Çağdaş aşıq şeirlərindən ibarət antologiya işıq üzü görüb

15614534993126045374 1000x669

Bu günlərdə Azərbaycan Aşıqlar Birliyi (AAB) tərəfindən “Çağdaş Azərbaycan aşıqlarının şeir antologiyası” adlı kitab işıq üzü görüb. Bu barədə AAB-nin katibi, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu məlumat verib. Bildirib ki, nəfis tərtibatlı antologiyanı nəşrə AAB-nin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosenti Altay Məmmədli hazırlayıblar. Kitabın redaktoru … Read more

Müdafiə naziri xidməti müşavirə keçirib

F7a92e22299947971be07e9f8ce576ab

Mərkəzi Komanda Məntəqəsində Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi altında nazir müavinləri, qoşun növləri komandanları, baş idarə, idarə və xidmət rəisləri, birlik komandirlərinin iştirakı, eləcə də videobağlantı vasitəsilə cəbhə bölgəsində yerləşən birləşmə komandirləri və digər məsul zabitlərin də cəlb olunması ilə xidməti müşavirə keçirilib.   Bu barədə Müdafiə Nazirliyinin Mətbuat xidməti məlumat yayıb. Müdafi Silahlı … Read more

ATƏT Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində monitorinq keçirilib

7287e44f ed74 48ce 9bf5 d2ee3521edb6

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində monitorinq keçirilib.  Müdafiə Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, iyunun 25-də Ağdam rayonu ərazisində yerləşən Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində keçirilən monitorinqin nümayəndə heyəti Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənovla görüşüb. Nümayəndə heyətinə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin … Read more

Sabah qərb rayonlarında yağış yağacaq

F2051f7a fbcf 4fbb 959e 9ccf726df004

Sabaha gözlənilən hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək, lakin axşam bəzi şimal və qərb rayonlarında qısamüddətli yağış yağacağı gözlənilir. Bəzi yerlərdə şimşək çaxacağı, leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 22-27, gündüz … Read more

İki Azərbaycan güləşçisi qələbə qazanıb

Trend serbest gulesh 190517 (41)

Belarusun paytaxtı Minskdə II Avropa Oyunları davam edir. Bu gün güləş yarışlarına start verilib. Mübarizəyə 57, 74, 86 və 125 kq-da çıxış edən sərbəst güləşçilər başlayıb. Mahir Əmiraslanov ilk mərhələdə çətinliklə də olsa, bolqar həmkarına qalib gəlib. Hacımurad Hacıyev debütdə 3 qat Avropa çempionu ilə qarşılaşıb. Hakimlərin də müəyyən qədər simpatiyası fonunda Türkiyə pəhləvanı növbəti … Read more

Xalq Teatrları Festivalı başa çatıb

Teatr festivali 250619

İyunun 24-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında III Respublika Xalq Teatrları Festivalının bağlanışı və qalib kollektivlərin mükafatlandırılması mərasimi keçirilib. Mədəniyyət Nazirliyindən verilən məlumata görə, tədbirdə mədəniyyət naziri Əbülfəs Qarayev, nazirin birinci müavini Vaqif Əliyev, nazir müavini Rafiq Bayramov və teatr ictimaiyyətinin nümayəndələri iştirak edib. Əvvəlcə səhnəyə Bakı şəhərində və respublikanın bölgələrində keçirilmiş baxış-seçim mərhələsində uğur … Read more

Azərbaycanda ipəkçiliyin inkişaf perspektivləri – İnfoqrafika

1511804468 barama

Kənd təsərrüfatı sahəsi olan ipəkçilik hələ qədim zamanlardan Azərbaycanın bütün ərazisində yayılıb və günümüzə qədər də inkişaf etməkdədir. Əsas istehsalat bölgəsi Şəki hesab olunur. İpəkçiliyin inkişafı Azərbaycanın müəyyən rayonları ərazisindən qədim İpək Yolu marşrutunun keçməsinə səbəb olub. İpəkçilikdə istifadə olunan baramaçılığa dövlət tərəfindən subsidiyalar ayrılır. Kümdarlar Azəripək MMC-yə ipəyin istehsalı üçün xammal olan baramanın kilosunu … Read more

Neft ucuzlaşıb

9e61de8d 1ae2 466e 8d59 709dae458e70

“Azeri LT CIF” markalı xam neftin qiyməti 1,25 ABŞ dolları və yaxud 1,87% aşağı düşüb. “Azeri Light” markalı neftin bir barelinin qiyməti 65,51 dollar olub. Xatırladaq ki, “Azeri LT CIF” neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.

Futbol hakimləri üçün seminar keçirilib

1a4e21b6 84a8 4645 bb99 ec2755fdc5cd

AFFA-nın Hakimlər Komitəsinin təlimçiləri və İnkişaf qrupunda yer alan hakim və hakim köməkçiləri üçün seminar keçirilib. AFFA-nın rəsmi saytı yazır ki, 3 gün davam edən seminara UEFA Hakimlər Komitəsinin üzvü Kiros Vassaras və AFFA-nın Hakimlər Komitəsinin sədri Fritz Ştuxlik rəhbərlik edib. Nəzəri və təcrübi biliklərin çatdırılması üçün müxtəlif üslublardan yararlanan seminar iştirakçılarına “Oyun Qaydaları”ndakı son … Read more

Nazir: “Son 20 ildə Azərbaycanda ilk dəfədir…”

154fe685 451f 4f7e 9192 c24125a5d14a

“Azərbaycanda dünən və bu gün çox isti müşahidə olunub. Ötən gün havanın temperaturu 37 dərəcə isti olub ki, bu da iyun ayı üçün rekord göstəricidir”. Bunu Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev BMT-nin Dövlət xidmətləri forumu çərçivəsində keçirilən seminarda çıxışı zamanı deyib. Nazirin sözlərinə görə, son 20 ildə ilk dəfədir iyun ayında belə yüksək temperatur … Read more

Qazaxda bir nəfər suda boğulub

465f2379 6748 42b3 b36e d98b43ffa7dc

Qazax rayonunda 24 yaşlı oğlan su anbarında batıb. Hadisə rayonun Xanlıqlar kəndində qeydə alınıb. Belə ki, 1995-ci il təvəllüdlü İlham Mirzə oğlu Nəbiyev kənd ərazisində yerləşən su anbarında boğularaq ölüb. Onun meyiti sudan çıxarılıb və tibbi ekspertizaya aparılıb. Faktla bağlı araşdırma aparılır.

Hərbi qulluqçular təltif edilib – Siyahı

2a9c36baf919ab9f6bdac9d711edc1c6

Prezident İlham Əliyev Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularının təltif edilməsi haqqında sərəncam imzalayıb.  Sərəncamla Azərbaycan Respublikasının müstəqilliyinin, ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə, öz xidməti vəzifələrini və hərbi hissənin qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiklərinə görə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aşağıdakı hərbi qulluqçuları təltif ediliblər: “Azərbaycan Bayrağı” ordeni ilə Mahmudov Qəşəm Fərzalı oğlu – … Read more

“Azərxalça”nın 5 filialının xalçaları qəbul edilib

Azerxalca 240619

İyunun 24-də “Azərxalça” Açıq Səhmdar Cəmiyyətində növbəti xalça qəbulu aparılıb. Səhmdar Cəmiyyətin Qəbələ, İsmayıllı, Qobustan, Abşeron və Nardaran filiallarında toxunan xalçalar qəbul olunub. “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Mətbuat xidmətindən trend-ə bildirilib ki, “Azərxalça”nın Bədii yaradıcılıq və keyfiyyətə nəzarət şöbəsinin rəisi Neva Ağaliyeva məlumat verib ki, bu filiallardan, ümumilikdə, 106 xalça qəbula gətirilib. Onlardan 6-sı Qəbələ, … Read more

Nazirlik: Saytlara haker hücumu olmayıb

35fdbaf9 4cfe 4d40 b3ec ad5e7f757729

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi bu gün bir neçə xəbər saytına girişdə problemlərin yaranmasına münasibət bildirib. Qurumun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Günel Gözəlova bildirib ki, həmin saytlara haker hücumu olmayıb. “Problem serverlərin həddindən çox yüklənməsi ilə bağlıdır. Gün ərzində saytlara daxilolmalar gözləniləndən çoxdur. Qısa zaman ərzində problem yaşamış saytlar fəaliyyətini bərpa edə bilib”, – o qeyd … Read more

Manatın məzənnəsi

Manat dollar euro 130219 (1)

İyunun 25-nə manatın məzənnəsi açıqlanıb. Mərkəzi Bankdan verilən məlumata görə, 25.06.2019-cu il tarixindən etibarən rəsmi məzənnə 1 ABŞ dollarına nisbətdə 1,7000 manat səviyyəsində müəyyən olunub. Qeyd edək ki, 2019-cu il iyunun 24-də də USD/AZN rəsmi məzənnəsi 1,7000 manat təşkil edib.

Kərimov: “Kənd təsərrüfatı sahəsinə gənclər cəlb edilməlidir”

Dd12c9a0 35d9 4c82 bfa3 fb5c73cffba5

“Azərbaycanda kənd təsərrüfatı gənclər üçün cəlbedici və gəlirli sahəyə çevrilməlidir”. Bunu Bakıda BMT-nin keçirdiyi “Dövlət Xidmətləri Forumu-2019” tədbiri çərçivəsindəki “Hər kəsi əhatə edən inklüziv və bərabər xidmətlər” mövzusunda panel sessiyasında Kənd Təsərrüfatı naziri İnam Kərimov bildirib. “Uzun illərdir davamlı inkişaf edən Azərbaycan bu sahədə böyük təcrübə toplayıb”, – deyən nazir kənd təsərrüfatının hazırda hökumət üçün … Read more

İbtidai sinif müəllimliyi üzrə daha çox vakant yer olacaq

8ed15535 145c 4853 981d b255297d0255

“Bu il orta məktəblərdə daha çox ibtidai sinif müəllimliyi üzrə vakant yer olacaq”. Bunu Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Eşqi Bağırov deyib. Onun sözlərinə görə, bu gündən nazirlik sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə elektron sənəd qəbuluna start verilib: “İndiyədək 500-dək namizəd qeydiyyatdan keçib. Ötən il rekord sayda, 51 minə … Read more

DİM-də psixoloji xidmət fəaliyyətə başlayıb

Dim dovlet imtahan merkezi

Məlumdur ki, imtahanlar bir çox şəxs üçün stres və gərginliklə müşaiyət olunur. Çox vaxt sosial çevrənin təzyiqi altında imtahanların mənası təhrif olunur və gənclər və yeniyetmələr yanlış olaraq imtahanlara özlərinin bir şəxs kimi dəyərinin müəyyən olunması vasitəsi kimi baxırlar. Bu cür yanaşma imtahanlardan əvvəl lazımsız dərəcədə psixoloji gərginliyə, imtahan zamanı təlaşa, imtahandan sonra isə məyusluğa … Read more

“Kənddən Şəhərə” mağazası fəaliyyətə başlayacaq

66780922 21b0 41be 9b69 2f08e10454e8

“Kənd Təsərrüfatı Nazirliyi”nə məxsus “Dövlət Aqrar Ticarət Şirkəti” MMC-nın daha bir “Kənddən Şəhərə” mağazasının açılışı olacaq. Bu barədə MMC-nın mətbuat katibi Mayis Musayev bildirib. Onun sözlərinə görə, mağazanın açılışı yaxın günlərdə baş tutacaq: “Mağaza Əhmədli qəsəbəsində yerləşəcək”. “Dövlət Aqrar Ticarət Şirkəti”nin kiçik və orta fermerlərə dəstəyi çərçivəsində Nizami küçəsi,154B ünvanında “Kənddən Şəhərə” mağazası fəaliyyət göstərir. … Read more

Bugünədək biçilmiş taxıl sahəsi

15613700355401735600 367x266

Respublika ərazisində taxıl biçini davam edir. Bu il Azərbaycan ərazisində 1 milyon 9 min 139,8 hektar sahədə taxıl əkini aparılıb. Bunlardan 677 min 793 hektarı buğda, 331 min 346,8 hektarı isə arpa sahəsidir. Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən bildirilib ki, iyunun 24-nə olan operativ məlumata görə, ölkə ərazisində 595 min 192,25 … Read more