Aşağı Quşçuda iki küçə asfaltlanıb
Tovuz rayonunun Aşağı Quşçu kəndində iki küçə asfaltlanıb. Bu münasibətlə “Qərb Xəbər” saytının reportyor qrupu kənd sakinlərinə mikrofon uzadıb, təəssüratlarını öyrənib.
Nə axtarırsınız?
Tovuz rayonunun Aşağı Quşçu kəndində iki küçə asfaltlanıb. Bu münasibətlə “Qərb Xəbər” saytının reportyor qrupu kənd sakinlərinə mikrofon uzadıb, təəssüratlarını öyrənib.
Avqustun 1-ə gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətinin yaydığı məlumata görə, Azərbaycanın rayonlarında havanın əsasən, yağmursuz keçəcəyi, lakin axşama doğru bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı, dolu düşəcəyi gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-25, gündüz 32-37, dağlarda gecə 13-18, gündüz 20-25 dərəcə isti olacaq.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı Sərəncama uyğun olaraq həqiqi hərbi xidmətə növbəti çağırış başa çatıb. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) yaydığı məlumata görə, qurum tərəfindən Sərəncamın icrası təmin edilib və iyul ayı ərzində Azərbaycan Silahlı Qüvvələrinin çağırışçılarla komplektləşdirilməsi müvəffəqiyyətlə yekunlaşdırılıb. Respublikada koronavirus infeksiyasının (COVİD-19) yayılmasının qarşısının alınması istiqamətində vətəndaşların sağlamlığının … Read more
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 49 dəfə pozub. Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Ermənistan Respublikası Berd rayonunun Çinari və Ayqedzor kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Koxanəbi, Əsrik Cırdaxan, Ağbulaq və Muncuqlu kəndlərində yerləşən Azərbaycan mövqelərini atəşə tutulub. Tərtər rayonunun işğal altında olan Göyarx, Ağdam rayonunun Novruzlu, Yusifcanlı, Mərzili, … Read more
Ağstafa rayonunda avtomobil qoyun sürüsünə çırpılıb. “Report”un məlumatına görə, hadisə Bakı-Qazax-Gürcüstan avtomagistralının rayonun Qırılı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Hərəkətdə olan “VAZ- 2107” markalı avtomobilin Qırılı kənd sakini Asif Abbasova məxsus heyvan sürüsünə çırpılması nəticədə 20 baş xırdabuynuzlu heyvan tələf olub. İlkin ehtimallara görə, hadisə sürücünün sürət həddini aşması səbəbindən baş verib. Faktla bağlı … Read more
Bu gün Azərbaycanda Qurban bayramı qeyd olunur. “Qərb Xəbər”in məlumatına görə, bayram miladi təqvimlə iyulun 31-nə təsadüf edir. Bu il koronavirus pandemiyası səbəbindən ölkənin bütün məscidləri bağlı olduğundan Qurban bayramı namazı qılınmayacaq. Qafqaz Müsəlmanları İdarəsi bayram namazlarının ailə daxilində qılınması məqbul hesab edib. Eyni zamanda bu il pandemiya şəraiti nəzərə alınmaqla qurbanlıq heyvanların kəsimində və satışında … Read more
Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətinin yaydığı məlumata görə, səhərədək bəzi yerlərdə şimşək çaxıb, arabir yağış yağıb. Düşən yağışın miqdarı Göygöldə 14 mm, Daşkəsəndə 10 mm, Naftalan, Ağdamda 9 mm, Qusar, Bərdədə 7 mm, Gədəbəy, Xaltan, Qrızda 6 mm, Zərdab, Tərtərdə 5 mm, Şabranda 4 mm, Gəncə, Qəbələ, Şamaxı, Mərəzə, Quba, Yardımlı, Sarıbaşda (Qax) 3 … Read more
Tovuz şəhərinin Sadəddin Məmmədov küçəsində “Futbolçuların binası” kimi tanınan binanın damı iyun ayının 20-də yararsız hala düşüb. “Qərb Xəbər” saytının əldə etdiyi xəbərən görə, binanın damı əsən güclü külək nəticəsində uçub. Ərazidə iki-üç fəhlə gününü keçirir, problemin aradan qaldırılması istiqamətində heç bir iş görülmür. Etiraz edən olanda da fəhlələr bu cavabı verirlər: “Biz usta deyil, … Read more
“Ötən həftə Baş Nazir Aqrar Sığorta İnformasiya Sisteminin əsasnaməsini təsdiqlədi. Bu sistemin köməyi ilə aqrar sığorta almaq üçün bütün bu işlər kağız daşıyıcıları və üzbəüz görüşlərdə deyil, onlayn şəkildə – Aqrar Sığorta İnformasiya Sisteminin üzərindən həyata keçiriləcək”. Bu barədə Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov bildirib. Onun sözlərinə görə, nazirliyin Elektron Kənd … Read more
Daxili İşlər Nazirliyi Qurban bayramı ilə əlaqədar vətəndaşlara müraciət edib. DİN-in Mətbuat xidmətinin yaydığı müraciətdə deyilir: “Bayram günlərində insanların öz xeyirxah əməllərini təhlükəsiz və sağlamlığa zərər vurmayan şəraitdə yerinə yetirməsinin vacibliyi ilə əlaqədar bildiririk ki, bu il pandemiya şəraiti nəzərə alınmaqla qurbanlıq heyvanların kəsimində və satışında əvvəlki illərdən fərqli olaraq kütləviliyə, insanların sıx toplaşmasına, müəyyən edilmiş yerlərdən … Read more
Gürcüstandan 250-yə yaxın Azərbaycan vətəndaşı və soydaşlarımızın növbəti təxliyə prosesi yekunlaşdırılıb. “Report” xəbər verir ki, 250-yə yaxın şəxs 4 avtobusla Tbilisidən Azərbaycan sərhədindəki “Qırmızı körpü” sərhəd-keçid məntəqəsinə çatdırılıb. Onların Azərbaycan ərazisinə növbəli şəkildə daxil olması təmin edilib. Azərbaycanın Gürcüstandakı səfirliyindən bildirilib ki, vətəndaş və soydaşların Vətənə çatdırılmasının təlimata uyğun davam etdirilməsi nəzərdə tutulub.
Tovuz rayonunun inzibati ərazi vahidində yerləşən Qovlar şəhərinin R.Rza küçəsinin sakinləri 1998-ci ilin işıqsız günlərini yaşayırlar. Bu barədə “Qərb Xəbər” saytının reportyor qrupuna sakinlərin özləri məlumat verib. Daha ətraflı aşağıdakı videoreportajda:
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan, snayper tüfənglərindən və 60 millimetrlik minaatanlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 65 dəfə pozub. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Ermənistan Respublikası Berd rayonunun Mosesqex, Çinari və Ayqedzor kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam, Ağbulaq, Muncuqlu kəndlərində, Çəmbərək rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun … Read more
Azərbaycanda bütün sahələrdə olduğu kimi, ekoloji problemlərin həlli, ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın bərpa edilməsi və təbii ehtiyatlardan səmərəli istifadə olunması istiqamətində mühüm işlər görülür. Bu barədə Baş Prokurorluğun Mətbuat Xidməti məlumat yayıb. Lakin bəzi hallarda ayrı-ayrı şəxslər tərəfindən ətraf mühitin mühafizəsi qaydalarının pozulması halları müşahidə olunur və prokurorluq orqanları tərəfindən belə hallara qarşı ən … Read more
İyulun 26-da Mingəçevirdə “Hər kəsə eyni baxaq“ adlı təşəbbüs komandasının təşkilatçılığı ilə “Məhdudiyyət istedad üçün əngəl deyil” adlı onlayn müzakirə təşkil edilib. Müzakirənin moderatorları Mingəçevir Dövlət Universitetinin tələbələri Aydan Zeynalova və Səbinə Rəcəbova, mentoru isə Həmid Hüseynli idi. “Qərb Xəbər”in məlumatına görə, müzakirədə Əlil Qadınlar Cəmiyyətinin sədri Məhluqə Rəhimova və “Müstəqil Həyat” İnkişaf və Dəstək … Read more
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 38 dəfə pozub. Müdafiə Nazirliyindən verilən məlumata görə, Ermənistan Respublikası Berd rayonunun Ayqepar və Çinari kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli, Ağdam və Koxanəbi kəndlərində, Çəmbərək rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndində və adsız yüksəkliklərdə … Read more
Ağstafa rayonunun Poylu kəndində ümumi sahəsi 170 m² olan birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları 9 m² sahədə yanıb. Fövqəladə Hallar Nazirliyindən trend-ə verilən məlumata görə, evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Bakıda və Abşeron yarımadasında iyulun 28-də havanın əsasən yağmursuz keçəcəyi, mülayim şimal-qərb küləyinin əsəcəyi, gündüz şimal-şərq küləyi ilə əvəz olunacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, havanın temperaturu Abşeron yarımadasında gecə 22-25, gündüz 32-36, Bakıda gecə 23-25, gündüz 34-36 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 758 mm civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz … Read more
Tovuz rayonunun inzibati ərazi vahidində yerləşən Qovlar şəhərində qaz, su, işıq yoxdur. Bu barədə “Qərb Xəbər”ə şəhər sakinləri danışıb. Ən çox işıqsızlıqdan və içməli su problemindən şikayətlənən sakinlər bildiriblər ki, illərdir lampa işığında yaşayır, şəhərə gələn çirkli suyu duruldub içirlər. Qovlar 7 mart 2012-ci il tarixində şəhər statusu alıb.
Emin Eldar oğlu Əmrullayev Azərbaycan Respublikasının Təhsil naziri təyin edilib. Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb. Xatırladaq ki, E.Əmrullayev bu günə qədər nazirliyin Təhsilin inkişafı proqramları şöbəsinin müdiri vəzifəsində çalışıb.