Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib

Sabahdan Novruz tətili başlayır

Ab7e62e1 12a0 4a76 b23d 47ec473c81f5 (1)

Sabahdan – martın 20-dən Azərbaycanda Novruz bayramı tətili başlayır. Azərbaycanda martın 20-si və 21-i Novruz bayramıdır. Novruz tətili isə 20-28 mart tarixlərini əhatə edir. Belə ki, Baş Nazir Əli Əsədovun iş və istirahət günlərinin ardıcıl olmasını təmin etmək məqsədilə imzaladığı qərarla 2020-ci ilin 29 mart istirahət günü ilə 27 mart iş gününün yeri dəyişdirilib. Beləliklə, bu il 20-28 mart tarixləri … Read more

Birinci sinfə qeydiyyat dayandırılır

55fb7d32 6fdb 475e adb6 77ca6b742525

Martın 19-u saat 16:00-dan etibarən birinci sinfə elektron qeydiyyat müvəqqəti dayandırılır.  Bu barədə Təhsil Nazirliyindən məlumat verilib. Elektron qeydiyyat sistemi martın 29-u saat 12:00-dan etibarən yenidən aktivləşəcək. Qeyd edək ki, 2020-2021-ci dərs ilində ölkənin bütün ümumi təhsil müəssisələrinin I siniflərinə şagird qəbulu www.mektebeqebul.edu.az sistemi vasitəsilə elektron qaydada həyata keçirilir. Birinci sinfə elektron qeydiyyat prosesinə martın 10-dan start … Read more

Azərbaycan pomidor ixracını artırıb

C93c3507 6ccc 4c04 b060 88e62b10c778

Bu ilin yanvar-fevral ayları ərzində Azərbaycan 24,715 mln ABŞ dolları dəyərində 19 112,21 ton pomidor ixrac edib Dövlət Gömrük Komitəsinin məlumatına görə, bu, 2019-cu ilin eyni ayları ilə müqayisədə 6,906 mln ABŞ dolları (38,7%) vəya 3 843,26 ton (25,17%) çoxdur. Bu ilin yanvar-fevral ayları ərzində pomidor ixracı Azərbaycanın ümumi ixracının 0,76%-ni təşkil edib.

Polis gücləndirilmiş iş rejiminə keçir

Polis

Ölkəmizdə Koronavirus infeksiyasının yayılması hallarının qarşısını almaq məqsədi ilə Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilmiş qərarların icrası ilə əlaqədar daxili işlər orqanlarının da əməkdaşları gücləndirilmiş iş rejimində xidmət edirlər.  Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən verilən məlumata görə, polisin gücləndirilmiş iş rejimindəki fəaliyyəti Novruz bayramı günlərində də davam etdiriləcək. Belə ki, Daxili İşlər … Read more

Şəmkirdə yol qəzası ölümlə nəticələnib

Vaz crash 170413

Şəmkir rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən trend-ə verilən məlumata görə, Martın 17-də saat 18 radələrində rayonunun Zəyəm qəsəbəsi ərazisində Sabirkənd kənd sakini Seyrac Məmmədov idarə etdiyi “VAZ-2107” markalı avtomobili yolun kənarındakı ağaca vurub və o, aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Azərbaycan buğda idxalını azaldıb

88181058 061f 4195 90f9 bc7c9c35e363

Bu ilin yanvar-fevral aylarında Azərbaycan 21,544 milyon ABŞ dolları dəyərində 98,154 min ton buğda idxal edib. Dövlət Gömrük Komitəsinin məlumatına görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 33,895 milyon ABŞ dolları (61,1%) və 151,778 min ton (60,7%) azdır. Hesabat dövründə buğda idxalı Azərbaycanın ümumi idxalının 1,2%-ni təşkil edib.

Teledərslər müvəqqəti dayandırılır

Teacher

Təhsil Nazirliyinin dəstəyi ilə “Mədəniyyət” və “ARB Günəş” kanallarında yayımlanan “Dərs vaxtı” proqramının yayımı müvəqqəti dayandırılacaq. Bunu Təhsil Nazirliyinin İnformasiya şöbəsinin ictimaiyyətlə əlaqələr sektorunun baş məsləhətçisi Billurə Hacızadə bildirib. Onun sözlərinə görə, martın 19-u teledərslərin sonuncu günü olacaq: “Teledərslərə Novruz bayramı ilə əlaqədar fasilə verilir. Martın 24-dən həm Azərbaycan, həm də rus bölməsi üzrə teledərslərin yayımına yenidən başlanılacaq. Həmçinin … Read more

Şəmkirdə qəza olub, yaralanan var

8d1dfb7b 8b27 47bb 9c39 efa76c37cfbb

Şəmkir rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.  “Report”un məlumatına görə, qəza rayonun Sabirkənd kəndi ərazisində qeydə alınıb.  Belə ki, “VAZ-2107” markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı ağaca çırpılıb. Nəticədə sürücü – Şəmkir rayonu, Sabirkənd kənd sakini, 1995-ci il təvəllüdlü Seyrac Nizami oğlu Məmmədov aldığı xəsarətlərdən ölüb. Faktla bağlı araşdırma aparılır.

Paytaxta giriş məhdudlaşdırılır

1584443230997 mJmL7KPW

Koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə bütün səviyyələrdə hərəkətin məhdudlaşdırılması və sosial təcridin gücləndirilməsi tədbirləri davam etdirilir. Bu məqsədlə martın 19-da saat 00.00-dan etibarən xüsusi təyinatlı, o cümlədən təcili tibbi yardım, qəza-bərpa, xilasedici, habelə yük daşıyan avtomobillərin hərəkəti istisna olmaqla respublikanın şəhər və rayonlarında qeydiyyatda olan nəqliyyat vasitələrinin və onların sərnişinlərinin Bakı, Sumqayıt şəhərlərinə və … Read more

Tətil uzadılacaqmı?

420018942

Təhsil Nazirliyi koronavirusla əlaqədar ümumtəhsil müəssisələrində tətilin mayın 31-dək dayandırılacağı barədə yayılan məlumatlara münasibət bildirib. Nazirliyin mətbuat katibi Cəsarət Valehov qeyd edib ki, sosial şəbəkələrdə Təhsil Nazirliyinin loqosundan istifadə etməklə ümumtəhsil müəssisələrində tətilin mayın 31-dək davam edəcəyi, tələbələrin bütün akademik borclarının ləğv ediləcəyi və imtahanlardan azad ediləcəyi barədə məlumatlar yayılıb. “Lakin bu məlumatlar qeyri-ciddidir və … Read more

Qərb bölgəsinə qar yağıb

D806f85e 68a9 4f6f a79c 51e682955954

Azərbaycanda müşahidə olunan faktiki hava şəraiti haqqında məlumat açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən xəbərə görə, martın 16-sı saat 22:00-a olan məlumata əsasən ölkə ərazisində hava şəraiti dəyişib, güclü şimal-qərb küləyi əsib, bəzi yerlərdə yağış, dağlıq ərazilərdə qar yağıb.  Şimal-qərb küləyi arabir Naftalanda 30 m/s, Neftçalada 26 m/s, Tər-tər, Ələt, Gəncə və Tovuzda … Read more

Koronavirus üzərindən qazananlar

Rüerür

ASDAQ-a görə ( National Association of Securities Dealers Automated Quotations) — qiymətli kağızlar üçün alqı-satqı qiymətlərinin göstərildiyi avtomatik məlumat şəbəkəsi olaraq Nyu-Yorkda qurulmuş özəl birjadır), Çin maraqlı iqtisadi taktikalardan istifadə edərək, hər kəsi barmağına doladı və bir neçə gündə 20 milyard dollardan çox gəlir əldə etdi. Üstəlik, öz inhisarçılarının təxminən 30% səhmlərini geri qaytardı. Avropa … Read more

Sərhəddə xüsusi dəhliz yaradılıb

423265853

Azərbaycan-Gürcüstan sərhədində xüsusi dəhliz yaradılıb. Bu barədə Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) mətbuat katibi Nuridə Allahyarova məlumat yayıb. Onun sözlərinə görə, dəhliz vasitəsi ilə Azərbaycanda olan Gürcüstan vətəndaşları öz ölkəsinə, Gürcüstanda olan Azərbaycan vətəndaşları isə ölkəmizə qayıda biləcək: “Ötən gecə saat 01-dən etibarən Azərbaycanla Gürcüstan arasında bütün nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb. Həmçinin Gürcüstana gedən avtobuslara … Read more

Qara bayram ənənəsi

Qara bayram

Azərbaycanda mərhumları qara bayramla anmaq ənənəsi var. Bu mərasim dünyasını dəyişən şəxsin qırxı çıxandan sonra gələn ilk bayrama – Novruza və ya Ramazan a təsadüf edir, qohum-əqrəbanın, yaxınların iştirakı ilə ev şəraitində keçirilir. İslamda qara bayram anlayışı, başqa müsəlman ölkələrində belə ənənə varmı? Novator-un sualını cavablandıran ilahiyyatçı Şəhriyar Məcnunov deyir ki, bayram öncəsi qəbirləri ziyarət … Read more

Neft bahalaşır

Azərbaycanın “Azeri LT CIF” markalı xam neftinin qiyməti 0,79 ABŞ dolları, yaxud 2,44% yüksəlib. Bir barelinin qiyməti 33,14 ABŞ dolları olub. Xatırladaq ki, “Azeri LT CIF” neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.

Azərbaycanda koronavirusa yoluxan 3 nəfər sağalıb

18e17e50 f131 42af 899e d1cf942ed65c

Koronavirus (COVİD-19) infeksiyasına yoluxduğu müəyyən edilən 3 Azərbaycan vətəndaşı xüsusi rejimli xəstəxanalarda müalicə olunaraq sağalıb və evə buraxılıb. Bu barədə Nazirlər Kabinetinin yanında Operativ Qərargahdan məlumat verilib. Bu günə olan məlumata görə, Azərbaycanda 19 nəfərin koronavirus infeksiyasına yoluxduğu müəyyən edilib. Onlardan 6 nəfəri artıq müalicə olunaraq sağalıb. Hazırda xüsusi rejimli xəstəxanalarda olan digər şəxslərin müalicəsi davam etdirilir, onların səhhəti ciddi nəzarət … Read more

Bu gündən kütləvi tədbirlər bir ay müddətinə təxirə salındı

540f139e e3bb 4c8c ac71 51ee761beb73 640 (1)

Koronavirus infeksiyası (COVİD-19) dünya ölkələri arasında sürətlə yayılmaqda davam edir. Virusun uzun inkubasiya dövrünün olması, yayılma sürəti və vaksinin hələ də tapılmaması dövlətləri daha da ciddi tədbirlər görməyə sövq edir. Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən koronavirus infeksiyasının qlobal pandemiya elan olunduğunu nəzərə alaraq və virusun qarşısının alınması istiqamətində Ümumdünya Səhiyyə Təşkilatının tövsiyə və tələblərindən irəli gələrək … Read more

Cəbhədəki vəziyyət

93b2c193 8d5f 4177 922a 58fd337be785

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 30 dəfə pozub. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Ermənistan Respublikası Noyemberyan rayonunun Voskevan kəndində və adsız yüksəkliklərdə, İcevan rayonunun Berkaber kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli, Quşçu Ayrım, Aşağı Əskipara, Qızılhacılı kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə … Read more

Karantin qaydalarını pozanlar cəzalandırılacaq

27bde726 f915 44fb a8ce afab01af85d2

Azərbaycanda karantin qaydalarını pozan şəxslər barəsində cəza tədbirləri görüləcək. Bu barədə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Koronavirus diaqnozu ilə xüsusi rejimli xəstəxanalarda müalicə alan və karantin qaydalarını pozan şəxslər barəsində cəza tədbirləri tətbiq olunacaq.

Azərbaycan-Gürcüstan sərhədi bağlandı

661ff1ce8eeb220bc8d407d4282a3d7c

Martın 13-də Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədov ilə Gürcüstanın Baş Naziri Giorgi Qaxariya arasında telefon danışığı olub. Bu barədə Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb. Məlumata görə, hər iki ölkənin vətəndaşlarının təhlükəsizliyinin təmin edilməsi və sağlamlığının qorunması məqsədilə hökumət başçılarının qarşılıqlı razılığına əsasən, 2020-ci il 14 mart saat 00:00-dan etibarən 10 günlük müddətə Azərbaycan … Read more