Son Xəbərlər

Şəmkirdə “Canavar” ləqəbli narkotacir saxlanılıb

Без названия

Şəmkir Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən rayon sakinləri, əvvəllər məhkum olunmuş 42 yaşlı Tural Ələsov, 46 yaşlı Vüqar Zamanov və 42 yaşlı, əvvəllər dəfələrlə məhkum olunmuş Şirxan Aslanov narkotik vasitələrin qanunsuz satışında və saxlamaqda şübhəli bilindikləri üçün saxlanılıblar.  Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun verilən məlumata görə, onların üzərinə qanunvericiliklə müəyyən edilmiş qaydada baxış keçirilən zaman T. … Read more

Tovuzda qəzalı vəziyyətə düşən evlər sökülür

21776d58 b55b 3ea0 8e1c 1f944c0b9ae8

Bu ilin iyul ayında iriçaplı silahlardan və ağır artilleriya qurğularından istifadə etməklə Ermənistan silahlı qüvvələrinin Tovuz rayonunu intensiv atəşə tutması nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə ciddi ziyan dəyib. Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumata görə, avqustun 6-da Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Tovuz rayonunu Ermənistan Respublikası Silahlı Qüvvələrinin intensiv atəşə tutması … Read more

Qəbul imtahanlarında iştirak edəcək abituriyentlərin sayı

3d352bcc 4ebb 34a6 982a fb65ee62e17d

Dövlət İmtahan Mərkəzi tərəfindən 13-14 avqust tarixlərində respublikanın 35 şəhər və rayonunda qəbul imtahanları keçiriləcək. “Report”un xəbərinə görə, avqustun 13-də keçiriləcək imtahanlarda 19 197, avqustun 14-də keçiriləcək imtahanlarda isə 18 102 nəfər olmaqla, ümumilikdə 37 299 abituriyentin imtahanlarda iştirakı nəzərdə tutulur. Bunlardan 14 232 nəfər II ixtisas qrupu, 22 607 nəfər III ixtisas qrupu üzrə qəbul imtahanının ikinci mərhələsini, 460 nəfər isə I və IV ixtisas qrupları üzrə … Read more

Sabahın havası açıqlanıb

9848a9e0 db9f 4b52 a45c 6da83c7f76ea

Sabaha gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətinin yaydığı məlumata görə, Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi gözlənilir. Səhər dağlarda duman olacaq. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir  güclənəcək.  Havanın temperaturu gecə 19-24, gündüz 31-36, dağlarda gecə 11-16, gündüz … Read more

Azərbaycan-Gürcüstan sərhədini qanunsuz keçmək istəyən şəxslər saxlanılıb

Dsx 110820

Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən dövlət sərhədinin toxunulmazlığının tə­min edilməsi tədbirləri davam etdirilir. DSX-nin yaydığı məlumata görə, 2020-ci ilin 10 avqust tarixində saat 03:05 radələrində “Şəmkir” sərhəd dəstəsinin Ağs­tafa rayonunun Sadıqlı kən­dinin yaxınlığındakı sərhəd zasta­va­sı­nın xidməti ərazi­sində Azərbaycan Res­publikasından Gürcüstan istiqa­mə­tində naməlum şəxs­lərin hərəkəti sər­həd naryadı tərəfin­dən aşkar edilib. Sərhəd zastavası dərhal “Silaha” komandası üzrə … Read more

Sabaha gözlənilən hava

C1341c3b be4d 4334 b416 e1d30cca81f3

Avqustun 11-də Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb.  Milli Hidrometeorologiya Xidmətinin yaydığı məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-şərq küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 21-24, gündüz 29-33, Bakıda  gecə 22-24, gündüz 30-32 dərəcə isti olacaq.  Atmosfer  təzyiqi normadan aşağı 757 mm civə sütunu, nisbi rütubət gecə 65-75, gündüz 45-55 faiz təşkil edəcək.   Abşeron … Read more

QHT-lərə konsultativ xidmətlərin göstərilməsinə start verilib

Sənəd

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Şəmkir Regional Qeyri-Hökumət Təşkilatlarının Resurs və Təlim İctimai Birliyi “Qərb regionunda fəaliyyət göstərən QHT-lərə konsultativ, məlumat və təşkilati-texniki xidmətlərin göstərilməsi” layihəsinin icrasını başlayıb. “Qərb Xəbər”in məlumatına görə, regionda COVİD-19 virusunun azaldılmasında və aztəminatlı ailələrə sosial yardımların göstərilməsində QHT-lərin fəaliyyətinin artmasının və sosial bazasının gücləndirilməsinin … Read more

Qazaxda tibbi maskadan istifadə etməyənlərə qarşı reyd keçirilib

IMG 1674(3)

Qazax Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə şəhər və kəndlər üzrə hər birinin tərkibi 5 nəfərdən ibarət olan 30 mobil qrup da fəaliyyət göstərir. Tərkibində bir nəfər DİN əməkdaşı olmaqla, Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatının, RİHB-nin İnzibati Ərazi Dairələri üzrə nümayəndəliklərin, bələdiyyələrin və digər qurumların nümayəndələrindən ibarət yaradılmış mobil qrupun üzvləri rayon ərazisində xüsusi karantin … Read more

Atəşə tutulmuş kəndin sakinləri müayinə edilib

0e7ac31a c137 301e be9b 6646a5f43da1

“ASAN xidmət” və özəl tibb müəssisəsinin birgə təşkilatçılığı ilə həyata keçirilən ödənişsiz səyyar tibbi müayinə layihəsi  bu dəfə Tovuz rayonunun Ağdam kəndində təşkil olunub. ASAN xidmət mərkəzinin yaydığı məlumata görə, kənd sakinləri yaşadıqları ünvanlarda ödənişsiz həkim müayinələrindən yararlanıblar. Müayinələr pandemiya şəraitində mövcud preventiv tədbirlərin şərtlərinə və tibbi-profilaktik qaydalara əsasən təşkil olunub. Həmçinin sakinlərə tibbi maskalar və dezinfeksiya məhlulları … Read more

Atəşkəs rejimi pozulub

5c7944c7 dd2a 300d 903f 56d2cbf32120

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 35 dəfə pozub. Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb. Ermənistan Respublikası Berd rayonunun Mosesqex kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam kəndində, Çəmbərək rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Qaravəlilər, Zamanlı kəndlərində yerləşən … Read more

Sabaha gözlənilən hava

6b4f10ea aca3 304e 9749 38718ca4e165

Avqustun 8-nə gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətinin yaydığı məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında havanın yağmursuz keçəcəyi gözlənilir. Cənub-qərb küləyi əsəcək.  Havanın temperaturu Abşeron yarımadasında gecə 21-24, gündüz  32-36, Bakıda gecə 21-23, gündüz 32-34 dərəcə isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunundan 755 mm civə sütununa enəcək, nisbi rütubət gecə 60-65, gündüz 40-45 … Read more

Pensiyaların artırılacağı ilə bağlı rəsmi açıqlama

5763a386 e6a2 4ad6 9f80 c7f1c9a8f5f5

“Azərbaycanda pensiya alanların yaşayış minimumundan bir neçə dəfə artıq pensiya alması hədəflənir”. Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev keçirdiyi mətbuat konfransında deyib. Nazir bunun birbaşa əməkhaqqı bazarından asılı olduğunu bildirib: “Əməkhaqları tam leqallaşmalı və burdan toplanan sosial sığorta haqları vətəndaşlara pensiya olaraq ödənilməlidir”.

Şəmkirdə adam bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb

00a6994e 4b2f 376f b3bd f8ef4944b71d

Avqustun 5-də saat 01 radələrində Şəmkir rayonu ərazisində 1995-ci il təvəllüdlü Sənan Quliyevə çoxsaylı bıçaq xəsarətlərinin yetirilməsi barədə məlumat daxil olub. Şəmkir rayon prokurorluğunun yaydığı məlumata görə, dərhal prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.  Aparılan araşdırmalarla zərərçəkmişin tanışı 1999-cu il təvəllüdlü Mixayil Quliyevin şəxsi münasibətlər zəminində aralarında yaranan münaqişə … Read more

Şəmkirdə “COVID-19 koronavirus pandemiyası ilə əlaqədar olaraq aztəminatlı və digər imtiyazlı ailələrə sosial və ictimai dəstəyin göstərilməsi” layihəsi başlayıb

LOQO ŞQRMİB

Azərbyacan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən maliyyələşdirilən “COVID-19 koronavirus pandemiyası ilə əlaqədar olaraq aztəminatlı və digər imtiyazlı ailələrə sosial və ictimai dəstəyin göstərilməsi” layihəsinə start verilib. “Qərb Xəbər”in məlumatına görə, layihə Şəmkir Qadın Resurs Mərkəzi tərəfindən Şəmkir rayonunda icra olunacaq.  Layihənin əsas məqsədi  pandemiya ilə əlaqədar olaraq  bir neçə aztəminatlı ailələrin … Read more

Qazaxda kəhrizlər bərpa olunacaq

4fdf6bcc c1b0 37a1 947b 5d1e2f6bb517

Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Azərbaycan nümayəndəliyi hazırda Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOICA) maliyyə dəstəyi ilə “Azərbaycanda kəhriz su sistemlərinin bərpası vasitəsilə məcburi köçkünlərin məskunlaşdığı ərazilərdə kənd yerlərinin kompleks inkişafı” layihəsinin icrasını həyata keçirir. Təşkilatın yaydığı məlumata görə, bu günlərdə BMqT-nin nümayəndələri kəhrizlərin bərpasının monitorinqini aparmaq üçün layihənin həyata keçirildiyi Ağdam rayonunda yerləşən Əhmədağalı, Mirəşelli və Çinarlı kəndlərinə səfər … Read more

Atəşkəs rejimi pozulub

2eaee3d3 4034 316b 9b1b fe7a0752b370

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 35 dəfə pozub. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Ermənistan Respublikası Berd rayonunun Ayqepar, Mosesqex və Çinari kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Hacallı, Əlibəyli və Ağbulaq kəndlərində, Çəmbərək rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Qaravəlilər kəndində … Read more

Yeni dərs ili ilə bağlı AÇIQLAMA

Tehsil nazirliyi bina 310518 (1)

Ölkədəki sanitar-epidemioloji şəraitdən asılı olmayaraq, 2020-2021-ci tədris ilində bütün təhsilalanların təhsil hüququnun təmini məqsədilə ənənəvi təhsil forması ilə yanaşı müxtəlif təhsil pillələri üçün bir sıra modellər də artıq formalaşdırılıb. Təhsil Nazirliyinin yaydığı məlumata görə, Azərbaycanda koronavirus (COVİD-19) pandemiyasına qarşı görülən tədbirlər nəticəsində virusun geniş yayılmasının qarşısını almaq mümkün olmuş və son günlər yoluxmaların sayında azalma … Read more

Sabahın havası açıqlanıb

C06c3110 c76d 4202 86a0 f8c64648670a

Azərbaycanda sabaha, avqustun 6-da gözlənilən hava şəraiti açıqlanıb.  Milli Hidrometeorologiya Xidmətinin yaydığı verilən məlumata görə, Azərbaycan rayonlarında  havanın əsasən yağmursuz keçəcəyi, lakin bəzi şimal və qərb rayonlarında  şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi gözlənilir. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir  güclənəcək. Havanın temperaturu  gecə 19-24, gündüz 30-35, dağlarda gecə 11-16, gündüz 19-24 dərəcə  isti … Read more

Milli Məclisdə məktəblərlə bağlı məsələ müzakirə olunub

Student

Biz tezliklə başlayacaq təhsillə bağlı məsələ haqqında da düşünməliyik. Bunu Milli Məclisin Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev parlamentin bu gün keçirilən iclasında deyib. B.Əliyev pandemiya dövründə təhsil məsələsinə də toxunub: “Biz tezliklə başlayacaq təhsillə bağlı məsələ haqqında da düşünməliyik. Təhsilimizin bu şəraitdə səmərəli təşkili üçün yollar araşdırılmalıdır və bunun üçün TƏBİB və Təhsil … Read more