Azərbaycan nefti ucuzlaşıb

A93b975b 904e 4329 a263 8e7e518af559

Azərbaycanın dünya bazarına çıxararaq satdığı “Azeri LT CIF” markalı xam neftin qiyməti 0,77 ABŞ dolları və yaxud 1,16% azalıb. “Azeri Light” markalı neftin bir barelinin qiyməti 65,78 dollar təşkil edib. Xatırladaq ki, “Azeri LT CIF” neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.

“Qarabağ”ın oyununda yağış gözlənilir

C04a0d88 2748 4b68 8bc9 7a9a57d48b3e

“Qarabağ”ın Çempionlar Liqasının I təsnifat mərhələsində “Partizani” ilə Albaniyanda keçirəcəyi oyun yağışlı hava şəraitində baş tuta bilər. “Panorama Sport” portalı xəbər verir ki, meydan sahiblərinin dünən Tiranada baş tutan açıq məşqi zamanı yağış yağıb. Sinoptiklər bu gün də şimşək çaxacağını və yağış yağacağını proqnozlaşdırırlar. Temperatur isə müsbət 30 dərəcə təşkil edəcək. Portal “Partizani”nin Ağdam komandası … Read more

Əqli Mülkiyyət Agentliyi ötən ili mənfəətlə başa vurub

6feaf8a7 bf7b 4876 a1cf 2a76dd40f286

Əqli Mülkiyyət Agentliyinin (COPAT) aktivləri bu il yanvarın 1-nə 8,66 milyon manat təşkil edib. Qurumun maliyyə hesabatında qeyd olunub ki, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 4,8 dəfə çoxdur. Hesabat dövründə COPAT-ın cəmi öhdəlikləri 13,6% artaraq 611 min manata, cəmi kapitalı isə 6,3 dəfə artaraq 8,049 milyon manata, o cümlədən nizamnamə kapitalı 5 dəfə … Read more

Təmas xəttində monitorinqin keçiriləcək

8522bb90 1a67 43a8 82a2 f6c315022f2d

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, iyulun 11-də Ağdam rayonu istiqamətində Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində növbəti monitorinqin keçirilməsi planlaşdırılır. Bu barədə Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib. Monitorinqi Azərbaycan tərəfindən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Oqnyen Yoviç və Martin Şuster keçirəcəklər. Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş … Read more

Bayraqla bağlı qanunvericiliyə dəyişiklik edilir

93eac724 ab35 4b4f b785 2156e5144034

“Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” və “Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında” qanunlara dəyişiklik edilir. Dəyişiklik dəqiqləşdirmə xarakterlidir. “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” qanunun 1-ci (Azərbaycan Respublikasının Dövlət bayrağının təsviri təsdiq edilsin) və 2-ci (Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında Əsasnamə təsdiq edilsin) hissələri ləğv edilib. “Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında” qanunun isə … Read more

3 yaşlı uşaq yanıq xəsarətləri alıb

469ebadf 94aa 44c4 81f7 75aff38999eb

Qazax şəhərində 3 yaşlı uşaq yanıq xəsarətləri alıb. 2016-cı il təvəllüdlü Ömər Şahmarov ehtiyatsızlıqdan içərisi qaynar su ilə dolu olan qazanın içərisinə yıxılıb. O, yaxınları tərəfindən Qazax rayon Müalicə və Diaqnostika Mərkəzinə çatdırılıb. Ona ilkin tibbi yardım göstərildikdən sonra vəziyyəti ağır olduğundan Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə göndərilib. Ö.Şahmarovun vəziyyətinin ağır olduğu bildirilir. Hadisənin hansı şəraitdə baş … Read more

Bölgələrdə toxum mağazaları açılacaq

1ce5531a 551f 4fcb a935 a986921ffd26

Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Dövlət Toxum Fondu ölkənin regionlarında toxum mağazaları açacaq. Bu barədə Dövlət Toxum Fondunun sədri Emin Əliyev məlumat verib. Onun sözlərinə görə, yaxın günlərdə cənub zonasında, həmçinin Şəki və Zaqatalada toxum mağazaları açılacaq: “Bu mağazalarda yerli və xarici sertifikatlaşdırılmış toxumların satışı həyata keçiriləcək”. Xatırladaq ki, Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Dövlət Toxum Fondunun ilk mağazası Xaçmaz … Read more

Sabah yağış yağacaq, külək əsəcək

F2051f7a fbcf 4fbb 959e 9ccf726df004

İyulun 10-da Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Azərbaycanın rayonlarında isə bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gündüz yağış tədricən kəsiləcək. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 20-25, gündüz 32-37, dağlarda gecə … Read more

Pensiyaların artırılmasını nəzərdə tutan dəyişiklik qəbul olunub

D0040668 29a7 481f b5a6 caa0489fd71e

Milli Məclisin bu gün keçirilən plenar iclasında “Əmək pensiyaları haqqında” qanuna dəyişiklik layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılıb. Dəyişiklik əmək pensiyalarının minimum məbləğinin artırılması ilə bağlıdır. Prezident İlham Əliyevin qanunvericilik təşəbbüsü ilə parlamentə göndərdiyi layihəyə əsasən, qanunun 6-1-ci maddəsinin (Əmək pensiyasının minimum məbləği) mətni yeni redaksiyada verilir: “Əmək pensiyasının minimum məbləği 2019-cu il 1 oktyabr tarixindən … Read more

Milli Məclis büdcəyə dəyişiklikləri qəbul edib

B77820f2 9cb9 472c a3b5 35f3a7ec4fa4

Milli Məclisin (MM) bu gün keçirilən plenar iclasında “2019-cu il dövlət büdcəsi haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi müzakirə edilərək II oxunuşda qəbul olunub. Ölkədə minimum əmək haqqının və pensiyanın artırılması ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) büdcəsinin 200 milyon manat, İşsizlikdən Sığorta Fondunun isə büdcəsinin isə … Read more

İyun ayında körpələrə 14 yeni ad qoyulub – Siyahı

B7e82690 b71c 4354 9aba 669cb5cce558

Bu ilin iyun ayı ərzində Azərbaycanda körpələrə qoyulan yeni adlar məlum olub. Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini, professor Sayalı Sadıqova bildirib ki, komissiyanın nəzdində yaradılmış Adlar və Soyadlar üzrə Xüsusi Komissiyaya Ədliyyə Nazirliyinin qeydiyyat şöbələrindən ötən ay üzrə daxil olan adlar arasında 14-ü yenidir. Onun sözlərinə görə, yeni adların hamısına müsbət cavab verilib və körpələrə qoyulmasına … Read more

Dövlət qulluğuna marağın artırılmasına dair layihə başlayıb

IMG

Аzərbaycan Demokratik Tələbə Gənclər Təşkilatı (ADTGT) Azərbaycan Respublikasının Gənclər Fondunun (AGF) maliyyə dəstəyi və Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM) tərəfdaşlığı ilə “Region gənclərinin dövlət qulluğuna maraq və imkanlarının artırılması” adlı maarifləndirici layihə çərçivəsində növbəti təlim fəaliyyətə başlayıb. Qazax Gənclər Mərkəzində başlayan 3 günlük tədbirin rəsmi açılışında GİKM Qazax nümayəndəliyinin direktoru İsmayıl Süleymanov, ADTGT sədri … Read more

Şəkidə Toxum Emalı Zavodu fəaliyyətə başlayıb

5

Kənd Təsərrüfatı Nazirliyi tabeliyində Dövlət Toxum Fondunun Şəki şəhərində yeni inşa edilmiş zavodu fəaliyyətə başlayıb.  Nazirlikdən verilən məlumata görə, zavod ilk sifariş olaraq 63 ton “Aran” sortundan olan buğda toxumunu emal edib. Müəssisə saatda 5 ton toxum emal etmək gücünə malikdir. Ümumi sahəsi 1.1 hektar olan müəssisə inzibati binadan, toxum təmizləyici mərkəzdən, emal prosesindən əvvəl toxum … Read more

Atəşkəs rejimi pozulub

Ec80c7b8 9d93 47d9 98e3 65d1fdee5488

Sutka ərzində Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində nisbi sakitlik müşahidə olunub. Bu barədə Müdafiə Nazirliyinin Mətbuat xidməti məlumat yayıb. Cəbhənin bəzi sahələrində atəşkəs rejimi ara-sıra açılan atəşlə pozulub.

Dövlət qulluğuna qəbul imtahanı keçiriləcək

F086d4c0 9a53 4b23 a1e1 aa65f6c3b254

Dövlət İmtahan Mərkəzi (DİM) iyulun 14-də dövlət qulluğunda inzibati vəzifələrin A növünə (inzibati rəhbər (idarəetmə) vəzifələr) aid olan AA, AB və AC qruplarına uyğun olan vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün test imtahanı keçirəcək.  DİM-dən verilən məlumta görə, imtahan kompüter vasitəsilə aparılacaq. İmtahana qeydiyyat iyulun 12-si saat 13:00-dək davam edəcək. İmtahanda iştirak etmək istəyən namizədlər DİM-in portalında “Şəxsi kabinet”lərini … Read more

Müəllimlərin keçid balı ilə bağlı – Açıqlama

Imtahanmuellim

Müəllimlərin işə qəbulu üzrə test imtahanlarında keçid balının ötənilki səviyyədə olacağı gözlənilir. Bunu Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini Murad Camalzadə bildirib. Onun sözlərinə görə, müəllimlərin işə qəbulu üzrə bugündən başlayan test imtahanları iyulun 24-ə kimi davam edəcək. Ümumilikdə, 15 gün ərzində hər gün 3200 namizədin imtahan verməsi planlaşdırılır. İndiyədək namizədlərin davamiyyətinin 83 faiz … Read more

Şəki halvasının istehsalı artırılacaq

Haba2

Şəki halvası, şirniyyat və un məmulatlarının istehsalı ilə məşğul olan “Halvaçı Yəhya” şirkəti istehsal həcmini artırmağı planlaşdırır. Bunu müəssisənin direktoru Ramin Səmədov deyib. Onun sözlərinə görə, müəssisədə gündəlik olaraq 150-160 kiloqram Şəki halvası istehsal olunur: “Bu məhsul istehsalının əsasını təşkil edir və tamamilə daxili bazarda satılır. Müəssisənin gündəlik istehsal həcmi 250 kiloqram təşkil edir. İstehsal … Read more

Sərnişindaşımanın statistikası açıqlanıb

Bus

Bakı Beynəlxalq Avtovağzal Kompleksindən (BBAK) 2019-cu ilin iyun ayı ərzində istifadə edən sərnişinlərin sayı açıqlanıb.  BBAK-dən verilən məlumata görə, bu ilin iyun ayı ərzində ümumilikdə 10 min 915 reyslə 287 min 585 sərnişin daşınıb. Sərnişinlərdən 260 mini şəhərlərarası istiqamətlərə, 27 min 585 sərnişin isə beynəlxalq reyslərlə yola düşüb. Şəhərlərarası istiqamətlərdə ən çox sərnişin axını Gəncə, … Read more

Bu qrupların imtahan nəticələri iki həftəyə açıqlanacaq

F086d4c0 9a53 4b23 a1e1 aa65f6c3b254

II və III ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olunmaq üçün iyulun 7-də keçirilən imtahanların nəticələri yaxın iki həftə ərzində elan olunacaq. Bu barədə Dövlət İmtahan Mərkəzindən məlumat verilib. Mərkəz həmçinin imtahanlarda istifadə olunan test tapşırıqlarının düzgün cavablarını açıqlayıb. Cavablara bu linkdən baxmaq olar.

Sabahın hava proqnozu açıqlanıb

Ee5b3c69 3330 4fa4 b78a 17c235975845

İyulun 9-da Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb.  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin yaydığı verilən məlumata görə, Azərbaycanın rayonlarında iyulun 9-da hava əsasən yağmursuz keçəcək, lakin axşama doğru bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Şərq küləyi gündüz bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu … Read more