Cəbhədəki vəziyyət

8a55c6d1 e306 49e9 afd8 44de13720c04

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 22 dəfə pozub. Müdafiə Nazirliyinin Mətbuat xidmətinin yaydığı məlumata görə, Ermənistan Respublikası Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub. Tərtər rayonunun işğal altında olan Çiləbürt, Ağdam rayonunun Şıxlar, … Read more

Son altı ildə tələbə adı qazanların sayı artıb

Ceyhun bayramov

“Son 6 ildə ali təhsil müəssisələrinə qəbul olan tələbələrin sayında 20.8 faiz artım müşahidə olunub”. Bunu Təhsil naziri Ceyhun Bayramov “İqtisadiyyat və İdarəetmə ixtisasları üzrə magistrantların Beynəlxalq Elmi Konfransı”nda çıxışı zamanı deyib. O bildirib ki, təkcə 2018-ci ildə 41 mindən çox şəxs tələbə adını qazanıb: “İqtisadiyyatın inkişafında ali təhsilin rolu xüsusi önəm kəsb edir. Azərbaycan … Read more

Azərbaycan ordusu şəhid verib

MN en yeni

Azərbaycan Ordusunun hərbi qulluqçusu Aqil Akif oğlu Omarov şəhid olub. Müdafiə Nazirliyi mətbuat xidmətinin bununla bağlı yaydığı məlumatda deyilir ki, Ermənistan Silahlı Qüvvələrinin bölmələri cəbhə xəttində atəşkəs rejimini kobud surətdə pozmaqla növbəti dəfə təxribat törədib: “ATƏT-in Minsk qrupu həmsədrlərinin ölkəmizdə səfərdə olduğu bir vaxtda, mayın 30-u səhər cəbhənin Ağdam rayonu istiqamətində düşmənin açdığı snayper atəşi … Read more

I sinif şagirdlərinin çantası yüngülləşdiriləcək

Derslikler yeni (1)

“2020-ci ildə I sinif şagirdləri üçün Azərbaycan dili və Riyaziyyat fənnindən yeni ehtiyat dərsliklərin istifadəyə verilməsi nəzərdə tutulur”. Bunu Təhsil İnstitutunun “Ehtiyat dərsliklər” layihəsinin rəhbəri Zaur İsayev Təhsil Nazirliyinin media üçün təlimində çıxışı zamanı deyib. Onun sözlərinə görə, hazırda layihə sınaq prosesindədir: “Bu ilin sentyabr ayından etibarən ölkənin 97 məktəbinin 123 sinfində 3 244 şagird … Read more

Qaxda yem emalı zavodu açılıb

98179ae6 e0ae 4a4e bfbd 57ad15630d97

Azərbaycanın regionlarında kənd təsərrüfatının və heyvandarlığın inkişafına, eləcə də mikro və kiçik sahibkarlıq fəaliyyətinin genişləndirilməsinə dəstək məqsədilə hökumətin və ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) birgə həyata keçirdiyi “Sosial-iqtisadi inkişaf fəaliyyəti” (SEDA) layihəsi çərçivəsində növbəti yem emalı müəssisəsi Qax rayonunda istifadəyə verilib. Bu barədə İqtisadiyyat Nazirliyindən bildirilib. Məlumata görə, müəssisədə istehsal sahəsi və anbar inşa olunub, … Read more

Üç günün hava proqnozu açıqlanıb

Sun weather (2)

Mayın 31-dən iyunun 2-dək gözlənilən hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək. Mayın 31-də səhər bəzi yerlərdə zəif duman, çiskin olacaq. Şimal küləyinin sürəti 7-12 m/s, arabir 16 m/s, iyunun 1-də cənub küləyi əsəcək, küləyin sürəti 8-13 … Read more

Sabaha olan hava şəraiti: yağmursuz

Weather

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman, çiskin olacaq. Mülayim şimal küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 18-20, gündüz 26-29, Bakıda gecə … Read more

Ramazan bayramıda dəmir yolu gücləndirilmiş iş rejiminə keçib

Railway

Bayram və istirahət günlərində sərnişin axınının artması ilə əlaqədar, rahat və ucuz nəqliyyat vasitəsi kimi, vətəndaşlarımız dəmir yolunun xidmətindən istifadəyə üstünlük verirlər. “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətindən verilən məlumata görə, qurumun Sərnişin daşımaları Departamentinin kollektivi Ramazan bayramı ilə əlaqədar gucləndirilmiş iş rejimində çalışır. Departamentin kollektivi sərnişin qatarlarında xidmət mədəniyyətinin yüksəldilməsi üçün bütün qüvvələri səfərbər … Read more

Səməd Seyidov: “Ermənistanın apardığı siyasətdə təhlükə var”

Semed seyidov 160518

Bu gün Ermənistan hakimiyyəti informasiya müharibəsinə əl ataraq beynəlxalq ictimaiyyəti çaşdırmağa çalışır. Bunu Milli Məclisin komitə sədri, Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin sədri Səməd Seyidov “Ermənistanın regional təhdidi” mövzusunda beynəlxalq forumda çıxışı zamanı deyib. Onun sözlərinə görə, Ermənistanın apardığı siyasətdə təhlükə var. S.Seyidov əlavə edib ki, hazırkı Ermənistan rəhbərliyi özündə bir sıra xüsusiyyətləri ehtiva edir: … Read more

Orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu sistemi aktiv edilib

Exam main 220917

Ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu sistemi yenidən aktiv edilib. Dövlət İmtahan Mərkəzindən (DİM) Trend-ə verilən məlumata görə, mayın 30-dan iyunun 10-dək elektron ərizələrində ali təhsil müəssisələrinin I‑IV ixtisas qrupları üzrə keçirilən yaz imtahanında iştirak etmək istədiyini qeyd etmiş abituriyentlər yay imtahanında da iştirak etmək … Read more

Akademik: “Qafqazda ən az su Azərbaycandadır”

OLYMPUS DIGITAL CAMERA

Qafqaz ekosistemində olsaq da, regionda ən az su Azərbaycandadır. Bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov deyib. Onun sözlərinə görə, Azərbaycan hökuməti su ehtiyatlarının artırılması ilə bağlı ardıcıl tədbirlər görüb: “Azərsu” yaranandan sonra bu sahədə tədbirlər görülür, içməli su ehtiyatı artırılır. Bu gün Azərbaycanda əhaliyə verilən içməli su Beynəlxalq Səhiyyə … Read more

Muxtar respublikada heyvandarlıq məhsullarının istehsalı artıb

15591999806414759750 1000x669

Bu il aprelin 1-nə muxtar respublikanın bütün təsərrüfat kateqoriyalarında iribuynuzlu mal-qaranın sayı 121 min 230 baş, xırdabuynuzlu heyvanların sayı isə 754 min 918 baş olub ki, bu da 2009-cu ilin müvafiq dövründəki göstəriciləri 16,2 və 19,5 faiz üstələyib. Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsindən bildirilib ki, iribuynuzlu və xırdabuynuzlu heyvanların baş sayının artımının və cins tərkibinin … Read more

Təhsildən yazan jurnalistlər üçün təlimə başlanılıb

15592011452494732704 1000x669

Mayın 30-da Azərbaycan Respublikası Təhsil Nazirliyi “Dreamland Golf Club”da kütləvi informasiya vasitələrinin (KİV) nümayəndələriüçün  təlimə başlayıb. 30-dək media nümayəndəsinin iştirak etdiyi təlimin təşkilində əsas məqsəd təhsildən yazan jurnalistlərin bu sahə ilə bağlı daha dolğun məlumatlandırılması, media ilə səmərəli əməkdaşlığın gücləndirilməsi və görülən işlərin KİV vasitəsilə ictimaiyyətə çatdırılmasıdır. İki gün davam edəcək təlimin ilk günündə “2019-2023-cü … Read more

Şəkidə 200 ədəd çətənə kolu məhv edilib

0b504f96 df5d 4e45 88ef 6ab27b85f5db

Şəki şəhərində 200 ədəd çətənə kolu məhv edilib. “Xaş–xaş 2019” əməliyyat-axtarış və profilaktiki tədbirlər planına uyğun olaraq, Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən yabanı halda bitmiş narkotik tərkibli bitkilərin aşkar olunaraq məhv edilməsi istiqamətində növbəti əməliyyat tədbiri keçirilib. DİN Mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, rayonun Öyrət kəndi ərazisində vətəndaşa məxsus 5 hektar sahənin müxtəlif … Read more

Atəşkəs 23 dəfə pozulub

97a2ef96 8dba 4fbb 97b6 345b993af428

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 23 dəfə pozub. Müdafiə Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, Ermənistan Respublikası İcevan rayonunun Paravakar kəndində yerləşən mövqelərdən Qazax rayonu ərazisindəki adsız yüksəkliklərdə, Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Muncuqlu kəndində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndində yerləşən Azərbaycan … Read more

85 dövlət əmlakı özəlləşdirilir

Herrac 290519

İnvestorlar dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı daha bir imkandan yararlanıblar. Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən mayın 29-da növbəti hərrac keçirilib. Budəfəki hərracda özəlləşdirilən əmlaklardan 3-ü kiçik dövlət müəssisəsi, 6-sı isə qeyri-yaşayış sahəsi olub. Hərracda özəlləşdirilən kiçik dövlət müəssisələri Bakı şəhərində, Yardımlı və Cəlilabad rayonlarında yerləşir. Həmin əmlaklar isə xidmət sahəsində əlverişli olmaqla sahibinə yaxşı gəlir … Read more

Aprelin 28-də keçirilən imtahanların nəticələri açıqlanıb

6ac0a76a 0ad7 4d67 b649 f75b2581a15b

Dövlət İmtahan Mərkəzi (DİM) aprelin 28-də keçirilən imtahanların nəticələrini elan edib. Həmin gün ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) qəbul olmaq istəyən əvvəlki illərin məzunları, ali və orta ixtisas təhsili müəssisələrinin müsabiqəsində buraxılış imtahanı çərçivəsində verilən xarici dil fənnindən fərqli xarici dil fənni üzrə iştirak etmək … Read more

90 nəfər əlil istirahət mərkəzinə yollanıb

IMG 20190529

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən əlilliyi olan şəxslərin istirahətinin təşkili sahəsində görülən işlərin davamı kimi, daha 90 nəfər Lənkəran rayonundakı istirahət mərkəzinə göndərilib. Nazirlikdən verilən məlumata görə, həmin əlilliyi olan şəxslər sosial cəhətdən həssas qrupların sosial müdafiəsinin gücləndirilməsinə göstərilən yüksək diqqət və qayğıya, həmçinin onlara istirahət etmək imkanının yaradılmasına görə Azərbaycan Respublikasının Prezidenti … Read more

Belarus Dövlət Gömrük Komitəsinin nümayəndə heyəti Bakıda

IMG 20190529

Mayın 29-da Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev ölkəmizdə səfərdə olan Belarus Respublikası Dövlət Gömrük Komitəsinin sədri Yuriy Senkonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, Səfər Mehdiyev Azərbaycan və Belarus arasında səmimi dostluq və əməkdaşlıq əlaqələrindən söhbət açıb, bu əlaqələrin möhkəm əsaslar üzərində qurulduğunu və bu … Read more

AQTA rəhbəri əsgərlərlə nahar edib

Aqta nahar 290519

Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti ilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) arasında əməkdaşlıq münasibətləri çərçivəsində 28 may tarixində Dövlət Sərhəd Xidmətinin “Qazax” sərhəd dəstəsinin sərhəd döyüş məntəqələrinə səfər təşkil edilib. Səfər zamanı Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli şəxsi heyətin qidalanma şəraiti, qidaların emal olunması və qida məhsullarının saxlanılması vəziyyəti ilə tanış olub, hərbi … Read more