Agentliyin informasiya təminatı və innovativ həllər şöbəsindən verilən məlumata görə, tədbirdə şagirdlərə layihə haqqında ətraflı məlumat verilib, videoçarxlar təqdim edilib.
Məktəblilərə qida təhlükəsizliyinə dair ilkin vərdişlər, qablaşdırma məhsullarının qidaya təsiri, energetik içkilərin insan orqanizminə zərərləri, qida məhsullarında etiket məlumatları, fastfudun zərəri, süd və süd məhsullarının faydası barədə ətraflı məlumat verilib.
Agentliyin əməkdaşları məktəbliləri maraqlandıran sualları cavablandırıb, şagirdləri “Təhlükəsiz qida uşaqların gözü ilə” adlı rəsm müsabiqəsində iştirak etməyə dəvət ediblər.