Azərbaycanda seçici siyahıları dəqiqləşdirilib

Trend election 110418

Azərbaycanda seçici siyahılarının dəqiqləşdirilməsi prosesinə yekun vurulub. Bu barədə Mərkəzi Seçki Komissiyasının sədri (MSK) Məzahir Pənahov məlumat verib. M.Pənahov bildirib ki, hazırda Azərbaycanda 5 milyon 212 min 902 seçici var. “Seçici siyahılarının dəqiqləşdirilməsi prosesinə yanvar ayından start verilib. Bu il ötən illə müqayisədə seçicilərin sayında 21 min nəfər artım müşahidə olunub. Seçicilərin 50.83 %-ni qadınlar, … Read more

Sabah rayonlarda leysan yağacaq

Molniya

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında mayın 30-da gün ərzində arabir yağış yağacağı gözlənilir. Şimşək çaxacağı ehtimalı var. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 18-21, gündüz 24-28, Bakıda gecə 18-20, gündüz 25-27 dərəcə isti … Read more

Bakıda Dağlıq Qarabağ münaqişəsi müzakirə olunub

IMAG0165

Bu gün Bakı şəhərində “Humanitar tədqiqatlar” mərkəzinin təşəbbüsü ilə dəyirmi masa keçirilib. “Bölgənin Səsi” saytının məlumatına görə, tədbirdə “Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Bakıda və regionlarda məlumatlılıq” mövzusunda müzakirələr aparılıb. Müzakirələrdə ekspertlər, ictimai təşkilatların nümayəndələri iştirak edib.

Atəşkəs yenə pozuldu

Trend karabax main

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 26 dəfə pozub. Müdafiə Nazirliyindən verilən məlumata görə, Ermənistan Respublikası Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Ağbulaq kəndində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub. Tərtər rayonunun işğal altında olan Göyarx, … Read more

Gəncədə evləri su basıb

10 01 34 g nc sel sularina q rq oldu evl ri su basib

Gəncədə bir çox həyət evlərini su basdı. Dünən günortadan başlayaraq Gəncəyə güclü yağış yağmağa başlayıb. Leysan xarakterli olan yağış sonradan doluya çevrilib. Təxminən yarım saatdan artıq davam edən təbiət hadisəsi yollarda hərəkəti çətinləşdirib, dolunun diametri 1 sm-ə qədər müşahidə olunub. Küçələrdə sel suları səkilərədək qalxıb. Kanalizasiya sisteminin düzgün olmaması da əlavə problemlər yaradıb. Nizami rayonunda … Read more

Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından 101 il ötür

Images (4)

Bu gün Azərbaycanda Respublika Günü qeyd olunur. 28 May 1918-ci il tarixində müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından 101 il ötür. 1990-cı ildən Respublika Günü dövlət bayramı kimi qeyd edilir. Bakıda Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə İstiqlal bəyannaməsi abidəsi ucaldılıb. 1917-ci ildə Rusiyada baş vermiş Fevral inqilabı nəticəsində Çar İmperiyası devrildi. … Read more

Azərbayan və Gürcüstan sərhədində görüş

Border

Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi general-polkovnik Elçin Quliyev və Gürcüstan Daxili İşlər Nazirliyinin Sərhəd Po­lisinin rəisi Teymuraz Kekelidzenin başçılıq etdiyi nümayəndə heyət­lərinin dövlət sərhədində işçi gö­rüşü ke­çirilib. Görüş zamanı Azərbaycan-Gürcüstan dövlət sərhədində mövcud əməliyyat şəraiti, sərhəd rejiminin təmin edilməsi, məlumat mübadiləsinin həyata keçirilməsi, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub. 29 may Bakı … Read more

Şəkidə kənd təsərrüfatı texnikası yarmarkası keçirilib

15589603814705114084 750x500

Kənd Təsərrüfatı Nazirliyinin keçirdiyi texnika yarmarkalarının növbəti ünvanı Şəki olub. Mayın 26-27-də Zaqatala, Qax, Balakən, Şəki rayonlarının fermerləri kənd təsərrüfatı texnikası təchizatçıları və maliyyə qurumları ilə tanış olub, eləcə də texnika satışı şərtləri barədə məlumatlandırılıb. Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən bildiriblər ki, texnika yarmarkalarında 20-dən artıq təchizatçı ilə yanaşı, banklar, lizinq … Read more

Taxıl İstehsalçıları və Emalçıları Assosiasiyası yaradılıb

21291c70 a135 4d79 b1b6 b17eec4c1ef2

Ölkədə fəaliyyət göstərən taxıl istehsalçıları və emalçılarının təşəbbüsü, İqtisadiyyat və Kənd Təsərrüfatı nazirliklərinin, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının dəstəyi ilə “Azərbaycan Taxıl İstehsalçıları və Emalçıları Assosiasiyası” İctimai Birliyi təsis olunub. Bu gün bununla bağlı Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Tədqiqatlar Mərkəzində dövlət qurumlarının nümayəndələrinin, taxıl istehsalı və emalı ilə məşğul olan sahibkarların iştirakı … Read more

Növbəti üç günün hava proqnozu

4c8ba54d 5df9 4d16 bf2b eabb44010636

Azərbaycanda 3 gün ərzində gözlənilən hava şəraiti açıqlanıb.  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında mayın 28-də gün ərzində bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu Abşeron yarımadasında gecə 16-18, gündüz 23-26, Bakıda gecə 16-18, gündüz 24-26 dərəcə … Read more

Azərbaycanlı əsgərlər gürcüləri təbrik edib

B070d2ab 6c98 4b44 8603 7cdce285449b

Gürcüstan ordusunda xidmət edən azərbaycanlı hərbçilər 26 may – Müstəqillik Günü münasibətilə ölkəni təbrik ediblər. Təbrikin yer aldığı videonu Gürcüstanın Müdafiə Nazirliyi rəsmi “Facebook” səhifəsində yayıb. Azərbaycanlı əsgərlər videoda “Gürcüstana xidmət edirik!” və “Yaşasın Gürcüstan!” şüarları səsləndiriblər. Videonu Gürcüstanda sosial şəbəkə istifadəçiləri böyük maraqla qarşılayıblar. Bu gün günorta saat 12:00-da paylaşılan qısa video 4 000-ə … Read more

Qazaxda külək ağacları kökündən qoparıb

Eb4e8546 2d97 4e8f b0c5 f11dd4e46887

Qazaxda hava şəraiti kəskin dəyişib, yağış yağıb, dolub düşüb. “Bölgənin səsi” saytının məlumatına görə, güclü və aramsız külək şəhər mərkəzində yerləşən “Mütəfəkkirlər” parkı ərazisində üç ağacı kökündən qoparıb. Heydər Əliyev Prospektinə yıxılan ağaclar yolu kəsib, işıq dirəyinə və bir “Opel” markalı avtomobilə zərər vurub. Eyni zamanda yağan yağış və dolu ərazidə aparılan işi çətinləşdirib. Buna … Read more

DİM magistraturaya qəbul imtahanını keçirib

Bb4f94f0 51b0 42ff 9809 503d0b10ca67

Dövlət İmtahan Mərkəzi (DİM) bu gün ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul imtahanının ikinci mərhələsini keçirib. İmtahan Bakı, Naxçıvan və Gəncə şəhərlərində, ümumilikdə, 27 binada aparılıb. İmtahan bütün binalarda eyni vaxtda – saat 11:00-da başlanıb və sualların cavablandırılmasına 1 saat 30 dəqiqə vaxt ayrılıb. Sabahdan etibarən DİM-də imtahan protokollarının və cavab kartlarının emalı aparılacaq. … Read more

Çaylarda suyun səviyyəsi dəyişib

Download (5)

Çaylarda suyun səviyyəsində dəyişiklik olub. Belə ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, ötən günlər ərzində yağan yağışın bəzi yerlərdə leysan xarakterli olması nəticəsində Böyük Qafqazın bəzi çaylarında sululuq artmış, Kişçay çayında isə qısamüddətli daşqın müşahidə olunub. Bundan başqa, Böyük Qafqazın Quba-Xaçmaz bölgəsindən axan Vəlvələçay çayında sululuq ongünlük normadan çox … Read more

Sabahın hava proqnozu: əsasən yağmursuz

Sun weather (2)

Mayın 27-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, gecə bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 18-21° isti, gündüz 23-26° isti, Bakıda gecə 19-21° isti, gündüz 23-25° isti təşkil … Read more

Samuxda kombaynlar biçinə hazırdır

15588445403103016383 367x266

Samux rayonunda taxıl biçininə hazırlıqla əlaqədar kombaynlara baxış keçirilib. Bu il Samux rayonu üzrə 10595 hektar sahədə taxıl əkilib. Bundan 5698 hektarı buğda, 4162 hektarı arpa, 735 hektarı isə xəsildir. Qeyd edilib ki, bu sahələrin biçini yaxınlaşdıqca kombayınlar sazlanaraq biçinə hazır vəziyyətə gətirilib. Hazırda Samux rayonu üzrə 35 kombayn biçinə tam hazırdır. Bu kombayınlardan 3 … Read more

Məcburi köçkünlər üçün ayrılan pullar hara xərclənir?

409823070

Keçən il qaçqınlar və məcburi köçkünlər üçün ayrılan vəsaitin həcmi və həmin vəsaitin hansı istiqamətlərə xərcləndiyi məlum olub. Bu barədə Hesablama Palatasının “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinə və dövlət büdcəsinin icrasına dair illik hesabata rəyində qeyd olunub. Sənədə əsasən, 2018-ci ilin dövlət büdcəsində Qaçqınların və Məcburi Köçkünlərin işləri  üzrə Dövlət Komitəsinin saxlanılması üçün ayrılmış 2 milyon … Read more

Hansı nəqliyyat vasitələrindən istifadə edirsiniz?

Azneft

2019-cu ilin yanvar-aprel ayları ərzində Azərbaycanda nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən 69,4 milyon ton yük daşınıb və 2018-ci ilin müvafiq dövrünə nisbətən 2,1 faiz artım müşahidə olunub. Yüklərin 3,1 faizi dəniz, 6,7 faizi dəmir yolu, 0,1 faizi hava, 61,2 faizi avtomobil nəqliyyatı, 28,9 faizi isə boru kəməri ilə daşınıb. 2019-cu ilin yanvar-aprel aylarında … Read more

Atəşkəs bu gün də pozuldu

Trend karabax main

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 19 dəfə pozub. Müdafiə Nazirliyindən verilən məlumata görə, Ermənistan Respublikası Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən Azərbaycan mövqeləri atəşə tutulub. Ağdam rayonunun işğal altında olan Tağıbəyli, Şıxlar, Mərzili, Füzuli rayonunun Qaraxanbəyli kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər və … Read more