Xaçınabada ilk dəfə təbii qaz verilib

D0ee6ef2 8b0e 4b03 9ec9 8ac85fab4062

Bu gün Beyləqan rayonunun Xaçınabad kəndi ilk dəfə təbii qazla təmin olunub. “Azəriqaz” İstehsalat Birliyindən verilən məlumata görə, bu münasibətlə keçirilən tədbirdə rayon İcra Hakimiyyətinin və “Azəriqaz”ın təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. Bildirilib ki, 77 fərdi evdən ibarət olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 3 836 metr müxtəlif diametrli metal borularla daşıyıcı … Read more

Milli Məclisin növbəti iclası keçiriləcək

8949eb80 92b7 44c9 89f7 244cb9fa808e

Azərbaycan Milli Məclisinin növbəti iclasının vaxtı və gündəliyi bəlli olub. Gündəliyinə 18 məsələ daxil olan iclas mayın 17-də keçiriləcək. Bunlar “Dövlət rüsumu haqqında”, “Telekommunikasiya haqqında”, “Yol hərəkəti haqqında” qanunlarına, eləcə də Mülki, İnzibati xətalar məcəllələrinə dəyişiklik layihələridir. İclasda yeni hazırlanan “Standartlaşdırma haqqında” (üçüncü oxunuş), “Texniki təmizləmə haqqında” (ikinci oxunuş) qanun layihələrinə də baxılacaq.

Şirkətlərin reytinqi

Media monitorinq

Media Consulting and Services media monitorinq qrupu 01-30 aprel 2019-cu il dövrü üzrə məlumatların hesabatına yekun vurub. Şirkətdən verilən məlumata görə, media monitorinqin əhatəsinə daxil olan məlumatlar say, xarakter və məzmun üzrə təhlil olunub, sektorlar üzrə şirkətlərin media reytinqi hesablanıb. Qeyd edək ki, Şirkətin media monitorinq qrupu 12 Televiziya kanalı, 13 radio dalğası; 55 çap … Read more

Temperatur aşağı düşəcək

Rain

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə yağış yağacağı, gecə intensiv olacağı, şimşək çaxacağı ehtimalı var. Hava gündüz dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək. Arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 14-16, … Read more

“Azərsu” sədri Beyləqanda vətəndaşları qəbul edəcək

4588e6e3 9097 46c1 99b5 130b3577eb32

“Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov mayın 17-də Beyləqan şəhərində Beyləqan və Xocavənd rayonundan olan sakinləri, sədr müavinləri isə Füzuli və İmişli şəhərlərində sakinləri qəbul edəcək. “Azərsu” ASC-dən verilən məlumata görə, qəbullar Beyləqan, Füzuli və İmişli Sukanal sahələrinin inzibati binalarında keçiriləcək. Qəbulda sakinlərin içməli su təchizatı və kanalizasiya xidmətləri ilə bağlı müraciətlərinə baxılacaq. Vətəndaşlar qəbul üçün … Read more

Körpə qaynar sudan yandı

C87abceb d2b2 4d4d 9b79 81534c8ef344

Kürdəmir rayonunda körpə qaynar sudan yanıb.  Hadisə rayonun Karrar kəndində qeydə alınıb. Belə ki, 2018-ci il təvəllüdlü Yusif İlham oğlu Kərimlinin ehtiyatsızlıqdan üzərinə qaynar su dağılıb. Nəticədə onun döş qəfəsinin sol yuxarı ətrafı, sol baldırı və sağ əli yanıb. Körpə müxtəlif dərəcəli yanıq xəsarətləri ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Əliyev ziyarət olunub

10 may ziyareti

Mayın 10-u Azərbaycanın eks-prezidenti Heydər Əliyevin anadan olmasının 96-cı ildönümüdür. Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, ailə üzvləri Bakıdakı Fəxri xiyabanda mərhum prezidentin məzarını ziyarət ediblər. Mərasimə baş nazir Novruz Məmmədov, Milli Məclisin sədri Oqtay Əsədov, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, nazirlər, komitə və şirkət rəhbərləri, Milli Məclisin deputatları qatılıblar. Sonra İlham Əliyev və … Read more

Azərbaycanda özəl qəbiristanlıqlar ola bilər?

Qebirstanliq

Azərbaycanda özəl qəbiristanlıqların olması mümkün deyil. Bunu jurnalistlərə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov deyib. Onun sözlərinə görə, Nazirlər Kabinetinin təsdiqlədiyi sənədə əsasən, qəbiristanlıqlar bələdiyyələrin balansında olmalıdır: “Qəbiristanlıqlarla bağlı bütün məsələlər həmin sənədlə tənzimlənməlidir. Həmin sənəddə isə qəbiristanlıqların salınması, dəfn işinin təşkili öz əksini tapıb”. G.İsmayılovun sözlərinə görə, hazırda bu … Read more

Azərbaycan boksçuları finala vəsiqə qazanıb

1557480837362348184 750x500

Rusiyada kişi boksçular arasında start götürən “Sankt-Peterburq qubernatorunun kuboku” beynəlxalq turniri davam edir. Sayca onuncu dəfə keçirilən ənənəvi beynəlxalq turnirdə Azərbaycan millisinin üzvü Məhəmməd Abdullayev (+91 kq) özbəkistanlı Obidjon Tohirov ilə üz-üzə gəlib. Döyüş Məhəmmədin 3:2 hesablı qələbəsi ilə başa çatıb. M.Abdullayev bu qələbə sayəsində yarımfinala yüksəlib. O, növbəti qarşılaşmasını bu gün keçirəcək. Digər Azərbaycan … Read more

Naxçıvanda atış birinciliyi

Telim 1

Naxçıvan qarnizonunda atış birinciliyi keçirilib. Müdafiə Nazirliyinin 10 may məlumatına görə, 9 millimetrlik “Makarov” tapançasından keçirilən atış birinciliyinə 72 hərbi qulluqçudan ibarət 24 komanda qatılıb. Qadın hərbi qulluqçuların da mübarizə apardığı birincilikdə komanda hesabında 1-ci və 2-ci yerə motoatıcılar, 3-cü yerə xüsusi təyinatlılar layiq görülüblər. Fərdi hesabda 1-ci yerdə polkovnik Tehran Mənsimov, 2-ci yerdə mayor … Read more

Qazaxda müəllimlər üçün hazırlıq kursları təşkil olunub

1557471725778633221 367x266

Dövlət İmtahan Mərkəzində (DİM) Qazax rayonu üzrə elektron qeydiyyatdan keçmiş müəllimlər üçün ingilis, fransız dilləri, tarix, fizika, kimya və biologiya fənləri üzrə hazırlıq kursları (birgünlük təlim) təşkil edilib. Mərkəzin şöbə müdiri Afiqə Batıyeva təlim kurslarının proqramı haqqında məlumat verib. Hazırlıq kurslarında ingilis dili fənni üzrə moderator və elmi-metodik seminarın rəhbəri Şəhla Musayeva, fransız dili fənni … Read more

“Neftçi” – “Qarabağ” matçı ilə bağlı bəyanat

Bfeb878f d4b7 4208 9ac5 4398f30c7b19

Son günlər sosial şəbəkələrdə Azərbaycan Premyer Liqasının sonuncu XXVIII turunda keçiriləcək “Neftçi” – “Qarabağ” qarşılaşması ilə bağlı xoşagəlməz müzakirələr edilməkdədir. Bununla bağlı Peşəkar Futbol Liqası (PFL) bəyanat yayıb. Ölkə çempionatının keçirilməsinə cavabdeh olan qurum bildirib ki, görüşdən əvvəl və ya sonra, oyun ərzində ictimai asayişi pozan, təhrikedici və təhqiredici hərəkətlərə yol verən şəxslər hüquqi müstəvidə … Read more

Atəşkəs 28 dəfə pozulub

510cc25d 07f6 479b b0df 0d2febf98bfc

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 28 dəfə pozub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Ermənistanın Berd rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Qaralar kəndində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub. Tərtər rayonunun işğal altında … Read more

XİN Ermənistanın bəyanatlarına cavab verib

406236125

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Ermənistan siyasi rəhbərliyinin hərbi işğal altında saxladığı Şuşa şəhərinə səfəri və bu xüsusda səsləndirdiyi bəyanatlara münasibət bildirib. XİN bu çıxışların münaqişə tərəfləri arasındakı son görüşlərdə qəbul edilmiş birgə bəyanatlarla ziddiyyət təşkil etdiyini bildirib: “Ermənistan siyasi rəhbərliyinin hərbi işğal altında saxladığı Şuşa şəhərinə səfəri, bu xüsusda səsləndirilmiş bəyanatlar, eləcə də xarici … Read more

“Atasığorta”nın rəhbərliyi dəyişir

A5e412ae 32de 4037 8205 a68e11e0b439

“Atasığorta” ASC-nin İdarə Heyətinin sədri Müseyib Əliyev vəzifəsini tərk edir. Bu barədə maliyyə bazarındakı mənbə bildirib. Onun sözlərinə görə, M.Əliyev sabahdan əmək fəaliyyətini Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus “Azərpoçt” MMC-də maliyyə direktoru kimi davam etdirəcək. Xatırladaq ki, o, 2012-ci ildən sığorta şirkətinə rəhbərlik edir. “Atasığorta”nın yeni rəhbəri də sabah məlum olacaq. Bununla bağlı … Read more

100 yaşlı veteran qələbəsini qeyd edib

Victory day russia

Lənkəranlı müharibə veteranı “Qələbə” gününü və 100 yaşını qeyd edib. “Report”un Cənub mərkəzinin könüllüləri 9 May – Faşizm üzərində qələbənin 74-cü ildönümü günündə Lənkəran şəhər sakini olan II Dünya Müharibəsi veteranı, I qrup müharibə əlili Mirzə Abutalıb oğlu Əkbərovun görüşünə gedib. Oğlu ilə bayram tədbirindən qayıdan qəhrəmanımızla söhbətimizi evdə davam etdirdik. M.Əkbərov 1919-cu il mayın 20-də … Read more

“Qələbə günü” münasibətilə peyntbol keçirilib – Fotolar

FB IMG

9 may faşizm üzərində “Qələbə günü” münasibətilə Qazax Gənclərin İnkişaf və Karyera Mərkəzinin təşkilatçılığı ilə Ağstafa Peyntbol və Atıcılıq Mərkəzində mini turnir keçirilib. “Bölgənin Səsi” saytına verilən məlumata görə, yarışda Ağstafa və Qazaxın ümumilikdə 4 komandası mübarizə aparıb. Turnirin nəticələrinə əsasən, BDU-nun Qazax filialının komandası I, “Ağstafa gəncləri” komandası II, “Qazax gəncləri” komandası isə III … Read more

Paşinyan Dağlıq Qarabağda

419733687

Ermənistanın baş naziri Nikol Paşinyan həyat yoldaşı Anait Saakyanla Azərbaycanın işğal olanmuş Dağlıq Qarabağ gedib. Məlumatı Ermənistan KİV-i yayıb. Bildirilib ki, onu Xankəndi hava limanında işğalçı rejimin başçısı Bako Saakyan qarşılayıb. Mayın 8-də Ermənistan parlamentinin sədri Ararat Mirzoyan, keçmiş prezident Serj Sarqsyan da Qarabağa gedib. Qeyd edək ki, 1992-ci il mayın 8-də Azərbaycanın Şuşa şəhəri … Read more

Hərbi xidmətdən yayınma halları azalıb

412129794

Azərbaycanda hərbi xidmət əleyhinə olan cinayətlər 1998-ci illə müqayisədə 7 dəfə, hərbi xidmətdən yayınma cinayətləri 1998-ci illə müqayisədə 33 dəfə, hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etmə cinayətləri 1998-ci illə müqayisədə 29 dəfə, fərarilik cinayətləri 1998-ci illə müqayisədə 371 dəfə, müharibə vaxtı və ya döyüş şəraitində hərbi hissəni və ya xidmət yerini özbaşına … Read more

Ötən gün 5 yol qəzası olub: 8 ölü, 18 yaralı

Car crash

Ötən gün daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumat açıqlanıb. Respublikanın daxili işlər orqanları tərəfindən, gün ərzində törədilmiş 31 cinayətin üstü “isti izlər”lə açılıb. Bundan başqa, əvvəlki dövrlərdən bağlı qalmış 17 cinayətin açılması təmin olunub. Həmçinin axtarışda olduğuna görə ümumilikdə 22 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 3 nəfər, … Read more