Sentyabrın 18-19-da Tovuz Gənclər Evi və Tovuz Dövlət Sosial-İqtisad Kollecində yeni açılacaq Tovuz Regional ASAN xidmət mərkəzində könüllü fəaliyyət göstərmək istəyən gənclər ilə görüş keçirilib.
Təlimdə “Könüllülük Nədir?” mövzusu müzakirə olunub.
Tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin əməkdaşları iştirak ediblər.