Atəşkəs ara-sıra pozulub
Sutka ərzində Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində nisbi sakitlik müşahidə olunub. Müdafiə Nazirliyinin yaydığı məlumata görə, cəbhənin bəzi sahələrində atəşkəs rejimi ara-sıra açılan atəşlə pozulub.
Nə axtarırsınız?
Sutka ərzində Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində nisbi sakitlik müşahidə olunub. Müdafiə Nazirliyinin yaydığı məlumata görə, cəbhənin bəzi sahələrində atəşkəs rejimi ara-sıra açılan atəşlə pozulub.
Azərbaycan Polşaya tekstil ixracını həyata keçirməyi planlaşdırır. Bunu Azərbaycanın Polşadakı ticarət nümayəndəsi Nemət Nağdəliyev deyib. Onun sözlərinə görə, hazırda tərəflər bu məsələni müzakirə edir: “Polşa bazarında tekstil məhsuluna böyük tələbat var. Biz bu bazarı öyrənmişik və Azərbaycandan Polşaya ixracı məqsədəuyğun və perspektivli hesab edirik. Bakı Tekstil Fabriki ilə polşalı tərəfdaşlar arasında əlaqələr yaradılıb, ortamüddətli perspektivdə … Read more
Dünən Qazax GİKM-nin nəzdində “Ədəbiyyat klubu” təsis olunub. “Bölgənin Səsi” saytının məlumatına görə, Gənclər Mərkəzində keçirilən tədbirdə Qazax Dövlət Dram teatrının rejissoru Allahverdi Musayev, sözügedən teatrın gənc aktyoru Yusif Qoca və gənc yazar Hikmət Orhun iştirak ediblər. Klubun təsis olunmasında məqsəd region gəncləri arasında ədəbiyyata marağın artırılması, gənc yazarların tanıdılması, eləcə də, onların və digər … Read more
İyunun 28-də Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Azərbaycanın rayonlarında iyunun 28-də əksər rayonlarda hava əsasən yağmursuz keçəcək,lakin axşam saatlarında bəzi şimal və qərb rayonlarında yağış yağacağı gözlənilir. Şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 23-28, gündüz 35-40, … Read more
Milli Məclisin (MM) sabaha – iyunun 28-nə nəzərdə tutulan plenar iclası keçirilməyəcək. Bununla bağlı parlamentin bu gün keçirilən plenar iclasında MM sədri Oqtay Əsədov məlumat verib. O deyib ki, bu gün gündəliyə daxil olan 49 məsələ müzakirə edilərək qəbul olunub: “Gündəliyə daxil olan məsələlər bitdiyindən sabah plenar iclas keçirilməyəcək”.
Azərbaycanda məcburi audit subyekti olan 1 608 bələdiyyədən 980-ı və yaxud 60,95%-i 2018-ci ildə auditdən keçib. Bu barədə Auditorlar Palatası bildirib. Xatırladaq ki, 2017-ci ildə 1 265 bələdiyyə və yaxud bütün yerli özünü idarəetmə qurumlarının 78,7%-i auditdən keçmişdi. Başqa sözlə, bələdiyyələrin auditdən keçməsi ilə bağlı vəziyyət pisləşib.
“Azərbaycandakı bir neçə məkanın UNESCO-nun Dünya İrs siyahısına namizəd kimi irəli sürülməsi nəzərdə tutulur”. Bunu Mədəniyyət naziri Əbülfəs Qarayev jurnalistlərə açıqlamasında deyib. Nazir bildirib ki, hazırda ciddi şəkildə Şəkinin Xan sarayı və şəhərin qədim hissəsinin bu siyahıya salınması üzərində iş gedir: “Bakıda bu məsələ müzakirə olunacaq və ümid edirik ki, nəticə müsbət olacaq. Bir neçə variant … Read more
Azərbaycan Milli Məclisinin növbədənkənar sessiyasının növbəti plenar iclası keçiriləcək. İclasın gündəliyinə 49 məsələ daxildir. İclasda əvvəlcə “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin icrası haqqında” (üçüncü oxunuş), “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsi haqqında” (birinci oxunuş), “Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2019-cu il büdcəsi haqqında” (birinci oxunuş) qanun layihələrinə baxılacaq. Gündəliyə “Məhkəmələr və … Read more
Sutka ərzində Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində nisbi sakitlik müşahidə olunub. Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib. Cəbhənin bəzi sahələrində atəşkəs rejimi ara-sıra açılan atəşlə pozulub.
Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə ölkəmizin regionlarının inkişafı və bu xüsusda, bölgələrdə həyata keçirilən sosial və iqtisadi layihələr, habelə turizmin inkişafı ilə yerindəcə tanış olmaq məqsədi ilə Azərbaycan Respublikasında fəaliyyət göstərən 50-dən çox diplomatik nümayəndəliklərin rəhbərləri və onların xanımlarının Şəki və Zaqatala rayonlarına tanışlıq səfərləri həyata keçirilir. Bu barədə XİN-dən məlumat verilib. Səfər çərçivəsində xarici … Read more
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında İnnovasiyalar Agentliyinin təşkilatçılığı, “Mars Academy”, AREA-Azərbaycan Robototexnika Mühəndisliyi Akademiyası və “Engineering for Kids” şirkətinin tərəfdaşlığı ilə 26 iyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü münasibətilə şəhid hərbçilərin övladları üçün tədbir keçirilib. Nazirlikdən verilən məlumata görə, tədbirdə 2016-cı ilin aprel döyüşlərində şəhid olan hərbçilərin övladlarına robotiks master-klası təşkil olunub. … Read more
Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Azərbaycanın əksər rayonlarında əsasən yağmursuz hava şəraiti hökm sürəcəyi, lakin axşam bəzi dağlıq rayonlarda yağış yağacağı gözlənilir. Şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu aran rayonlarda gecə … Read more
Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 60 şəhid ailəsi və Qarabağ müharibəsi əlilinə mənzillər təqdim edilib. Mənzillər Abşeron rayonunun Saray qəsəbəsində yeni inşa edilmiş yaşayış binalarından alınaraq ailələrə verilib. Mənzillərin sənədlərinin təqdim edilməsi mərasimində çıxış edən Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimov bildirib ki, dövlət başçısının siyasətinin ana xəttini … Read more
2019-cu ilin yanvar-may aylarında Azərbaycanda 1,395 min kiloqram qızıl hasil olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 9,8 faiz çoxdur. Bu barədə Dövlət Statistika Komitəsinin hesabatında deyilir. Hesabat dövründə 1,364 min kiloqram gümüş hasil olunub. Bu göstərici, 2018-ci ilin ilk beş ayı ərzində 18,1 faiz çoxdur. Bu ilin yanvar-may aylarında hasil olunan … Read more
Bu gün və sabah Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Avtomobil Səyyar klinikası Gədəbəy rayonunda tibbi aksiya keçirəcək. Mərkəzdən verilən məlumata görə, aksiyada məqsəd Gədəbəy sakinlərini müayinə və müalicə etmək, ehtiyac olduğu zaman xəstələr üzərində cərrahiyyə əməliyyatı aparmaqdır. Aksiyanın məqsədi həm də göz xəstəlikləri ilə bağlı monitorinqlər aparmaq, əldə edilən nəticələri müzakirə və həll … Read more
Bu gün Azərbaycan Respublikası Silahlı Qüvvələri günüdür. Silahlı Qüvvələrin yaranmasından 101 il ötür. 1918-ci il iyunun 26-da Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının qərarı ilə Azərbaycanda ilk nizami hərbi hissə – Əlahiddə Korpus yaradılıb. O dövrdə təşkil olunan Hərbi Nazirlik və onun rəhbər heyətində təmsil olunan Səməd bəy Mehmandarov, Əliağa Şıxlinski və başqa ordu biliciləri Azərbaycanda … Read more
Sutka ərzində Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində nisbi sakitlik müşahidə olunub. Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib. Cəbhənin bəzi sahələrində atəşkəs rejimi ara-sıra açılan atəşlə pozulub.
Bu ilin yanvar-may aylarında Azərbaycandakı 21 sığorta şirkətinin xətti ilə 319,272 milyon manat məbləğində sığorta haqqı toplanılıb. Maliyyə Bazarlarına Nəzarət Palatasına məlumat yayıb ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 9% azdır. 5 ay ərzində sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 93,778 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 3,8% azdır. 2019-cu … Read more
“Son illərdə Azərbaycanda orta illik temperaturun 1,4 dərəcə yüksəlməsi iqlim dəyişmələrinin göstəricisidir. Bu artım, təbii olaraq, gündəlik maksimum göstəricilərin artmasında özünü daha çox hiss etdirir. Anomal isti günlərin həm sayı, həm də davamiyyəti artır”. Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva deyib. Onun sözlərinə görə, Bakı və Abşeron yarımadasında arabir … Read more
Bu gün – Silahlı Qüvvələr Günü ərəfəsində Gədəbəy rayonunun Yenikənd, Çobankənd və Köhnəqışlaq kəndlərinə təbii qaz verilib. “Azəriqaz”dan report-a verilən məlumata görə, bu məqsədlə keçirilən tədbirdə rayon icra hakimiyyətinin və “Azəriqaz”ın təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. Bildirilib ki, ümumilikdə, 521 fərdi evdən ibarət kəndlərin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 44 016 metr müxtəlif … Read more