Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib

Məzənnə

B6f983eb 7973 49ad 90f4 d471a1cc818e

Azərbaycan Mərkəzi Bankı 23 sentyabr tarixindən etibarən valyuta məzənnələrini açıqlayıb. Mərkəzi Bankdan verilən məlumata görə, sentyabrın 23-nə olan rəsmi məzənnələr bülleteninə əsasən, ABŞ dollarının rəsmi məzənnəsi 1,7000 manat təşkil edir. Manata nəzərən avronun məzənnəsi 1,8739 manat təşkil edir. 1 türk lirəsi 0,2962 manat, 1 rus rublu 0,0266 manat, 100 İran rialı 0,0040 manat, 1 gürcü … Read more

Bu iki rayonda qaz olmayacaq

C6b25308 adba 4e67 a5a7 8511a3df7355

Sentyabrın 23-də səhər saat 09:00-dan 18:00-dək “Gəncə-Qazax-Gürcüstan” Dövlət sərhədi avtomobil yolunun 4 zolaqlı genişləndirilməsi ilə bağlı tikinti sahəsinə düşən qaz kommunikasiya xətlərinin təhlükəsiz əraziyə köçürülməsi işləri icra olunacaq. “Azəriqaz” İstehsalat Birliyindən verilən məlumata görə, bu müddətdə Tovuz rayonu, Aşıralılar, Aran Yanıxlı kəndləri və Qovlar şəhərində qaz təchizatında fasilə olacaq. Bundan başqa, “Qaz İxrac” İdarəsi sentyabrın … Read more

Tovuzda könüllülük mövzusunda təlim keçirilib

IMG 20190922

Sentyabrın 18-19-da Tovuz Gənclər Evi və Tovuz Dövlət Sosial-İqtisad Kollecində yeni açılacaq Tovuz Regional ASAN xidmət mərkəzində könüllü fəaliyyət göstərmək istəyən gənclər ilə görüş keçirilib. Təlimdə “Könüllülük Nədir?” mövzusu müzakirə olunub. Tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin əməkdaşları iştirak ediblər.

“Qarabağ”ın yeni transferi həftənin oyunçusu olub

E2808ab3 1c10 4c25 91df 1b8190be4f34

Futbol üzrə Azərbaycan Premyer Liqasında IV turunun rəmzi komandası bəlli olub.  Peşəkar Futbol Liqasının rəsmi saytı xəbər verir ki, “InStat”ın təhlilinə əsasən “11-liy”ə “Qarabağ”dan 5, “Zirə”dən 3, “Keşlə”dən 2, “Səbail”dən isə 1 futbolçu düşüb. Qapıçı: Asmir Beqoviç – 359 (“Qarabağ”) Müdafiəçilər: Ailton Silva – 264 (“Qarabağ”)-2, Turan Manafov – 314 (“Səbail”), Bədavi Hüseynov – 295 … Read more

Sabah hava necə olacaq?

19257c64 5dfc 43ec 83fc 74114e372e32 (1)

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin axşam saatlarında bəzi dağlıq rayonlarında şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 18-23, gündüz 30-35, dağlarda … Read more

Rayonların işsizlik səviyyəsi açıqlanıb – Rəsmi

Emek yarmarkasi

Dövlət Statistika Komitəsi 2019-cu il sentyabrın 1-nə 70 min 947 nəfərin rəsmi işsiz statusu aldığını açıqlayıb. Onların 638 nəfərinə sığorta ödənişi verilib. Rəsmi işsizlər ən çox bu şəhər və rayonlarda qeydə alınıb: Bakı – 28 min 980 nəfər Sumqayıt – 5017 nəfər Şəmkir – 4199 nəfər Abşeron – 1555 nəfər Ağdam – 1467 nəfər Masallı … Read more

Qarayazı Dövlət Təbiət Qoruğunda yanğın olub

Fire forest

Ağstafa rayonunda meşədə yanğın hadisəsi baş verib. Hadisə rayon ərazisində yerləşən Qarayazı Dövlət Təbiət Qoruğunun Poylu meşəbəyliyinin ərazisində baş verib. Yanğın 5 hektar ərazini əhatə edib. Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları yanğının qarşısını alıb. Hadisə nəticəsində xəsarət alan olmasa da, meşə ərazisindəki quru və yaş ağaclar yanıb. Yanğının hansı səbəbdən baş verməsi … Read more

As nəşri: “Ağdam Qafqazın Xirosimasıdır”

890e7745 cd04 487e b379 21acb3e0d152

İspaniyanın nüfuzlu AS nəşri UEFA Avropa Liqasının qrup mərhələsinin I turu çərçivəsində keçiriləcək “Qarabağ” – “Sevilya” oyunu ilə bağlı yazı dərc edilib. Məqalədə Azərbaycan çempionunun təmsil etdiyi Ağdam şəhəri Qafqazın Xirosiması kimi təqdim olunub: “Çərşənbə axşamı Tofiq Bəhramov adına Respublika stadionunun tribunalarında yer alan azarkeşlərin çoxu Qarabağ müharibəsi nəticəsində öz evlərinə tərk edənlər, onların övlad … Read more

Atəşkəs yenə pozulub

4a35ce1e e06f 4976 a089 29128e61168e

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 20 dəfə pozub. Bu barədə Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib. Ermənistan Respublikası İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində, Krasnoselsk rayonunun Cil kəndində yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən Azərbaycan Ordusunun mövqeləri atəşə … Read more

Neft ucuzlaşıb

23cd8707 4c35 431d b799 16c8eef64ca5

“Azeri LT CIF” markalı xam neftin qiyməti 2,4 ABŞ dolları və yaxud 3,38% aşağı düşüb. Bir barelinin qiyməti 68,70 dollar olub. Xatırladaq ki, “Azeri LT CIF” neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.

Üzeyir günündə kimlər təltif olundu?

Prezident Sarayi

Prezident İlham Əliyev təltif sərəncamları imzalayıb. Təltiflər musiqi mədəniyyətinin inkişafında, Azərbaycan musiqisinin inkişafı və təbliğində xidmətlər, musiqi sahəsində uzunmüddətli səmərəli fəaliyyətlə əsaslandırılıb. Allahverdiyev Vasif Kərim oğlu, Fərəcov Sərdar Fərəculla oğlu xalq artisti; Xalıqzadə Fəttah Xalıq oğlu, Rəcəbov Oqtay Məmmədağa oğlu əməkdar incəsənət xadimi; Butenko İqor Leonidoviç, Pyatkin Nikolay Aleksandroviç əməkdar artist; Göyçayskaya Səidə Oqtay qızı, … Read more

Gədəbəydə kişi kəsdiyi ağacın altında qaldı

9dabefcb 7010 4ac4 a594 0ef83d85dc70

Gədəbəy rayonunda bədbəxt hadisə baş verib. Hadisə rayonun Qalakənd adlanan ərazisində qeydə alınıb. Belə ki, rayon sakini, 1971-ci il təvəllüdlü Tağıyev Elman Polad oğlunun Qalakənd meşəsində qeyri-qanuni yolla kəsdiyi ağac onun üzərinə düşüb. E.Tağıyev hadisə yerində ölüb. Faktla bağlı araşdırma aparılır.

Qazaxda Sülh gününə həsr olunmuş rəsm müsabiqəsi keçirilib

15 31 46 70962971 2467745046836845 5443255102125113344 o

Bu gün Qazax Gənclərin İnkişaf və Karyera Mərkəzi və Qazax Dövlət Rəsm Qalereyasının birgə təşkilatçılığı ilə 21 sentyabr “Beynəlxalq Sülh günü”nə həsr olunmuş rəsm müsabiqəsi keçirilib. Qalereyada baş tutan müsabiqədə ümumilikdə 20-dək gənc rəssamın əl işləri nümayiş etdirilib. Müsabiqənin nəticələrinə görə, Cəfərov Cavid Hacırəhim oğlu I yerə layiq görülüb. Quliyev Eşqin Əmir oğlu II və … Read more

Turizmdə yeni göstəricilər

Turist

2019-cu ilin yanvar-avqust aylarında Azərbaycana 190 ölkədən 2 milyon 138,7 min və ya ötən ilin səkkiz ayı ilə müqayisədə 8,2 faiz çox əcnəbi gəlib. Dövlət Statistika Komitəsi Sərhəd Xidmətinə istinadla gələnlərin 30,6 faizinin Rusiya, 22,1 faizinin Gürcüstan, 9,5 faizinin Türkiyə, 7,7 faizinin İran, 4 faizinin Səudiyyə Ərəbistanı vətəndaşı olduğunu bildirir. Səkkiz ayda xarici ölkələrə gedən … Read more

MM-in Mədəniyyət komitəsinin iclası keçirilib

B030b8c1 ceb2 49fa ae88 bd7f98dd64df

Azərbaycan Milli Məclisinin Mədəniyyət komitəsinin payız sessiyasında ilk iclası keçirilib. İclasın gündəliyinə 4 məsələ daxil edilib. Komitə sədri Rəfael Hüseynov 2019-cu ilin yaz və növbədənkənar sessiyaları dövründə görülən işlərlə barədə hesabat verib. İclasda Mədəniyyət komitəsinin 2019-cu ilin payız sessiyası üçün iş planı təsdiqlənib. Daha sonra “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında”, “Uşaq hüquqları haqqında”, “Təhsil … Read more

Hava proqnozu

3e3a96cf 638c 48c0 80e2 e8b98d36bfde

Azərbaycanda sentyabrın 18-də gözlənilən hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Azərbaycanın rayonlarında sentyabrın 18-də hava əsasən yağmursuz keçəcək. Lakin səhər saatlarında bəzi dağlıq rayonlarda qısamüddətli yağış yağacağı ehtimalı var. Səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 17-22, gündüz 27-32, … Read more

Azərbaycan güləşçisi olimpiadaya lisenziya qazanıb

E2afbc95 ed73 412a b4af 61a6256bc69d

Azərbaycan güləşçisi Mariya Stadnik 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına vəsiqə qazanıb. 31 yaşlı idmançı buna Qazaxıstanın paytaxtı Nur-Sultanda keçirilən dünya çempionatında yarımfinala yüksəlməklə nail olub. 1/4 finalda rusiyalı Yekaterina Poleşçuka qalib gələn Stadnik ilk “6-lıq”da yerini təmin edib və lisenziya normasını doldurub. Beləliklə, o, olimpiadaya vəsiqə əldə edən ilk azərbaycanlı güləşçi olub. Daha əvvəl … Read more

Gürcüstanın iqtisadiyyat naziri Azərbaycana səfər edəcək

De4f45f6120475d812d04171d85970b9

Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Natia Turnavanın başçılıq etdiyi nümayəndə heyətinin Azərbaycana səfər proqramı açıqlanıb. Sentybrın 17-18-də baş tutacaq işgüzar səfər çərçivəsində N.Turnava Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev, “Azərbaycan Dəmir Yolları” QSC və Azərbaycan Dövlət Neft Şirkətinin rəsmi şəxsləri ilə görüşlər keçirəcək. Görüşlərdə Gürcüstan və Azərbaycan arasında ticari-iqtisadi əməkdaşlıq məsələləri müzakirə olunacaq. N.Turnavanın başçılıq … Read more

Təmas xəttində növbəti monitorinq keçiriləcək

Osce monitoring

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, sentyabrın 18-də Füzuli rayonu ərazisində yerləşən Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində növbəti monitorinqin keçirilməsi planlaşdırılır. Müdafiə Nazirliyindən verilən məlumata görə, monitorinqi Azərbaycan tərəfindən şəxsi nümayəndənin səhra köməkçiləri Saymon Tiller və Martin Şuster keçirəcəklər. Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş və nəzarət olunan Azərbaycan ərazisində monitorinqi … Read more

Nikahların sayı artıb

Rings

Bu ilin yanvar-iyul aylarında Azərbaycanda qeydiyyat şöbələri tərəfindən 35192 nikah və 9793 boşanma halları qeydə alınıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı 5,8-dən 6,1-ə, boşanmaların sayı isə 1,5-dən 1,7-yə qədər artıb. Cari ilin yanvar-iyul ayları ərzində Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları tərəfindən daimi yaşamaq üçün … Read more