Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib

Komendant saatı müddətində xüsusi icazənin verilməsi qaydası müəyyənləşib

69318065 b3e5 3368 8921 7d6fca87b5df

Azərbaycan Respublikasının ərazisində elan edilmiş hərbi vəziyyətlə əlaqədar tətbiq edilən komendant saatı müddətində xüsusi icazənin verilməsi qaydası müəyyənləşib. “Qərb Xəbər”in məlumatına görə, bu Qayda Azərbaycan Respublikası Prezidentinin “Hərbi vəziyyət elan edilməsi haqqında” 2020-ci il 27 sentyabr tarixli 1166 nömrəli Fərmanına və “Azərbaycan Respublikasının ərazisində elan edilmiş hərbi vəziyyətlə əlaqədar bəzi məsələlərin tənzimlənməsi barədə” Azərbaycan Respublikası … Read more

Xüsusi karantin rejiminin müddəti uzadılıb

D12907c4 9985 3776 8de4 c52b8dbc82a0

Baş Nazir Əli Əsədov “Azərbaycan Respublikasının ərazisində xüsusi karantinrejiminin müddətinin uzadılması barədə” qərar imzalayıb. Qərara əsasən, koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2020-ci il 2 noyabr saat 06:00-dək uzadılıb. Bundan başqa, 2020-ci il 3 oktyabr saat 00:00-dan 5 oktyabr saat 06:00-dək, … Read more

Ağdərədə qarşı tərəfin artilleriya bölmələrinə zərbələr endirilib – VİDEO

1601294510163 v0yjdDx2

Azərbaycan yaşayış məntəqələrini atəşə tutan Ermənistan silahlı qüvvələrinin Ağdərə istiqamətində yerləşən artilleriya bölmələrinə zərbələr endirilib. Müdafiə Nazirliyinin yaydığı məlumata görə, artilleriyaçıların sərrast atəşi nəticəsində ağır itkilərə məruz qalan qarşı tərəf yerləşdiyi atəş mövqelərindən geri çəkilməyə məcbur edilib. Qeyd edək ki, həmin artilleriya bölmələri Ermənistan ordusunun 5-ci dağatıcı alayının tərkibindədir.

Qismən səfərbərliyə kimlər cəlb olunacaq?

C5d48d24 0dd0 3261 bc13 737fd12b6fe0

“Bu gün Ali Baş Komandanın müvafiq sərəncamı ilə ölkədə qismən səfərbərlik elan edilib”. “Qərb Xəbər” saytının məlumatına görə, bunu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin birinci müavini general-mayor Zaur Abdullayev deyib. Onun sözlərinə görə, sərəncamla quruma tapşırılıb ki, təsdiq edilmiş proqramlara uyğun olaraq hərbi vəzifəlilərin səfərbərlik üzrə hərbi xidmətə çağrılmasını və hərbi-nəqliyyat vəzifəsindən irəli … Read more

Qarşı tərəfin iki tankı məhv edilib

Ebd949ef ad51 3795 9395 77e357ee75dc

Ermənistanın aktiv döyüş fəaliyyətinin qarşısının alınması məqsədilə atılan addımlar nəticəsində Ermənistan silahlı qüvvələrinə məxsus daha 2 tank Azərbaycan Ordusunun bölmələrinin dəqiq atəşi ilə məhv edilib. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

MN: Tərtər şəhəri atəşə tutulur

A7526a02 c3c5 31dd 816b 3fa2a17867ff

Sentyabrın 28-i səhər saatlarından başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən Tərtər şəhəri atəşə tutulur. Bu barədə “Report”a Müdafiə Nazirliyindən bildirilib. Müdafiə Nazirliyinin rəhbərliyi qarşı tərəfi sonuncu dəfə xəbərdar edir ki, tərəfimizdən onlara qarşı adekvat cavab tədbirləri görüləcək.

Zakir Həsənov: “7 kənd işğaldan azad olunub”

81957113 98ad 3c75 901d b54ebc70d781

“Əməliyyat şəraitini nəzərə alaraq ilk növbədə Sizə məruzə olunmuşdur və əməliyyat şəraitini nəzərə alaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatı həyata keçirir. Əks-hücum nəticəsində düşmənin ön xətti yarılıb, 7 kənd işğaldan azad olunub”. “Qərb Xəbər”in məlumatına görə, bunu Müdafiə naziri, general-polkovnik Zakir Həsənov sentyabrın 27-də Təhlükəsizlik Şurasının iclasında Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevə məruzə edərkən deyib. “Azərbaycan Ordusu digər … Read more

Hərbi vəziyyət – “səfərbərlik” demək deyil

Dc79d6a4 3693 3559 963c 16d518be70b9

“Bu gün Azərbaycan ərazisində hərbi vəziyyət elan olunub”. “Qərb Xəbər” məlumatına görə, bu sözləri Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Aparatında şöbə rəisi, polkovnik Əjdər Babazadə deyib. “Xüsusi ilə vurğulamaq istəyirəm ki, ölkəmizdə hərbi vəziyyət səfərbərliyin elan olunması anlamına gəlmir”, – Ə.Babazadə əlavə edib.

Naftalanda bir ailənin 5 üzvü həlak olub

35313fea 38cd 4159 bfd6 3c3fb502d9ef

Azərbaycan Respublikası Baş Prokurorluğunun Mətbuat xidməti yeni məlumat yayıb. Report-a daxil olan məlumatda deyilir: “Sentyabrın 27-dən başlayaraq təcavüzkar Ermənistanın hərbi-siyasi rəhbərliyi öz təxribatçı əməllərini davam edərək, Cenevrə Konvensiyası ilə üzərinə düşən öhdəliklərini kobud şəkildə pozmaqla dinc Azərbaycan əhalisinin sıx yaşadığı əraziləri ağır silahlardan atəşə tutmuş, o cümlədən mülki əhaliyə qarşı müxtəlif cinayətlər törətməyə davam etməkdədir. … Read more

Azərbaycanda hərbi vəziyyət elan edilib

A59a2c2b ce4a 3a7f 95bb 4fdb2606df68

Prezident İlham Əliyev Hərbi vəziyyətin elan edilməsi haqqında Fərman imzalayıb. Fərmanda deyilir: 2020-ci il sentyabrın 27-də Ermənistan Respublikasının silahlı qüvvələrinin beynəlxalq hüquq normalarını yenidən kobud surətdə pozaraq, müxtəlif növ silahlardan, o cümlədən ağır artilleriyadan istifadə etməklə bir neçə istiqamətdən Azərbaycan Respublikasının yaşayış məntəqələrini və hərbi mövqelərini atəşə tutduğunu, nəticədə mülki şəxslər və hərbiçilər arasında ölən və yaralananların … Read more

ABŞ səfirliyi Azərbaycandakı vətəndaşlarına müraciət edib

12 10 35 abs sefirlik

ABŞ səfirliyi Azərbaycanda yaşayan vətəndaşlarına müraciət edib. “Qərb Xəbər”in məlumatına görə, səfirlik Ermənistan-Azərbaycan sərhəddində gərginliyə görə, Abşeron ərazisini tərk etməməyə çağırıb. ABŞ səfirliyi ABŞ vətəndaşlarını ictimai yerlərdə ehtiyatla davranmağa çağırır. “Səfirlik təhlükəsizliklə bağlı əlavə məlumat verəcək”.

Daha 13 şagird koronavirusa yoluxub

8331c3b6 b087 3fb3 93dc 66534eb5d43f

Təhsil Nazirliyi orta məktəblərdə koronavirusa yoluxma halları ilə bağlı son vəziyyəti açıqlayıb. Nazirlikdən bildirilib ki, sentyabrın 24-də 86 şagird və 3 işçinin hərarəti 37 dərəcədən yuxarı olub. Daha 13 şagird və 7 işçidə koronavirus aşkarlanıb. Daha 2 sinif distant təhsilə keçirilib. Bununla da distant təhsilə keçirilmiş siniflərin sayı 11-ə çatıb. İndiyə qədər ölkə üzrə bir məktəbdə tədris dayandırılıb və distant təhsilə keçirilib.

Ceyhun Bayramov ermənistanlı həmkarına cavab verib

76d87b75 6ac9 35c8 bbfe d0679104f7ad

“BMT Baş katibinin qlobal atəşkəsə riayət olunmasına dair çağırışına Azərbaycanın guya ki, məhəl qoymaması barədə Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyanın ənənəvi iddiaları əsassızdır”.  “Report” xəbər verir ki, bunu Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı dövlətlərinin Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclasında deyib.  C.Bayramov Ermənistanın beynəlxalq hüququn norma və prinsiplərini … Read more

Şəmkirdə istixanalara verilən qazın kəsilməsi gündəmə gəlib – Video

1586507970 untitled

Şəmkir rayonunda fəaliyyət göstərən istixanalara verilən qazın kəsilməsi gündəmə gəlib. Həmin istixanalarda günəmuzd işləyən qadınlar “PrimeTV” vasitəsilə ölkə başçısına müraciət edib sosial problemlərini dilə gətiriblər. Ətraflı aşağıdakı videoda: Qeyd edək ki, avqustun 14-də Kənd Təsərrüfatı Nazirliyinin təşkilatçılığı ilə Şəmkir rayonunda fəaliyyət göstərən istixanalarda mövcud olan problemlərə dair videokonfrans keçirilmişdi. 20-dən çox fermerin qatıldığı müzakirələrdə istehlak … Read more

Prezident: “Minsk qrupunun bəyanatları birbaşa ünvanı olmayan bəyanatlardır”

C1d48e0e ff73 368b bab0 f6b40e5be933

“Sözsüz ki, Azərbaycanın qədim tarixi şəhəri olan Şuşada cinayətkar xunta rejiminin qondarma liderinin dırnaqarası andiçmə mərasimini təşkil etmək qərarı onların qəsdən etdiyi daha bir təxribatdır”. Bunu Prezident İlham Əliyev Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarı qəbul edərkən deyib. Dövlət başçısı bildirib ki, ermənilərin Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz məskunlaşması məsələsi Azərbaycan tərəfindən bir … Read more

Sabahın havası

C8c85d10 f93e 36b6 96e4 49d04632a960

Sentyabrın 26-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətinin yaydığı məlumata görə, Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 16-21, gündüz 28-33, dağlarda gecə 9-14, gündüz 15-19 dərəcə isti olacaq.  

Məktəbəhazırlıq qruplarında məşğələlər həftədə neçə dəfə keçiriləcək?

B9c16416 bd4e 3500 b89d 24eedb9b2a41

Pandemiya şəraitində məktəbəhazırlıq qruplarında təhsil alan uşaqların həftədə neçə dəfə məktəbə gedəcəyi müəyyənləşib. Bu barədə Təhsil Nazirliyindən report-un sorğusuna cavab olaraq bildirilib. Qeyd edilib ki, məktəbəhazırlıq qrupları pandemiya öncəsi dövrdə məktəbə həftədə 4 dəfə gəlirdilər (ümumi 12 məşğələ): “Hazırki şəraitdə bu, regiondan asılı olaraq, 2 və ya 3 dəfə olacaq”. Xatırladaq ki, dövlət ümumtəhsil məktəblərində yaradılan məktəbəhazırlıq … Read more

Tələbə adı qazanan ən yaşlı tələbənin yaşı açıqlanıb

7a1b4917 5136 39e2 8475 614849939bdf

2020-2021-ci tədris ili üçün ali məktəblərə qəbul olan ən yaşlı və ən gənc tələbənin yaşı açıqlanıb. Dövlət İmtahan Mərkəzindən (DİM) bildirilib ki, bu il tələbə adı qazanan ən yaşlı şəxsin 49, ən gəncinin isə 15 yaşı var. Qeyd edək ki, ali təhsil müəssisələrinin müsabiqəsində 66 464 nəfər iştirak edib. Onlardan 42 731 nəfəri (o cümlədən 5785 subbakalavr) ali təhsil … Read more

Nazir tələbələri təbrik edib

14bce18a b39c 3f81 a47a c4e2676afd78

Təhsil naziri Emin Əmrullayev bu il ali məktəblərə qəbul olunan tələbələrə təbrik ünvanlayıb. “Qərb Xəbər”in məlumatına görə, təbrikdə deyilir: “Əziz tələbə adını qazanan məzunlarımız, Sizi bu münasibətlə ürəkdən təbrik edir, hər birinizə tələbəlik həyatında uğurlar arzulayıram. Məlum olduğu kimi, bu tədris ili üzrə 42 731 nəfər tələbə adını qazanıb. Onlardan 20 799 nəfər dövlət sifarişi … Read more

Gədəbəy sakini: “Şəhər qəbiristanlığını da dağıdacaqlar”

120224297 2682454071968030 6338658936740008735 o

“Azərbaycan Beynəlxalq Mədən Əməliyyat Şirkəti Gədəbəyin “Mislər” adlanan ərazisini talan edib insanların evlərini başlarına uçurtmaqla kifayətlənməyib, indi də şəhər qəbiristanlığının bir hissəsini dağıtmaqla məşğuldur”. “Qərb Xəbər”in məlumatına görə, bu barədə Gədəbəy rayon sakini Ceyhun Səfərov şəxsi “Feysbuk” profilində yazıb. O, əlaqədar qurumların susduğunu da bildirib: “Nəzərə çatdırım ki, ərazidə torpaq sürüşməsi baş verir. Yəqin yaxın … Read more