Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Sosial

Arximedin dayaq nöqtəsi

10 mart / 16:40 3 dəq
Samir Kuman Samir Kuman
10 mart / 16:40
Burada sizin reklamınız ola bilər

Bir azərbaycanlının fərdi və ictimai düşüncəsini nə formalaşdırır? Bunu az-çox oxuyub təhlil etməyi bacaranlar bilir. Dinə inanıb inanmamasından asılı olmayaraq, əxlaqi dəyərlərinin çox böyük hissəsi islamdan gəlir. Evlənmə, boşanma, namus-qeyrət, ailə quruluşu, cins və gender məsələləri və s. Bu hissədə demək olar ki, semitikdir. Bir sıra hallarda isə türk-islam düşüncəsinin sintezidir. Dəfn, toy adətləri, siyasi idarəçilik və idarəçilərə münasibət və s.

Digər hissəsini isə təkamül yaradıb, sağ qalma instinkti formalaşdırıb. Coğrafiya, imperiyaların ucqarlarında yerləşməsi və tranzit bölgədə olması əsas faktordur. Ucqarlarda olması yarımmüstəqil olmasına, tranzit olması isə böyük orduların işğalına məruz qalmasına səbəb olub. Bu bölgədə yaşayanların ilk vəzifəsi sağ qalmağı bacarmaq olub.

150 ildir bu coğrafiyada bir qrup proqressiv insan çıxıb deyir ki, hər bir fərd insandır, insanlar özləri-özlərini idarə etməlidir, yəni idarə edəcək şəxsi seçməlidir. Bu proqressiv insanlara tarix, ənənələr müqavimət göstərir, dirəşib. Deyir yox e, bizə ədalətli hökmdar lazımdır, Bilgə xaqan, Şah İsmayıl Heydəroğlu lazımdır.

Proqressivlər deyir ki, insanlar arasındakı münasibət fiziki güc müəyyənləşdirməməlidir, çünki insanı digər canlılardan fərqləndirən onların ağlının olmasıdır. Nə fiziki gücü çox olan kişilər qadınlardan üstün deyil, nə hakimiyyətdə olanlar öz bağında işləyən kəndlidən üstün deyil. Burada ənənəçilər ortaya atılır, namus-qeyrət, “kişilik” temaları girir ortaya.

Proqressivlər deyir ki, bəs azyaşlı qızınızı satmaq, ərə vermək hüququnuz yoxdur, yetkin birinin gələcək həyatı barədə qərar vermək  hüququnuz  yoxdur, mühafizəkarların kafasında (hekayəni bilməsə də formalaşmış ənənə var axı) həzrətin 9 yaşlı qızla evlənməsi canlanır, qız mənimdir döyərəm də, sataram da deyir. Bütün bunlar üçün Arximedin (əslində arxetipin) dayaq nöqtəsi ənənələrdir, arxetip dirənir. Gücünü, hakimiyyətini itirmək istəmir.

Özü kimi olmayanı qəbul etmir, dəyişmək istəmir, komfort zonasından çıxmaq istəmir. Amma təbiətin qanunudur, yaşlandıqca çürüyür, yeni gələn mütləq onun qalıqları üzərində yüksəlir, hətta ondan gübrə kimi istifadə edir.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı