Deputatlığa namizədliyini geri götürənlərin sayı artır

407153518

Azərbaycanda 2020-ci ilin fevralın 9-na təyin edilmiş növbədənkənar parlament seçkilərində iştirak etmək üçün 2431 nəfər müraciət edib. Mərkəzi Seçki Komissiyasının (MSK) saytının yaydığı məlumata görə, deputatlığa namizədliyi qeydə alınmış 1637 nəfərdən indiyə qədər 312 nəfəri deputatlığa namizədliyini geri götürüb. Başqa sözlə, yanvarın 30-da Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar deputatlığa namizədlərdən daha 10 nəfər namizədliyini geri … Read more

Azərbaycanın valyuta ehtiyatları

Trend elman rustemov tedbir 310120 (3)

Bu ilin yanvar ayında Azərbaycanın valyuta ehtiyatları 1 milyard ABŞ dollarından çox və yaxud təxminən 2% artıb. Bunu Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov keçirdiyi mətbuat konfrasında deyib. E.Rüstəmovun sözlərinə görə, bununla da ölkənin valyuta ehtiyatları 52 milyard dolları keçib. Mərkəzi Bankın sədri onu da əlavə edib ki, Azərbaycanın bank sektorunda hələ də zəiflik var: … Read more

Azərbaycanda hərbi xidmətə yanvar çağırışı başa çatıb

B029e6c4 82aa 4416 adba 46a1e06acb71 640 (1)

Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikası vətəndaşlarının 2020-ci il yanvarın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında” sərəncama uyğun olaraq yanvarın 1-dən başlanmış növbəti həqiqi hərbi xidmətə çağırış başa çatıb. Azərbaycan Silahlı Qüvvələrinin çağırışçılarla komplektləşdirilməsi ay ərzində müvəffəqiyyətlə yekunlaşdırılıb. Azərbaycanın bütün şəhər və rayonlarında Səfərbərlik … Read more

Rəsulzadə: anadan olmasından 136 il ötür

Mehemmed Emin resulzade

Dövlət və ictimai xadimi, siyasətçi və publisist, Azərbaycan Xalq Cümhuriyyətinin (1918-1920) banilərindən və Azərbaycan siyasi mühacirətinin liderlərindən olmuş Məhəmməd Əmin Rəsulzadənin anadan olmasından 136 il ötür. O, 1884-cü il yanvarın 31-də Bakının Novxanı kəndində anadan olub. Atası oğlunu məşhur pedaqoq Sultan Məcid Qənizadənin müdir olduğu ikinci “Rus-müsəlman” məktəbinə qoyub, buranı bitirdikdən sonra M.Ə.Rəsulzadə öz təhsilini … Read more

Dövlət Komissiyasının tərkibində dəyişiklik edilib

Ilham aliyev president 291217

Prezident İlham Əliyev “Azərbaycan Respublikasında quş qripi xəstəliyinin qarşısının alınması və bu sahədə bütün qurumların birgə fəaliyyətinin əlaqələndirilməsi üzrə Dövlət Komissiyasının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 16 fevral tarixli 1320 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb. Sərəncamda qeyd edilir ki, “Azərbaycan Respublikasında quş qripi xəstəliyinin qarşısının alınması və bu sahədə bütün qurumların … Read more

Problemli kreditlərin xüsusi çəkisi düşüb

Manat

Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği bu il yanvarın 1-nə 1 273,1 milyon manat təşkil edib. Azərbaycan Mərkəzi Bankının məlumatına görə, bu, ötən il dekabrın 1-i ilə müqayisədə 9,7%, ötən il yanvarın 1-nə nisbətən isə 19,7% azdır. Bu ilin əvvəlinə vaxtı keçmiş kreditlərin xüsusi çəkisi 8,3% olub. Bu nisbət ötən il dekabrın əvvəlinə 9,3%, ötən ilin … Read more

Koronavirusa qarşı İşçi qrupu yaradılacaq – Qərar

65480

Azərbaycanda Səhiyyə nazirinin rəhbərliyi və aidiyyəti qurumların iştirakı ilə koronavirus epidemiyasına qarşı İşçi qrupu yaradılacaq. Bununla bağlı Nazirlər Kabinetində keçirilən müşavirədə qərar qəbul olunub. Bildirilib ki, hazırda ölkədə belə xəstəliyə yoluxma halları müşahidə olunmayıb, Azərbaycanda əhalinin sağlamlığı ilə bağlı vəziyyət dövlətin tam nəzarətindədir və narahatlıq üçün heç bir əsas yoxdur.

Məntiq Olimpiadası keçiriləcək

Lutfizade mentiq

Paytaxt məktəbliləri arasında Lütfi Zadə adına Məktəblilərarası V Məntiq Olimpiadası keçiriləcək. Olimpiadanın əsas məqsədi şagirdlərin məntiqi biliklərinin inkişafına təkan vermək, onlara beynəlxalq, yerli olimpiadalar və bu kimi digər bilik yarışlarında iştirak təcrübəsi qazandırmaq, istedadlı, xüsusilə məntiqi təfəkkürü ilə fərqlənən şagirdləri aşkara çıxarmaq, onların həvəsləndirilməsi və elmə olan marağının artırılmasından ibarətdir. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin … Read more

Yanvarın son gününə gözlənilən hava

Yagmursuz hava

Sabaha olan hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi axşam arabir güclənən şimal küləyi ilə əvəz olunacaq. Havanın temperaturu Abşeron yarımadasında gecə 3-6, gündüz 11-15, Bakıda gecə 4-6, gündüz 13-15 dərəcə … Read more

Tibbi sığortanın bir ayı

422964365

“Yanvarın 1-dən şimal rayonlarında vətəndaşlar icbari tibbi sığorta sistemindən faydalanmağa başlayıblar”. Bunu “KIV nümayəndələrinin icbari tibbi sığorta sahəsində məlumatlılığının artırılması” mövzusunda keçirilən təlimdə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (İTSDA) Tibbi iddialar departamentinin rəhbəri Vüqar Qurbanov deyib. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (İTSDA) Tibbi iddialar departamentinin rəhbəri Vüqar Qurbanov V.Qurbanov qeyd edib ki, bir … Read more

Erkən nikaha görə cəza tədbirləri çoxala bilər

Nikah esas

Azərbaycanda qadını nikaha daxil olmağa məcburetmə ilə bağlı cəzalandırma sisteminin gücləndirilməsinə ehtiyac var. Bunu trend-ə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin müdiri, hüquq üzrə fəlsəfə doktoru Elgün Səfərov deyib. Qızların erkən yaşda nikaha daxil olmasını yolverilməz hal sayan E.Səfərov qeyd edib ki, Cinayət Məcəlləsinin 176.1-ci maddəsinə görə, qadını … Read more

Vəkil olmaq istəyənlər üçün test imtahanı keçiriləcək

Lawyer

Dövlət İmtahan Mərkəzi (DİM) yanvarın 31-də Azərbaycan Respublikası Vəkillər Kollegiyası ilə birlikdə Vəkillər Kollegiyasına üzv olmaq istəyən namizədlər üçün test imtahanı keçirəcək. DİM-in Mətbuat Xidmətindən verilən məlumata görə, namizədlərin sənəd qəbulu Vəkillər Kollegiyası tərəfindən aparılıb. İmtahanda iştirak etmək üçün 240 nəfər qeydiyyatdan keçib. İmtahan saat 10:00-da başlayır və 3 saat davam edəcək. İmtahan kompüter vasitəsilə … Read more

2050-ci ildə neftin qiyməti nə qədər olacaq?

1 bcXy 1A83qflhe2 cJ PeA

“Brent” markalı neftin qiyməti 2050-ci ilədək istehsal xərclərinin yüksək və resursların az olması səbəbi ilə bir barel üçün 183 dollara çata bilər. Bu barədə ABŞ Energetika Nazirliyinin Energetika İnformasiyaları İdarəsinin (EIA) illik uzunmüddətli proqnoz hesabatında bildirilib. Gələcəkdə enerji resurslarından istifadə haqqında qanunlarda ciddi dəyişikliklərin baş verməyəcəyi halda “Brent” markalı neftin bir barelinin qiyməti 105 dollara … Read more

Gəncədə məsciddən “Quran” oğurlanıb

422404455

Gəncə şəhərində məsciddən oğurluq olub. Report-un xəbərinə görə, şəhərdə yerləşən Şah Abbas məscidindən “Qurani Kərim” kitabı və 110 manat pul oğurlanıb. Hadisəni bir və ya birdən çox şəxsin törətdiyi hələ məlum deyil, araşdırma aparılır. Qeyd edək ki, Şah Abbas məscidi (və ya Gəncə Cümə məscidi) Gəncəçayın sol sahilində, Gəncənin tarixi mərkəzində yerləşən, XVII əsrdə Arran … Read more

Ünvanlı yardım üçün müraciət asanlaşır?

A17deb75 2cbe 45f5 9b31 282a168eab67

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ünvanlı dövlət sosial yardımının təyinatında ünvanlılıq prinsipinin daha dolğun şəkildə təmin edilməsi və sosial yardım proqramının aztəminatlı ailələrə əlçatanlığının artırılması üçün qanunvericilikdə təkmilləşdirmə işləri davam etdirilir. Bu barədə nazirlikdən məlumat verilib. Bu məqsədlə “Ünvanlı dövlət sosial yardımı haqqında” qanunda və “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, … Read more

Qarabağda döyüşüb, amma status ala bilmir

WhatsApp Image 2020 01 28 at 6.25.48 PM (1)

Bərdə rayonu Soğanverdilər kənd sakini Arif Qarayev Qarabağ döyüşlərində könüllü iştirak edib, lakin Qarabağ veteranı statusunu ala bilmir. “Bölgənin Səsi” saytının məlumatına görə, vətəndaş dəfələrlə aidiyyatı orqanlara (Müdafiə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi, Prezident Aparatı) və Birinci Vitse-prezident Mehriban Əliyevaya rəsmi məktubla və elektron qaydada müraciət etsə də, onun müraciətlərinə qənaətbəxş cavab verilməyib. … Read more

Dağ Kəsəmən sahələr susuz qalıb

IMG 20200129

Ağstafa rayonunun Dağ Kəsəmən kəndində su qıtlığı yaşanır. Bu barədə “Bölgənin Səsi” saytına kənd sakini Həyat Qədiməliyeva məlumat verib. O, problemin yaranmasına zəmin yaradan şəxs kimi Nəsib Qədiməliyevin adını çəkib: “Suyu özünün və vəzifəli şəxslərin torpaqlarının suvarılması üçün buraxır. Sadə camaat isə qalır baxa-baxa… Kənd sakinlərinin etirazına məhəl qoyulmur”. Şikayətçi yaranmış problemdən narahatlığını belə ifadə … Read more

Deputatlığa namizədliyini geri götürənlərin sayı

8949eb80 92b7 44c9 89f7 244cb9fa808e (1)

Deputatlığa namizədliyi qeydə alınan 1637 nəfərdən indiyə qədər 292 nəfəri namizədliyini geri götürüb. Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib. MSK sədri bir daha deputatlığa namizədlərə müraciət edib. M.Pənahov iddiaçıları namizədliyini geri götürməməyə çağırıb.