Son Xəbərlər

Xocalıdan fotolar…

600@0

1992-ci ilin bu günü Azərbaycanın Xocalı şəhərində törədilmiş Xocalı faciəsindən 28 il ötür. Rusiyanın “Lenta.ru” saytı illərdir arxivində saxladığı Xocalı qətliamını əks etdirən fotoları dərc edib. “Qərbxəbər” Rusiya mətbautında dərc edilən fotoları oxucularına təqdim edir:

“e-future” layihəsi başa çatıb

Received

Bu gün Azərbaycan Respublikasının Gənclər Fondunun elan etdiyi 13-cü qrant müsabiqəsində qaliblərdən biri olan Toğrul Musalının icra etdiyi “e-future”- aztəminatlı gənclərə İKT bilik və bacarıqlarının aşılanması” layihəsi çərçivəsində təşkil olunan kompüter kursunda təlimlər başa çatıb. Sonuncu – onuncu təlim günündə “Microsoft PowerPoint” proqramı tədris olunub. Sonda layihəni uğurla başa vuran 25 gəncə sertifikat təqdim edilib. … Read more

Koronavirusa görə Azərbaycana nümayəndə göndərildi

423244777

Azərbaycanda koronavirusla bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində (TƏBİB) xüsusi infeksion xəstəliklərlə bağlı işçi qrupu yaradılıb. Bu işçi qrupunda Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycana ezam olunmuş eksperti də təmsil olunur. Sputnik-in məlumatına görə, bu barədə TƏBİB-in Xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva məlumat verib. O, koronavirusla bağlı son vəziyyət barədə məlumat verib: “Çində … Read more

Xocalını faciəsini görmüş litvalı jurnalistin müsahibəsi

Xocali video

Dövlət Tərcümə Mərkəzi litvalı jurnalist Riçardas Lapaytisin Xocalı qırığını ilə bağlı söhbətini yayıb. 1992-ci il fevralın 25-dən 26-na silahlı erməni birləşmələri Azərbaycanın Xocalı şəhərini işğal edərək 613 nəfəri qətlə yetirib. Qırğın zamanı təsadüfən Xocalıda olmuş litvalı jurnalist Riçardas Lapaytis faciəni qələmə alıb, 2015-ci ildə bunun əsasında “Sonsuz dəhliz” sənədli filmi ekranlara çıxıb.

Gəncədə ana və qızı itkin düşdü

80e97d5d 87a8 4787 9ebd 65eddb27e31b

Gəncə şəhərində 55 yaşlı qadın və onun 21 yaşlı qızı itkin düşüb. “Report”un məlumatına görə, Gəncə şəhər Cavad Xan qəsəbəsində yaşayan, 1965-ci il təvəllüdlü Zahirə Məmişova və onun qızı, 1999-cu il təvəllüdlü Günel Əmrahova fevralın 23-də evdən çıxıb və bir daha geri qayıtmayıblar. Bununla bağlı yaxınları polisə məlumat veriblər və hər iki şəxsin tapılması üçün … Read more

İcbari tibbi sığorta və gələcək

422038110

Gələcəkdə icbari tibbi sığortası olan hər kəsə dərmanların da pulsuz verilməsi istiqamətində işlər aparılacaq. “Qərbxəbər”in məlumatına görə, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Regional mərkəzlərlə iş şöbəsinin müdiri Şükür Eyvazov bildirib. O bildirib ki, hazırda dərman vasitələri dövlət proqramına uyğun olaraq xəstəxanalarda pulsuzdur. “Yalnız xəstəxanada yatmadan müalicə yazılırsa, dərman ödəniş edilərək apteklərdən alınır”, – … Read more

Qaliblər Konstitusiya Məhkəməsinə göndərilib

Msk bina

Mərkəzi Seçki Komissiyası (MSK) fevralın 9-da Milli Məclisə keçirilən seçkilərə yekun vurub və seçkilərin ümumi yekunlarına dair protokolu tərtib edib. “Qərbxəbər” saytının məlumatına görə, MSK-nın bu gün keçirilən iclasında Milli Məclisə seçkilərdə dairə seçki komissiyası protokolarının və onlara əlavə edilmiş sənədlərin yoxlanılmasının nəticələrinin müəyyən edilməsi və seçkilərin ümumi yekunlarına dair protokolun tərtib edilməsi məsələsi müzakirəyə … Read more

Gəncədə boyunbağı oğruları saxlanılıb

Robbery

Gəncədə soyğunçuluq edən şəxslər saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, fevralın 19-da Gəncə şəhər sakini E. Əhmədovanın yaşadığı binanın dəhlizində boynunda olan 3200 manat dəyərində qızıl boyunbağını açıq yolla talayaraq onlara qarşı soyğunçuluq edilməsi barədə Gəncə şəhər Baş Polis İdarəsinin Kəpəz rayon Polis İdarəsinə məlumat daxil olub. Polis İdarəsinin … Read more

Azərbaycan şəhidini uğurladı

71b75e6a 1367 410e b5ab 7abad644aa70

Ermənistan silahlı qüvvələrinin fevralın 24-də sərhəddə hücumunun qarşısını alarkən şəhid olmuş Vəliyev İbrahim Ələmşah oğlu ilə vida mərasimi keçirilib. Mərasim şəhidin ailəsinin məskunlaşdığı Zərdab rayon Su-Meliorasiya İdarəsinin binasının həyətində baş tutub. Vida mərasimində şəhidin ailə üzvləri, Dövlət Sərhəd Xidmətinin nümayəndələri, Zərdab Rayon İcra Hakimiyyətinin rəhbərliyi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Zərdab və Kəlbəcər rayon şöbələrinin əməkdaşları, ictimaiyyət nümayəndələri iştirak … Read more

Su çərşənbəsi

409028639

Bu gün Novruz bayramının ilk çərşənbəsi – Su çərşənbəsidir. Onu “Yalançı”, “Əzəl çərşənbə”, “Sular Novruzu” da adlandırırlar. Su çərşənbəsində su və su mənbələri təzələnir, arxlar qaydaya salınır, su hövzələrində abadlıq işləri görülür, su ilə bağlı müxtəlif şənliklər keçirilir. Su çərşənbəsi suya tapınma inamı ilə bağlıdır. Hələ gün doğmamışdan hamı su üstünə gedir, əl-üzünü yuyur, bir-birinin … Read more

Türkiyəli skautlar Xocalı abidəsini ziyarət edəcəklər…

74935d42 0375 4027 b6e6 39619c70d0b7

Türkiyənin paytaxtı Ankarada fəaliyyət göstərən ALFA Gənclik və İdman kulubunun üzvləri Qazaxda olublar. “Qərbxəbər”in məlumatına görə, bu gecə ölkəyə daxil olan qonaqları Qazax Regional İnkişaf Resurları İctimai Birliyinin (Qazax RİRİB) sədri Məhərrəm Göyüşoğlu qarşılayıb. M.Göyüşoğlu bildirib ki, qonaqlar yaxın üç gün ərzində Bakını gəzəcəklər. Fevralın 26-da isə Xocalı abidəsini ziyarət edəcəklər: “Türkiyənin Ankara, Adana, İskəndərun … Read more

Bunları etmək koronavirusdan qoruyur

Без названия (2)

Artıq İranda 19 nəfərin ölümünə səbəb olmuş koronavirus Azərbaycana da gələ bilər. Nəzərə almaq lazımdır ki, kütləvi şəkildə bu virusun yayılmasının qarşısını almaq üçün tam hazırlıqsızıq. “Qərbxəbər” olaraq sərhəd bölgəsində yaşayan insanların təhlükəsizliyi üçün aağıdakı məlumatları paylaşmağı özümüzə borc bilirik. Bunlara riayət etməklə xeyli qorunmaq olar: İnsanların çox olduğu yerlərə, mallar, restoranlar və s. bu … Read more

Gəncədən qaçırılan avtomobil Mingəçevirdə tapılıb

Ogurlug 240220

Fevralın 20-də gecə saatlarında Gəncə şəhər Gülüstan qəsəbəsi ərazisindən, şəhər sakini Turan Haciyevə məxsus “VAZ-2107” markalı avtomobilin qaçırılması barədə Gəncə şəhər Baş Polis İdarəsinin Nizami rayon Polis İdarəsinə müraciət daxil olub. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, dərhal polis əməkdaşlarının həyata keçirdikləri intensiv əməliyyat-axtarış tədbirləri nəticəsində vətəndaşa məxsus avtomobili qaçıran … Read more

“Göyəzən” “Şəki”ni məğlub edib

5 min

Region Liqasının X turunda “Göyəzən” evdə “Şəki”ni qəbul edib. “Qərbxəbər”in məlumatına görə, Qazax şəhər mərkəzi stadionunda keçirilən matçda meydan sahibləri 2:1 hesablı qələbə qazanıb. “Qurutlar”ın heyətində İlkin Allahverdiyev dubla imza atıb. Aktivindəki xalı 10-a çatdıran qazaxlılar üçüncü pillədəki “Qoşqar UGİM-2” (Gəncə) ilə fərqi minimuma endirib.

Azərbaycan əsgəri şəhid olub

71b75e6a 1367 410e b5ab 7abad644aa70

Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədindəki təmas xəttində növbəti dəfə atəşkəs rejimini kobud şəkildə pozub. Bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi məlumat yayıb. Bildirilib ki, fevralın 24-də saat 07:00 radələrində Ermənistan silahlı qüvvələrinin Noyemberyan rayonunun Koti kəndi yaxınlığında yerləşən bölmələrindən Qazax rayo­nunun Quşçu Ayrım kəndi istiqa­mətin­dəki sərhəd döyüş məntə­qəsinə diversiya cəhdinin qarşısı alınıb, … Read more

Əmanətlər və bölgələr

Azerbaycan

“Qərbxəbər” Novator-a istinadən bölgələr üzrə əmanət göstəricilərini təqdim edir. Mərkəzi Bankın rəsmi hesabatına əsasən, paytaxt Bakıda 7 milyard 810,8 milyon manatlıq əmanət qeydə alınıb. İqtisadi rayonlarda əmanət məbləği belədir: Abşeron – 255,4 milyon manat Gəncə-Qazax – 168,8 milyon manat Aran – 148,5 milyon manat Lənkəran – 61,9 milyon manat Quba-Xaçmaz – 60,9 milyon manat Şəki-Zaqatala … Read more

Heyva yarpağı çayının faydaları

413791462

Türkiyəli həkimlər heyva yarpağından çay dəmlənməsinin bir çox xəstəliklərdə faydalı təsirə malik olduğunu açıqlayıblar. Sputnik-in Türkiyə mediasına istinadən xəbərinə görə, heyva yarpağı çayı qərənfil, zəncəfil, bal və limon qarışıqları kimi öskürəyin kəsilməsi üçün çox faydalıdır. Bundan başqa, heyva yarpağı çayı quru öskürəklə yanaşı bəlğəmli öskürək zamanı da faydalıdır. Bundan başqa, immunitetin yaranması, qrip və viruslarla … Read more

Ağstafada avtomobil ehtiyat hissələri mağazası yanıb – Video

Hqdefault

Ağstafa rayonunda yanğın olub. “Qərbxəbər”in məlumatına görə, hadisə dəmiryolu vağzalı yaxınlığında yerləşən avtomobil ehtiyat hissələri mağazasında baş verib. Yanğının nədən yarandığını haqqında hələlik informasiya yoxdur. Qeyd edək ki, hadisə Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə xidmətinin əməkdaşları hadisə yerindədir.

“e-future” layihəsi davam edir

1

Bu gün Azərbaycan Respublikasının Gənclər Fondunun elan etdiyi 13-cü qrant müsabiqəsində qaliblərdən biri olan Toğrul Musalının icra etdiyi “e-future”- aztəminatlı gənclərə İKT bilik və bacarıqlarının aşılanması” layihəsi çərçivəsində təşkil olunan kompüter kursunda dərslər davam edib. Beşinci təlim günündə “Microsoft Word” proqramının tədrisi başa çatıb. İştirakçılar daha sonra öyrəndiklərini praktikada tətbiq ediblər. Sabah “Microsoft Excell” proqramının … Read more

Şəmkirdə evi yanan müəllim öldü

90053472 89d5 4458 af8b 31dccbf9a026

Şəmkir rayonunda fərdi yaşayış evində baş verən yanğın zamanı xəsarət müəllim xəstəxanada ölüb. Rayonun Ələsgərli kəndində yerləşən evdə 10 gün əvvəl baş verən yanğın zamanı 1978-ci il təvəllüdlü Zöhrab Əhmədov ağır yanıq xəsarətləri alaraq Bakı şəhərindəki klinikalardan bİrinə yerləşdirilmişdi. Vəziyyəti ağır olan Z.Əhmədov həkimlərin səyinə baxmayaraq bu gün yerləşdirildiyi xəstəxanada ölüb. Xatırladaq ki, evdə baş … Read more