1 May – Beynəlxalq Əmək Günü

274BC9E3 264C 4DAE A8C5 778D90421063 w1080 h608 s

1 May “Beynəlxalq Əmək Günü” – dünyanın 80-dən çox ölkəsində qeyd edilir. Hökümətlər 1 May yürüşlərinin keçirildiyi böyük şəhərlərdə polis işçilərinin sayını artırmaq və kütləni izləmək üçün dronlardan istifadə etməklə, təhlükəsizlik tədbirlərini gücləndirib. 1 May münasiblətilə bizneslər və idarələrin bağlandığı Yunanıstanda büdcədə qənaət etmək məqsədilə iqtisadiyyatdakı sərt addımlara qarşı etiraz edən yürüş iştirakçıları parlament binasının … Read more

Prezident Ağstafada yol tikintisinə 3,9 milyon manat ayırıb

Prezident İlham Əliyev Ağstafa rayonunun Ağstafa–Yenigün–Xətai–Qaçaq Kərəm–Poylu–Xılxına avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.  Sərəncama əsasən, on doqquz min nəfər əhalinin yaşadığı 4 yaşayış məntəqəsini birləşdirən Ağstafa–Yenigün–Xətai–Qaçaq Kərəm–Poylu–Xılxına avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 3,9 milyon … Read more

Azərbaycan Premyer Liqası: Turun rəmzi komandası və oyunçusu müəyyənləşib

Azərbaycan Premyer Liqasında XXVI turun rəmzi komandasının tərkibi açıqlanıb. Məlumatına görə, İnStat şirkətinin təhlili əsasında “11-liy”ə “Qarabağ”ın 6, “Keşlə”nin 4, “Sumqayıt”ın 1 futbolçusu düşüb. Onlardan Abdullah Zubir 10-cu dəfə siyahıda yer alıb. O həm də turun oyunçusu sayılıb. Qapıçı: Davud Kərimi (“Keşlə”) Müdafiəçilər: Donald Gerrye (“Qarabağ”) – 7, Edvinas Girdvanis (“Keşlə”) – 2, Bədavi Hüseynov (“Qarabağ”) … Read more

“Qəbələ”nin prezidenti: “Klubun taleyi ilə bağlı tezliklə açıqlama veriləcək”

“Oyunun ağır keçəcəyini gözləyirdik. Belə də oldu”. Məlumatına görə, bu fikirləri “Qəbələ”nin prezidenti Fariz Nəcəfov səfərdə “Qarabağ”a 1:2 hesabı ilə uduzduqları Azərbaycan Kubokunun yarımfinal mərhələsinin cavab görüşündən sonra jurnalistlərə açıqlamasında deyib. Klubun yeni rəhbəri səfər qolu sayəsində finala adlayan kollektivi təbrik edib. O, əvvəllər 3 dəfə həlledici qarşılaşmayadək irəliləmələrinə rəğmən son nöqtəni qoya bilmədiklərini xatırladıb. … Read more

Qazaxda yol qəzası baş verib, xəsarət alanlar var

Qazax rayonunda avtomobil qəzası baş verib. Məlumatına görə, hadisə Yuxarı Salahlı kəndində qeydə alınıb. Əraziyə təcili tibbi yardım briqadası və Dövlət Yol Polisinin əməkdaşları cəlb olunub. Xəsarət alan bir nəfər rayonun Müalicə və Diaqnostika Mərkəzinə aparılıb. Faktla bağlı araşdırma aparılır.

Türkiyə vətəndaşı Ucarda qəza törədib, TIR “Kamaz”a çırpılıb – FOTO

Ucar rayonunda yol qəzası baş verib. Məlumatına görə, rayonun Müsüslü kəndi ərazisində 1974-cü il təvəllüdlü Türkiyə vətəndaşı Əli Gənc Həsənoğlunun idarə etdiyi TIR maşını “KamAz”a çırpılıb. Nəticədə Trabzon şəhər Yeni Cuma qəsəbə sakini olan Həsənoğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Vəziyyəti ağır olduğundan, yaralının Bakıdakı xəstəxanalardan birinə göndərilməsi nəzərdə tutulub. Faktla bağlı … Read more

Bakıda keçiriləcək Avroliqa finalının biletlərini 100-dən çox ölkənin vətəndaşları alıb

Bakı Olimpiya Stadionunda keçiriləcək UEFA Avropa Liqasının final oyunu Azərbaycan üçün xarici ölkələrin vətəndaşlarının böyük maraq göstərməsi baxımından da əlamətdar olacaq. UEFA-nın onlayn satışa çıxardığı 21 min 500 ədəd bilet 100-dən artıq müxtəlif xarici ölkənin vətəndaşları tərəfindən alınıb. Bura finala yüksələcək komandalar üçün nəzərdə tutulmuş 12 min + 4 min (hər bir finalçı üçün 6 min … Read more

DİM 9-cu siniflərin buraxılış imtahanının nəticələrini açıqlayıb

Dövlət İmtahan Mərkəzi (DİM) martın 17-də Şəmkir, Gədəbəy, Ağstafa, Qazax, Tovuz, Mingəçevir, Balakən, Zaqatala, Qax, Yardımlı, Cəlilabad, Masallı, Lerik, Göyçay, Ağdaş, Ucar, İsmayıllı, Qobustan, Ağcabədi, Füzuli, Beyləqan, Salyan, Neftçala, Hacıqabul, Qusar, Quba, Siyəzən, Xızıda, həmçinin Bakı şəhərində yerləşən xüsusi məktəblərin – internat məktəblərində, tədrisi ingilis dilində olan məktəblərdə, Çilov adasında yerləşən məktəbdə, cəzaçəkmə müəssisələrində ümumtəhsil … Read more

Göygöldə avtomobil qəzasında ölən 8 nəfər dəfn edilir

Göygöldə avtomobil qəzası zamanı ölənlər dəfn edilirlər. Məlumatına görə, Gəncə-Daşkəsən avtomobil yolunun Göygöl rayon Yeni Qızılca kəndi ərazisində baş vermiş avtomobil qəzası zamanı ölənlər Gəncə şəhərində “Səbiskarlıqda” torpağa tapşırılırlar. Qeyd edək ki, aprelin 29-da Göygöldə “VAZ-2106” və “VAZ-2107” markalı avtomobillərin toqquşması nəticəsində 8 nəfər ölüb. Bunlar Daşkəsən rayon sakinləri – 1995-ci il təvəllüdlü Eldəniz Gəray oğlu Həsənov, 2018-ci … Read more

May ayının ilk günü üçün hava şəraiti açıqlanıb

May ayının ilk günü üçün Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 12-15, gündüz 19-24, Bakıda gecə 13-15, gündüz 21-23 dərəcə isti təşkil edəcək. Atmosfer təzyiqi … Read more

Azərbaycanda fəaliyyət göstərən diplomatların Qazax və Tovuz rayonlarına səfəri təşkil olunub

30 aprel – 1 may tarixlərində Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə ölkəmizin regionlarının inkişafı və bu xüsusda, bölgələrdə həyata keçirilən sosial və iqtisadi layihələr, habelə turizmin inkişafı ilə yerindəcə tanış olmaq məqsədilə Azərbaycanda fəaliyyət göstərən diplomatik nümayəndəliklərinin rəhbərləri və onların həyat yoldaşlarının Qazax və Tovuz rayonlarına tanışlıq səfərləri təşkil edilir. XİN-dən  bildirilib ki, səfər çərçivəsində diplomatlar … Read more

Qazaxda avtomobil qəzası olub, xəsarət alanlar var

Qazax rayonunda avtomobil qəzası baş verib. Məlumatına görə, hadisə Qazaxbəyli kəndiərazisində qeydə alınıb. Hadisə zamanı 2 nəfər xəsarət alıb. Onlardan biri – 1984-cü il təvəllüdlü İlqar Adıgözəl oğlu Əhədov xəstəxanaya yerləşdirilib. Yaralının vəziyyətinin orta-ağır olduğu bildirilir. Qəzada xəsarət alan digər şəxsə isə hadisə yerində tibbi yardım göstərilib. Faktla bağlı araşdırma aparılır.

Gürcüstanda azərbaycanlı xalq qəhrəmanına heykəl qoyulacağı yer müəyyənləşib

Marneuli rayonunun Sadaxlı kəndində azərbaycanlı xalq qəhrəmanı, sərkərdə Xudu Borçalıya abidə ucaldılacaq. “Bölgənin Səsi” xəbər verirki, bunu “Report”un yerli bürosuna açıqlamasında Gürcüstanın Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyinin müşaviri Giorgi Gegeçkori bildirib. O deyib ki, X.Borçalı Sadaxlıda anadan olub və onun abidəsinin məhz həmin kənddə qoyulması məqsədəuyğundur: “Bu yaxınlarda Sadaxlı kəndinə səfər olunacaq və heykəlin … Read more

UEFA Türkiyədə ölən futbolçuya görə başsağlığı verib

UEFA “Alanyaspor” komandasının futbolçusu Yosef Şuralın ölümü ilə bağlı ailəsinə və dostlarına başsağlığı verib. Qurum bu barədə rəsmi “Twitter” hesabı vasitəsilə bildirib. UEFA çexiyalı hücumçunun ölümünü dəhşətli faciə adlandırıb. Qeyd edək ki, “Alanyaspor”un avtobusu “Kayserispor”la XXX tur qarşılaşmasından qayıdarkən aşıb. Nəticədə Yosef Şural ciddi xəsarət aldıqdan sonra xəstəxanaya yerləşdirilsə də, dünyasını dəyişib. Daha 6 futbolçu da hadisə … Read more

Qazaxda “Karyeranı bizimlə qur” layihəsi başladı

Bu gün Qazax Gənclər Mərkəzində Azərbaycan Respublikasının Gənclər Fondu və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin birgə təşkilatçılığı ilə həyata keçirilən “Karyeranı bizimlə qur” layihəsi start götürüb. Layihə çərçivəsində təlim kursunu Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Məşğulluq Xidmətinin təlimçisi Rafət Şirəliyev həyata keçirir. Layihənin məqsədi işsiz və iş axtaran … Read more

Gürcüstanda ata oğlunu qətlə yetirib

Gürcüstanın Qurcaani rayonunun Çumlaki kəndində 69 yaşlı ata öz oğlunu soyuq silahla qətlə yetirib. Məlumata görə 40 yaşlı kişi döş nahiyəsindən aldığı yaradan ölüb. Kənd sakinlərinin sözlərinə görə, hadisədən öncə ata və oğul arasında mübahisə olub. Qətlə ailə münaqişəsinin səbəb olduğu bildirilib. Faktla bağlı Cinayət Məcəlləssinin qəsdən adam öldürmə maddəsi üzrə cinayət işi açılıb. Oğlunun qətlində … Read more

Göygöldə yol qəzasında ölənlərin sayı 8 nəfərə çatıb-FOTO – VİDEO – SİYAHI – YENİLƏNİB-4

Göygöl rayonunda baş vermiş ağır yol qəzası ilə bağlı cinayət işi açılıb. Məlumatına görə, hadisə Gəncə-Daşkəsən avtomobil yolunun Göygöl rayonunun Yeni Qızılca kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, “VAZ-2106” və “VAZ-2107” markalı avtomobillər toqquşub. Nəticədə Daşkəsən rayon sakinləri olan iki ailənin üzvləri və yaxın qohumları, ümumilikdə, 8 nəfər ölüb, 1 nəfər yaralanıb. Qəza zamanı yaralanan, 1991-ci il təvəllüdlü Ruhiyyə … Read more

Yevlaxda iki avtomobil toqquşub

Yevlax rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib. Məlumatına görə, Yevlax-Xaldan-Mingəçevir yolu ilə hərəkətdə olan “VAZ-21011” və “VAZ-2107” markalı avtomobillərin toqquşması nəticəsində hər iki sürücü xəsarət alıb. Faktla bağlı araşdırma aparılır.

DİM bu gün 20 min 180 şagird üçün qəbul imtahanı keçirib

Dövlət İmtahan Mərkəzi (DİM) bu gün əvvəlki illərin məzunları üçün I, II, III və IV ixtisas qrupları üzrə qəbul imtahanının birinci mərhələsini, həmçinin V qrup üzrə ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanı keçirəcək. İmtahanlar Bakı, Naxçıvan, Gəncə, Şəki, Bərdə, Göyçay, Şirvan, Xaçmaz və Lənkəran şəhərlərində … Read more

Ermənistan silahlı bölmələri atəşkəs rejimini 23 dəfə pozublar

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 23 dəfə pozub. Ermənistan Respublikası Noyemberyan rayonu ərazisindəki adsız yüksəkliklərdə , yerləşən mövqelərdən Qazax rayonu ərazisindəki adsız yüksəkliklərdə, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub. İşğal altında olan Ağdam rayonunun Tağıbəyli, Şıxlar, Cəvahirli, Xocavənd rayonunun … Read more