read more

Tovuzda 69 yaşlı kişi itkin düşüb

Tovuz rayonunda 69 yaşlı kişi itkin düşüb. Rayonun Yuxarı Öysüzlü kənd sakini, 1950-ci il təvəllüdlü Vidadi Dilənovun rayonun Vahidli kəndi ərazisində olan Qazıqulu gölündə batdığı ehtimal olunur. Hazırda əraziyə xilasetmə qüvvələri və hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

Türkiyəli iş adamları Gəncədə olublar-FOTO

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Gəncə Şəhər İcra Hakimiyyətinin və Türkiyənin Gəncədəki Baş Konsulluğunun təşkilatçılığı ilə türk iş adamlarının Gəncə-Qazax iqtisadi rayonuna investisiya qoyuluşunu təşviq etmək və yerli sahibkarlarla əlaqələrin genişləndirilməsi məqsədilə tədbir keçirilib.  Bu barədə KOBİA-dan məlumat verilib. “Türk iş adamlarının Gəncə şəhərinin sosial-iqtisadi və mədəni inkişafı ilə tanışlığı” mövzusunda … Read more

Bakı və Şəmkir məktəbliləri “Sağlam məktəbli” layihəsi ilə tanış olublar

Qida Təhlükəsizliyi Agentliyi “Sağlam məktəbli” layihəsi çərçivəsində keçirilən növbəti görüşləri Bakının Yasamal rayonundakı 158 nömrəli orta məktəbin və Şəmkir şəhərindəki N.Gəncəvi adına tam orta məktəbin şagirdləri ilə keçirib. Agentliyin informasiya təminatı və innovativ həllər şöbəsindən  verilən məlumata görə, tədbirdə şagirdlərə layihə haqqında ətraflı məlumat verilib, videoçarxlar təqdim edilib. Məktəblilərə qida təhlükəsizliyinə dair ilkin vərdişlər, qablaşdırma … Read more

Qazaxda növbəti intellektual yarış keçirilib

FB IMG

Bu gün Qazax Gənclərin İnkişaf və Karyera Mərkəzinin İntellektual oyunlar klubunun təşkilatçılığı ilə gənclər arasında “Nə? Harada? Nə zaman?” və “Erudit-Kvartet” intellektual oyunları üzrə rayon turniri keçirilib. Qazax Gənclər Mərkəzində reallaşan yarışda orta ümumtəhsil məktəblərindən, BDU Qazax filialından, Qazax Dövlət Sosial-İqtisadi Kollecindən və müstəqil olmaqla 32 komanda mübarizə aparıb. “Nə? Harada? Nə zaman?” formatı üzrə … Read more

Ermənistan ordusu sutka ərzində atəşkəs rejimini 30 dəfə pozub

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 30 dəfə pozub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, Ermənistanın Noyemberyan rayonu ərazisindəki adsız yüksəkliklərdə, İcevan rayonunun Paravakar kəndində yerləşən mövqelərdən Ağstafa rayonunun Köhnəqışlaq kəndində və Qazax rayonu ərazisindəki adsız yüksəkliklərdə, Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun … Read more